Fənn-Sosial işə giriş Tələbələr-Çələbiyeva Aminaxatun, Mehdiyeva Gülüzar, Məsimli Aysu, Ələkbərli Ramal, Həsənli Adil


Biz hamımız bullinqin qurbanları haqqında eşitmişik, hansılar ki, buna görə intihar ediblər



Yüklə 4,78 Mb.
səhifə2/3
tarix11.12.2023
ölçüsü4,78 Mb.
#144452
1   2   3
Aminaxatun

Biz hamımız bullinqin qurbanları haqqında eşitmişik, hansılar ki, buna görə intihar ediblər.
Məktəbdə bullinq nədir və onunla necə mübarizə aparmaq olar?
Bullinq nədən baş verir?
Şagirdlər arasında zorakılıq hadisələri həmişə məktəbin bir hissəsi olub, ancaq indi onlar daha çox gözə çarpır. Bu gün Ukraynada 10 uşaqdan 8-i bullinqin qurbanı olur. Bu hadisələrin başlanmasına təkan verən isə aşağı sinif şagirdlərinə qarşı münasibətdən qaynaqlanır, məsələn, yuxarı siniflərin şagirdləri onların əlindən mobil telefonları alırlar. 11-15 yaşlı uşaqlar arasında isə dedi-qodular, alçaldıcı zarafatlar və boykot halları geniş yayılıb.
Psixoloq Svetlana Krivtsovanın sözlərinə görə, başqalarına qarşı aqressiv, alçaldıçı davranışları həmişə bir şəxs öz nüfuzunu təsdiq etmək, əylənmək və ya hər hansı marağı naminə edir. Digər uşaqlar isə bullerin hərəkətlərini müşahidə edərək, ya onlara məhəl qoymur, ya qəzəblənir, ya da müdaxilə etməyə çalışırlar. Ancaq görəndə ki, bu cür davranışın qurbanı müqavimət göstərmir, müəllim isə onların təşəbbüsünü dəstəkləmir, onda uşaqlar acizlik hiss edir və onların əhvali-ruhiyyəsi qurbana qarşı şəfqətdən qıcıqlanmaya və laqeydliyə qədər dəyişə bilər.
Bullinqin və mobbinqin (daha az radikal təhqirlər) əsas əlamətləri bunlardır:
- Təcavüzkar və onun qurbanının güclərinin bərabərsizliyi;
- Zorakılığın təkrarlığı;
- Qurbanın kəskin emosional reaksiyası.
Ən çox bullinq halları o məktəblərdə olur ki, orada şagirdlər laqeyddir və məyusdurlar, onların tələbatları heç kim tərəfindən tanınmır və təmin edilmir. Dərs buraxma və ya vandalizm halları ilə müqayisədə insan şərəfinin təhqirinin daha ağır pozuntu hesab edildiyi yerlərdə bullinqə nadir hallarda rast gəlinir. Son zamanlar isə internet-təqib (kiberbullinq) - internet, elektron poçt, SMS və s. vasitəsilə təqib də geniş yayılıb.
Səs-küylü zorakılıq hadisələri
Bullinqin ən açıq nümunələrindən biri Ukrayna məktəblərindən birində baş vermişdi. İki yeniyetmə qız həmyaşıdı olan iki qızı döyüb. Hadisəni görən digər uşaqlar münaqişəyə heç cür müdaxilə etməmiş, əksinə, qızları qarşıdurmaya həvəsləndirib və baş verənləri videoya çəkiblər. Yalnız bir təqaüdçü qoca bu hadisəni evinin pəncərəsindən görərək polis çağırıb və qızları xilas edib.
Daha bir məktəbdə isə VII sinif şagirdləri öz yoldaşlarını döyərək videoya çəkib və internetə yerləşdiriblər. Kənardan keçənlər isə uşağa köməklik göstərməyiblər. Odessa şəhərində isə bu cür aqressiv hadisələrdən sonra 15 yaşlı oğlan ölüb. Ölüm səbəbi məktəbdə fasilə zamanı uşağın qarın nahiyəsindən aldığı travma olub.

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə