1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə22/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   18   19   20   21   22   23   24   25   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
56 
fərqli olaraq, siyasi proseslər daha dinamik və müntəzəm olduğu üçün həm 
yuxarıların, həm də aşağıların əhval-ruhiyyəsini daha qabarıq ifadə edir. 2005-
ci ildə Dini rəhbər Xamenei köhnə qvardiyadan qurtulmaq və ölkəyə nəzarəti 
gücləndirmək  üçün,  habelə  Xatəminin  hakimiyyəti  illərində  ortaya  çıxan 
liberallaşma elementlərini qabaqlamaq məqsədilə heç kimin ciddi tanımadığı 
və prezident vəzifəsi üçün zəruri olan minimum tələblərə cavab verməyən 
Əhmədinejadın  namizədliyini  irəli  sürdü  və  onun  daha  nüfuzlu  Rəfsancani 
üzərində  qələbə  qazanmasını  təmin  etdi.  Sistemdə  gərginlik  artmağa 
başladı. Əhmədinejadın hakimiyyəti dövründə İslam Mühafizəkarları Korpu-
sunun  hökumətdə  iştirakı  genişləndi.  İranın  beynəlxalq  mövqeləri  zəiflədi. 
Ölkə  daxilində  sosial-iqtisadi  durumda  durğunluq  və  geriləmə  müşahidə 
olunmağa başladı.
2009-cu  ildə  Dini  rəhbərin  yenidən,  bu  dəfə  daha  riskli  formada  
Əhmədinejada dəstək verməsi “oxu yaydan çıxardı”. 2009-cu ildə İranda baş 
verənlərin ciddi təhlili göstərir ki Dini rəhbər Əhmədinejadı peşəkarlığına, yax-
ud ona bəslədiyi şəxsi simpatiyaya görə deyil, öz ruhani rəqiblərinə olan kəskin, 
sərt münasibəti səbəbindən, güc itirməmək, hakimiyyətinin zəifləməsinə imkan 
verməmək üçün dəstəkləmişdir. Öz növbəsində Əhmədinejad ona göstərilən 
etibarı  nəinki  doğrultdu,  əksinə  Dini  rəhbərin  nüfuzuna  sarsıdıcı  zərbə  vur-
du. Bir az əvvəl İran xarici işlər nazirinin xarici ölkədə səfərdə olduğu zaman 
vəzifədən çıxarılması, xüsusi xidmət orqanının rəhbərinin isə vəzifədən azad 
olunduqdan sonra Dini rəhbər tərəfindən yenidən vəzifəyə qaytarılması siyasi 
çatın  dərinləşdiyini  göstərirdi.  Əhmədinejadın  nöqsanları  və  uğursuzluqları 
nəticəsində  cəmiyyətdə  formalaşan  mənfi  münasibət  Dini  rəhbərin,  onun 
timsalında isə bütün rejimin məsuliyyəti kimi qiymətləndirildi. 
2009-cu  ilədək  Dini  rəhbər  bütün  siyasi  proseslərin  əsasında  dayan-
an,  əlçatmaz  bir  insan  obrazına  malik  idi.  Lakin  son  prezident  seçkilərində 
Xameneinin  göstərdiyi  canfəşanlıq,  komissiya  nəticələri  yoxlamadan  öncə 
Əhmədinejadı  təbrik  etməsi  Rəhbərin  vəzifəsini  və  şəxsiyyətini  kiçiltdi 
(adiləşdirdi) və məhz bu amil böyük etirazlara yol açdı.
Bir  sıra  məşhur  ayətullahların  –  Montəziri,  Əbdülkərim  Ərdəbili  və  b., 
Musavini  dəstəkləməsi  dini  düşərgədə  hakimiyyət  üstündə  yaranan  dərin 
rəqabətin və qarşıdurmanın təzahürü idi. Mülki ruhanilər arasında qarşıdurma 
hər iki tərəfin güc itkisinə və ölkənin idarə edilməsində hərbi qanadın – islam 
mühafizəçiləri korpusunun güclənməsinə gətirib çıxardı.
Bu kontekstdə ərəb ölkələrində baş verənlər İrana təsirsiz ötüşə bilməzdi. 
İrandaxili  böhran  yenicə  səngiməyə  başlamışdı  ki,  “ərəb  baharı”  ona  yeni 
impuls-nəfəs  verdi.  Lakin  burada  bir  fundamental  fərq  var:  İranda  sosial 
problemlər, islahatlar istəyi, modernləşmə və söz azadlığı tələbləri mövcud olsa 
da, bunların heç biri dini əqidədən, dinin (ideologiyanın) birləşdirici gücündən 
üstün ola bilməz və ən azı indiki şəraitdə reallıq belədir. 
İranda  mövcud  olan  islam  rejimi  ciddi  ideoloji  əsaslara,  köklərə  malik-
dir. Bu ideologiya insanların böyük əksəriyyətini iqtisadi, siyasi durumundan 
asılı olmayaraq sıx şəkildə birləşdirir. İslam dininin ehkamlarına, normalarına 
və  prinsiplərinə  söykənən  ideologiyanın  əsas  daşıyıcıları  sağlam  və  rejimin 
mahiyyətinə  münasibətdə  həmrəy  olduqları  müddətdə  ciddi  siyasi  çevrilişin 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
57
baş verməsi mümkünsüz görünür. İranın siyasi sistemi ciddi siyasi, dini və hərbi 
strukturlar tərəfindən mühafizə olunur, tarazlanır.
İranda  “mütləq  Şər”  (Misirdə  Mübarək,  Liviyada  Qəddafi,  Tunisdə  Ben 
Əli) və islam dəyərlərini əvəz edəcək “mütləq xeyir” mövcud deyildir. Başqa 
sözlə  desək,  İslam  inqilabını  əvəz  edəcək  yeni  inqilab  üçün  yetərli  şərtlər 
formalaşmamışdır.  2009-cu  il  İran  üsyanı  nisbətən  geniş  miqyas  alsa  da, 
üsyanın rəhbərləri kiçik məqsədlərə malik idilər: Seçkilərdə pozulmuş ədaləti 
bərpa etmək. Üsyançılar psixoloji baryeri aşa bilmədilər...
İran İslam Respublikası və  Zaman 
İran İslam Respublikası zamanın tələblərinə cavab vermir. Bu tip dövlət orta 
əsrlərdə və hətta yeni dövrdə uğurlu inkişafın və səmərəli dövlətçiliyin əsası ola 
bilərdi.  Lakin elmi-texniki tərəqqinin müasir inkişaf mərhələsində, dünyanın 
yarıdan çoxunun demokratik idarəetməyə malik olduğu XXI əsrdə cəmiyyətin 
başdan-başa  orta  əsr  dini  ehkamları  üzərində  qurulması  ən  yaxşı  halda 
hakimiyyəti qoruyub saxlamağa yardım edəcək, yaradıcı və davamlı inkişafa 
kömək etməyəcəkdir. Dini təfəkkürlə modernləşməni bir araya gətirmək müm-
kün deyildir. Xomeyni ideyalarının Lenin ideyalarından ciddi fərqlənmədiyi hər 
gün daha aydın ortaya çıxır. Lenin gələcəyin dövlətini vaxtsız qurdu, Xomeyni 
isə keçmişi müasir dövrə proyeksiya etməyə cəhd etdi. Hətta Vilsonun 1918-
ci ildə təklif etdiyi mütərəqqi 14 maddə zamansız irəli sürüldüyü üçün rədd 
edildi, utopiya adlandırıldı və hətta öz ölkəsində belə qəbul edilmədi. 30  il 
sonra isə bu ideyalara söykənən bütöv bir siyasi-hüquqi sistem formalaşmağa 
başladı. 
İrandaxili  situasiyanın  təhlili  yaxın  və  ortamüddətli  gələcəkdə 
(3ildən-10  ilə  qədərki  dövr)  onun  inkişaf  perspektivini  aşağıdakı  amillərin 
müəyyənləşdirəcəyini söyləməyə əsas verir:
1.   Dini rəhbərin dəyişməsi, yeni dini rəhbərin seçim qurumundan və digər 
daxili  aktorlardan  aldığı  dəstək,  onun  cəmiyyətdəki  nüfuzu  və  şəxsi 
keyfiyyətləri;
2.  Səddam  Hüseynin  İraqda,  taliblərin  Əfqanıstanda  çökməsi  İran  rejimini 
möhkəmləndirmiş  və  gücləndirmişdir.  Regionda  yaranmış  güc  boşluğu 
İranın  lehinə  olmuşdur.  İranın  antipatiya  göstərdiyi  sünni  Misir  və  Liviya 
rejimlərinin  çökməsi  də,  İranın  mövqeyini  gücləndirdi.  ABŞ  İraqdan  və 
Əfqanıstandan  çıxdıqdan  sonra  bu  ölkələrdəki  daxili  situasiyanın  inkişafı 
həlledici  amil  olacaq.  Belə  ki,  ABŞ-ın  bu    ölkələrdəki  hərbi  mövcudluğu 
İran  cəmiyyətində  birləşdirici  təsirə  malikdir.  Əgər  ABŞ  çıxdıqdan  sonra 
Əfqanıstan  və  İraqda  vəziyyət  sabitləşmə  istiqamətində  təkamül  edərsə, 
demokratiya işə düşərsə və iqtisadi irəliləyiş müşahidə olunarsa bu, İrandaxili 
vəziyyətə sabitliyi pozan təsir göstərəcəkdir. Sovet İttifaqının vaxtilə apardığı 
bütün təbliğatlara rəğmən Qərbi Almaniyada inkişafın Şərqdən sürətli və 
nəticəli olması əhalinin kütləvi narazılığına və miqrasiyasına səbəb oldu və 
Berlin böhranı yarandı... 
     Bu amil İran daxilində islahatları gücləndirəcək;
3.  Azərbaycanın iqtisadi və sosial inkişafında uğurların əldə olunması İrandaxili 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə