1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə6/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   2   3   4   5   6   7   8   9   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
18 
si  üzrə  Bakı-Abşeron  Proqramı  (2006-2008)»,  «Avadanlıqlarla  təminat  Proq-
ramı  (2005-2009)»,  «Dərsliklə  təminat  Proqramı  (2003-2005;  2006-2015)», 
«İnformasiya-kommunikasiya  texnologiyaları  ilə  təminat  Proqramı  (2005-
2009)», «Məktəbəqədər təhsilin təkmilləşdirilməsi üzrə Proqram (2006-2009)», 
«Texniki peşə təhsilinin inkişaf Proqramı (2006-2009)», «Xüsusi istedada malik 
olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə inkişaf Proq-
ramı (2006-2007)», «Kadr təminatı Proqramı (2005-2009)» və s. dövlət proq-
ramlarının tətbiqi və bunun nəticəsində əldə edilən nailiyyətlər ölkə miqya-
sında təhsil mühitinin keyfiyyətcə yaxşılaşmasında, keyfiyyət  parametrlərinin 
yüksəldilməsində  mühüm  rol  oynamışdır.  Dövlət  proqramlarının  maliyyə 
təminatı ən yüksək səviyyədə təşkil edilmişdir. [6]
Təhsil sferasında tətbiq edilən Dövlət proqramlarının bir qismi  artıq tam 
həcmdə  həyata  keçirilmiş,  digər  qismi  üzrə  isə  səmərəli  fəaliyyət  davam 
etdirilməkdədir.
2005-ci ildən başlayaraq reallaşdırılan «Azərbaycan Respublikasında rabitə 
və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət 
Proqramı»nın  (Elektron  Azərbaycan)  praktiki  tətbiqi  əksər  sferalarda  oldu-
ğu kimi, təhsil sistemində, ələlxüsus ali məktəblərdə təhsil prosesinin təşkili, 
tənzimlənməsi və idarə edilməsi aspektində böyük irəliləyişlərə səbəb olmuş-
dur.  Bütövlükdə,  «rəqəmsal  uçurumun»  aradan  qaldırılması,  təhsilin  pillə  və 
səviyyələri  arasında  monolit  bütövlüyün  təmin  edilməsi  nöqteyi-nəzərindən 
dövlət başçısının 2004-cü il sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respub-
likasının  ümumtəhsil  məktəblərinin  informasiya  və  kommunikasiya  texnolo-
giyaları ilə təminatı Proqramı (2005-2007)» xüsusilə mühüm əhəmiyyət kəsb 
edirdi. Proqramın əsas məqsədi təhsil sferasının modernləşdirilməsi prosesi-
ni sürətləndirmək, təhsilin bütün pillə və səviyyələri arasında fasiləsizlik, mo-
nolit bütövlük yaratmaq, dünya (Avropa) təhsil sisteminə inteqrasiyanı vahid 
informasiya məkanında həyata keçirmək və yekun olaraq ölkədə informasiya 
cəmiyyətinin qurulmasına nail olmaqdan ibarətdir. [2]
Təhsil qanunvericiliyinin təkmilləşdirilməsi və 
yeni Təhsil Qanunu 
Məlum olduğu kimi, uzun müzakirələrdən sonra Təhsil haqqında Azərbaycan 
Respublikasının Qanunu 2009-cu ilin 19 iyun tarixində Azərbaycan Respublika-
sının Milli Məclisi tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Prezi-
dentinin 05 sentyabr 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmişdir. [1]
Yeni  Təhsil  qanununun  hazırlanmasında  Azərbaycan  Respublikası  Konsti-
tusiyasında  təsbit  olunmuş  vətəndaşların  təhsil  hüquqlarının  təmin  edilməsi 
sahəsində  dövlət  siyasətinin  əsas  prinsipləri  və  “Boloniya  prosesi”  üzrə 
öhdəliklərdən irəli gələrək bu sferada sınanmış mütərəqqi ümumbəşəri və milli 
meyarlar əsas götürülmüşdür.
Bu  qanun  təhsil  sahəsində  dövlət  siyasətinin  əsas  prinsiplərini  və  təhsil 
fəaliyyətinin  tənzimlənməsinin  ümumi  şərtlərini  müəyyən  edir,  təhsilin  ayrı-
ayrı pillələri üçün digər müvafiq qanunların və qanunvericilik aktlarının qəbul 
edilməsində baza rolunu oynayır. Bu baxımdan və ümumiyyətlə yeni qanun struk-


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
19
turu, təhsil anlayışları, terminləri və digər kompazisiya elementlərinə istinadən 
lakonikliyi, daha geniş hüquqi təminatlılığı, oriyentasiya çöxşaxəliliyi və başlıca 
olaraq  da  liberal  funksionallığı  ilə  fərqlənir.  Təhsil  sisteminin  idarə  olunması, 
təhsilin məzmununa və təşkilinə aid ümumi tələblər, təhsil müəssisəsinin statusu, 
onun  lisenziyalaşdırılması,  akkreditasiyası,  təhsil  subyektlərinin,  təhsilalanların, 
təhsilverənlərin hüquq və vəzifələri, sosial müdafiəsi, təhsilin iqtisadiyyatı və bu-
radakı mülkiyyət münasibətlərinın tənzimlənməsi kimi müddəaların mövcudlu-
ğu yeni Təhsil qanununun üstün səciyyəvi xüsusiyyətlərindədir.
Yeni Təhsil qanununun qüvvədə olduğu iki il ərzində ölkəmizin təhsil siste-
minin təkmilləşdirilməsi və yenidən qurulması baxımından əlamətdar olmuş-
dur. Birmənalı şəkildə deyə bilərik ki, yeni Təhsil Qanunu məktəbəqədər təhsil 
müəssisələrindən başlamış universitetlərə qədər bütün təhsil müəssisələrinin 
həyatında  mütərəqqi  dəyişikliklərin  baş 
verməsini  şərtləndirmişdir.  Xüsusu  vurğu-
lamaq  lazımdır  ki,  təhsilin  bütün  pillərini 
və səviyyələrini əhatə edən bu dəyişikliklər 
həm  forma,  həm  də  məzmun  baxımından 
yeniliklərin olması ilə xarakterizə olunur.
Hər şeydən öncə, yeni Təhsil Qanunu təhsil 
sistemində  fəaliyyətin  təşkili,  tənzimlənməsi 
və  idarəedilməsi  proseslərinin  vahid  qa-
nunvericilik bazasının yaradılması və ölkədə 
fəaliyyət göstərən təhsil müəssisələrinin hü-
quqi  statusunun  dəqiq  müəyyən  edilməsi 
baxımından mühüm əhəmiyyət daşıyır. Digər 
tərəfdən  də,  təməl  prinsipləri  keyfiyyətli 
təhsilin təmin edilməsi və milli təhsilin dünya 
və Avropa təhsil sisteminə inteqrasiyasının sürətləndirilməsi olan yeni Təhsil Qa-
nunu bütövlükdə təhsilimizin keyfiyyətinin yüksəldilməsi və onun Avropa və dün-
ya standartlarına uyğunlaşdırılması nöqteyi-nəzərindən mühüm rol oynamışdır. 
Yeni Qanunun qüvvəyə minməsi ali təhsilimizin Boloniya prosesinə qoşulmasının 
sürətləndirilməsi və ali təhsil müəssisələrimizin bu prosesin tələblərinə uyğun-
laşdırılması istiqamətində həyata keçirilən tədbirlərin artmasına səbəb olmuşdur.
Ümumiyyətlə,  Yeni  Təhsil  Qanununun  qüvvəyə  minməsi  ali  təhsil 
müəssisələrində  kredit  sisteminin  tətbiqinin  genişlənməsi,  orta  məktəblərdə 
test üsulunun tətbiqi ilə mərkəzləşdirilmiş buraxılış imtahanlarının keçirilməsi, 
ali  və  orta  ixtisas  təhsili  müəssisələrinə  tələbə  qəbulu  prosesinin  daha  da 
təkmilləşdirilməsi, yeni maliyyələşdirmə mexanizminin tətbiqinə başlanılması 
və s. yeniliklər ilə xarakterizə oluna bilər.
Ölkəmizdə informasiya cəmiyyətinin qurulmasını və biliklərə əsaslanan iq-
tisadiyyata keçidin yeni təhsil modelinə tələbatını nəzərə alaraq,  Azərbaycan 
Respublikası  Prezidentinin  11  iyul  2011-ci  il  tarixdə  imzaladığı  “2011-2021-
ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması 
haqqında  Sərəncamını  xüsusi  qeyd  etmək  lazımdır.  Geosiyasi  və  geoiqtisadi 
reallığın  sürətlə  dəyişməsi  fonunda  təhsil  xidmətlərinin  ixracı  xüsusi  önəm 
kəsb etməkdədir. Klassik ölkənin “ölkə-sistemə” transformasiyası nə qədər qa-
Yeni Qanunun qüvvəyə 
minməsi ali təhsilimizin Bolo-
niya prosesinə qoşulmasının 
sürətləndirilməsi və ali təhsil 
müəssisələrimizin bu prosesin 
tələblərinə uyğunlaşdırılması 
istiqamətində həyata keçirilən 
tədbirlərin artmasına səbəb 
olmuşdur.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə