1 nömrəli Bakı Tibb Kolleci Sərbəst iş



Yüklə 19,17 Kb.
səhifə3/6
tarix27.12.2023
ölçüsü19,17 Kb.
#162192
1   2   3   4   5   6
Cəfərzadə Ceyran. Tarix

Məşrutə qəhrəmanları sırasına milli qəhrəmanlarımızla yanaşı müxtəlif millətlərin – farsların, kürdlərin, ərəblərin, talışların, rusların, gürcülərin, polyakların, bolqarların, hətta uzaq Amerikadan məşrutəçilərə köməyə gəlmiş insanların da xatirələrini minnətdarlıqla yad etmək gərəkdir. Bu, bir daha göstərir ki, Məşrutə hərəkatı bir ölkə çərçivəsindən çıxıb beynəlxalq ictimaiyyətin nəzər-diqqətini özünə yönəldə bilmiş xalq hərəkatı, müstəbid rejimə və onun söykəndiyi əcnəbi müdaxilələrə qarşı mütərəqqi insanların mübarizəsi və həmrəyliyi idi. Bu yolda canlarını fəda etmiş Sərdari-milli Səttar xan, Salari-milli Bağır xanla yanaşı onların vəfalı silahdaşları Əli Müsyonun, Heydər xan Əmioğlunun, Şeyx Məhəmməd Xiyabaninin, yadların əli ilə dara çəkilmiş din xadimi Siqətülislam Təbrizinin, Məmmədtağı xanın, canını və bütün sərvətini Məşrutə yolunda qoymuş Hacı Mehdi Kuzəkünaninin, son nəfəsə qədər Məşrutə bayrağını yerə qoymayan Həsən xan Bağbanın, onun qardaşı Hüseyn xan Bağbanın, "Mərkəzi qeybin rəhbərləri, fəallarının (Hacı Rəsul Sədəqyani , Hacı Əli Davafuruş, Seyid Həsən Şərifzadə, Məhəmmədəli Tərbiyət, Cəfərağa Gənceyi, Mir Bağır ağa, Mirəli Əsgəri, Ağanağı Şücai, Məhəmməd Sadiq Xameyni və s.) və minlərlə məşrutə qəhrəmanlarının adlarını çəkib əziz xatirələrini yad etmək borcumuzdur".

Tehranda baş verən 10(23) iyun çevrilişindən sonra irtica İranın bütün əyalətlərində hücuma keçdi. Rəştdə, Ənzəlidə, Məşhəddə, Səbzəvarda, Kuçanda, Kirmanşahda, Buşirdə, Bəndər-Abbasda, eləcə də başqa şəhərlərdə qubernatorlar şahın əmri ilə bütün əncümənləri qovdular və bir çox qəzetləri bağladılar.23 iyun 1908-ci ildə Məhəmməd Əli şah Qacar Tehranda çevriliş edəndə, Mir Haşimin başçılığı altında Təbriz irticaçıları şəhəri ələ keçirməyə və mücahidlərlə, fədailərlə və əncümənlərlə birdəfəlik haq-hesab çəkmək fikrinə düşdülər. Mir Haşimin davəçılərınə Mərənd xanı Şüca-Nizamın və Təbrizin qərb hissəsinin-Qaraməlik məhəlləsinin dəstələri də qoşuldular. İrticaçılar əvvəlcə Təbrizin, Səttarxanın fədailərinin əlində olan şimaldaki Əmirxız məhəlləsindən başqa, şimal-şərq hissəsini-Davəçı məhəlləsini, Şişgilan və Baqemişe məhəllələrini ələ keçirdilər. Şəhərin cənub-şərq hissəsi Bağır xanın fədailərinin əlində idi, onların əsas bazası Xiyaban məhəlləsi idi. Təbrizdə döyüşlər başlayandan sonra Təbriz əncüməninin mülkədar-liberal kəsimi xarici ölkələrin konsulluqlarında gizləndilər. Əncümən sədri Bəsir əs Səltənə və Əclal əl Mülk rus, hacı Mehdi Kuzəkünani və Şeyx Səlim osmanlı, Mirzə Hüseyn Vaiz -fransız konsulluqlarında bəstə oturdular. Əksəriyəti mülkədar, tacirlər və ruhanilərdən ibarət Təbriz əncüməni müvəqqəti olaraq dağıldı. Mürtəce dəstələrə qarşı mübarizəni-Təbriz sosial-demokrat mücahidlər təşkilatlarının başçıları- Əli Müsyo, Davafuruş, eləcə də Səttarxan və Bağır xan davam etdilər.


Yüklə 19,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə