1. Qaramal və onun bioloji xüsusiyyətləri Camış və onun bioloji xüsusiyyətləri



Yüklə 296,85 Kb.
Pdf görüntüsü
səhifə20/23
tarix09.01.2022
ölçüsü296,85 Kb.
#82734
1   ...   15   16   17   18   19   20   21   22   23
Maldarliq

Süd dövründəki bəsləmə 

– 5 -6 ay davam etməklə bu dövr bəslənmə əsasən 

südlük istiqamətli və ikili məhsuldarlığa (südlük-ətlik və ətlik-südlük)  

malik  buzovlara  aiddir.  Bu  dövrdə  buzovlar  əllə  –  yəni  onlara  süd  içirtməklə  və 

yaxud dayə inəklər altında bəslənmə həyata keçirilir. Ətlik qaramalda isə buzovlar 

müəyyən dövr ana altında bəslənilir, yəni anadan ayrılmırlar.    

 

Buzovlar  doğulandan  sonra  6-10  gün  müddətində  ağız  südü  ilə  bəslənir. 



Buzovların bəslənməsində ağız südünün çox böyük əhəmiyyəti vardır. Belə ki, ağız 

südü ilə bəslənməyən körpə buzovlar panosla xəstələnirlər və onların 70-80%-i tələf 

olur. Ağız südünün tərkibində olan maqnezium duzu bağırsaqların peristaltikasını 

zəiflədir və ilk kalın kənar olmasına kömək edir. Buzovlara birinci dəfə ağız südü 

buzov  doğulandan  1,0-1,5  saat  sonra  1-1,5  kq  miqdarında  isti-isti  sağılıb  verilir. 

Birinci sutkada onun çəkisindən asılı olaraq buzovun içməsi üçün 4-5 litr ağız südü 

içirdilir.  İlk  günlərdə  ağız  südü  buzova  sutkada  4-5  dəfə  1,0-1,5  kq  miqdarında 

fasilələrlə içirdilir.  

 

 

Birinci 10-12 gündə buzova öz anasının südü içirdilir, sonra isə yığılan süd 



içirdilir. Damazlıq olmayan təsərrüfatlarda buzova üzlü süd 3-4 həftə içirdilir, sonra 

isə  üzlü  süd  üzsüz  südlə  əvəz  olunaraq  buzova  4-5  ay  içirdilir.  Adətən  bəslənmə 




dövründə bir baş buzova 200 kq üzlü sü və 400-500 kq üzsüz süd içirdilir. Buzovlara 

süd təzə, təmiz 35-38

0

C-də isti süd içirdilir.  



 

Buzova 12-15 günlük yaşdan başlayaraq qaba yemə, yay vaxtı isə yaşıl yemə 

öyrədilir. buzovun 20 günlük yaşından başlayaraq buzovun rasyonuna sutkada 50-

100 qram miqdarında asan həzm olunan qüvvəli yemlər, yarmalar, kəpəklər və s. 

verilir. İlk əvvəl bu yemlər nəmləndirilmiş şəkildə, sonralar isə quru halda verilir.  

 

Sulu şirəli yemlər buzovun rasyonuna 25-35 günlük yaşda daxil edilir. Bu isə 



buzovun  iştahasını  artırmaqla,  rasyonu  tam  dəyərli  edir.  Bununla  yanaşı,  bu  növ 

yemlər orqanizm üçün asan və ucuz başa gələn sulu karbon mənbəyidir. Buzovların 

yemləndirilməsi  üçün  kökümeyvəlilər  və  xüsusi  hazırlanmış  silosdan  istifadə 

edilməlidir. Buzovlara silos onlar 3-4 aylıq yaşda  olarkən verilir. Buzovlara  şirəli 

yemlərin  sutkalıq  verilmə  miqdarı  4-6  kq,  6  aylıq  yaşdan  isə  6-10  kq-a 

çatdırılmalıdır.  

 

Buzovlar 10-12 günlük yaşda olarkən onların hər birinə xörək duzu, sümük 



unu və təbaşir formasında 10-15 q mineral maddə verilib, bu miqdar süd dövrünün 

sonuna  sutkada  30  q-a  çatdırılır.  Bu  dövrdə  yemin  verilmə  rejiminə  ciddi  əməl 

olunmalıdır, əks təqdirdə onlar boy və inkişafdan qala bilirlər. Bəzi təsərrüfatlarda 

buzovlar  15  günlük  yaşa  qədər  fərdi  profilaktik  qəfəslərdə  saxlanılır,  sonra  isə 

ümumi buzovluğa keçirilir və burada hər qəfəsdə qrupda 5-8 buzov olmaqla 3 aylıq 

yaşa qədər, 3 - aydan 6 – aylığa qədər isə 10-20 baş olmaqla saxlanılır. Bu qəfəslərdə 

və buzovxanalarda təmizliyə riayət olunmalı, yeri təmiz, quru, iki tərəfli havaya yol 

verilməməlidir.  

 


Yüklə 296,85 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə