1. Qaramal və onun bioloji xüsusiyyətləri Camış və onun bioloji xüsusiyyətləri



Yüklə 296,85 Kb.
Pdf görüntüsü
səhifə23/23
tarix09.01.2022
ölçüsü296,85 Kb.
#82734
1   ...   15   16   17   18   19   20   21   22   23
Maldarliq

 

 

Zebu aşağıdakı bioloji xüsusiyyətlərə malikdir: 

1) 

Qaramal  cinslərindən  fərqli  olaraq  zebu  bir  şəraitdən  başqa  şəraitə 



düşdükdə  öz  qiymətli  xüsusiyyətlərini zəiflətmir və əksinə yeni şəraitlə əlaqədar 

olaraq bir qədər təkmilləşdirir və bunla bərabər zebu düşdüyü yeni şəraitin təsirilə, 

yeni, faydalı xüsusiyyətlər qazanır. 

2) 


Zebu 

yüksək 


balavermə  qabiliyyətinə  malikdir.  Onlarda  ilk 

mayalanmadan döllənmə faizi qaramala nisbətən yüksək olur. Zebularda  doğum 

yüngül və tez keçir. 

3) 


Zebu qaramaldan xırda bala verməsi ilə fərqlənir. Yeni doğulmuş buzovun 

çəkisi 16-18 kq olur. 

4) 

Doğumdan sonra zebu və hibridlərdə xəstəlik və ağırlaşma baş vermir. 



5) 

Zebularda    servis    dövrü    -  doğumarası    müddəti  əhəmiyyətli  dərəcədə 

azdır. 

6) 


Normal      yemləmə      və      bəsləmə      şəraitində      onların      törədicilik 


qabiliyyəti  qaramaldan  üstündür. İsti  iqlim şəraitində  zebu  sərbəst  çoxalıb,  artma 

xüsusiyyətinə malikdir. 

7) 

Zebu istiliyə dözümlüdür. Klemm və Robinzon qeyd edirlər ki, zebu  5o°-



dən sonra tərləməyə başlayır. Ondan aşağı temperatur da onun üçün normal hesab 

edilir. 


8) 

Zebunun  qanında leykositlər faqasitar,  bakteriosid   və  lizosim  fəallığı   

xeyli  yüksəkdir.  Odur  ki,  onlar  burselyoz  xəstəliyinə  daha  davamlıdırlar.  Bu   

xəstəliyə qaramalda  9,3-6,1%   rast   gəlindiyi halda zebularda 0,5-1,0%-dən çox 

olmur. 

9)  Zebu 

və 

hibridləri  gənə  və  mozalana  qarşı  dözümlüdürlər. 



10) Zebu teylerioz   xəstəliyinə  təsadüf    halda  tutulur.  Zebu  priplazmoz, 

babenoz-anaplazmoz xəstəliyini də çox yüngül keçirirlər. 

11) Zebu   dabaq  xəstəliyinə  qarşı   da   davamlıdırlar,  onu  yüngül keçirirlər. 

Onlar vərəmə çox az tutulurlar. 

12) Çox qaba və kobudlaşmış yemdən yaxşı istifadə edirlər. 

13) Tədqiqatçılar qeyd edirlər ki, zebunun ət məhsulu və ətin qidalılıq dəyəri 

qaramaldan yüksəkdir. 

Camış və zebudan kifayət qədər ət və süd məhsulu əldə edilir. Camışların ət 

məhsulu  qaramal  ətindən  rəngi  və  morfoloji  tərkibinə  görə  fərqlənir.  Beləki, 

qaramalın ətinin rəngi açıq-cəhrayı olduğu halda camış ətinin rəngi tünd qonur 

rəngdə olur. Bundan başqa qaramal ətinin tərkibində birləşdirici toxuma az və 

zərif  halda  olsada,  camış  ətində  bir  qədər  çox  və  qabalaşmış-yoğun  lif 

şəklindədir.  Camış  ətinin  tərkibində  dəmir  elementi  çoxdur  və  bir  sıra 

xəstəliklərdə  işlənməsi  məsləhətdir.  Camışların  ət  çıxarı  qaramaldan  az,  ətində 

piyin  ərimə  temperaturu  azca  yüksəkdir.  Camış  ətində  piyin  rəngi  də  ağımtıl 

rəngdədir.  Odur  ki,  ətin  tərkibində  karotinin  miqdarı  inək  ətinə  nisbətən  azdır. 

Camışlar  qaramala  nisbətən 1 kq çəki artımına az yem sərf edir. Cavan camış əti 

daha  qidalı,  şirəli  və  zərifdir.  Odur  ki,  ət  üçün  cavan  camış  ətindən  istifadə 

edilməsi daha məsləhətdir. 

Camış südü inək südünə nisbətən daha yağlıdır. Onların südü yağ faizinə görə 

zebu malının südünə çox yaxındır. Zebu və camış südündə 5-6%-ə qədər yağlılıq 

olur. Lakin camış südündə karotinin miqdarı sıfır dərəcədir. Laktasiya ərzində bir 

baş camışdan orta hesabla 1500-2200 kq süd, zebudan isə 1500-3500 kq süd əldə 

edilir.  Zebunun  qaramaldan  fərqləndirən  fırın  olmasıdır.  Zebu  və  camışların 



saxlanma və bəslənməsində çox da ciddi fərq olmur. 

 

 

Yüklə 296,85 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə