1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə7/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   2   3   4   5   6   7   8   9   10   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
20 
çılmaz bir zərurətdirsə, qloballaşmaqda olan elm və təhsil məkanında aparıcı 
mövqelərə çıxış bir o qədər mühüm əhəmiyyət kəsb edən problemdir. Əgər, 
nəzərə alsaq ki, Boloniya prosesi mahiyyətcə dinamik xarakterli və açıq proses-
dir, yəni “ətrafda” baş verənlərə adekvat olaraq dəyişilmə, yeniləşmə zəruriliyi 
ilə dialektik vəhdətdədir, onda cənab Prezidentin xüsusi gəstərişi əsasında ha-
zırlanmaqda olan yeni strategiyanın böyük əhəmiyyət daşıdığını aydın şəkildə 
dərk edə bilərik. 
Nəticə
Beləliklə inkişafın innovasiya mərhələsinə keçilməsi, rəqabətədavamlı mil-
li  iqtisadiyyatın  formalaşdırılması  və  inkişaf  dinamikasının  sürətləndirilməsi 
başlıca  olaraq  insan  kapitalı  ilə  bağlı  bir  çox  məsələlərin  öz  həllini  tapma-
sını,  o  cümlədən  təhsilin  dünya  standartlarına  cavab  verməsini  tələb  edir. 
Respublikamızın  mövcud  potensialı  müasir  və  innovativ  təhsil  sisteminin 
təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla onun iqtisadi inkişafın mühüm 
amilinə çevrilməsini təmin etməlidir.
 İstifadə edilmiş ədəbiyyat:
1.  Təhsil Haqqinda Azərbaycan Respublikasinin Qanunu. Bakı 2009. http://vet.
edu.gov.az/upload/files/tehsil_qanunu.pdf
2.  Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inki-
şafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haq-
qında  Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamı.  Bakı  şəhəri,  21 
oktyabr 2005-ci il.  
3.  http://www.edu.gov.az/view.php?lang=az&menu=83&id=654
4.  http://www.azstat.org/macroeconomy/indexaz.php
5.  http://ann.az/az/?p=28257
6.  www.e-qanun.az 
7.  http://www.aseu.az/index.php?option=com_k2&view=item&LAYOUT=ite
m&id=378&Itemid=58&lang=az
Shamsaddin Hajiyev
Education in Azerbaijan at the new stage of development  
The article focuses on economic development in Azerbaijan during 20 ye-
ars of independence as the basis for effective complex reforms in the sphere 
of science and education. It considers the economic and human capital deve-
lopment indicators of Azerbaijan in the international reports.
 In the article the main purpose of the author is demonstrating economic 
development achievements of Azerbaijan and policy of spreading this results 
to the development of science, education and human capital in general. Rapid 
development in the field of science and education in the developed countri-
es as well as using contemporary information technologies in the education 
process are mentioned in the article. Based on this, the article notes the im-


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
21
portance of using of contemporary information technologies in the educati-
on and scientific system of Azerbaijan, creating flexible education system for 
complete integration of Azerbaijani education system to the Bologna process. 
Шамседдин Гаджиев
Образование в Азербайджане  на новом этапе развития
В статье анализируется государственная политика в сфере образования. 
Автор  подчеркивает, что динамичное    экономическое развитие  за 20  лет 
независимости  стало основой    для  проведения в стране эффективных  
и комплексных реформ в сфере науки и образования на уровне мировых 
стандартов. Автор акцентирует внимание на отражении успехов политики 
по  трансферу  результатов  нефтяной  стратегии    и  экономического 
роста  в    ненефтяную  сферу,  развития  человеческого  капитала,  науки 
и  образования,  а  также    внедрении  современных  информационных 
технологий в процесс обучения. Дается сравнительный анализ динамики 
развития  сферы  образования  параллельно  с  экономическим  сектором. 
Рассматривается  значимость  принятия  в  2009  году  нового  закона  «Об 
Образовании». В заключении автор рассматривает перспективы развития 
системы  образования  в  свете  принятой  новой  национальной  стратегии 
«По развитию образования на 2011-2021 года». 


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
22 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
23
Açar  Sözlər:  müasir  dövlət,  qloballaşma,  dövlətşunaslıq  nəzəriyyələri, 
Azərbaycanın 20 illik müstəqilliyi, güclü dövlət, informasiya cəmiyyəti.
Keywords: modern state, globalization, theories of state studies, 20th years of 
the independence of Azerbaijan, a strong state, the information society.
Ключевые  слова:  современное  государство,  глобализация,  теории 
государствоведения, 20-тилетие независимости Азербайджана, сильное 
государство,  информационное общество. 
“Müasir dövlət” 
fenomeni və 
dövlətşünaslıq elmi: 
mövcud dünya  
təcrübəsinə  yaradıcı  
və tənqidi  yanaşma 
və bəhrələnmə  
məsələləri
Rəbiyyət  
Aslanova  
Milli Məclisin İnsan hüquqları daimi 
komissiyasının sədri,  
BDU-nun fəlsəfə tarixi və 
mədəniyyətşünaslıq  kafedrasının müdiri, 
fəlsəfə elmləri  doktoru,  professor
azmm@meclis.gov.az


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
24 
Giriş
Dövlətşünasliq  elmimizin  vahid  konsepsiyasının  yaradılması 
dövrümüzün tələbidir
 
“Əgər dövlət quruculuğu haqqında elmi yaratmaq mümkün olsaydı, ona nə 
qədər  böyük  tələbatın  olacağını  təsəvvür  etmək  mümkündür.  Çünki  bununla 
həm güclü dövlət qurmaq, həm də beynəlxalq sistemin əsasları olan, öz-özünü 
təmin edən siyasi institutların fəaliyyətini təmin etmək olardı”.[4]
Müasir dövlətçiliyin əsaslarının yaranması və inkişafının nəzəri şəkildə qav-
ranılması zərurəti dövrümüzün həllini tələb edən taleyüklü məsələsinə çevril-
mişdir. Bu məsələləri kompleks şəkildə tədqiq edə bilən elm sahəsi, fikrimizcə, 
dövlətşünaslıq ola bilər. 
Yuxarida gətirtilən sitatdan görünür ki, dünyanın inkişaf etmiş ən qabaq-
cıl ölkələrində belə hələlik dövlət quruculuğunun təkmil nəzəri konsepsiyası 
mövcud deyildir. 
Müstəqillikdən əvvəlki onilliklər ərzində dövlətçilik sahəsində nəzəriyyənin 
təcrübədən ayrı şəkildə təqdimi əldə edilən çoxsaylı müddəaların həqiqiliyinə 
inamsızlığı  şərtləndirmişdi.  Eyni  zamanda,  dünyada  ikiqütblü  sistemin 
çökməsindən sonrakı dövrün milli quruculuq  təcrübəsinə  biganə  yanaşma 
və onun ciddi əsas kimi tədqiq edilməməsi dünya ictimaiyyətşünaslığının sa-
bit xüsusiyyətinə çevrilmişdir. Həqiqətən də, siyasi elmdə aşkar  reallığın elmi-
nəzəri dərki əvəzinə, dövlətə aid olduqda yalnız müəyyən dövrün, ya da Qərb 
dövlətçiliyinin örnək kimi götürülərək təhlil edilməsi, qeyri-qərb məkanında hər 
hansı dəyərli təcrübənin olmamasına əminlik kimi vərdişlər hələ də möhkəm 
əsaslara malikdir.
 Çoxlarının nümunə kimi qəbul etdiyi inkişaf etmiş ölkələrin dövlət quru-
culuğu ilə Azərbaycanda həyata keçirilən dövlətçilik eyni xüsusiyyətlərə malik 
deyil.  XX  əsrdə  siyasi  elmdə  sanki  daha  uğurlu  ölkələrin  dövlət  təcrübəsinə 
həssaslıqla yanaşaraq onu təsdiq etmək deyil, inkar etmək meyilləri formalaş-
mışdır. Müasir dövlət quruculuğu proseslərinin izahını tapmadığı üçün siyasi 
fəlsəfə artıq neçə əsrlər mövcud olan nəzəriyyələrdən (inqilab-təkamül) uzaq-
laşa bilmir. Müasir dünyada dövlətçilik sahəsində konkret ölkələrin əldə etdiyi 
yeniliklər və uğurlu modellərin real nümunəsi hələlik birgə tədqiqat səylərinin 
təhlil predmetinə çevrilə bilməmişdir.
Səbəb nədir? Dövlətçilikdə uğur qazanan ölkələrin təcrübəsini etiraf etmək 
qorxusu, təqlid etmək istəyi, yoxsa sadəcə bu təcrübəni görmək üçün obyek-
tiv  elmi  səriştənin  olmamasıdır?!  Eyni  sözləri  müasir  dövlətşünaslıq  elminin 
əsas  istiqamətləri  ilə  bağlı  da  demək  olar.  Son  illər  transformasiya  yaşayan 
dövlətlərin təcrübəsi göstərir ki, bəzən milli spesifikadan uzaq  ideya, layihə 
və nəzəri görüşlər ehkamlaşaraq hətta qanunvericiliyə də daxil ola bilir. Onla-
rın dövlət və cəmiyyət üçün səmərəsizliyi və dağıdıcı olmasının dərk edilməsi 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə