Fənn-Sosial işə giriş Tələbələr-Çələbiyeva Aminaxatun, Mehdiyeva Gülüzar, Məsimli Aysu, Ələkbərli Ramal, Həsənli Adil



Yüklə 4,78 Mb.
səhifə1/3
tarix11.12.2023
ölçüsü4,78 Mb.
#144452
  1   2   3
Aminaxatun


Fənn-Sosial işə giriş
Tələbələr-Çələbiyeva Aminaxatun, Mehdiyeva Gülüzar, Məsimli Aysu, Ələkbərli Ramal, Həsənli Adil
Müəllim: Rəna Məmmədova
Qrup-1721a
Mövzu-2. Yeniyetmələr və bullinq
Bullinq - məktəbdə aqressiya
Yalnız ümumi səyləri birləşdirməklə vəziyyəti araşdırmaq olar
Son zamanlar dünyanın bütün ölkələrində təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir (bullying). İlk dəfə 1985-ci ildə Böyük Britaniyada işlədilən bu termin bu mövzuda ilk tədqiqat işləri üzə çıxdıqdan sonra XX əsrin əvvəllərində geniş istifadə olunub.
Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi, yəni həm onlayn, həm də reallıqda. Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir. Əgər siz öz həyatınızda heç vaxt digər, daha güclü və ya daha çox səlahiyyət sahibi olan insan tərəfindən sistematik təqib və ya başqa zorakılıq hiss etməyibsinizsə, belə görünə bilər ki, bullinq xırda məsələdir. Bununla belə, ABŞ Təhsil Departamentinin məruzəsinə əsasən, 12 yaşdan 18 yaşadək hər dörd uşaqdan biri son məktəb ili ərzində bullinqin qurbanı olub.
Ukraynada UNICEF üçün aparılmış tədqiqatlara əsasən, məktəblilərin 89%-i billinqlə rastlaşırlar. Qərb mənbələrinin məlumatına görə, 14 yaşa qədər şagirdlərin 50%-i məktəbdə təqiblərə məruz qalır. Yeniyetmə yaşında isə bu faiz dərəcəsi enir.
Rusiya məktəblərində bu sahədə tədqiqatlar 2000-ci illərin sonunda başlayıb.
Aşkar olunub ki, bullinq kütləvi hadisədir. 2010-cu ildə tədqiqatçılar müəyyən ediblər ki, 11 yaşa qədər 22% oğlan və 21% qız həmyaşıdları tərəfindən təhqirlərə məruz qalıb. Moskvada 1200 şagird arasında keçirilmiş sorğudan məlum olub ki, onların 78 faizi oxuduqları məktəbdə bullinqin şahidi olublar. Yeniyetmələr arasında isə bu rəqəm müvafiq olaraq 13 və 12% təşkil edir.
Norveçdə isə oğlanların 11, qızların isə 2,5 faizi bullinqlər kimi öz həmyaşıdlarına qarşı aqressiv davranışda olduqlarını etiraf ediblər. Hazırda bullinq üzrə tədqiqatlar ABŞ, Fransa, Britaniya, Finlandiya, Cənubi Koreya kimi ölkələrdə aparılır.
Psixoterapevt Cennifer Fridin sözlərinə görə, bullinq yalnız qəzəb və alçaldıcı hərəkət deyil. Bullinq təkrarlanmaq, qurbanını qorxu və stress vəziyyətində qoymaq tendensiyasına malikdir. Oxşar effekti bullinq həm də baş verən aqressiv hadisələrin şahidləri olanlara qarşı da göstərir.
Əgər uşaqlar dalaşıblarsa və ya hətta kiməsə qarşı nalayiq sözlər işlədiblərsə, bir dəfə “öz komandası”ndan kimisə çıxardırlarsa, bu, bullinq kimi təsnif edilmir. Amma əgər uşaq kollektivində cəzasız zorakılıq mədəniyyəti formalaşırsa, bu, onlarda başqaların alçaldılmasının mümkünlüyü hissini yarada bilər. Bullinqin qurbanları təhsildən yayına, uşaqlıq dövründə yaşanmış əzablar isə onun yaşlı həyatına da ziyan vura bilər. Bullinqin qurbanları olmuş şagirdlər yaşlı həyatlarında da daha çox xəstələnir və psixoloji problemlərə malikdir. Nəticələr daha da dağıdıcı ola bilər.

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə