1 Ön söz kitab Azərbaycan və Kürd xalqlarının tarixi dostluğuna ithaf olunur



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə19/51
tarix07.08.2018
ölçüsü1,08 Mb.
#61011
1   ...   15   16   17   18   19   20   21   22   ...   51

41
Türkiyənin  tərəqqipərvər  və sülhsevər  qüvvələrinin  və beynəlxalq  təşkilatların
etirazına  baxmayaraq  Türk  ordusu  1970-ci  illərin əvvəllərində kürd  vilayətlərində
(Həkəri,  Mardin,  Silvan,  Batman,  Diyarbəkir,  Malazgird,  Karayazı  və s.) hərbi
əməliyyatlara  başladı.  Həmin əməliyyatlar,  bir  qayda  olaraq,  kütləvi  həbslərlə müşayət
olunurdu.
Həmin  illərdə yüzlərlə vətənpərvər  kürd  ziyalısı  həbsə atıldı.  Onların  arasında  T.
Ziya əkinçi,  C.Yıldırım,  Musa  Antər,  Kamal  Burkay,  Nəci  Kutlay,  Mehdi  Zona,  M.E.
Bozarslan, Yusuf Əkinçi, İsmail Beşikçi və s. Kimi görkəmli kürd ziyalıları var idi.
Türkiyə hökumətinin  “əzmək, terror və assimilyasiya” siyasəti, kütləvi həbslər və
təzyiqlər  məsələni  daha  da  kəskinləşdirdi.  Belə bir  şəraitdə 1978-ci  ildə Türkiyədə
kürdlərin  yeni  siyasi  partiyası-Kürd    Işçi  Partiyası (PKK-Partiya  Karkarin  Kürdistan)
yarandı. 1980-ci ilin sentyabr ayında general  Kənan Evrenin başçılığı ilə Türkiyədə hərbi
çevriliş baş verdi. Ölkədə hakimiyyəti ələ alan K. Evren müsahibələrinin birində deyirdi:
“Kürdlər  mövcuddur.  Lakin  biz  onlara  ölkəni  parçalamaq  imkanı  verməyəcəyik.  Bu
məsələni kökündən qoparmaq üçün biz hər şüyi edəcəyik(100,90).
Həmin  müsahibədən  sonra  həqiqətən  də Türk  ordusu  kürdlərin  milli-azadlıq
mübarizəsi əzmini  qırmaq  üçün əlindən  gələn  “hər  şeyi”  etdi.  Ölkənin  kürdlər  yaşayan
bütün  şərq (“Doğu  Anadolu”) və cənub-şərq (“Güney-doğu  Anadolu”)
vilayətlərində
hərbi vəziyyət elan olundu. “Bölücü və terorist” kürdlərə qarşı hərbi əməliyyatlar zamanı
minlərlə insan  həbs  edildi  və edam  cəzasına  məhkum  olundu.  Kürd  siyasətçilərinin
əksəriyyəti ölkəni tərk etmək məcburiyyətində qaldı.
Türkiyə Kürdüstanı ərazisindəki kürd toponimlərinin (coğrafi adların) demək olar
ki, 80%-dən çoxu dəyişdirildi. Məsələn, Ağrı vilayətində 376, Van vilayətində-426Muşda-
289,  Bitlisdə-229  kəndin  adı  kürdcə olduğu  üçün  dəyişdirildi. (Belə dəyişmə əməliyyatı
hələ 1938-ci ildən-Dersimin adı Tanceli qoyulandan-başlamışdır).
1984-cü ilədək siyasi mübarizəyə üstünlük verən partiyanın lideri Abdulla Öcalan
həmin  ilin  avqust  ayından  silahlı  mübarizə yoluna  keçdi.  Həmin  partiyanın  döyüşçüləri
(gərila) ilə Türk  ordusu  arasında  bu  günədək  davam  edən  hərbi əməliyyatlarda  40  minə
yaxın adam həlak olmuşdur. Həlak olanların əksəriyyəti hərbi əməliyyatlar zamanı evləri,
eşikləri yelə-yeksan olan dinc kürd əhalisidir.
1999-cu  ilin  16  fevralında  PKK-nın  lideri  A.Öcalan  ABŞ  və İsrailin  gizli
təşkilatlarının  köməyi  ilə həbs  edildi  və Mərmərə dənizində yerləşən  Imrali  adasındakı
həbsxanaya salındı. Ona verilən “edam” cəzası, sonradan “ömürlük həbs” cəzası ilə əvəz
edildi  və hazırda  o  həmin  həbsxanada,  xüsusi  şəraitdə saxlanılır.  Onun  həbsindən  11  il
keçdiyinə baxmayaraq,  PKK  ilə Türk  ordusu  arasındakı  döyüşlər  davam  etməkdədir;


42
Hərçənd  ki,  Türkiyə hökumətinin  başçıları  son  11  ildə dəfələrlə PKK-nın  “kökünü
qazıdıqlarını” bəyan etmişlər.
PKK-nı  “bölücü”,  “terorist”  təşkilat  adlandıran  Türkiyə hökuməti  məsələni
demokratik-siyasi  mübarizə yolu  ilə həll  etməyə çalışan  kürd  partiyalarına  qarşı
münasibətdə də səmimi  olmayıb  son  20  ildə həmin  partiyaların (HADEP,DEHAP,DTP)
sıxışdırılması  və bağlanılması  ilə nəinki  kürdlər  arasında,  eyni  zamanda  Avropa  birliyi,
Avropa  Şurası,  dünyanın  bir  çox  demokratik  dövlətlərində və beynəlxalq  təşkilatlarda
ciddi narazılıq doğurmuşdur.
Doğrudur,  son  illərdə,  xüsusilə,  AKP  iqtidarı  dövründə Türkiyə hökuməti  kürd
məsələsində müəyyən güzəştlərə getmişdir. Məsələn, XX əsr boyu kürd xalqının varlığını
və kürd dilinin  mövcudluğunu qətiyyətlə inkar  edən, kür  musiqisinin  yayımlanmasına  və
milli  bayramların (“Novruz”  və s.) keçirilməsinə,  hətta,  kürd  uşaqlarına  öz  dillərində ad
verilməsinə qadağalar  qoyan  bu  qadağaları  pozan  kürd əsilli  mədəniyyət  və incəsənət
xadimlərini, görkəmli yazıçı və alimləri dərhal həbs etdirən Türkiyə hökuməti son illərdə
kürdlərin  milli-mədəni  haqlarının  tanınması,  yuxarıda  qeyd  olunan  qadağaların  aradan
qaldırılması  istqamətində,  ləng  də olsa,  müəyyən  addımlar  atmaqdadır.  Hətta  Türkiyənin
dövlət  televiziyasında  kürd  dilində ayrıca  kanal (TRT-6) açılmış,  burada  müntəzəm
verilişlər yayımlanmağa başlanılmışdır.
Lakin  bütün  bu  “yarımçıq”  addımlar  kürdlərin  milli  haqlarının  tam  tanınması
tələbini  ödəmir  və ölkədə milli  zəmində qərginlik  davam  etməkdədir. Əlbəttə,  Türkiyə
hökuməti  nə qədər  tez  cəsarətli  addım  atıb  dövlət  səviyyəsində-konstitusiya əsasında
kürdlərin milli haqlarını tanısa, bu kürdlərdən daha çox Türkiyə Cumhuriyyətinin xeyrinə
olar. Belə ki, bununla uzun illər boyu kürdlərə mqarşı hərbi əməliyyatlara xərclənən külli
miqdarda vəsait ölkənin sosial-iqtisadi inkişafına yönələr, ölkədə siyasi sabitlik, vətəndaş
həmrəyliyi və milli birlik möhkəmlənər, ölkənin gələcəkdə parçalanması təhlükəsi aradan
qalxar. Bütün bunlar isə tez bir zamanda ölkənin iqtisadi qüdrətinin güclənmənməsinə və
Türkiyənin demokratik bir dövlət kimi beynəlxalq nüfuzunun artmasına səbəb ola bilər.
Lizanna  müqaviləsindən (1923-cü  il) sonra  Kürdüstan ərazisinin  4  yerə
parçalanması  ilə əlaqədar  ciddi  narazılıqlar  Şimali  Kürdüstanda (Türkiyə Kürdüstanı)
olduğu  kimi  İraq  Kürdüstanında  da  tezliklə silahlı  mübarizəyə çevrildi.  Burada  həmin
mübarizə əslində Birinci Dünya müharibəsindən əvvəl başlamışdı.
Birinci Dünya müharibəsindən dərhal sonra İraqın və İraq Kürdüstanının ərazisini
öz  nüfuz  dairəsində saxlamaq  üçün  ikiüzlü  və hiyləgər  siyasət  yeridərək,  üzdə zöünü
kürdlərin  milli-azadlıq  hərəkatının  müdafiəçisi  kimi  göstərən  inglislər əslində regionda
“parçala  hökm  et!”  şüarını  həyata  keçirirdi.  Onlar  Müstəqil  Kürdüstanın  yaradılmasına
kömək  etmək əvəzinə (halbu ki,  üzdə buna  çalıdıqlarını  bəyan  edirdilər) ayrı-ayrı  kürd


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə