1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə2/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   2   3   4   5   6   7   8   9   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
7
MİLLİ İNKİŞAFIN 
STRATEJİ  
PRİORİTETLƏRİ


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
8 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
9
Açar Sözlər: 
təhsil  sistemi,  iqtisadi  inkişaf,  informasiya  texnologiyaları,  Bolonya  təhsil 
sistemi, elmi-texniki tərəqqi. 
Kew words: 
education  system,  economic  development,  the  information  technologies, 
the Bologna system of education, scientific and technological progress.
Ключевые слова: 
система  образования,  экономическое  развитие,  информационные 
технологии,  Болонская  система  образования,  научно-технический 
прогресс. 
Azərbaycanda 
təhsil yeni 
inkişaf 
mərhələsində
Şəmsəddin 
Hacıyev
Milli Məclisin Elm və təhsil 
komitəsinin sədri, Azərbaycan 
Dövlət İqtisad Universitetinin rektoru,
iqtisad elmləri doktoru, professor
azmm@meclis.gov.az


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
10 
Giriş
XXI  əsrin  başlanğıcından  etibarən  qlobal  səviyyədə  baş  verən  keyfiyyət 
dəyişiklikləri  yeni  dünya  nizamının  formalaşması  və  beynəlxalq  rəqabət 
mübarizəsinin  daha  da  güclənməsi  ilə  müşaiyət  olunmaqdadır.  Eyni  zaman-
da,  qloballaşmanın  hərəkət  intensivliyinə  parallel  olaraq  sosial-siyasi,  iqti-
sadi,  mədəni,  elm  və  təhsil  məkanlarının  vahidləşməsi  prosesi  artan  sürətlə 
getməkdə,  postmodernist  düşüncə  tərzinin  təməl  prinsiplərinə  əsaslanan 
mahiyyətcə yeni konseptual yanaşmalar, strateji baxışlar ortalığa qoyulmaq-
dadır. Virtual reallığın dominant mövqelərə çıxışı biliklər sisteminə əsaslanan 
informasiya  iqtisadiyyatının  formalaşmasına,  sabitqədəmli  inkişafla  bağlı 
olan  ənənəvi  dəyər-konseptlərinin  kardinal  şəkildə  məzmun  dəyişkənliyinə 
gətirib çıxarmışdır. Kütləvilik anlayışı və kütləvilik ideyasının aradan qalxması 
həm ayrıca götürülmüş bir ölkə miqyasında, həm qlobal səviyyədə qarşılıqlı 
əlaqələrin yenidən strukturlaşmasına təkan vermiş, ənənəviçilikdən tamamilə 
fərqli məzmun daşıyan yeni kreativ yanaşma və praqmatik düşüncə tərzinin 
alternativsizliyini ön plana çıxarmışdı. Elm və təhsil başlıca məhsuldar qüvvəyə 
çevrilmiş, həm cari situasiyanın mahiyyət açıqlanmasında, həm də perspektivlə 
bağlı  ehtimal  olunan  problemlərin  həllində  başlıca  istiqamət  və  əsas  vasitə 
kimi çıxış etməyə başlamışdır. Dünya çapında formalaşmış və konkret qanu-
nauyğunluq çalarları daşıyan meqatəmayüllərə adekvat reaksiya vermək artıq 
həyati zərurətə çevrilmişdir.
Qloballaşan dünyada təhsilin artan rolu
Yeniləşən dünyanın keyfiyyətcə fərqli “oyun qaydaları”, yeni dünya nizamının 
irəli sürdüyü tələblər təhsil sferasında mövcud situasiya və eləcə də perspektivlərlə 
bağlı baxışların əsaslı surətdə dəyişməsinə, idarəetmə və tənzimləmənin kon-
septual məzmununun yaradıcılıqla təkmilləşdirilməsinə istinad edir.
Təhsil hər bir cəmiyyətin, dövlətin gələcək inkişafını, tərəqqisini müəyyən 
edən strateji fəaliyyət sferasıdır. Xüsusilə, qloballaşma dövründə yeni informa-
siya, intellekt, bilik cəmiyyətinin, bilik iqtisadiyyatının formalaşdığı şəraitdə hər 
bir  ölkənin  həyatında  və  qlobal  inkişafda  təhsilin  rolu  əhəmiyyətli  dərəcədə 
yüksəlmişdir. Təsadüfi deyildir ki, dünyanın ən qabaqcıl ölkələri belə öz gələcək 
inkişaflarını məhz təhsilin və elmin tərəqqisində görürlər. Elə buna görə də bu 
sahənin inkişafına xüsusi diqqətlə yanaşırlar.
Məlum olduğu kimi, təhsil sürətlə dəyişən, dinamik inkişaf edən, həm də 
rəqabətin günbəgün artdığı bir fəaliyyət sferasıdır. XXI əsrin birinci onilliyindən 
başlayaraq dünya təhsil sistemində baş verən dəyişikliklər, bunlarla bağlı irəli 
sürülən yeni çağırışlar – keyfiyyətli təhsil, yeni texnologiyaların tətbiqi, dünya 
ölkələrinin təhsil sistemlərinin bir-birinə uyğunlaşdırılması, unifikasiyası, inteq-
rasiyası və s. nəzərə alınmadan milli təhsilimizin rəqabətqabiliyyətliliyini təmin 
etmək qeyri-mümkündür. Təsadüfi deyildir ki, YUNESKO XXI əsri təhsil əsri elan 
etmişdir [3].
Bəşəriyyətin inkişafının müasir dövrünün xarakterik xüsusiyyətlərindən biri 
dünyanın bir çox ölkələrində açıq informasiya cəmiyyətlərinin yaradılması pro-


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
11
sesidir. İnformasiyaların (biliklərin) yaradılması, işlənməsi, yığılması, ötürülməsi 
və yayılması dünyanın və ayrı-ayrı ölkələrin inkişafının aparıcı sektoru və sosial-
iqtisadi, mənəvi tərəqqinin lokomotivinə çevrilir. Elektron informasiya resursla-
rının sürətlə artması, informasiyaların sərbəst yayılması, informasiyalara sərbəst 
çıxışın olması informasiya cəmiyyətinin əhəmiyyətli xüsusiyyətləridir.  Elm və 
təhsil müasirliyin başlıca hərəkətverici qüvvəsi hesab olunur. Müasir elm-təhsil 
sektorunun  (kompleksinin)  yaradıldığı  cəmiyyət  daha  dinamik  inkişaf  edən 
və  rəqabətqabiliyyətli  cəmiyyətdir.  İnformasiya  cəmiyyətində  iqtisadi  sistem 
biliklərin  iqtisadiyyatı  kimi  təzahür  edir.  Hazırda  informasiya  cəmiyyətindən 
biliklərə əsaslanan cəmiyyətə keçid əsas məqsədlər sırasında önəmli yer tutur. 
Biliklərin istehsalı, alınması, yayılması və praktiki tətbiq edilməsi sosial-iqtisadi 
inkişafın başlıca hərəkətverici qüvvəsinə çevrilir. Hal-hazırda inkişaf etmiş dün-
ya ölkələrinin böyük əksəriyyətində informasiya cəmiyyəti quruculuğu prosesi 
kifayət qədər sürətlə getməkdədir.
Ümummilli inkişaf və milli təhsil sisteminin modernləşdırılməsi 
üçün yeni imkanlar
Azərbaycanda elm və təhsilin inkişafı ilə bağlı qlobal çağırışlara adekvatlığın 
təminatı imkanları öz başlanğıcını 1995-ci ildən götürür. Məlumdur ki, 1993-
cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra, çoxsaylı 
çətinliklərə baxmayaraq, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti 
və  gərgin  fəaliyyəti  nəticəsində  ölkəmiz 
parçalanma  təhlükəsindən  xilas  oldu  və 
hüquqi  dövlət  quruculuğu  prosesinə  start 
verildi.  1995-ci  ildən  başlayaraq  ölkəmizin 
sosial-iqtisadi  inkişafı  və  dünya  təsərrüfat 
sisteminə inteqrasiyası istiqamətində bu gün 
“uğur modeli” kimi qiymətləndirilən islahat-
lar kompleksinin həyata keçirilməsinə başla-
nıldı. Davamlı və dinamik inkişafa əsaslanan 
sosialyönümlü  iqtisadiyyatın  formalaşdı-
rılması,  ölkədə  mövcud  olan  təbii-iqtisadi, 
texniki-istehsal  və  elmi-texniki  potensialın 
fəal və səmərəli surətdə iqtisadi dövriyyəyə 
cəlb  olunması,  dünya  təsərrüfat  sisteminə 
rasional  inteqrasiyanın  təmin  olunmasını 
reallığa çevirən “uğur modeli” artıq o dövrdə  orijinallığı, özünəməxsus spe-
sifikası ilə nəzər-diqqəti cəlb etməyə başlamışdı. Məhz, 1995-ci ildən etibarən 
həyata keçirilən islahatlar kompleksi böhranlı situasiyaların aradan qaldırılması 
ilə nəticələndi. Bununla da Azərbaycanın iqtisadi inkişafının keyfiyyətcə yeni 
mərhələsinin  təməli  qoyuldu.  Əldə  olunan  makroiqtisadi  sabitlik,  sənayedə 
və  iqtisadiyyatın  digər  sahələrində  aydın  şəkildə  müşayiət  olunan  yüksəliş 
təmayülləri, həyata keçirilən genişmiqyaslı islahatların ilkin nəticələri aparılan 
siyasətin  düzgünlüyünü  və  Azərbaycanın  bazar  iqtisadiyyatı  yolunda  inamlı 
addımlarla irəliləməsi gerçəkliyini təsdiq etdi.
2003-2010-cu illərdə 
Azərbaycanın iqtisadiyyatlı 3 
dəfədən çox böyümüşdür. Bu 
gün Cənubi Qafqaz regionun-
da iqtisadi gücün 80 faizindən 
çoxu Azərbaycana məxsusdur. 
Bu dövrdə adambaşına düşən 
ÜDM-in həcmi 5.3 dəfə arta-
raq 2010-cu ilə 4653 manat 
təşkil etmişdir.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə