Microsoft Word Broshyura A5 Designed doc


MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI



Yüklə 402,68 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix08.12.2017
ölçüsü402,68 Kb.
#14618
1   ...   4   5   6   7   8   9   10   11   12

MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI

                         

 

29



 

müdafiəsi təhsil müəssisəsinin elmi şurasının qərarı ilə yaradıl-

mış ixtisaslaşdırılmış şuranın iclasında aparılır. 

Magistratura səviyyəsini bitirən şəxslərə „magistr“ ali elmi-

ixtisas dərəcəsi verilir. „Magistr“ dərəcəsi magistrlik dissertasi-

yalarının müdafiəsi üçün ali təhsil müəssisəsi tərəfindən yara-

dılmış ixtisaslaşdırılmış şuraların qərarı əsasında verilir. Bu təh-

sil səviyyəsini bitirən şəxslər təhsillərini doktoranturada davam 

etdirə bilərlər. 

 

18.



 

Magistrlik dissertasiyasının strukturu 

Dissertasiya təlim dilində yazılmalı və müdafiə edilməlidir. 

Magistrlik dissertasiyasının strukturunu aşağıdakı ardıcıllıqla 

yerləşdirilmiş materiallar təşkil edir: 

 

titul vərəqi; 

 

referat; 

 

içindəkilər; 

 

giriş; 

 

əsas hissə (dissertasiyanın məzmunu); 

 

nəticə; 

 

istifadə olunan ədəbiyyat; 

 

əlavələr (əgər varsa). 



Titul vərəqi dissertasiyanın birinci səhifəsidir və onun 

nümunəsi magistrlik dissertasiyasının yazılması üçün Qafqaz 

Universitetində  qəbul edilmiş qaydalar məcmuəsində göstəril-

mişdir (Bax: Ç-QU-KL-001-TR 

− Lisans bitirme çalışması ve 

yüksek lisans tez hazırlama kılavuzu, 20.02.2004, Qafqaz Uni-

versiteti). 

Referat dissertasiyanın məzmununun qısa xülasəsidir və 

orada aşağıdakılar əks olunmalıdır: 

 

magistrantın adı və dissertasiya işinin mövzusu; 

 

tədqiqatın obyekti, məqsədi və xarakteri; 



    

QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ

 

30

 

 

tədqiqat və hesablamaların qısa şərhi; 

 

nəticə. 

Referatın həcmi təxminən 150-200 sözdən ibarət olmalı və 

bir səhifədə yazılmalıdır. Referat Azərbaycan, Türk, İngilis və 

Rus dillərində tərtib olunmalıdır. 



İçindəkilər dissertasiya işində olan butun fəsillərin, hər fəs-

lə daxil olan başlıqların və altbaşlıqların hansı səhifələrdən baş-

landığını göstərir. 

Girişdə mövzunun aktuallığı, tədqiqatın məqsədi və obyek-

ti haqqında qısa məlumat verilir. 



Əsas hissədə dissertasiya işində müvafiq elmi istiqamət 

üzrə mühüm əhəmiyyəti olan və araşdırılan məsələnin təhlili və 

onun yaradıcı  həlli verilir. Əsas hissənin mətni fəsil, başlıqlar 

və altbaşlıqlara bölünür. Burada lazım gəldikdə cədvəllər, şəkil-

lər, qrafiklər, diaqramlar, sxemlər və s. verilə bilər. 

Nəticə hissəsində tədqiqat işinin yekunu olaraq magistran-

tın əldə etdiyi elmi və təcrübi nəticələr və tövsiyələr verilir. 



İstifadə olunan ədəbiyyat hissəsində dissertasiya işini yeri-

nə yetirdikdə istifadə edilmiş bütün mənbələr bir qayda olaraq 

əlifba sırası ilə (müəllifin soyadının birinci hərfi) ardıcıl nömrə-

lənərək göstərilir. (Bəzi hallarda mənbələr istinadlara görə  də 

nömrələnə bilər). Müəllifinə və ədəbiyyatına istinad olunmadan 

özgə materiallarından istifadə edildikdə, magistrlik dissertasi-

yası müdafiə ilə bağlı istənilən müzakirə  mərhələsindən geri 

qaytarılır. 



Əlavələr hissəsində dissertasiyanın  əsas hissəsindəki araş-

dırmalara və müddəalara aydınlıq gətirən və ya əsaslandıran 

materiallar verilir (əgər buna ehtiyac olarsa). 

 

 



 


MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI

                         

 

31



 

19.

 

Dissertasiya işinin müdafiəyə təqdim 

olunması 

Magistrant dissertasiya işinin hazırlanması barədə vaxtaşırı 

elmi rəhbərinə məlumat verir və onu tələb olunan məzmunda və 

formada yerinə yetirdikdən sonra elmi rəhbərinə  təqdim edir. 

Elmi rəhbər işi yoxladıqdan sonra özünün yazılı rəyi ilə birlikdə 

ilkin müzakirə üçün kafedraya təqdim edir. Rəydə dissertasiya-

nın bütün bölmələri üzrə görülmüş iş səciyyələndirilir və alınan 

nəticələrin doğruluğu, nəzəri və təcrübi əhəmiyyəti və həmçinin 

magistrantın fərdi xüsusiyyətləri qiymətləndirilir. 

Kafedraya təqdim olunan materiallar və magistrantın Fərdi 

iş planı nəzərdən keçirilir, dissertasiya işi müzakirə olunduqdan 

sonra onun magistrlik dissertasiyası üçün qoyulan tələblərə ca-

vab verməsi müəyyənləşdirilir və yekun rəylə birlikdə Magis-

tratura və doktorantura şöbəsinə təqdim edilir. Magistratura və 

doktorantura  şöbəsinin müdiri təqdim olunmuş materialların 

müdafiəyə buraxılması barədə müvafiq qərar qəbul edir və ma-

gistrlik dissertasiyasının titul vərəqində müvafiq qeydlər aparır. 

Magistratura və doktorantura şöbəsinin müdiri magistrantı 

dissertasiya müdafiəsinə buraxmağı mümkün hesab etmədikdə 

bu məsələyə elmi rəhbərin iştirakı ilə şöbədə baxılır. 

  

20.

 

Dissertasiya işlərinin tərtib olunma 

qaydaları 

Dissertasiya işi magistrantın tədqiqat işini  əks etdirməli, 

işdə istifadə olunan ədəbiyyatın siyahısı  və  həmçinin istifadə 

olunan digər bütün materiallara istinad verilməlidir. 

Əgər magistrantın tədqiqat proqramı  hər hansı bir qrup 

layihəsinin bir hissəsidirsə, dissertasiya işi magistrantın fərdi 

fəaliyyətini aydın əks etdirməli və əməkdaşlığın dərəcəsi göstə-

rilməlidir. 



    

QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ

 

32

 

Magistrant tədqiqat işi ilə  əlaqədar  əldə etdiyi elmi nəti-

cələri müdafiədən qabaq nəşr etdirə bilər, bu halda dissertasiya 

işində onlara istinad verilməlidir. 

Dissertasiya işi magistrlik dissertasiyasının yazılması üçün 

Qafqaz Universitetində  qəbul edilmiş qaydalar məcmuəsində 

göstərilmiş tələblərə uyğun olaraq yerinə yetirilməlidir (Bax: Ç-

QU-KL-001-TR 

− Lisans bitirme çalışması ve yüksek lisans tez 

hazırlama kılavuzu,  20.02.2004, Qafqaz Universiteti). 

Dissertasiya işi qəbul olunmuş standartlara uyğun olaraq 

tərtib olunmalı və cildlənməlidir. Cild səhifələrin əlavə olunma-

ması və ya dəyişdirilməməsi üçün kifayət qədər etibarlı olma-

lıdır. 


 

21.

 

Ekspert rəyi 

Dissertasiya işi müdafiəyə ən azı 15 gün qalmış tanışlıq və 

rəy üçün ekspertlərə göndərilir. Ekspertlər dissertasiya işi ilə 

əsaslı tanışlıqdan sonra yazılı rəy hazırlayır. Rəydə aşağıdakılar 

öz əksini tapmalıdır: 

 

dissertasiya mövzusunun aktuallığı; 

 

ədəbiyyatdan düzgün istifadə olunması; 

 

müəllifinə və ədəbiyyatına istinad olunmadan özgə 



materiallarından istifadə olunma faktının olub-olmaması; 

 

dissertasiya işində irəli sürülən hər bir əsas müddəanın və 



nəticənin doğruluğu və yeniliyi; 

 

aparılan tədqiqatların elmi və əməli dəyəri, alınan 



nəticələrdən istifadə edilməsinin mümkünlüyü; 

 

işin obyektiv qiymətləndirilməsi, onun müsbət və mənfi 



cəhətləri; 

 

işin magistr dissertasiyaları üçün irəli sürülən tələblərə 



cavab verməsi. 

Rəy ekspert tərəfindən imzalanır və müdafiəyə ən azı 5 gün 

qalmış müdafiə  şurasına təqdim edilir. Ekspert rəyinin surəti 

müdafıəyə ən az 3 gün qalmış magistranta verilməlidir. 




Yüklə 402,68 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə