1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar


n / V = C; Δn / V = ΔC; υ



Yüklə 217,73 Kb.
səhifə132/143
tarix20.10.2023
ölçüsü217,73 Kb.
#128536
1   ...   128   129   130   131   132   133   134   135   ...   143
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar

n / V = C; Δn / V = ΔC; υhomog. = ΔC / Δt
Maddə molları sayının sistemin vahid həcminə nisbəti molyar qatılığı (C) ifadə edir: ölçü vahidi - mol / sm3 ∙ dəq., mol / l ∙san.
Heterogen reaksiyanın sürəti isə vahid zamanda sistemin bərk fazasının vahid səthində reaksiyaya daxil olan və ya reaksiyadan alınan maddələrin miqdarı ilə ifadə olunur.
υheterog. = Δn / S Δt
n– reaksiya zamanı alınan maddə mollarının sayı; Vsistemin həcmi; t – zaman; S – faza səthinin sahəsi; Δ – isə dəyişilmə fərqidir; ( Δn = n2 –n1; Δt = t2 – t1 )
Maddə molları sayının sistemin vahid həcminə nisbəti onun molyar qatılığını (C) ifadə edir:
Reaksiyanın sürətinə təsir edən əsas amillər sırasına qatılıq, temperatur, katalizator, qaz halında maddələr üçün isə təzyiq daxildir. Reaksiya sürətinin qarşılıqlı təsirdə olan maddələrin qatılıqlarından asılılığı 1867ci ildə Norveç alimləri K.Quldberq və P.Vaage tərəfindən müəyyən edilmiş kütlələrin təsiri qanunu ilə ifadə olunur:
Sabit temperaturda gedən reaksiyaların sürəti, reaksiyaya daxil olan maddələrin qatılıqları hasili ilə düz mütənasibdir.
A + B = AB; υ = k [A] [B]
υ – reaksiyanın sürəti; [A] [B] – A B maddələrinin molyar qatılığı; k – reaksiyanın sürət sabitidir. Reaksiyada maddələrdən bir neçə molu iştirak etdikdə, hər bir maddənin qatılığı onun formulu yanında yazılmış əmsalın qüvvətinə yüksəldilir. A=B=1 mol/l; υ=k
mA + nB = pC; υ = k [A]m [B]n
Reaksiyada ancaq qaz halında maddələr iştirak edərsə, ifadədə qatılıqlar əvəzinə qazların uyğun parsial təzyiqləri yazılır:
N2 + O2 = 2NO; υ = k PN2 Po2
Əgər reasiyaya daxil olan maddələrdən biri bərk halda olarsa, reaksiyanın sürəti qaz və ya mayenin qatılığından asılıdır.

Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə