Məhəmməd Əmin Rəsulzadə



Yüklə 347,16 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix27.08.2023
ölçüsü347,16 Kb.
#120998
1   2   3   4   5   6   7   8   9
Miq Müsahibə Dərs-2

İnklüziv təhsil 
 
İnklüziv təhsil (fr. 
inclusif
— "özünə daxil edən", (lat. 
include
— "daxil edirəm") 
— ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların 
müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesi. Bu, 
sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını da təmin edir. 
İnklüziv təhsil uşaqların müstəqil bir fərd olduğunu və təhsil zamanı onların hər 
birinin öz ehtiyacları olduğunu qəbul edən metodologiyaları inkişaf etdirməyə 
yönəlib. İnklüziv təhsil tədris zamanı müxtəlif ehtiyacların ödənilməsinə 
yönəlmiş yanaşmaların formalaşdırılmasına çalışır. 
İnklüziv təhsil istər sağlam, istərsə də əlillərin bərabər təhsil alma hüquqlarını 
təmin edir və bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlil uşaqların 
təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olur. Inklüziv 
təhsillə bağlı beynəlxalq praktikaya görə, bir sinifdə təhsil alan xüsusi qayğıya 
ehtiyacı olan şagirdlərin sayı 5-10% olmalıdır. 
Hal-hazırda Azərbaycanda 60 minə yaxın sağlamlıq imkanları məhdud olan uşaq 
var. Onlardan yalnız 12 mini təhsilə cəlb olunub, o cümlədən, 1105-i xüsusi 
məktəblərdə, 2664-ü xüsusi internat məktəblərində, 7750-si evdə, 268-i isə 
inklüziv təhsil alır. Qalanlarının isə təhsil almasında ümumiyyətlə valideynlər 
maraqlı deyillər. Təhsilə cəlb olunanların əksəriyyəti xüsusi məktəb və 
internatməktəblərdə oxuyurlar. Belə təlim-tərbiyə uşağın diqqətini onun 
defektinə cəmləyir. Onlar digər uşaqlarla ünsiyyətə girməkdə çətinlik çəkir və 
özlərini bir növ cəmiyyətdən təcrid olunmuş kimi hiss edirlər. Sağlam uşaqlar da 
eyni zamanda, bu və ya digər məkanda xüsusi qayğıya ehtiyacı olan uşaqla 
rastlaşdıqda ona təəccüblə baxır, sanki o tamam başqa bir dünyadan gəlib, 
bəzən isə gülür və ələ salırlar. Bunun əsas səbəbi isə onlar arasında ünsiyyətin, 
əməkdaşlığın olmamasıdır. Bunun nəticəsində onlar bir-birilərini dərk etmir və 
nə hiss keçirdiklərini başa düşmürlər. 
Azərbaycanda "İnklüziv təhsil layihəsi"nin icrasına 2005-ci ildən start verilmişdir. 
Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli, 20 nömrəli qərarına əsasən 
"Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları 
məhdud) uşaqların təhsili"nin təşkili üzrə inkişaf proqramı təsdiq edilmişdir. 
İnklüziv təhsilin sağlamlıq imkanları məhdud uşaqlar üçün faydaları çoxdur. Belə 
ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar kollektivə uyğunlaşır, cəmiyyətə 
inteqrasiya edir.Onlarda özünə inam hissi formalaşır.Onlar cəmiyyətin digər 
üzvləri kimi bərabər hüquqlu şəxsiyyət kimi formalaşır. Gələcəkdə onların 
məşğulluq kimi problemi də aradan qaldırılmış
olur. 



Yüklə 347,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə