1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar



Yüklə 217,73 Kb.
səhifə95/143
tarix20.10.2023
ölçüsü217,73 Kb.
#128536
1   ...   91   92   93   94   95   96   97   98   ...   143
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar

2Cu + O2 + H2O + CO2 → (CuOH)2CO3
Cu2O. Mis 4000-5000C-də qızdırdıqda qara rəngli CuO alınır.11000C-də o, mis 1-oksidə və oksigenə parçalanır.
4CuO → 2Cu2O + O2
Mis 1- oksidə HCl-la təsir etdikdə suda həll olmayan mis 1-xlorid əmələ gəlir.
Cu2O + 2HCl → 2CuCl + H2O
CuO. Mis(ıı) oksid misin oksigenlə reaksiyasından və ya mis(ıı) hidroksidin parçalanmasından alınır.
2Cu + O2 → 2CuO
Cu(OH)2 → CuO + H2O
Mis(ıı) oksid əsasi oksidlərə aiddir.O, turşular ilə qarşılıqlı təsirdə olur.
CuO + H2SO4 → CuSO4 +H2O
CuO + SO3 → CuSO4
Mis-1 oksid və mis-2 oksid ammonyakın sulu məhlulunda həll olur.
Cu2O + 8NH3 + H2O → 2Cu(NH3)4OH
CuO + 4NH3 + H2O → Cu(NH3)4(OH)2
Cu(OH)2. Mis-2 oksid suda həll olmur.Ona uyğun gələn hidroksid dolayı yolla çöküntü şəklində alınır.
CuSO4 + 2NaOH → Cu(OH)2 + Na2SO4
Cu(OH)2 +4NH4OH → Cu(NH3)4(OH)2 + 4H2O
Mis (ıı) hidroksid turşularda asan həll olur.
Cu(OH)2 + H2SO4 → CuSO4 +2H2O
CuO və Cu(OH)2 zəif amfoter xassəli birləşmələrdir. Mİs-2 oksidi qələvilərdə közərtdikdə kupratlar , Cu(OH)2-ni qələvilərin qatı məhlulu ilə qız dirdıqda hidroksokupratlar əmələ gəlir.
CuO + 2NaOH → Na2CuO2 + H2O
Cu(OH)2 + 2NaOH → Na2Cu(OH)4
Cu2O3. Mis-3 oksid 200C-də KClO ilə Cu(OH)2-nin təsirindən alınır.
2Cu(OH)2 + KClO → Cu2O3 + KCl + H2O
Mis-3 oksid qırmızı rəngli kristal maddədir.Turşularla həll olur.750C-də yüksək tem. parçalanır.Qüvvətli oksidləşdiricidir.
2Cu2O3 → 4CuO + O2
Cu2O3 + 6HCl → 2CuCl2 + Cl2 + 3H2O
Tətbiq sahələri. Mis xalq təsərrüfatının bütün sahələrində tətbiq edilir. İstehsal
olunan misin 40-50% elektrotexnikada istifadə olunur. Misin ən mühüm ərintiləri
bürünc və tuncdur.
Bürünc ( Cu + 45% Zn)
Tunc ( Cu + 10% Sn)
Tompak ( 90% Cu + 10% Zn)

5.TARAZLIĞIN YERDƏYİŞMƏSİ VƏ ONA TƏSİR EDƏN AMİLLƏR.LE-ŞATELYE PRİNSİPİ
Temperatur, qatılıq və təzyiqi dəyişdikdə tarazlıq pozulur. Sistemin bir tarazlıq halından başqasına keçməsinə tarazlığın yerdəyişməsi deyilir. Tarazlığın yerdəyişməsi Le- Şatelye prinsipinə görə müəyyən olunur (1884): Sistem tarazlıqda olduqda, xarici şəraiti müəyyən edən kəmiyyətlərdən birini dəyişdikdə, sistemin tarazlığı həmin şəraitin təsir effektinin azalması istiqamətində öz yerini dəyişir.

Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə