1 nömrəli Bakı Tibb Kolleci Sərbəst iş



Yüklə 19,17 Kb.
səhifə2/6
tarix27.12.2023
ölçüsü19,17 Kb.
#162192
1   2   3   4   5   6
Cəfərzadə Ceyran. Tarix

1921-ci il çevrilişi bir çox mühüm dəyişikliklərə səbəb oldu və 1925-ci ildə Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələndi. İran parlamenti 1906–1907-ci illər konstitusiyasını dəyişdirdi və 1797–1925-ci illərdə İranı idarə edən Qacarlar sülaləsini Pəhləvi sülaləsi ilə əvəz etdi. Bununla da, Pəhləvilərin hakimiyyəti legitimləşdirildi. İnqilabı Gilan vilayətində Cəngəlilər hərəkatı (1914–1921) izlədi.

Cənubi Azərbaycanda qələbə çaldıqdan sonra, 19 mart, 1910-cu ildə Səttar xanın rəhbərliyi ilə Tehrana yürüş başlanıb. Səttar xan və Bağır xanın fədai dəstələri Təbrizdən Tehrana yola düşüblər Lakin İran monarxiyasının Rusiyanı köməyə çağırması və Rusiyanın İrana hərbi müdaxiləsi ilə inqilab süqut (1911) etdi. Təbrizə daxil olan rus qoşunları inqilabçılara divan tutdular.

Məşrutə hərəkatı 20-ci əsrdə baş vermiş azadlıq və demokratik inqilablar üçün ilk cığır açmışdı. Bu mənada Məşrutə hərəkatını Yaxın və Orta Şərq ölkələrində keçən yüzillikdəki milli azadlıq və demokratik hərəkatların "pioneri" adlandırmaq olar. 1905–1911-ci illərdə baş vermiş Məşrutə hərəkatının məqsəd və məramı yolunda canlarını qurban verənlərin sayı çoxdur. Əslində bu hərəkata pak vicdanla qoşulanlar, onu uğurlu qələbəyə çatdırmaq istəyənlərin hamısı qəhrəmandır, tariximizdə və yaddaşımızda həmişəyaşar insanlardır.

Məşrutə qəhrəmanları sırasına milli qəhrəmanlarımızla yanaşı müxtəlif millətlərin – farsların, kürdlərin, ərəblərin, talışların, rusların, gürcülərin, polyakların, bolqarların, hətta uzaq Amerikadan məşrutəçilərə köməyə gəlmiş insanların da xatirələrini minnətdarlıqla yad etmək gərəkdir. Bu, bir daha göstərir ki, Məşrutə hərəkatı bir ölkə çərçivəsindən çıxıb beynəlxalq ictimaiyyətin nəzər-diqqətini özünə yönəldə bilmiş xalq hərəkatı, müstəbid rejimə və onun söykəndiyi əcnəbi müdaxilələrə qarşı mütərəqqi insanların mübarizəsi və həmrəyliyi idi. Bu yolda canlarını fəda etmiş Sərdari-milli Səttar xan, Salari-milli Bağır xanla yanaşı onların vəfalı silahdaşları Əli Müsyonun, Heydər xan Əmioğlunun, Şeyx Məhəmməd Xiyabaninin, yadların əli ilə dara çəkilmiş din xadimi Siqətülislam Təbrizinin, Məmmədtağı xanın, canını və bütün sərvətini Məşrutə yolunda qoymuş Hacı Mehdi Kuzəkünaninin, son nəfəsə qədər Məşrutə bayrağını yerə qoymayan Həsən xan Bağbanın, onun qardaşı Hüseyn xan Bağbanın, "Mərkəzi qeybin rəhbərləri, fəallarının (Hacı Rəsul Sədəqyani , Hacı Əli Davafuruş, Seyid Həsən Şərifzadə, Məhəmmədəli Tərbiyət, Cəfərağa Gənceyi, Mir Bağır ağa, Mirəli Əsgəri, Ağanağı Şücai, Məhəmməd Sadiq Xameyni və s.) və minlərlə məşrutə qəhrəmanlarının adlarını çəkib əziz xatirələrini yad etmək borcumuzdur".


Yüklə 19,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə