Telefon: 00994-12-4654 127



Yüklə 299,8 Kb.
Pdf görüntüsü
tarix17.11.2018
ölçüsü299,8 Kb.
#80885


 Ünvan: 

ISR Plaza 69 Nizami küçəsi AZ 1005 Bakı 

Poçt: P.O. Box 28/29 AZ 1005 Bakı 

Telefon:00994-12-4654 127 

Telefax: 00994-12-4654 125 

E-Mail: 


visa@baku.diplo.de

 

İnternet: 



www.baku.diplo.de

 

 



 

 

Aktuallaşdırılmışdır: Fevral 2018



 

 

Təcrübə keçmək üçün – Məlumat vərəqəsi 

 

Xahiş olunur əvvəlcə milli viza üçün müraciət etməyə dair ümumi məlumatları oxuyun.  



 

Təcrübə fəaliyyəti üçün viza almaqdan ötrü bir qayda olaraq iş icazəsi tələb olunur . Bu iş icazəsi viza  

proseduru  çərçivəsində  bunun  üçün  hüquqi  əsas  olduğu  təqdirdə  verilir.  Hüquqi  əsas  məşğulluq 

haqqında  qaydaya  əsasən  müəyyən  edilir.  Sizin təcrübə  keçmək  istədiyiniz  praktika  yeri  təklif  edən 

idarə iş icazəsini verən idarə Federal Məşğulluq Agentliyi (Bundesagentur für Arbeit) ilə əvvəlcədən 

əlaqə yaradıb sizin praktikanız üçün iş icazəsinin verilə bilib-bilməyəcəyini aydınlaşdırmalıdır.  

 

Sənədlərə baxılma müddəti orta hesabla 4-8 həftədən ibarətdir.  



 

Viza almaq üçün aşağıdakı sənədlər tələb olunur: 

 

o

  Xarici pasport, ən az 2 boş səhifəsi olmaqla (xarici pasportun şəkil olan səhifəsi və əvvəlki Şengen 



vizaları, möhürlər və qeydlər olan səhifələrin 2 ədəd surəti) 

 

o

  Şəxsiyyət vəsiqəsi (əsli + 2 ədəd surəti) 



 

o

  2 ədəd alman dilində tam şəkildə doldurulmuş və şəxsən imzalanmış viza üçün ərizə forması 



 

o

  2 ədəd biometrik pasport şəkli (3,5x4,5; 6 aydan köhnə olmamalı)  



 

o

  Viza rüsumu (milli viza üçün müraciət etməyə dair ümumi məlumatlara bax) 



 

o

  Şirkətə, Sizin əmək sahənizə  və praktikanın müddətinə dair məlumatların əks olunduğu praktika 



müqaviləsi (əsli + 2 ədəd surəti) 

 

o



  Sizin peşə fəaliyyətinizi əks etdirən tərcümeyi-hal (2 ədəd surəti) 

 

o



  əgər varsa: bu vaxtadək aldığınız təhsilə dair sənədlər məs. diplomlar və ya şəhadətnamələr (əsli + 

2 ədəd surəti) 

 

o



  Gələcək planlarınıza dair məlumatların qeyd olunduğu motivasiya məktubu (2 ədəd surəti) 

 

o



  Bu vaxtadək əldə olunan alman dili biliklərinə dair sənəd məs.: dil sertifikatı (əsli + 2 ədəd surəti) 

 

o



  Almaniyada qalmaq xərclərinizin maliyyələşdiriliməsi barədə sənəd: 

o

  Dondurulmuş bank hesabınızda 8640 avro olmasını və hər ay yalnız 720,- Avro 



götürüləcəyini təsdiq edən sənəd (2 ədəd surəti) və ya 

o

  Almaniyada  yaşamaq  haqqında  qanunun  66-68  §§-da  qeyd  olunmuş  öhdəlik  haqqında 



bəyanat (Verpflichtungserklärung) (6 aydan köhnə olmamaqla, səfərin məqsədi: praktika 

göstərilməklə) (əsli + 2 ədəd surəti) 

 

 

o



  Vizaya dair müraciətiniz haqqında müsbət qərar verildiyi təqdirdə səfər üçün tibbi sığorta (əsli + 1 

ədəd  surəti)  (sığorta  ödənişinin  minimal  məbləği  30.000  Avro  və  bütün  Şengen  dövlətləri  üçün 

etibarlı olmalı və bir qayda olaraq bütün səfər müddətini əhatə etməlidir) 




 

 

 



Qısa işlənmə müddəti: 

Əgər  Siz  əvvəllər  uzun  müddət  Almaniyada  qalmamısınızsa,  Səfirlik  Sizin  viza  ərizəniz  haqqında 

aşağıdakı hallarda Almaniyadaxili idarələri işin gedişatına cəlb etmədən özü qərar verə bilər: 

 

1. əgər praktika Aİ tərəfindən maliyyələşən proqram çərçivəsində baş tutursa və ya  



2. əgər praktika bir ilədək Azərbaycan ali məktəblərin tələbələri tərəfindən həyata keçirilir və bu da 

birlikləri, dövlət-hüquq qurumları və ya tələbə təşkilatları tərəfindən təşkil edilən beynəlxalq mübadilə 

proqramları çərçivəsində Federal Məşğulluq Agentliyi ilə razılaşdırlmaqla baş tutursa və ya  

3. əgər praktika bir ilədək Azərbaycanın ali məktəblərinin birində təhsil alınan dövrdə 4 semestrdən 

sonra ixtisasa üyğun  olmaqla və Federal Məşğulluq Agentliyi ilə razılaşdırlmaqla həyata keçirilirsə 

 

Federal Məşğulluq Agentliyi 2-ci və 3-cü halda razılıq sənədi olan müvafiq arayış göndərir ki, bu da 



viza üçün müraciət edərkən təqdim edilməlidir.  

Yüklə 299,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə