1. İnformasiya anlayışı və informatikanı təşkil edən komponentlər İnformatika



Yüklə 75,94 Kb.
səhifə26/39
tarix17.05.2022
ölçüsü75,94 Kb.
#87200
1   ...   22   23   24   25   26   27   28   29   ...   39
İnsan kompüter interfeysi - Konspekt

15. Ekspert sistemlər

İntellektual İS-in növlərindən biri də ekspert sistemləridir. Bu növ proqramlar müəyyən faktlara və tətbiq olunduğu sahənin (maliyyə, tibb və s.) ekspertləri tərəfindən qoyulmuş analitik qaydalara əsaslanır. Ekspert sistemləri tətbiq olunduğu sahədə problemləri həll edən, tövsiyələr verən və qərarlar qəbul edən sistemlərdir. Ekspert sistemlərində 2 əsas prinsip var: 

biliklər bazası və məntiqi nəticəçıxarma mexanizmi. 

Biliklər bazası verilmiş mövzuya aid xüsusi fakt və qaydaları təqdim edir. Başqa sözlə, biliklər bazası müəyyən sahədə insanların topladığı biliklərdən ibarətdir. 

Məntiqi nəticəçıxarma mexanizmi isə ekspert sisteminə nəticə çıxarmağa imkan verən mühakiməyürütmə qabiliyyətini gerçəkləşdirir. Məntiqi nəticəçıxarma mexanizmi məlum faktları və qaydaları özündə saxlayır, sonradan nəticələri almaq üçün daxil edilən informasiya onun köməyi ilə faktlar və qaydalarla tutuşdurulur.


Ekspert sistemlərinin ən maraqlı komponentlərindən biri olan açıqlama modulunun köməyi ilə sistem çıxardığı nəticələri izah edir. Bu modul sistemi hazırlayanlara onun işini yoxlamaq imkanı verir. İlk ekspert sistemləri 1960-cı illərdə meydana çıxıb; onlar kimya, geologiya, tibb, bank işi və investisiya, sığorta sistemi kimi sahələrdə tətbiq olunur.

Ekspert sistemlərinin, eləcə də başqa intellektual sistemlərin həll etdiyi məsələlərdə bəzən dəqiq olmayan bilik və faktlardan istifadə olunur. Belə bilik və faktların tam doğru və ya tam yalan (1 və ya 0) olduğunu demək mümkün deyil. Məsələn, elə bilik var ki, onun doğruluq dərəcəsinin 0.7 olduğunu söyləmək olar. Bu problemin həlli üçün ekspert sistemlərində və süni intellektin başqa proqram sistemlərində bulanıq məntiqdən (fuzzy logic) istifadə olunur. Bu məntiqdə dəyişənlər 0 (yalan) və 1 (doğru) aralığındakı istənilən qiymət ala bilər. Bulanıq məntiqdə əməliyyatın nəticəsi müəyyənlik termini ilə deyil, ehtimal terminləri ilə ifadə olunur; məsələn, nəticə “doğru” və “yalan” qiymətləri ilə yanaşı, “yəqin, doğru”, “ola bilsin, doğru”, “yəqin, yalan”, “ola bilsin, yalan” kimi qiymətlər də ala bilər.

Süni intellekt məsələlərinin həlli, eləcə də ekspert sistemlərinin yaradılmasında istifadə məqsədilə bir neçə xüsusi proqramlaşdırma dili işlənib-hazırlanmışdır. Bu dillərdən Prolog və LISP daha geniş istifadə olunur.
Məntiqi proqramlaşdırma dili olan Prolog (“Programming in Logic”) 1972-ci ildə yaradılb. Məntiqi proqramlaşdırmada proqram problem haqqında faktları və faktlardan necə istifadə etmək haqqında qaydaları kompüterə verir. Bundan sonra kompüter məsələni avtomatik həll etmək üçün müəyyən prosedur tətbiq edir.

Yüklə 75,94 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə