Qaydalar Hüquqi şəxs və ya fiziki şəxs (fərdi sahibkar) olmalıdır



Yüklə 12,39 Kb.
tarix17.02.2018
ölçüsü12,39 Kb.
növüQaydalar

Şərtlər və Qaydalar  

  • Hüquqi şəxs və ya fiziki şəxs (fərdi sahibkar) olmalıdır;

  • Dilerin mağazası\Satış sahəsi Azercell-in digər diler mağazalarına yaxınlığı baxımından onların satışına təsir etmək (üstünlük verilir) imkanı olmamalıdır;

  • Dilerin mağazasının\Satış sahəsinin xarici və daxili görünüşü / təmiri yüksək səviyyədə olmalıdır;

  • Ticarət sahəsi şəhərin mərkəzi yerlərində və insanların kütləvi hərəkət etdiyi yerdə olmalıdır (üstünlük verilir);

  • Ticarət sahəsinin minimal ölçüsü 15 kvadrat metrdən aşağı olmamalıdır;

  • Müvafiq sahədə fəaliyyət üçün zəruri mebel avadanlığı (telefon və aksesuarlar üçün stendlər) mövcud olmalıdır;

  • Müvafiq sahədə fəaliyyət üçün zəruri texniki avadanlıq (şəhər telefonu, faks, surətçıxaran, kassa və sair) mövcud olmalıdır;

  • Müvafiq sahədə zəruri məlumat mübadiləsinin təşkil və təmin etmək üçün internetə qoşulmuş kompüter avadanlığı mövcud olmalıdır;

  • Diler peşəkar işçilərə (mobil telefonlarının imkanlarını, Azercell-in xidmətlərini və üstünlüklərini müştəriyə izah edə bilən) malik olmalıdir;

  • Telefon çeşidi (azı 30 ədəd);

Hüquqi şəxs üçün lazım olan sənədlər:

  • Nizamnamənin surəti;

  • Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilən kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

  • Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilən kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən (qanuni təmsilçi barədə məlumatlar olması şərti ilə) çıxarışın surəti (bu sənəd təqdim edildikdə, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilən kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətinin təqdim edilməsi zəruri deyil);

  • Hüquqi şəxsin Bank Rekvizitləri  haqqında rəsmi (Bank-dan verilmiş) arayış (əsli);

  • İcarə müqaviləsi və ya məkanın aidiyyatı hüquqi şəxsin mülkiyyətində olmasını təsdiq edən sənəd (çıxarış);

  • Hüquqi şəxsin qanuni təmsilçi birbaşa müraciət etdikdə onun şəxsiyyətini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi);

  • Hüquqi şəxs tərəfindən, onun adından fəaliyyət göstərən səlahiyyətli nümayəndəyə qanuni təmsilçi tərəfindən verilən etibarnamə və həmin nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd.

Fiziki şəxs (Fərdi Sahibkar) üçün lazım olan sənədlər:

  • Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsinin (fiziki şəxsin vergi uçotunu aparan vergi orqanı tərəfindən verilmiş, həmin fiziki şəxsin vergi uçotuna dayanmasını təsdiq edən və özündə fiziki şəxsin adını, VÖEN-ni, ünvanını və şəklini əks etdirən, blankı təkrar çapdan müdafiə etmək üçün xüsusi gizli nişanları olan sənəd) (surəti);

  • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (surəti);

  • İcarə müqaviləsi və ya məkanın şəxsin mülkiyyətində olmasını təstiq edən sənəd (çıxarış)*.

Qeyd: İstisna hallarda, Pərakəndə Satış Departamentinin rəhbərliyinin razılığı ilə, icarə müqaviləsi mövcud olmasa da, müvafiq məkanın istifadəsinə icazə və səlahiyyət verən mülkiyyətçinin verdiyi notarial qaydada təsdiqlənmış etibarnamə əsasında (əsli təqdim edilmək şərti ilə) məsələyə yenidən baxıla bilər.

Sənədlərin Qəbulu Qaydası

Dükanın 3-4 ədəd daxili və xarici fotoşəkilləri ilə qeyd olunan elektron ünvana müraciət olunur və təşkil olunmuş komissiya dilerlik haqqında müraciətin qəbuluna rəy verir.

Daha sonra komissiya dükana yerində baxış və təftiş keçirir, dilerlik müqaviləsinin bağlanmasına qərar verir.



E-mail ünvanı: dilerlik@azercell.com


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə