1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə3/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   2   3   4   5   6   7   8   9   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
12 
Məhz  “sabit  inkişaf”  dövrü  kimi  xarakterizə  olunan  2001-2003-cü  illər 
ərzində elm və təhsil sferasında həyata keçirilən islahatların qlobal çağırışlara 
uyğunlaşdırılması yönümündə əsaslı dönüşün başlanğıcı qoyulmuşdur.
Danılmaz  həqiqətdir  ki,  2003-2010-cu  illərdə  Azərbaycanın  ictimai-siyasi 
həyatında, xüsusilə iqtisadi və sosial inkişafımızda misli görünməmiş uğurlar 
əldə edilmişdir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş iq-
tisadi inkişaf kursu bu dövrdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 
tamamilə  yeni  müstəvidə  uğurla  davam  etdirilərək  Azərbaycanı  regionun  li-
der ölkəsinə, transmilli səviyyədə “söz sahibinə” çevirmişdir. Bu dövrdə əldə 
edilən uğurların qısa xronologiyası göstərir ki, iqtisadiyyat 3 dəfədən çox bö-
yümüşdür. Bu gün Cənubi Qafqaz regionunda iqtisadi gücün 80 faizindən çoxu 
Azərbaycana məxsusdur. Bu dövrdə adambaşına düşən ÜDM-in həcmi 5.3 dəfə 
artaraq 2010-cu ilə 4653 manat təşkil etmişdir [4]. 
2003-2010-cu  illər  ərzində  Azərbaycan  iqtisadiyyatına  yönəldilmiş  84.3 
milyard ABŞ dollarının 45.1 milyard dolları xarici sərmayələr olmuş, bu dövrdə 
Azərbaycan  ilk  dəfə  olaraq  kapital  idxal  edən  ölkədən  kapital  ixrac  edən 
ölkəyə çevrilmişdir. İqtisadiyyatımızda daha mühüm bir keyfiyyət dəyişikliyi 
–  transmilliləşmə  prosesi  başlanmış-
dır.  Demək  olar  ki,  hər  il  xarici  ölkələrə 
milyardlarla  ölçülən  böyük  həcmdə 
Azərbaycan sərmayəsi yatırılır. Ölkədə son 
7 il ərzində 900 min yeni iş yeri açılmışdır. 
Yoxsulluğun  səviyyəsi  kəskin  şəkildə  aza-
laraq 45%-dən 5%-ə enmişdir. Strateji val-
yuta  ehtiyatlarının  həcmi  40  milyard  ABŞ 
dollarını ötmüşdür. Azərbaycan Dünya İq-
tisadi  Forumunun  2010-2011-ci  il  üçün  hazırladığı  “Qlobal  rəqabətlilik  he-
sabatında” 57-ci yeri tutmuşdur. Bu nəticəyə görə ölkəmiz MDB məkanında 
liderliyini qoruyub saxlamış, makroiqtisadi sabitlik göstəricisinə görə isə bü-
tün MDB ölkələrini qabaqlayaraq 13-cü yerdə qərarlaşmışdır. 2005-2010-cu 
illər ərzində Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə nail ol-
muş, 101-ci yerdən 67-ci pilləyə qalxmışdır. Azərbaycan Dünya Bankı (DB) və 
Beynəlxalq  Maliyyə  Korporasiyasının  (BMK)  “Doing  Business  2011:  “Sahib-
karlıq üçün şəraitin yaxşılaşdırılması” birgə hesabatının nəticələrinə əsasən, 
sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində 183 ölkə arasında 54-cü 
yeri  tutmuşdur.  Bu  dövrdə  iqtisadi  islahatların  genişləndirilməsi  və  iqtisadi 
qanunvericilik bazasının möhkəmləndirilməsi nəticəsində ölkədə əlverişli biz-
nes mühiti təmin olunmuşdur ki, bu da özəl sektorun inkişafına əhəmiyyətli 
dərəcədə təsir etmişdir.
Bütün bunların təsiri nəticəsində ölkəmizin iqtisadi imkanları xeyli yüksəlmiş, 
əhalinin  sosial  vəziyyəti  əhəmiyyətli  dərəcədə  yaxşılaşmışdır.  Ölkəmizin  da-
vamlı, tarazlı və dayanıqlı inkişafı təmin edilmişdir. Bütün bunların nəticəsi ola-
raq, ölkəmizdə transformasiya dövrü, sistem dəyişikliyi dövrü başa çatmışdır. 
Azərbaycan artıq dünyaya başqa statusda – inkişaf etməkdə olan orta gəlirli 
ölkə kimi təqdim olunur. Qarşıda isə inkişaf etmiş ölkə səviyyəsinə qalxmaq 
kimi çox mühüm vəzifə dayanır. 
2005-2010-cu illər ərzində 
Azərbaycan insan inkişafı 
sahəsində ən sürətli irəliləyişə 
nail olmuş, 101-ci yerdən 67-ci 
pilləyə qalxmışdır.


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
13
Reallığın adekvat dərki, stereotip yanaşmaların ümidsiz şəkildə köhnəldiyi 
gerçəkliyindən çıxış edən Prezident İlham Əliyev ilkin olaraq, ictimai həyatın 
bütün sferaları arasında real məzmunlu inteqrativ bağlılığın keyfiyyətcə yeni 
müstəviyə keçirilməsini, sosial həmrəylik və sosial əməkdaşlığın qərarlaşmasını, 
milli bütövlüyün monolit xassəli modern yaranış kimi formalaşması zəminində 
çox mühüm əhəmiyyət kəsb edən islahatlara start verdi. Sosial-siyasi, iqtisadi, 
mənəvi, hüquqi, ideoloji və s. sferalarda aparılan modern dəyişikliklərin əsas 
strateji hədəfi insan kapitalının formalaşması və inkişafına istinadla ümummil-
li mənafelərin tam və dolğun şəkildə ödənilməsinə istiqamətləndirildi və bu 
vəzifələrin həyata keçirilməsində təhsil prioritet sahə kimi müəyyənləşdirildi.
İctimai  həyatımızın  bütün  sahələrinin  əsasını,  bünövrəsini  təşkil  edən  iq-
tisadiyyatın  sürətli  inkişafı  milli  təhsil  sistemimizin,  o  cümlədən  ali  təhsilin 
inkişafında  da  adekvat  irəliləyişlərin  əldə  olunmasına  real  şərait  yaratmışdır. 
Yalnız onu demək kifayətdir ki, bu dövr ərzində Dövlət büdcəsindən təhsilə 
ayrılan vəsaitin həcmi 5,5 dəfə artaraq təqribən 1,4 mlrd. manat təşkil etmişdir 
ki, bu da Dövlət büdcəsinin xərc maddələri arasında hərbi xərclərdən sonra 
2-ci yeri tutur. Bu gün Azərbaycan elminin və təhsilinin inkişafına ayrılan vəsait 
Ermənistanın dövlət büdcəsinin 70%-ni təşkil edir. Son 7 ildə ölkə üzrə həm 
dövlət  büdcəsi  vəsaiti  hesabına,  həm  də  Heydər  Əliyev  Fondu  tərəfindən  2 
mindən artıq yeni məktəb tikilib istifadəyə verilmişdir.   
2003-cü ildən sonra, möhtərəm prezidentimiz cənab İlham Əliyevin Res-
publika  rəhbərliyinə  gəlməsi  ilə  ictimai,  siyasi,  iqtisadi,  sosial  və  mədəni 
həyatımızın bütün sahələrində yeni dövr -  əsaslı islahatların dərinləşməsi, in-
kişafın  sürətlənməsi  və  modernləşmə  dövrü  başlandı.  Təbii  ki,  bu  proseslər 
təhsildən, xüsusilə ali təhsil sistemindən də yan keçməmişdir. Bu dövr ərzində 
təhsil sistemində həyata keçirilən əsaslı islahatlar daha da dərinləşmiş, onun 
əhatə  dairəsi  genişlənmiş,  milli  təhsilimizin  bütün  pillələri  və  səviyyələri 
Məqsədli  Dövlət  Proqramları  ilə  əhatə  edilmiş,  ali  təhsilimiz  Boloniya 
Bəyannaməsinə qoşulmuş, dünya və Avropa təhsil məkanına uğurla inteqrasi-
ya olunmuş, mükəmməl qanunvericilik bazası yaradılmış – Təhsil haqqında Qa-
nun qəbul edilmiş, onun maddi-texniki bazası əsaslı surətdə yenidən qurulmuş 
və möhkəmləndirilmişdir. Sözügedən proses bu gün də davam etdirilməkdədir.
Təhsil dövlət siyasətinin prioritet sahəsi kimi: 
konsepsiyalar, proqramlar
Sözsüz ki, ulu öndərimiz Heydər Əliyevin müəllifı olduğu «Milli təhsilin inki-
şaf strategiyası»nın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi 
təhsil  sferasında  köklü  irəliləyişlərin  əldə  olunmasına,  ölkəmizin  həyatında 
mühüm  rol  oynayan  bu  sahədə  müqayisəedilməz  keyfıyyət  və  kəmiyyət 
dəyişikliklərinə  səbəb  olmuş,  təhsil  islahatlarının  daha  da  dərinləşməsini  və 
onların sistemli şəkildə həyata keçirilməsi üçün real şərait yaratmışdır. «Təhsil 
bizim gələcəyimizdir, inkişaf perspektivimizi müəyyən edən ən başlıca sahədir» 
- deyən Prezident İlham Əliyev təhsilin dövlət siyasətində prioritet sahə oldu-
ğunu bir daha təsdiq etmiş, bütövlükdə təhsilin, xüsusilə iqtisadi təhsilin ölkə 
həyatında müstəsna rolu və əhəmiyyətini ön plana çıxarmışdır.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə