1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə21/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   17   18   19   20   21   22   23   24   ...   51

45
kimi nəinki vədinə sadiq qaldı, əksinə, kürdlərin milli azadlıq hərəkatının boğulması üçün
tədbirlərə başladı  1923-cü  ilin  may  ayının  ortalarında  ingilis  silahlı  qüvvələri  milli
mənliyini  sərvətə və vəzifəyə satan  bəzi  kürd  feodallarının  köməyi  ilə Süleymaniyə
şəhərini işğal etdilər. Qeyi-bərabər qüvvələrlə döyüşün əhəmiyyətsiz olduğunu görən Şeyx
Mahmud ingilislərə qarşı partizan hərəkatına keçməyə məcbur oldu.
İraq 
Kürdüstanında 
milli-azadlıq 
hərəkatının 
yatırılması 
üçün 
vaxtilə
Ş.M.Barzanciyə vədlər verən Türk  də əlindən gələni əsirgəmədi (80).
Ş.M.  Barzancinin  rəhbərliyi  altında  baş  qaldıran  milli-azadlıq  hərəkatını
yatırdıqdan  sonra (1923-cü  il) ingilislər  Osmanlı  imperiyasının  tərkibindən  çıxmış  və
əhalisinin əksəriyyəti kürdlərdənibarət olan Mosal vilayətini öz mandatı altında olan İraqa
birləşdirmək  üçün  “dəridən-qabıqdan”  çıxdılar.  Və nəhayət  1925-ci  ilin  15  dekabrında
Millətlər Siqası (indiki BMT) Mosal vilayətinin İraqa birləşdirilməsi və bu ölkənin (İraqın)
25  illiyin  Böyük  Britaniyanın  mandatına (yəni  tabeliyinə) verilməsi  barədə qərar  qəbul
etdi.
Öz  doğma  torpaqlarında  yadelli  işğalçıların  ağalığını  möhkəmləndirən  bu  qərar
İraq  Kürdüstanında  ciddi  narazılıqların  baş  qaldırmasına  səbəb  oldu.  Həmin  narazılıqları
yumşaltmaq  məqsədi  ilə İraqın  Baş  naziri  1926-cı  ilin  fevralında  Bağdatda-parlament
iclasında  bəyan  etdi: “Biz  kürdlərə öz  haqlarını  verməliyik. Vəzifəli  şəxslər  onlardan
olmalıdır.  Kürdlərin ana  dili  rəsmi  dil  olmalı, onların  uşaqları  isə məktəblərdə kürd
dilində oxumalıdır” (51,293).  Lakin  kürdləri  sakitləşdirmək  məqsədi  daşıyan  bu  bəyanat
elə parlamentin divarları arasında qalan boş vəddən başqa bir şey olmadı.
1930-cu  illlərdə kürdlərin  milli-azadlıq  hərəkatı  yenidən  canlanmağa  başladı.
Həmin ilin 6 sentyabrında Süleymaniyədə təşkil olunan izdihamlı mitinqdə qarşıdan gələn
parlament  seçkilərini  boykot  etmək  tələbi  irəli  sürüldü və bu  şüarlar  səsləndirildi:  “Rədd
olsun imperializm!”, “Kürdüstana azadlıq!” (77,147). İraq hökuməti dinc əhalənin üzərinə
qoşun göndərərək mitinqi silah gücünə (39-a yaxın dinc nümayişçi öldürüldü) dağıtdı.
Yaranan  şəraitdən  istifadə etmək  qərarına  gələn M.  Barzanci  İranın  sərhəd
rayonlarından  İraqa  doğru  yeridi.  İlk  Günlər  kürd  üsyançılar  xeyli  uğur  qazanaraq
hökumət qoşunlarını məğlubiyyətə uğratdı. Vəziyyətdən ciddi narahat olan ingilislər hərbi-
hava  qüvvələri  vasitəsi  ilə üsyançıların  və dinc əhalinin yaşadığı əraziləri  bombardman
etdi.  Kürd  üsyançıları  1931-ci  ilin  yay  aylarınadək  ciddi  müqavimət  göstərsələr  də
birləşmiş  ingilis-İraq  qoşunlarının  yüksək  texnika  ilə təmin  olunmuş  hərbi  gücünə tab
gətirə bilmədilər.
Hərəkatın lideri Şeyx Mahmud Barzanci ingilislərlə danışıqlar nəticəsində əvvəlcə
Bağdada  gətirildi,  sonra  isə Samarra  şəhərinə sürgünə göndərildi. (İngilislər  onun  və
ailəsinin təhlükəsizliyini təmin edəcəklərini vəd etmişdilər).


46
Ş.M. Barzancinin başçılıq etdiyi milli-azadlıq hərəkatı yatırıldıqdan az sonra İrada
Barzanilər hərəkatı  baş  qaldırdı. Əslində Barzaninin  Osmanlı  imperiyası  dövründə
işğalçılara demək olar ki, boyun əyməmiş və yarımmüstəqil hakimiyyətlərini sürdürməkdə
davam  etdirmişlər.  1931-ci  ilin  iyun  ayında  ingilislər  öz  nümayəndəsini  hərəkatın  lideri
Əhməd  Barzaninin yanına  göndərərək  ondan  üsyanı  dayandırmağı  tələb  etdilər.  Lakin
Ə.Barzani  bu  tələbi  rədd  edərək,  həmin  ilin  iyul  ayında  ingilis-Iraq  birləşmiş  hərbi
qüvvələrinə qarşı  qəhrəmancasına  döyüşə başladı.  İngilislər  tərəfindən ələ alınan  Şeyx
Rəşid Bradost Ə. Barzaniyə qarşı çıxdı.
Üsyançılara gücü çatmadığını görən İraq hökuməti yenidən ingilislərin hərbi-hava
qüvvələrinə müraciət  etdi.  İngilis  təyyarələri  Barzan  rayonunu  vəhşicəsinə bombardman
etməyə başladı. Bu barədə ingilis H.S. Lonqriq “İraq 1900-1950-ci illərdə siyasi, sosial və
iqtisadi  tarixi”  adlı  kitabında  yazır:  “Əhmədin  fəaliyyət  göstərdiyi  rayon  tədricən  təsir
göstərən  bombalardan  istifadə edilməklə intensiv  bombardman  edildi;  hətta,  mal-qaranı
havadan məhv etdilər ” (86,196).
Qeyri-bərabər  qüvvələrlə İraq-ingilis    qoşun  birləşmələrinə qarşı  qəhrəmancasına
döyüşn  barzanilər  1933-cü  ilin  may  ayınadək  ciddi  müqavimət  göstərə bildi.  Həmin  ay
fransız  jurnalisti  yazırdı  ki,  10  mindən  çox  İraq əsgəri  yalnız  ingilislərinin  hərbi-hava
qüvvələrinin  böyük  köməyi  nəticəsində Əhməd  Barzaninin  rəhbərlik  etdiyi  üsyançıların
öhdəsindən gələ bildi (87,79).
İngilislərlə yanaşı,  Türkiyə hökuməti  də kürd  üsyançılarına  qarşı  döyüşdə İraq
əsgərlərinə
yaxından  köməklik  göstərdi.
Hətta,
Əhməd  Barzani  aldadılaraq
Türkiyəyəaparılmış  və burada  100-ə yaxın  silahdaşı  ilə aldadılaraq  həbs  edilmişdir
(54,156).
1943-cü  ilin  yayında  Barzanilər  hərəkatı Mustafa  Barzaninin rəhbərliyi  ilə
yenidən  baş  qaldırdı.  Üsyan  bölgəsinə yenidən  hərbi  qüvvə göndərən  İraq  hökumətinin
qoşunları Merqa Sor (“Qırmızı çəmənlik”) rayonunda darmadağın edildi. Kürd üsyançıları
ilə bacarmadığını  görən  İraq  hökuməti  vaxt  udmaq  məqsədi  ilə M.Barzani  ilə sülh
danışıqlarına getdi.  Uzun sürən danışıqlardan sonra əldə olunan razılıq müqaviləsində İraq
hökuməti kürdlərin aşağıdakı tələblərini yerinə yetirəcəyinə söz vermişdi:
1). Üsyançıların ələ keçirdiyi ərazilər onların (Kürdlərin) nəzarətində saxlanılacaq;
2). Üsyançıların silahları özlərində qalacaq;
3).  Üsyanla əlaqədar  ölkənin  şimalında  həbs  olunanların  hamısı  azadlığa
buraxılacaq;
4).  Kürdüstan  sənaye  və ərzaq  məhsulları  ilə ədalət  prinsipi əsasında  təmin
olunacaq;


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə