1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə4/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   2   3   4   5   6   7   8   9   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
14 
Yeni  strateji  baxışın  məntiqi  strukturunda  təhsildə  milli  bütövlüyə  na-
ilolmanın  İlham  Əliyev  konsepsiyası  qırmızı  xətlə  keçir.  Bu  konsepsiya-
nın  əsas  mahiyyətini  «Milli  təhsilin  inkişaf  strategiyası»  çərçivəsində  milli-
mənəvi  dəyərlərin  prioritetliyinin  təmin  edilməsi,  təhsilin  yeniləşməsi  və 
modernləşdirilməsi, onun kompleks, sistemli inkişafına nail olunması, təhsil is-
lahatlarının daha da dərinləşdirilməsi, dünya və Avropa təhsil sisteminə inteq-
rasiyanın gücləndirilməsi, təhsilin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi 
təşkil edirdi. [5]
Məlumdur ki, Azərbaycanın təhsil sistemi kifayət qədər sürətlə Avropa təhsil 
məkanına  inteqrasiya  olunmaqdadır.  Ali  təhsilimizin  Boloniya  prosesinə  qo-
şulması, öz-özlüyündə keyfıyyətcə tamamilə fərqli məzmun kəsb edən həmin 
sistemin qeyd-şərtsiz tətbiqini tələb edir. Əslində, prosesin gedişi də göstərir 
ki, tədrisin təşkili, idarəedilməsi, tədris planlarının, standartların məzmunu və 
tətbiqi qaydaları, tələbə biliyinin qiymətləndirilməsi və s. prinsiplərı nöqteyi-
nəzərindən Avropa təhsil məkanı ilə vahid məxrəcə gəlmək xüsusi bir çətinlik 
törətmir. Lakin  bununla belə qeyd etmək vacibdir ki, təhsildə milli bütövlük 
probleminin həqiqi mənası təkcə deyilənlərlə məhdudlaşmır və məhdudlaşa 
da bilməz. Cənab Prezidentin xüsusi olaraq vurğuladığı məsələ öz mahiyyəti 
etibarilə həmin sistemli tamlığın gerçəkliyinin qəbulu və bu prizmadan təhsilin 
ən başlıca sfera kimi səciyyələndirilməsidir. Təsadüfı deyildir ki, cənab İlham 
Əliyevin səslənəndirdiyi «...Amma gec-tez, bu təbii (yəni, karbohidrogen ehti-
yatları – Ş.H.) sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı 
inkişafını uzun illər bundan sonra təmin edəcəkdir. ...Ən inkişaf etmiş ölkələrin 
təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft-
qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır. Bizdə də belə 
olmalıdır. Biz də buna hazırıq» fikri əslində təhsilə yanaşmanın yeni konsepsi-
yasının mahiyyətini və onun məntiqi əsaslarını müəyyənləşdirir.
  Beləliklə,  milli  təhsilimizin  inkişafının  və  modernləşməsinin  İlham  Əliyev 
konsepsiyasının Avropa mənşəli analoji yanaşmalardan fərqli və milli spesifıkli-
yi ehtiva edən müddəalarını aşağıdakı kimi qruplaşdırmaq olar:
1.  Məlumdur  ki,  Avropa  təhsil  məkanında  praqmatizm  təhsil  sferasının 
fundamental bazasıdır. Avropa ölkələri bu sahədə çox böyük nailiyyətlər əldə 
etmişlər.  İnkişaf  etmiş  ölkələrdə  təhsil  sistemində  tətbiq  edilənlərin  olduğu 
kimi Azərbaycana gətirilməsi və istifadəsinin əleyhinə olmaqla yanaşı, cənab 
Prezidentin  konseptual  baxışlarında  praqmatizmdən  imtina  edilmir.  Əksinə, 
praqmatik yanaşmanın yeganə düzgün seçim olduğu vurğulanır.
Söhbət, yalnız «ifrat praqmatizmdən» uzaqlaşmaqdan gedir. Şübhəsiz, bu 
cür baxışın çox dərin məntiqi kökləri mövcuddur. Belə ki, Azərbaycan iqtisadi 
artım səviyyəsinə görə dünyanın lider ölkəsi olmasına baxmayaraq – sistemli 
inkişaf baxımından hələlik Avropa ilə müqayisə oluna bilməz.
Təbii ki, müstəqilliyimizin ilk 10 ili dövründə Azərbaycan keçid dövrünü ya-
şayan ölkələrdən biri idi. Həm iqtisadi, həm də sosial sferalarda (bazar iqtisadiy-
yatı və demokratik prinsiplər əsasında) milli sistemin formalaşması prosesi da-
vam etməkdə idi. Digər tərəfdən, kommunizm ideologiyasından uzaqlaşma və 
ulu öndərimiz Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyasının for-
malaşması dövrünü yaşayırdıq. Avropa üçün isə son dərəcə mühüm əhəmiyyət 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
15
kəsb edən bu problemlər artıq çoxdan keçilmiş mərhələ idi. Avropa ölkələri in-
teqrasiya prosesinə də milli bütövlük keyfiyyətində qoşulmuşlar. Bütün bunlar 
aydın şəkildə göstərir ki, Azərbaycanda gənc nəslin yetişdirilməsi, mütəxəssis 
hazırlığı prosesi «ifrat praqmatizmə» söykənə bilməz. Dövlətinə, millətinə bağ-
lı,  vətənpərvər  mütəxəssis  yetişdirmək  –  müasir  inkişaf  mərhələsində  cənab 
Prezidentin təhsil sferası qarşısında qoyduğu başlıca vəzifədir.
Avropa təhsil məkanına inteqrasiya probleminə yanaşmada da əsas prinsip 
ümummilli  mənafelərin  öncüllüyü  prizmasından  çıxış  etməkdir.  Başqa  sözlə, 
təhsil  sferasında  inteqrativ  bağlılığın  formalaşdırılması  prosesi  eyniyyət  və 
vahidləşmə  anlamında  aparıla  bilməz.  Boloniya  sisteminə  keçid  və  nəticədə 
yaranacaq inteqrativ bağlılığın milli dəyərlərin qorunub saxlanılmasını müm-
künsüz edəcəkmi sualının qoyuluşu belə yalnışlıq kimi qəbul edilməlidir. İn-
teqrasiya - milli bütövlüyün ləğvinə, yaxud zəifləməsinə deyil, inkişafına təkan 
verməlidir. Yəni, söhbət bərabərhüquqlu subyektlərin formalaşdırdığı ümumi 
təhsil məkanından gedir. 
2.  «Təhsilin  səviyyələri»  anlayışının  «vahid  təhsil  prosesi»  anlayışı  ilə 
əvəzlənməsini ehtiva edən nəticəlilik prinsipinə ciddi əməl olunmalıdır. Təhsilin 
səviyyələrindən hər hansı birinin qabardılması, prioritetliyinin önə çıxarılma-
sı və bu əsasda da bütövlükdə təhsil sferasının inkişafı və modernləşməsinə 
yönəlik  fəaliyyətin  həyata  keçirilməsi,  nəinki  praktiki,  hətta  nəzəri  baxım-
dan da  effektiv  nəticə  verə bilməz.  Təhsilin  səviyyələri  arasında  sıx  dialektik 
bağlılıq,  üzvi  birlik  mövcuddur.  Bütün  bu  məsələlərdə,  ayrı-ayrı  səviyyələrə 
münasibətdə yeganə qiymətləndirici meyar – nəticədir ki, bunun da əsas oldu-
ğunu Prezident İlham Əliyev ali məktəblərin inkişafı zəruriliyi ilə bağlı irəli sür-
düyü fikrində açıq şəkildə ifadə etmişdir: “... Orta məktəblərdə böyük qurucu-
luq işləri gedir. Azərbaycanda son illər ərzində 1200-dən artıq məktəb tikilibdir, 
yüzlərlə məktəb təmir olunur və bu proses gələn il də davam etdiriləcəkdir. 
Bütün məktəblərdə kompyuterləşmə prosesi gedir ki, uşaqlar gənc yaşlarından 
artıq kompyuterlə tanış olsunlar və sonra ali məktəblərə daxil olanda bu onlar 
üçün yenilik olmasın. Ali məktəblərdə də təhsil prosesinin inkişafında böyük 
işlər görülməlidir”. 
Ali  təhsilin  səviyyələri  arasında  mövcud  olan  problemli  situasiyanın  ay-
dınlaşdırılması, bakalavriat-magistratura üzvi bağlılığının Boloniya prosesinin 
tələblərinə uyğun gələn adekvat prinsiplər əsasında formalaşdırılması zəruriliyi 
də təsvir edilən problemin əhatə dairəsindədir. Nəticəlilik prinsipinin zəruriliyi 
də məhz, bu prizmadan qiymətləndirilməlidir.
Yəni,  bütövlükdə  təhsil  prosesinin  yekunu  olaraq  dünya  miqyasında 
fəaliyyət  qabiliyyətinə  malik  mütəxəssis  yetişməyəcəksə,  onda  təhsilin  hər 
hansı bir pilləsinin, yaxud səviyyəsinin ayrıca götürülmüş formada beynəlxalq 
standartlara  uyğunlaşdırılmasının  heç  bir  əhəmiyyəti  olmayacaqdır.  Eyni  za-
manda, Prezidentin  təhsil  sistemi  qarşısında  qoyduğu  vəzifələr içərisində  ali 
təhsildən  sonrakı  təhsilin  inkişafı  da  xüsusi  yer  tutur.  Qeyd  edilən  yönüm, 
məzmun etibarilə təhsilin fasiləsiz olaraq inkişafı deməkdir. 
3. Tədris prosesinin modernləşdirilməsi, keyfiyyət səviyyəsinin Avropa stan-
dartlarına uyğunlaşdırılması həm kumulyativ, həm də günün ən aktual prob-
lemi olaraq qalmaqdadır. Problem, ifrat dərəcədə mürəkkəb konfıqurasiyaya 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə