1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə13/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   9   10   11   12   13   14   15   16   ...   51

29
Həmin  kitablardan  birincisi  Xosrov  İbn  Məhəmməd  Bani Ərdalanın  o  zamankı
hakimi  Xosrov  xan    Nakamın  dövründə tamamlanmışdır.  Lakin  bu  dəyərli əsər  yalnız
1977-ci ildə Tehranda İranlı kürd alim doktor İsmayıl Ərdalan tərəfindən çap olunmuşdur.
Rus  alimi  E.İ.Vasilyeva  həminəsəri  fars  dilindən  rus  dilinə çevirərək,  1984-cü  ildə
Moskvada çap etdirmişdir.
İkinci  kitabın  müəllifi  Mah  Şərəf  xanım  Kürdüstani  Xosrov-xan  Nakamin  həyat
yoldaşıdır.  O,  həm  də Məsturə təxəllüsü  ilə gözəl  şerlər  yazmış  və tətqiqatçıların  X.B.
Natəvanla  müqayisə etdiyi  “divan  sahibi”  olan  kürd  şairəsidir  (48,4-5).  Müəllif  həmin
kitabı  1845-1847  ci  illərdə,  yəni  birinci  kitabdan  təxminən  13  il  sonra  yazmışdır.  Mah
Şərəf  xanımın  kitabı  ilk  dəfə 1946-cü  ildə -onun  vətənində -İran  kürdüstanında
Demokratik Cümhuriyyət yaranan il çap olunmuşdur.  Həmin kitabı çap etdirən kürd alimi
Nasir  Azadpur  yazır:  “Hərçənd  ki, Ərdalan  tarixinə dair  çox  kitab  və əsrlər  yazılmışdır,
etiraf  etmək  lazımdır  ki,  Məsturənin  Xronikası  yazılması  tarixinin  qədimliyinə müəllifin
şəxsiyyəti  və Bani Ərdalan  evinə qohumluq əlaqələri    nöqteyi-nəzərindən  istənilən  digər
kitabdan  daha çox diqqəti cəlb edir (47,11). E.U.Vasilyeva həminkitabı rus dilinə tərcümə
edərək 1990-cı ildə Moskvada çap etdirmişdir.
Hər iki elmi mənbə əsasında S.X.Lonqriqqin “imperiya” adlandırdığı Bani Ərdalan
vilayətinin  (knyazlığının)    qısa  tarixinə nəzər  yetirək.  Yeri  gəlmişkən  qeyd  edək  ki,
Ərdalan  kürdlərin  yaşadığı  yeganə vilayətdir  ki,  onların  adl  ilə,  yəni  kürdüstan
adlandırılmışdır.  Bir  çox  mənbələrdə Ərdalan  və Kürdüstan  sözləri  sinonim  kimi
işlənmişdir.  İranın  müasir  ictimai-siyasi  Kürdüstan  ostanı  məhz  tarixi ərdalan  vilayətinin
ərazisində yerləşir. Bir çox tədqiqatçılar bu vilayətin ərazisini kürdlərin yaranma mərkəzi-
ocağı hesab edir (46,49).
Vilayətin  tarixi  haqqında  həriki  kitabı  farscadan  rus  dilinə tərcümə edən
E.U.Vasiliyeva Bani Ərdalan knyazlığının tarixini 4 dövr ə bölür:
I dövr-knyazlığın yaranmasından XV əsrədək.
II  dövr-XVI əsrdən-1658-ci  ilədək.  Bu  dövrdə vilayət  geniş əraziləri əhatə edir  və
demək  olar  ki,  müstəqil  idarə olunurdu.  Və hətta,  hökmdarlarının  adına  pul  buraxılırdı
(36,85).
III  dövr-1658-1825-ci  illər.  Knyazlığın ərazisi əsasən Ərdalan  vilayətini əhatə
edirdi.
IV  dövr-1825-1868-ci  illər.  Bu  dövrdə yerli  hakimiyyət  zəifləyir  və vilayətdə
Qacarlar sülaləsinin nüfuzu artmağa başlayır.
Kürd  alimlərinin əksəriyyəti  Bani Ərdalan  sülaləsinin  öz  mənşəyini  Sasanilərdən-
Ərdəşur Papakandan olduğunu yazır. Şərəf Xan Bidlisi qeyd edir ki, sülalənin banisi Baba


30
Ardalan Diyarbəkrdə hökmranliq edən  Mərvanilərdən idi və o, həmin dövrdə Şəhruzurun
hakimi  idi  (45,146).  K.Riç  və başqalarının  fikrinə görə Bani Ərdalan  ailəsi (sülaləsi) öz
başlanğıcını quran (goran) tayfa birləşməsinin bir qolu olan mamuilərdən almışdır.
Tədqiqatçılar  belə hesab  edir  ki,  bu  sülalənin  banisi  Baba Ərdalan  1169-cu  ildə
Ərdalanda  deyil,  şəhrizur  vilayətində hakimiyyətə gəlmişdir.  Sülalənin  ilk  hökmdarları
olan  Baba Ərdalan,  Kalul,  I  Xızır,  İl yas,  II  Xızırın  dövründə vilayətin  sahəsi  geniş
əraziləri-Şəhrizur,  Palanqan,  Koy,  Hərir,  Baban,  Şəhrbazar,  Rəvandüz, Ərdəbil  və
İmadiyəni əhatə edirdi.
1550-ci ildə Şah Təhmasibin göstərişi ilə qızılbaşların (səfəvilərin) qoşunu Ərdalan
üzərinə hücuma  keçir.  Vilayətin  hakimi  Bikə bəyin  qəhramancasına  döyüşü  nəticəsində
qızılbaşlar  geriyə qaçmağa  məcbur  olurlar  (46,75).  1561-1562-ci  illərdə Bağdad əmiri
Usman-paşa sülalənin ilk iqamətgahı olmuş Zalm qalasını və Şəhrizuru işğal edir. Xosrov
ibn  Məhəmmədin  verdiyi  məlumata  görə üç  ildən  sonra (1565-ci  ildə) Bəni Ərdalanın
hakimi Sultan Əli bəy Şəhrizuru osmanlılardan geri alır (46,75).
Bani Ərdalan (Kürdüstan) hakimi Teymur xan (Sultan Əli bəyin oğlu) (1579-1590)
özhakimiyyətini gücləndirərək və Şah Təhmasibin ölümündən istifadə edərək Kirmanşah,
Sonkor,  Dinavər  və Gorusu  da  Kürdüstanın (Bani Ərdalanın) tərkibinə daxil  edir.  O,
əvvəlcə Osmanlı  sultanı  Murad-xana  itaətkarlıq  göstərsə də,  sonradan  vilayəti  müstəqil
idarə etməyə başlayır.  Vaxtından əvvəl (goruslularla  müharibədə) ölümüTeymur  xanın
müstəqil Kürdüstan dövləti qurmaq arzusunu ürəyində qoydu.
Teymur xanın ölümündən sonra hakimiyyətə gələn Helo-xan Palanqan, Həsənabad,
Mərivan qalalarını tikdi (bəzi tətqiqatlara görə bərpa etdi) və sülalənin ilk iqamətgahı olan
Zalm qalasını bərpa edib daha da möhkəmləndirdi. Tədricən öz hakimiyyətini və ordusunu
gücləndirən  Helo-xan  İran  şahı (Şah  Abbas) və Osmanlı  sultanına  baş əyməyib  vilayəti
müstəqil idarə etməyə başladı (46,76).
1611-ci  ildə İran  şahının Əmri  ilə Liristan  hakimi  Hüseyn-xan  Lurun  başçılığı
altında  böyük  qoşun  birləşmələri Ərdalanın (Kürdüstanın) üzərinə hücuma  keçir.  Helo-
xana  itaətsizliyinə görə dərs  vermək  istəyən  Şah  Abbasın  qoşunu  biabırcasına  məğlub
olub,  geriyə qayıtdı.  Buna  görə şah  Abbas  özü Ərdalan  üzərinə yeriməyə başladı,  lakin
ətrafdakıların məsləhəti ilə Helo-xana hücum etməyib geri qayıtdı.
Öz bacısı Helo-xana oğlu Xan Əhməd-xana ərə verən Şah Abbas  onu Kürdüstanın
(Ədalanın) hakimi təyin etdi. 1616-cı ildə hakimiyyətə gələn Xan Əhməd xan Kürdüstan
(Ərdalan) vilayətinin ərazisini daha da genişləndirdi və onun iqtisadi-siyasi qüdrətini xeyli
güclədirdi.  Tarixçi  İsgəndər  bəy  Türkmən  şah  Abbasın  dövründə hakimlik  etmiş  qüdrətli
17 kürd və lur (onlar da kürd xalqının bir qoludur) əmirləri içərisində birinci sırada Helo-
xanın oğlu Xan Əhməd-xanın adını çəkir.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə