Qısırlıq və onunla mübarizə tədbirləri
Cinsi həvəsdə olub, mayalandırılmış inək əgər bir il ərzində doğmursa, onda
inək qısır sayılır. Bununla bərabər bəzi hallarda inək 3-5 ay müddətinə mayalanmır
və bu vəziyyətdə qısırlıq olmasını bildirir. Qısırlığa səbəb olan amillərə heyvanın
pis, əlverişsiz şəraitdə yemləndirilməsi və saxlanması, onların həddən çox
yemləndirilməsi, süni mayalanmanı dəqiq aparmadıqda, inək və törədicinin
cinsiyyət üzvlərinin xəstə olması, törədicilərdən düzgün istifadə edilməməsi və
onların toxumunun pis keyfiyyətli olması, heyvanın vaxtında mayalandırılmaması
və s. amillər daxildir.
Qısırlıq təsərrüfatlara böyük ziyan vurduğu üçün onun vaxtında aradan
qaldırılması çox vacibdir. Bu tədbirlərə ən əsası cütləşdirilən heyvanların düzgün,
vaxtlı-vaxtında, tam dəyərli, balanslaşdırılmış yemlərlə qidalandırılması tədbiridir.
İnək və düyələrin mayalanmasına onlar yay zamanı otlaq şəraitində və qışda
masiyonun yerinə yetirilməsinin müsbət əhəmiyyəti vardır. Bunlarla yanaşı,
mayalandırılma aparılan inək daimi nəzarət altında olmalı, onun boğazlığa xas olan
əlamətlərinə ciddi fikir verilməlidir. Belə ki, boğaz inəklərdə həvəs təkrarlanmır,
heyvan sakit xarakter alır, törədicini yaxınına buraxmır, inəkdə iştah artır,
boğazlığın 5-ci ayından sonra sağım azalmağa başlayır, inəyin qarınının həcmi artır.
Ən düzgün üsul rektal müayinənin aparılmasıdır. Bu yolla mayalanmanın 28-30-cu
günündən sonra boğazlığı müəyyən etmək olur.
İnəkləri normal yemləmə və saxlama şəraitində saxladıqda, onlarda boğazlıq
müddəti orta hesabla 240-312 gün davam edir. Belə böyük həddin olması heyvanın
cinsindən, fərdi xüsusiyyətindən, tez yetişkənliyi, yemləmə və saxlama şəraitindən,
inəyin qarnında olan balanın cinsiyyətindən və s.-dən asılıdır. Tez yetişən inəklərə
nisbətən gecyetişən inəklərdə doğum nisbətən gec başlayır. Yaxşı və bol yemləmə
zamanı doğum qıt və pis yemləmə şəraitində bəslənən inəklərdən tez doğurlar.
Erkək heyvanlar dişilərə nisbətən gec doğulurlar.
Dostları ilə paylaş: |