Microsoft Word Broshyura A5 Designed doc


MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI



Yüklə 402,68 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix08.12.2017
ölçüsü402,68 Kb.
#14618
1   2   3   4   5   6   7   8   9   ...   12

MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI

                         

 

9



 

 

Ədəbiyyatşünaslıq (İngilis dilli ölkələr və sahələr üzrə - 



Böyük Britaniya və ABŞ) 

 

Dilşünaslıq (Ərəb dilli ölkələr və sahələr üzrə) 

 

Tərcümə (İngilis dili) 

 

Beynəlxalq münasibətlər və diplomatiya 

 

Beynəlxalq iqtisadi münasibətlər 

 

Maliyyə menecmenti 

 

İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə 

edilməsi (sənaye üzrə) 

 

Biznesin təşkili və idarə edilməsi 

 

Dövlət strukturlarında menecment 

 

Diferensial tənliklər 

 

İstilik fizikası və molekulyar fizika 

 

Kompyuter mühəndisliyi 

 

MBA - Biznesin təşkili və idarə edilməsi 

 

MBA – İdarəetmədə informasiya sistemləri 

 

4.

 

Magistratura səviyyəsində təhsilin 

məzmununa və tədris prosesinin təşkilinə 

qoyulan tələblər 

Magistratura 

− ali təhsilin ikinci səviyyəsinin tələblərinə 

uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti gös-

tərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prose-

sidir. 


Magistratura səviyyəsində  təhsilin məzmunu bir-biri ilə 

əlaqəli nəzəri təlimdən, elmi-tədqiqat işlərindən, pedaqoji və 

peşəkar hazırlıqdan ibarətdir. 

Magistrantın nəzəri təlimi və pedaqoji hazırlığı humanitar, 

ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, 

məsləhət, sərbəst iş, pedaqoji təcrübə və s. formada öyrənilməsi 

ilə təmin olunur. 

    

QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ

 

10

 

Magistrantın elmi-tədqiqat fəaliyyəti hər semestr üçün nə-

zərdə tutulmuş elmi-tədqiqat işlərinin yerinə yetirilməsindən, 

elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrdən və magistrlik dis-

sertasiyasının hazırlanmasından ibarətdir. Magistratura üzrə apa-

rılan elmi-tədqiqat işləri axtarış və tətbiqi xarakterli işlər olma-

lıdır. 

 

5.

 

Magistr ixtisaslaşma hazırlığı 

proqramlarının elmi-tədqiqat hissəsi üzrə 

bilik və bacarıqlara qoyulan tələblər 

Magistrant öz elmi-tədqiqat fəaliyyətində  aşağıdakıları 

bacarmalıdır: 

 



tədqiqatın vəzifələrini konkret şəkildə ifadə etməyi; 

 



tədqiqatın planını tərtib etməyi; 

 



müasir informasiya texnologiyalarından istifadə etmək-

lə biblioqrafik işləri yerinə yetirməyi; 

 



tədqiqat üçün zəruri olan üsulları seçməyi; 

 



konkret tədqiqatın tələblərinə uyğun olaraq mövcud 

üsulları modernləşdirməyi və yeni üsullar hazırlamağı; 

 



elmi  ədəbiyyatda mövcud olan məlumatları  nəzərə al-

maqla özünün əldə etdiyi nəticələri təhlil etməyi və 

aydınlaşdırmağı; 

 



müxtəlif nəşr vasitələrindən istifadə etməklə görülmüş 

işlərin nəticələrini müasir tələblərə uyğun gələn məru-

zələr, hesabatlar, referatlar və ya məqalələr  şəklində 

tərtib və təqdim etməyi. 

6.

 

Magistraturada tədris prosesinin strukturu 

Tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) 

ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən 

çox olmayaraq, yay semestri də təşkil oluna bilər. 




MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI

                         

 

11



 

Əyani formanın təhsil müddətində  nəzəri tədrisə - 45, 

elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrə - 8, imtahan 

sessiyalarına isə 9 həftə ayrılır. Dissertasiya işinin hazırlanması 

və müdafiəsinə 12, tətillərə isə 16 həftə ayrılır. 

Tələbənin auditoriya və auditoriyadan kənar (bütün tədris, 

elmi-tədqiqat və elmi-pedaqoji) həftəlik yükünün həcmi 45 

saatdır. Bu zaman auditoriya saatı həftədə 12-16 saat təşkil edir. 

Təhsil üçün illər üzrə ayrılan müddət aşağıdakı cədvəldə göstə-

rilmişdir: 

 

Tədris üçün ayrılan 



müddət, həftə 

Fəaliyyət 

1-ci il  2-ci il Cəmi

Nəzəri tədris 30 

15 

45 


Elmi-tədqiqat və elmi-pedaqoji təcrübə 4 



İmtahan sessiyası 6 



Magistrlik dissertasiyasının hazırlanması – 

12 


12 

Magistrlik dissertasiyasının müdafiə edilməsi

– 4 4 

Tətillər 14 



16 


Məzuniyyət – 



Cəmi (illər üzrə)

54 44 98 

 

Ayrı-ayrı  fənlər üzrə imtahan qiyməti 70-dən aşağı olma-



malıdır, əks halda uyğun fənnin mənimsənilmə səviyyəsi kifa-

yət hesab edilmir və təkrarlanması tələb edilir. 

Əgər hər hansı bir səbəbdən (ailə vəziyyəti, xəstəlik, hərbi 

xidmət və s.) magistranta möhlət verilirsə, bu möhlət müddəti 

ümumi təhsil müddətinə daxil edilmir. 

 

7.

 

Fərdi iş planı 

Magistr tədris proqramına uyğun olaraq hər bir magistr 

tələbəsi üçün birinci semestrin ilk üç ayı ərzində fərdi iş (tədris) 

planı (Bax: Əlavə  1) hazırlanır. Fərdi iş planında hər bir se-



    

QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ

 

12

 

mestr ərzində planlaşdırılan tədris və elmi-tədqiqat işləri, elmi 

rəhbər və dissertasiya işinin mövzusu göstərilir. 

Fərdi iş planı bilavasitə magistrant və elmi rəhbər tərəfin-

dən tərtib olunur, imzalanır və kafedra iclasında müzakirə üçün 

təqdim edilir. Fərdi iş planı kafedrada qəbul edildikdən sonra 

təsdiq olunmaq üçün Magistratura və doktorantura şöbəsinə 

təqdim olunur. Magistrant təsdiq olunmuş  fərdi iş planı  əsa-

sında tədrisini və tədqiqat işlərini yerinə yetirir.  

Tədris prosesində magistrantın fərdi iş planında müəyyən 

dəyişikliklər aparıla bilər (əlavə olaraq bir və ya bir neçə fənnin 

daxil edilməsi, dissertasiya mövzusunun dəqiqləşdirilməsi və 

ya dəyişdirilməsi və s.). Bu məqsədlə kafedra müdiri Magistra-

tura və doktorantura şöbəsinə  təqdimatla müraciət etməlidir. 

Fərdi iş planında aparılan hər hansı bir dəyişiklik Magistratura 

və doktorantura şöbəsi tərəfindən təsdiq olunmalıdır. 

 

 

8.



 

Magistrlik dissertasiyası üçün mövzunun 

seçilməsi 

Magistraturaya qəbul olunan hər bir tələbə üçün kafedra 

tərəfindən elmi dərəcəsi (elmlər doktoru və ya fəlsəfə doktoru) 

olan elmi rəhbər təyin edilir və magistrantın tədris və tədqiqat 

fəaliyyəti bilavasitə elmi rəhbərin nəzarəti altında həyata keçi-

rilir. 


Magistrlik dissertasiyası elmi rəhbərin (zəruri hallarda həm 

də  məsləhətçilərin) rəhbərliyi altında yerinə yetirilən müstəqil 



elmi-tədqiqat və təcrübi-konstruktor işidir.  

Magistrlik dissertasiyası üçün mövzunun düzgün seçilməsi 

böyük əhəmiyyət kəsb edir. Magistrant mövzunun seçilməsində 

elmi rəhbərinin köməyi ilə dissertasiyanın məzmununun nədən 

ibarət olmasını, qarşıya qoyulan məsələnin yeniliyini, aktuallı-

ğını və təcrübi əhəmiyyətini müəyyənləşdirməli, seçilmiş möv-




Yüklə 402,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə