Südün əmələ gəlməsi
– bir sıra görkəmli heyvandarların qeyd etdikləri
kimi… «inəyin südü onun ağzındadır…» bu fikiri isə belə aydınlaşdırmaq olur ki,
süd heyvanın qəbul etdiyi qidadan əmələ gəlir. Yəni, heyvan qəbul etdiyi yemlərin
tərkibindəki qidalı maddələrdən: zülalla, yağlar, sulu karbonlar, mineral maddələr,
vitaminlər və s.- dən süd sintez olunur. Bu qidalı maddələr yemlə qəbul edilərək
qana sorulur və yuxarıda qeyd etdiyimiz kimi, qanla yelinə gətirilərək burada süd
alveollarından sintez olunur. Yelindəki alveollarda mürəkkəb, biofiziki, biokimyəvi
proseslərin getməsi nəticəsində alveolların epitelisi və qanın plazmasının qarşılıqlı
təsirindən onun toxumalarında südün sintezi baş verir. Bu sintezin baş verməsi
prosesi hələ də bu vaxta qədər tam aydınlaşdırılmamışdır.
Südün əmələ gəlməsi prosesi intensiv surətdə baş verir. Sutkada 20 kq süd
verən inək 700 q zülal, 800 q yağ və 900 q şəkər əmələ gətirir. Bunun üçün isə
yuxarıda qeyd etdiyimiz kimi, 1 litr südün əmələ gəlməsi üçün yelindən 450-500 litr
qan keçməlidir. Süd yelində sağımlararası fasiləsiz olaraq əmələ gəlir. İnəklərdə
yeni miqdar süd süd çəninə sağımdan 5-7 saat sonra gəlir.
Dostları ilə paylaş: |