Microsoft Word Broshyura A5 Designed doc



Yüklə 402,68 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix08.12.2017
ölçüsü402,68 Kb.
#14618
  1   2   3   4   5   6   7   8   9   ...   12


MAGİSTR HAZIRLIĞI 

üzrŠ 


YADDAŞ KİTABÇASI

AZ0101,  ırdalan şŠh ri, H. éliyev küç., 120, Abşeron, Bakı, Az rbaycan;

Tel: (+994 12) 448 28 62-66;  Faks: (+994 12) 448 28 61/67;  

e-mail:  info@qu.edu.az;    www.qu.edu.az;

X

Š

Š



Qafqaz Universiteti

QAFQAZ UNİVERSİTETİ

Magistratura vŠ doktorantura şöbŠsi

Bakı - 2012




 

AZƏRBAYCAN 

RESPUBLİKASI 

TƏHSİL NAZİRLİYİ 

 

 

ÇAĞ ÖYRƏTİM 

İŞLƏTMƏLƏRİ 

QAFQAZ UNİVERSİTETİ 

Magistratura və doktorantura şöbəsi 

 

 

 

 

MAGİSTR HAZIRLIĞI 

üzrə 

YADDAŞ KİTABÇASI 

 

 

Professor X.A. İSMAYILOV 

 

 

 

 

 



 

Qafqaz Universiteti Nəşri 

Bakı, 2012

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi 

Çağ Öyrətim İşlətmələri 

QAFQAZ UNİVERSİTETİ 

Magistratura və doktorantura şöbəsi 

 

Professor X.A. İsmayılov 

 

MAGİSTR HAZIRLIĞI  

üzrə  

YADDAŞ KİTABÇASI 

 

Yaddaş kitabçası Qafqaz Universitetində magistr hazırlığı, magistratura səviy-

yəsində təhsilin məzmununa və tədris prosesinin təşkilinə qoyulan tələblər, magistr 

ixtisaslaşma hazırlığı proqramlarının elmi-tədqiqat hissəsi üzrə bilik və bacarıqlara 

qoyulan tələblər izah edilir. Mаgistrlik dissеrtаsiyаlаrının mövzu sеçimi və mahiyyəti, 

məqsədi, onun yazılış qaydaları, metodikası, tərtibi, müdafiə prosesi haqqında ətraflı 

məlumat verilir. Vəsaitdə magistrlik dissertasiyası elmi rəhbərinin vəzifələri və ma-

gistrant - elmi rəhbər münasibətləri şərh olunur. 

Yaddaş kitabçasında magistrantlar üçün elmi-tədqiqat və elmi-pedaqoji təcrü-

bənin məqsədi, təşkilati prinsipləri, strukturu və prosedur qaydalarının şərhi verilir, 

təcrübə keçənlərin vəzifələri və əsas fəaliyyət öhdəlikləri təqdim olunur.  

Kitabçada magistrantın fərdi iş planı  və planda nəzərdə tutulan öhdəliklərin 

yerinə yetirilməsi ilə əlaqədar ətraflı məlumatlar verilir, elmi-tədqiqat və elmi-peda-

qoji təcrübənin gündəliyinin və hesabatının yazılması qaydaları şərh edilir. 

Yaddaş kitabçası mаgistrаntlаr, mаgistrlik dissеrtаsiyаsının еlmi rəhbərləri, rəy-

çilər, məsləhətçilər və  həmçinin özünün еlmi yаrаdıcılıq diаpazоnunu gеnişləndir-

məк istəyində оlаn gənc tədqiqatçılar üçün nəzərdə tutulur.  

 

Qafqaz Universiteti Elmi Şurasının Ç-QU-15000-000/117 saylı                                 

30 may 2012-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. 

Kitabça Qafqaz Universiteti, Dizayn və Nəşriyyat  

şöbəsində yığılaraq çapa hazırlanmışdır. 

Copyright © Qafqaz Universiteti, 2012 

 

 

Ünvan: AZ0101, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi 120, Abşeron, Bakı, Azərbaycan 

Tel: (+994 12) 448 28 62/66, Faks: (+994 12) 448 28 61/67 

e-mail: info@qu.edu.az; www.qu.edu.az 



MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI

                         

 

3

 

İÇINDƏKİLƏR 

 

1.

 



Magistr hazırlığı nədir? 

2.



 

Magistr hazırlığı proqramının biznes inzibatçılığı (MBA –  Master of 

Buziness Administration) proqramından fərqi 

3.



 

Qafqaz Universitetində magistr hazırlığı 

4.

 



Magistratura səviyyəsində təhsilin məzmununa və tədris prosesinin 

təşkilinə qoyulan tələblər 

5.

 



Magistr ixtisaslaşma hazırlığı proqramlarının elmi-tədqiqat hissəsi      

üzrə bilik və bacarıqlara qoyulan tələblər 

10 

6.

 



Magistraturada tədris prosesinin strukturu 

10 


7.

 

Fərdi iş planı 



11 

8.

 



Magistrlik dissertasiyası üçün mövzunun seçilməsi 

12 


9.

 

Magistrlik dissertasiyasının işçi planı 



13 

10.


 

Mövzu üzrə məlumatların toplanması, analizi və ümumiləşdirilməsi  14 

11.

 

Attestasiya 



15 

12.


 

Magistrantın sərbəst fəaliyyətinin təşkili 

16 

13.


 

Magistrantın fəaliyyətinin nəticələri 

17 

14.


 

Magistr tələbələrinin istehsalat təcrübəsi 

17 

15.


 

Təcrübənin təşkili 

20 

16.


 

Təcrübələrin hesabatına olan tələblər 

23 

17.


 

Magistrlik dissertasiyasının təqdimat mərhələləri 

28 

18.


 

Magistrlik dissertasiyasının strukturu 

29 

19.


 

Dissertasiya işinin müdafiəyə təqdim olunması 

31  

20.


 

Dissertasiya işlərinin tərtib olunma qaydaları 

31 

21.


 

Ekspert rəyi 

32 

22.


 

Şifahi müdafiə 

33 

23.


 

Təkrar müdafiə 

34 

24.


 

Ədəbiyyat 

35 

Əlavə 1.  Magistrantın fərdi iş planı 

36  

Əlavə 2.  Magistr tələbələrinin elmi-pedaqoji və elmi-tədqiqat          

təcrübəsinin gündəliyi 

46 

Əlavə 3.  İstehsalat təcrübəsinin titul vərəqi 

57 

Əlavə 4.  Dərsin plan-konspekti 

58 

    

QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ

 

4

 

1.

 

Magistr hazırlığı nədir? 

Magistratura təhsili peşəkar mütəxəssislərin yetişdirilməsin-

də  əhəmiyyətli və mütəşəkkil bir rol oynayaraq çoxpilləli ali 

təhsilin ayrılmaz və dinamik bir hissəsini təşkil edir. Magistr 

hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfin-

dən təsdiq edilmiş magistr ixtisaslaşmalarının (proqramlarının) 

təsnifatına uyğun olaraq mütəxəssis hazırlığının həyata keçiril-

məsini təmin edir. 



Magistr (lat. magister – rəhbər, müəllim) – magistraturanı 

bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsidir. 

Avropanın “Bolonya prosesinə” qoşulmuş ölkələri, o cüm-

lədən Azərbaycan və ümumi Avropa təhsil çərçivəsi yaratmaq 

məqəsədilə magistr təhsil pilləsini daxil etmişlər. Magistr təh-

sili iki il ərzində, peşə yönümündən asılı olaraq öncədən alın-

mış bakalavr təhsilini elmi cəhətdən dərinləşdirməyə  və  əlavə 

ixtisasa yiyələnməyə xidmət edə bilər. Bundan əlavə magistr 

dərəcəsi doktoranturada təhsil üçün əsas  şərt sayılır. Azərbay-

canda maqistr təhsilinin  əsasları “Azərbaycan Respublikasının 

təhsil qanununda” ətraflı şərh edilmişdir. 

Şimali Amerikada və Avropa İttifaqına daxil olan dövlət-

lərdə bakalavr səviyyəsində tam ali təhsil proqramı tətbiq edil-

diyindən bu təhsil səviyyəsini bitirənlərin əksəriyyəti magistra-

turada təhsillərini davam etdirmirlər. Adətən elmi tədqiqatlarla 

məşğul olmağı və ya ali təhsil müəssisələrində pedaqoji fəaliy-

yətlərlə məşğul olmağı planlaşdıran bakalavr məzunları magis-

traturada təhsillərini davam etdirirlər. 

Qərbi Avropada və Amerika Birləşmiş Ştatlarında müxtəlif 

magistr dərəcələri mövcuddur: 



İncəsənət magistri (Master of Arts, M.A.) 

− hümanitar 

sahədə verilən elmi dərəcə;  

Elmlər magistri (Master of Science, M.Sc.) 

− dəqiq elmlər 

və təbiət elmləri sahəsində verilən elmi dərəcə;  



Yüklə 402,68 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə