Say 3 • Noyabr • 2011 |
STRATEJİ TƏHLİL
57
baş verməsi mümkünsüz görünür. İranın siyasi sistemi ciddi siyasi, dini və hərbi
strukturlar
tərəfindən mühafizə olunur, tarazlanır.
İranda “mütləq Şər” (Misirdə Mübarək, Liviyada Qəddafi, Tunisdə Ben
Əli) və islam dəyərlərini əvəz edəcək “mütləq xeyir” mövcud deyildir. Başqa
sözlə desək, İslam inqilabını əvəz edəcək yeni inqilab üçün yetərli şərtlər
formalaşmamışdır. 2009-cu il İran üsyanı nisbətən geniş miqyas alsa da,
üsyanın rəhbərləri kiçik məqsədlərə malik idilər: Seçkilərdə pozulmuş ədaləti
bərpa etmək. Üsyançılar psixoloji baryeri aşa bilmədilər...
İran İslam Respublikası və Zaman
İran İslam Respublikası zamanın tələblərinə cavab vermir. Bu tip dövlət orta
əsrlərdə və hətta yeni dövrdə uğurlu inkişafın və səmərəli dövlətçiliyin əsası ola
bilərdi. Lakin elmi-texniki tərəqqinin müasir inkişaf mərhələsində, dünyanın
yarıdan çoxunun demokratik idarəetməyə malik olduğu XXI əsrdə cəmiyyətin
başdan-başa orta əsr dini ehkamları üzərində qurulması ən yaxşı halda
hakimiyyəti qoruyub saxlamağa yardım edəcək, yaradıcı və davamlı inkişafa
kömək etməyəcəkdir. Dini təfəkkürlə modernləşməni bir araya gətirmək müm-
kün deyildir. Xomeyni ideyalarının Lenin ideyalarından
ciddi fərqlənmədiyi hər
gün daha aydın ortaya çıxır. Lenin gələcəyin dövlətini vaxtsız qurdu, Xomeyni
isə keçmişi müasir dövrə proyeksiya etməyə cəhd etdi. Hətta Vilsonun 1918-
ci ildə təklif etdiyi mütərəqqi 14 maddə zamansız irəli sürüldüyü üçün rədd
edildi, utopiya adlandırıldı və hətta öz ölkəsində belə qəbul edilmədi. 30 il
sonra isə bu ideyalara söykənən bütöv bir siyasi-hüquqi sistem formalaşmağa
başladı.
İrandaxili situasiyanın təhlili yaxın və ortamüddətli gələcəkdə
(3ildən-10 ilə qədərki dövr) onun inkişaf perspektivini aşağıdakı amillərin
müəyyənləşdirəcəyini söyləməyə əsas verir:
1. Dini rəhbərin dəyişməsi, yeni dini rəhbərin seçim qurumundan və digər
daxili aktorlardan aldığı dəstək, onun cəmiyyətdəki nüfuzu və şəxsi
keyfiyyətləri;
2. Səddam Hüseynin İraqda, taliblərin Əfqanıstanda çökməsi İran rejimini
möhkəmləndirmiş və gücləndirmişdir. Regionda yaranmış güc boşluğu
İranın lehinə olmuşdur. İranın antipatiya göstərdiyi sünni Misir və Liviya
rejimlərinin çökməsi də, İranın mövqeyini gücləndirdi. ABŞ İraqdan və
Əfqanıstandan çıxdıqdan sonra bu ölkələrdəki daxili situasiyanın inkişafı
həlledici amil olacaq. Belə ki, ABŞ-ın bu ölkələrdəki hərbi mövcudluğu
İran cəmiyyətində birləşdirici təsirə malikdir. Əgər ABŞ çıxdıqdan sonra
Əfqanıstan və İraqda vəziyyət sabitləşmə istiqamətində təkamül edərsə,
demokratiya işə düşərsə və iqtisadi irəliləyiş müşahidə olunarsa bu, İrandaxili
vəziyyətə sabitliyi pozan təsir göstərəcəkdir. Sovet İttifaqının vaxtilə apardığı
bütün təbliğatlara rəğmən Qərbi Almaniyada inkişafın Şərqdən sürətli və
nəticəli olması əhalinin kütləvi narazılığına və miqrasiyasına səbəb oldu və
Berlin böhranı yarandı...
Bu amil İran daxilində islahatları gücləndirəcək;
3. Azərbaycanın iqtisadi və sosial inkişafında uğurların əldə olunması İrandaxili