sarı cisim
əmələ gəlir. Sarı cisim qana
prohesteron
hormonu ifraz edir ki, bu da başqa follikulun yetişməsini tormozlayır, çərə axıtma
və yumurtalamanı dayandırır. Sarı cisim yalnız boğazlıq dövründə əmələ gəlir.
Boğazlığın sonunda sarı cisim sorulur, itir. Sarı cisim həmçinin ovulyasiyadan sonra
mayalanma baş vermədikdə də itir. Beləliklə, cinsiyyət sikli daxili sekresiya vəzləri
ilə həyata keçirilir.
Törədicilərdə isə spermatozoidlər qoşa cinsiyyət üzvü xayalarda əmələ gəlir.
Spermatozoidlər fasiləsiz olaraq əmələ gəlir və xaya artımında 100 mlrd ədədə qədər
olur. Burada onlar 1-2 ay yaşayır. Əgər spermatozoidlər bu müddətdən artıq vaxt
xaya artımında qalırsa, onlar ölür və qana sorulur. Buğa bir dəfəyə 2-6 ml sperma
ifraz edir ki, onun 1 ml-də 1-2 mlrd spermatozoidlər vardır.
Vaqina dəhlizindən spermatozoidlər balalıq boynuna doğru oradan balalığa
düşərək və nəhayət yumurtalığa düşərək mayalanma baş verir. İnəklərdə toxumun
dişi yumurta hüceyrəsi ilə görüşüb, mayalanma gedənə qədər olan dövr 5-6 saat
çəkir. Balalıqda toxum 24 saat yaşaya bilirlər.
Dostları ilə paylaş: |