1.Müəllim peşəsinin yaranması və inkişafı
Müəllim peşəsinin yaranma tarixi çox qədimdir.Hələ ibtidai icma dövründən
böyüklər öz təcrübələrini kiçiklərə ötürür.Xırda təsərrüfat işlərində iştirak
etmek,ov etmek usaqlarda bir sira bacarıqları formalasdirdi.Lakin zaman
kecdikce əmək alətləri yarandi,ov etmek,qida elde etmek çetinlesdi.Bununlada
uşaqlarin qazandiğı bacariqlar dahada mürekkeblesdi.Cəmiyyət inkisaf etdikcə
təlim ve terbiye isleridə mürəkkəbləşdi.Və bu işlə məşğul olan sosial təbəqə
yarandi.Məs:Babilistan,Misir,Suriyada-müəllimlərə kahinlər,Qədim
Yunanistanda-pedanomlar,pedaqoqlar,didaşkallar adlandirdilar.Onlar usaqlarin
təkcə təlimi ilə yox,tərbiyesi ilede meşgul olurdu.Terbiye etmek-usaqlari
beslemek,böyütmək kimi qəbul edilib.Müəllim-müdrik,hər şeyden hetta
elmlerden,heyat hadisələrdən xəbardar olan,meslehet veren
şəxsiyyətlərdir.Müəllimlik ixtisası ilə bağlı bir sira sexsiyyetler deyerli fikirler
söyləmişlər.N.Gencevi müəllimi işıq saçan gûnəşə bənzətmişdir.Ulu Öndər
Heydər Əliyev- “Şəxsən mən yer üzündə müəllim adından şərəfli ad
tanımıram”.H.Zərdabi – “Əgər məndən soruşsalar ki,ən şərəfli peşə hansidır,o
zaman iftixarla deyerem ki-müəllim.
2.Dünyada və Azərbaycanda ilk məktəblərin yaranmasi və fəaliyyəti
3.Qədim Şərq və qərb dûnyasinin filosoflarinin muellimlik pesesi haqqinda
fikirləri(4,5ci suallarla eynidir)
Ümumtəhsil məktəblərində tədris fənlərinin xarakteri elədir ki, hər bir dərsin
özündə tərbiyəvi ünsürlər vardır. Lakin görkəmli rus pedaqoqu N.İ.Piroqovun
belə bir fikrini yaddan çıxarmaq olmaz ki, bu ünsür çox zaman dərində olur və
bəzən səthi, müşahidəçi üçün görünməz qalır. Bundan istifadə etməyən müəllim
isə K.D.Uşinskinin dediyi kimi “Uşaqlar üzərində ən başlıca və gerçək təsir
vasitələrini itirmiş olur". Buna görə də müəllim dərsin bu cəhətini yaddan
çıxarmamalı və onun tərbiyəvi imkanlarını nəzərdən qaçırmamalıdır. Müəllim
həm də sinif rəhbəridir, dərsdənkənar tərbiyəvi işlərin bilavasitə təşkilatçısı və
rəhbəridir. Bu istiqamətdə tərbiyə işlərinin səmərəli olması onun pedaqoji
məharətindən, səriştəsindən çox asılıdır. Müəlim, sinif rəhbəri tərbiyə işlərinin
metodikasına, texnologiyasına daha dərindən bələd olduqda onun apardığı
tərbiyə işlərinin təsiri də bir o qədər güclü olur.V.A.Suxomlinski yazırdı:
"Şagirdlərlə yalnız dərsdə-müəl- lim stolunun bir tərəfində o, digər tərəfində
şagirdlər olmaqla görüşən adam uşaq ruhunu bilmir, uşağı tanımayan adam isə
tərbiyəçi ola bilməz. Belə adam üçün uşaqların fikirləri, hissləri və arzuları
həmişə bağlı olur. Müəllim stolu bəzən elə bir daş divara çevrilir ki, həmin
divarın arxasından o öz “düşməninə” şagirdlərə qarşı “hücuma” keçir; lakin çox
vaxt bu stol mühasirəyə alınmış qalaya çevrilir və “düşmən” həmin qalanı təngə
gətirməklə fəth edir, orada gizlənmiş“hərbi rəis” isə özünü əlləri və ayaqları
bağlı hiss edir”Lakin təəssüf ki, məktəbə, təhsilə, müəlliməmüasir yanaşmaların
olduğu və yeni tələblərin verildiyiindiki dövrdə də məktəblərimizdə belə
müəllimlər vardır. Belə şəraitdə isə nə yaradıcı düşüncədən, nə də
əməkdaşlıqdan söhbət gedə bilməz.Müəllim təkcə məktəbdə deyil, sosial
həyatda, cəmiyyət içərisində də müəllimdir, tərbiyəçidir. Buna görə də o, hər
yerdə özünün hərəkət və davranışını gözləməli, öz üzərində uşaqların, gənclərin,
yaşlıların baxışlarının olduğunu unutmamalıdır. Müd- rik şəxsiyyətlərdən birinin
çox gözəl bir fikri vardır: “Müəllim işini hər adama tapşırmaq olmaz. Amma
müəllimə hər şeyi etibar etmək olar”.
Dostları ilə paylaş: |