Artıb çoxalma dedikdə fizioloji proses başa düşülür ki, bu hər hansı növ
heyvanın həyatının davamı deməkdir. Normal artmaya aşağıdakılar daxildir: 1)
cinsiyyət hüceyrələrinin əmələ gəlməsi- spermatozoidlər və yumurta hüceyrəsi; 2)
Düyə və erkək danalarda cinsi yetişkənlik təxminən 6-9 aylıq yaşda başlayır.
Bu proses orqanizm fizioloji yetiqkənliyə tam çatmamış baş verir. Lakin
maldarlıqda artıb çoxalmaya bundan gec, vaxtda başlanılır. Belə ki, bu müddətdə
doğub törəmə baş verərsə həm doğulan bala və həm də ana heyvan vaxtından erkən
cütləşdirilib mayalanarsa bu zaman həm doğulan bala tam inkişaf etməmiş olur və
həm də ana heyvan inkişafdan geri qalır. Bu həmçinin erkək heyvana da aiddir.
Adətən düyələr ilk dəfə 18-20 aylıq yaşda, onlar 300-350 kq canlı kütləyə
çatarkən, erkəklər isə 14-18 aylıq yaşda olarkən ilk cütləşdirilməyə buraxılırlar. Bu
həmçinin, heyvanın tezyetişkənliyi, yemləmə və bəsləmə şəraitindən, məhsuldarlıq
istiqamətindən də asılıdır. Belə ki, ətlik istiqamətli cinslər südlük istiqamətli
cinslərdən tez inkişaf edirlər.
Dostları ilə paylaş: