Buzovların bəslənməsi.
Qaramal təsərrüfatlarının istehsal istiqamətindən asılı olaraq alınan, doğulan
buzovlar müxtəlif üsullarla yemləndirilib bəslənir. Belə ki, südlük və südlük – ətlik
məhsuldarlıq istiqamətli buzovların yem rasyonu əsasən, onların mədə bağırsaq
sisteminin inkişafı və bununla əlaqədar olaraq süd məhsuldarlığına müsbət təsir edən
yemlərlə – qaba və şirəli yemlərlə zəngin olan tipli rasyon tutulur. Ətlik istiqamətli
buzovlar isə daha bol yemləmə şəraitində bəslənir. Onlara daha çox süd və qüvvəli
yemlər verilir ki, onların boy və inkişafı intensiv getsin və qəbul etdikləri yemlərin
tərkibindəki qidalı maddələrin çoxu əsasən ət məhsulunun əmələ gəlməsinə sərf
olunsun.
Buzovlar əsasən iki üsulla bəslənilir: 1) süd dövründəki bəslənmə və 2) süd
dövründən sonrakı dövr bəslənmə.
Dostları ilə paylaş: |