Məhəmməd Əmin Rəsulzadə



Yüklə 347,16 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix27.08.2023
ölçüsü347,16 Kb.
#120998
1   2   3   4   5   6   7   8   9
Miq Müsahibə Dərs-2

Çingiz Mustafayev
Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski 
rayonunun Kapustin Yar kəndində Fuad Mustafayev və Naxış Mustafayevanın 
ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçmüşdür. Atası onu 
hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə 
yollamışdı. O, burada 3-cü sinifdən 10-cu sinfə qədər təhsil aldı.Nəhayət, o, 
hərbi məktəbi tərk edib, müntəzəm orta məktəbə daxil olmuşdur. Çingiz 
Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuş, 1983-cü ildə 
institutu müvəffəqiyyətlə bitirir. Təhsilini başa vuran Ç.Mustafayev təyinatla 
Şabran rayonunda üç il həkim işləmişdir. 1990-cı il 20 Yanvar hadisələri zamanı 
Çingiz Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə 
edirdi. 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət 
Televiziyasında reportyor kimi fəaliyyət göstərmişdir. 
Ancaq Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi. Onun 
reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin 
Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. 
Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Mustafayevi geniş 
fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq 
"215 kl" studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və 


yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan, bir 
çox tamaşaçılar 215 kl studiyasını məhz müharibədən məlumat verən 
telequrum kimi qəbul edirdilər.
Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər 
haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi 
proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi. 
Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli 
film çəkmişdir. Mustafayev döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. 
O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə 
götürmüşdü. 1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik 
kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirir. Vahid 
Mustafayevin sözlərinə görə, Çingiz "ABC News" üçün material hazırlayırdı və 
yaranan çətin vəziyyətə baxmayaraq həmin hücumu çəkdi. Minaatandan atəş 
zamanı Çingiz qəlpələrdən ağır yaralandı, onun sağ ayağının bud sümüyündən 
arterial damarı zədələndi və o, sürətli qan axmasından döyüş meydanında 
dünyasını dəyişdi. Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edirdi.
Vahid Mustafayevin sözlərinə görə, Çingiz "ABC News" üçün material hazırlayırdı 
və yaranan çətin vəziyyətə baxmayaraq həmin hücumu çəkdi. Minaatandan atəş 
zamanı Çingiz qəlpələrdən ağır yaralandı, onun sağ ayağının bud sümüyündən 
arterial damarı zədələndi və o, sürətli qan axmasından döyüş meydanında 
dünyasını dəyişdi. Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam 
edirdiO, 1992-ci ildə Bakıda, Şəhidlər xiyabanında dəfn edilir. Azərbaycan 
Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə 
Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" 
adına layiq görülmüşdür
 


Document Outline


Yüklə 347,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə