|
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqarn / V = C; Δn / V = ΔC; υ
|
səhifə | 132/143 | tarix | 20.10.2023 | ölçüsü | 217,73 Kb. | | #128536 |
| 1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqarn / V = C; Δn / V = ΔC; υhomog. = ΔC / Δt
Maddə molları sayının sistemin vahid həcminə nisbəti molyar qatılığı (C) ifadə edir: ölçü vahidi - mol / sm3 ∙ dəq., mol / l ∙san.
Heterogen reaksiyanın sürəti isə vahid zamanda sistemin bərk fazasının vahid səthində reaksiyaya daxil olan və ya reaksiyadan alınan maddələrin miqdarı ilə ifadə olunur.
υheterog. = Δn / S Δt
n– reaksiya zamanı alınan maddə mollarının sayı; V – sistemin həcmi; t – zaman; S – faza səthinin sahəsi; Δ – isə dəyişilmə fərqidir; ( Δn = n2 –n1; Δt = t2 – t1 )
Maddə molları sayının sistemin vahid həcminə nisbəti onun molyar qatılığını (C) ifadə edir:
Reaksiyanın sürətinə təsir edən əsas amillər sırasına qatılıq, temperatur, katalizator, qaz halında maddələr üçün isə təzyiq daxildir. Reaksiya sürətinin qarşılıqlı təsirdə olan maddələrin qatılıqlarından asılılığı 1867 – ci ildə Norveç alimləri K.Quldberq və P.Vaage tərəfindən müəyyən edilmiş kütlələrin təsiri qanunu ilə ifadə olunur:
Sabit temperaturda gedən reaksiyaların sürəti, reaksiyaya daxil olan maddələrin qatılıqları hasili ilə düz mütənasibdir.
A + B = AB; υ = k [A] [B]
υ – reaksiyanın sürəti; [A] [B] – A və B maddələrinin molyar qatılığı; k – reaksiyanın sürət sabitidir. Reaksiyada maddələrdən bir neçə molu iştirak etdikdə, hər bir maddənin qatılığı onun formulu yanında yazılmış əmsalın qüvvətinə yüksəldilir. A=B=1 mol/l; υ=k
mA + nB = pC; υ = k [A]m [B]n
Reaksiyada ancaq qaz halında maddələr iştirak edərsə, ifadədə qatılıqlar əvəzinə qazların uyğun parsial təzyiqləri yazılır:
N2 + O2 = 2NO; υ = k PN2 Po2
Əgər reasiyaya daxil olan maddələrdən biri bərk halda olarsa, reaksiyanın sürəti qaz və ya mayenin qatılığından asılıdır.
Dostları ilə paylaş: |
|
|