1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə5/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   2   3   4   5   6   7   8   9   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
16 
malik olmaqla maddi-texniki bazanın modernləşdirilməsindən tutmuş tələbə 
biliyinin qiymətləndirilməsinə qədər sonsuz sayda dəyişənləri özündə ehtiva 
edir. «...Tədris prosesinin təkmilləşdirilməsi, əlbəttə ki, sizdən – müəllimlərdən 
asılıdır,  rəhbərlikdən  asılıdır.  Mən  istəyirəm  ki,  həm  maddi-texniki  bazanın 
möhkəmləndirilməsi, həm də tədris prosesinin müasirləşməsi paralel şəkildə 
aparılsın» deyən Prezident yalnız bu halda istədiyimizə nail olacağımızı vurğu-
lamışdır.
Problemin  strukturuna  nəzər  salarkən,  ön  planda,  məhz  müəllim  prob-
leminin  durduğunu  görməmək  mümkün  deyildir.  Sözün  geniş  mənasında, 
müəllimin modernləşdirilməsi problemi mövcuddur. «...Dünyada elmi-texniki 
tərəqqinin  bütün  yeniliklərini  bilən,  onları  qavramaq  qabiliyyətində  olan» 
müəllim korpusunun formalaşdırılması təhsilin keyfıyyətinin yüksəldilməsi yo-
lunda əsas hərəkətverici qüvvədir. Bunu ölkə başçısı bütün təhsil müəssisələri 
qarşısında bir vəzifə kimi qoymuşdur.
Prezident İlham Əliyevin təhsil sisteminin əsas inkişaf istiqamətlərini aşağı-
dakı kimi konkretləşdirmişdir: bütövlükdə təhsil sisteminin modernləşdirilməsi; 
təhsilin səviyyələri arasında üzvi bağlılığın möhkəmlənd-irilməsinə istinadla əldə 
edilən  nəticənin  effektivlik  dərəcəsinin  yüksəldilməsi;  təhsilin  maddi-texniki 
bazasının möhkəmləndirilməsi və tədris prosesinin müasirləşdirilməsinin pa-
ralel şəkildə aparılması; təhsil prosesində müasir informasiya-kommunikasiya 
texnologiyalarından geniş surətdə istifadənin təminatı; təhsil sferasında dün-
ya təcrübəsinin öyrənilməsi və müsbət təcrübədən istfadə olunması; sistem-
li  islahatların  fasiləsiz  olaraq  həyata  keçirilməsi;  təhsil  sferasında  beynəlxalq 
əməkdaşlığın inkişaf etdirilməsi; Boloniya prosesinə keçidin başa çatdırılması 
və  tələbə  mübadiləsinin  intensivləşdirilməsi;  Azərbaycan  gənclərinin  dünya-
nın aparıcı ali təhsil məktəblərində təhsil almalarının təmin edilməsi; yüksək 
səviyyəli  peşəkar  mütəxəssis-kadrların  hazırlanması  prosesinin  keyfiyyət 
parametrlərinin dönmədən artırılması və s.
Prezident İlham Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin yeni tədris 
korpusunun açılışı mərasimində etdiyi konseptual məzmunlu çıxışında ali iqti-
sadi  təhsilin  inkişaf  etdirilməsinin  əhəmiyyətini  xüsusi  vurğulanmışdır.  Proble-
min qoyuluşu tamamilə haqlı olaraq, siyasi müstəqilliyin möhkəmlən-dirilməsi 
zərurəti  ilə  əsaslandırılmışdır.  Həqiqətən  də,  dövlət  ümummilli  mənafelərin 
yeganə təminatçısı kimi müstəqil siyasi kursa malik olmalıdır. Başqa sözlə, siya-
si müstəqillik nə qədər məhdudlaşdırılırsa, ümummilli mənafelərin təminatı bir 
o qədər aşağı olur. Yəni, bu iki proses arasında düzmütənasib asılılıq mövcud-
dur. Qeyd edilən bağlılığın məntiqi əsaslarını cənab İlham Əliyev hər kəsin başa 
düşəcəyi  şəkildə  ifadə  edərək  göstərmişdir:  «...İndi  dünyada  gedən  proseslər 
onu göstərir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr dünyada öz yerini daha 
da möhkəm tuturlar, öz siyasətini daha da cəsarətlə aparırlar. İqtisadi müstəqillik 
siyasi müstəqilliyə öz töhfəsini verir. İqtisadi cəhətdən heç kimdən asılı olmayan 
ölkə öz siyasətini də müstəqil şəkildə apara bilər və Azərbaycanın timsalında biz 
bunu görürük». Güclü dövlət məhz güclü iqtisadiyyat üzərində qurula bilər. [7]
Məhz bu aspektdən iqtisadi inkişafın mütəxəssis-kadr təminatı həqiqətən 
də kifayət qədər aktuallaşmış bir məsələyə çevrilmişdir. Bu gün mütəxəssis-
kadr təminatı probleminin xüsusilə aktuallaşması iki prosesin eyni zaman in-


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
17
tervalında paralel gedişi ilə şərtlənir:
1.  Dünya  ölkələrinin  təcrübəsində  analoqu  olmayan  iqtisadi  artım  tem-
pi:  sürətli  inkişaf,  mahiyyət  etibarilə  ictimai  varlığın  keyfıyyətcə  daha  yüksək 
səviyyədə yeni təzahür forması olmaqla bütün sistemdaxili dəyişənlərin həmin 
templə yeniləşməsini tələb edir. Bu prosesin təminatında ləngimə mütləq yeni 
problemlərin meydana çıxmasına səbəb olur. Yeni bilik səviyyəsinə, qabaqcıl 
informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarığına malik olan 
mütəxəssislərin  prosesə  cəlb  edilməsi  zəruriliyi  yaranır.  Əks-təqdirdə,  cənab 
Prezidentin dediyi kimi, «...Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə, 
yaxud da Azərbaycan şirkətlərində menecer vəzifələrinə xaricdən mütəxəssislər 
dəvət olunur».
2.  Azərbaycanın  dünya  iqtisadiyyatına  getdikcə  artan  sürətlə  inteqrasiya 
olunması: aydındır ki, Azərbaycan xarici aləmdən təcrid olunmuş halda yaşa-
ya bilməz və bu, əslində heç mümkün də deyildir. Bir tərəfdən sürətli inkişa-
fın  doğurduğu  tələbat, digər tərəfdən real  bazarın  formalaşması  inteqrasiya 
prosesini  daha  da  sürətləndirməkdədir.  Dünya  bazarında  səmərəli  fəaliyyət 
göstərmək,  beynəlxalq  əmək  bölgüsündə  layiqli  yer  tutmaq,  dünya  gəliri 
deyilən məcmuluqdan pay əldə etmək və yekun olaraq Azərbaycanın dünya 
çapında söz sahibinə çevrilməsini təmin etmək üçün, cənab Prezidentin qeyd 
etdiyi  kimi,  «...Bizə  yeni,  bilikli,  dünyada  biznes  mühitini  yaxşı  bilən  peşəkar 
menecerlər lazımdır... ən aparıcı vəzifələrdə Azərbaycan kadrları olmalıdır. Bunu 
etmək üçün onların bilik səviyyəsi yüksək olmalıdır, onlar dünya miqyasında 
biznes  menecmentinin  nə  olduğunu  yaxşı  bilməlidirlər  və  öz  peşəkarlığını 
göstərməlidirlər».
Elm-təhsil  sferasında  kardinal  keyfiyyət  dəyişikliklərinin  həyata 
keçirilməsində  proqram-məqsədli  yanaşmanın  tətbiqi  strateji  hədəflərə  çat-
ma prosesinin yüksək effektivliklə aparılmasında həlledici rol oynamaqdadır. 
Sözügedən  sferada  mövcud  reallığın  ifrat  dinamizmini,  kəmiyyət-keyfiyyət 
çevrilmələrinin hansısa konkret qanunauyğunluq çərçivəsində rasional yozu-
munun prinsipcə mümkünsüzlüyünü, proqram-məqsəqdli yanaşma bazasında 
formalaşdırılan hipotezlərin gerçəkliyə daha çox adekvat olduğunu üzə çıxarır.
Təhsil  sferasında  proqram  xarakterli  inkişaf  elə  ilk  başlanğıcdan  qeyri-
müəyyən olanı prosesdən sərf-nəzər edir. Proqram-məqsədli yanaşmanın kon-
septual mahiyyətinin əsasında konkret məqsədə yönəlmə dayanır. Məqsəd - 
təhsil sisteminin arzuedilən inkişaf səviyyəsinə çatma halının təsviri aspektində 
formalaşdırılır.  İkinci  mühüm  cəhət  ondan  ibarətdir  ki,  proqram  yanaşması 
çərçivəsində cari situasiyanın arzuedilən istiqamətdə dəyişmə tezliyini və ye-
kun  olaraq  bütövlükdə  cəmiyyətin  hədəflənən  nöqtəyə  çatma  «məsafəsini» 
riyazi dəqiqliklə qiymətləndirmə imkanı yaranır. Üçüncü xarakterik xüsusiyyət 
proqram-məqsədli  yanaşmanın  «ünvanlılığı»,  subyekt  müəyyənliyi,  re-
surs  potensialının  konkret  həcmində  təzahür  edir.  Başqa  sözlə,  hədəflənən 
məqsədəçatma  prosesinin  subyekti,  vasitə  və  üsulları,  resurs  təminatı  və 
konkret zaman  intervalı  proqramda əksini  tapır. Qeyd etmək  lazımdır  ki,  bu 
illər ərzində təhsilin bütün pillə və səviyyələrini, eləcə də ayrı-ayrı funksional 
istiqamətləri özündə əks etdirən 16 dövlət proqramı  qəbul edilmişdir. Bu sı-
rada  «Məktəb  tikintisi  üzrə  Dövlət  Proqramı  (2003-2007)»,  «Məktəb  tikinti-


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə