1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə93/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   85   86   87   88   89   90   91   92   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
242 
[16][3].  Amma  Ermənistanda  vəziyyətin  gərginləşməsi  və  daha  sonra  L.Ter-
Petrosyannın istefa verməsi ilə sülh barədə razılıq da təxirə salındı. Prezident 
istefa verməməmişdən əvvəl son nitqində bu addımını belə izah etdi: “Hamıya 
məlum qüvvələr məni bu addımı atmağa məcbur etdilər. Mənim hakimiyyətdən 
getməyim  Dağlıq  Qarabağda  sülh  tərəfdarlarının  məğlubiyyəti,  müharibə 
istəyənlərin  qalibiyyətidir”  [31].  Çoxları  məlum  qüvvələr  deyəndə  Rusiyanın 
nəzərdə tutulduğunu iddia edirdilər. Bundan başqa, 1999-cu ildə də tərəflər 
razılığa yaxın idilər. Noyabrın 18-i ATƏT-in İstanbul sammitində Azərbaycan və 
Ermənistan arasında baza prinsiplər barədə sənədin imzalanacağı gözlənilirdi 
[34]. Amma bu dəfə də Ermənistan böhranla üz-üzə qaldı. İstanbul sammitinə 
bir neçə həftə qalmış Ermənistan parlamenti sessiyanın gedişində (həm də te-
leviziya ilə canlı yayımlanarkən) gülləbaran edildi. Baş nazir, nazirlər və depu-
tatlardan ibarət 8 nəfərin ölümünə səbəb olan bu hadisədən sonra Ermənistan 
tərəfi  razılaşmanı  imzalamaqdan  imtina  etdi.  Vəfa  Quluzadə  bu  hadisələrin 
arxasında  Rusiyanın  dayandığını  və  bu  yolla  Azərbaycanı  və  Ermənistanı  öz 
təsir dairəsində saxlamaq məqsədi güddüyünü iddia edir [1]. Onun fikrincə, 
Qarabağ  problemi  həllini  tapan  kimi  hər  iki  ölkənin  Avratlantik  strukturla-
ra  inteqrasiya  prosesi  güclənəcək  ki,  bunun  da  nəticəsində  Rusiya  regionda 
nüfuzunu  itirəcək.  Eləcə  də,  Rusiya  Federal  Təhlükəsizlik  Xidmətinin  keçmiş 
əməkdaşı Aleksandr Litvinenko bu hadisələrin Rusiyanın xüsusi xidmət orqan-
ları tərəfindın təşkil olunduğunu bildirirdi [2]. Göründüyü kimi, Ermənistan hər 
dəfə  Rusiyanı  narazı  salacaq  addım  ərəfəsində  daxili  problemlərlə  üzləşirdi. 
Bu 1993-94-cü illərdə hər dəfə Rusiya nədənsə narazı olanda Azərbaycanda 
yaranan daxili gərginlik və çevriliş cəhdlərini xatırladır. Beləliklə, bu günə qədər 
Dağlıq Qarabağ münaqişəsinin həllini tapmamasının əsas səbəblərindən (ən 
azı) biri kimi Rusiyanın bunda maraqlı olmamasını göstərmək olar.
Azərbaycan-Rusiya münasibətlərində müəyyən dəyişikliklər yalnız 2000-ci 
ildə Rusiyada Vladimir Putinin hakimiyyətə gəlməsindən sonraya təsadüf edir 
[17]. 2001-ci ilin yanvarında V.Putin Azərbaycana səfər etdi. Bu müstəqillikdən 
sonrakı 10 il müddətində ilk dəfə idi ki, Rusiya Prezidenti Azərbaycana səfər 
edirdi. Putin səfər zamanı iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlərdə 
durğunluğun yanlış olduğunu bildirdi və bu səfərini ikitərəfli münasibətlərdə 
yeni mərhələnin başlanğıcı kimi qiymətləndirdi [15]. Bu səfər sonradan bir sira 
müsbət dəyişikliklərin reallaşması üçün təkanverici rol oynadı. Amma məqalənin 
Giriş hissəsində də qeyd olunduğu kimi, mövzunun məqsədi müstəqillikdən 
sonrakı 10 il ərzində Azərbaycan-Rusiya münasibətlərini əhatə etmək olduğu 
üçün hadisələrin sonrakı inkişafına növbəti dəfə nəzər yetiriləcəkdir. 
Nəticə
Müstəqilliyin ilk illəri hər iki tərəfdən adekvat olmayan addımlarla səciyyəvi 
idi.  Azərbaycanda  Rusiyayönümlü  quvvələrin  hakimiyyətdə  olmasına  bax-


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
243
mayaraq,  məhz  Rusiyanın  tutduğu  mövqe  həmin  qüvvələrin  hakimiyyətdən 
getməsinə gətirib çıxardı. Daha sonra baxmayaraq ki, Rusiya neft şirkəti (LU-
Koyl) və enerji naziri neft müqaviləsini dəstəkləyir və imzalama mərasimində 
iştirak edirdi, eyni vaxtda xarici işlər naziri bu müqavilənin legitimliyini tanıma-
dığını bildirdi.
Eləcə də Azərbaycan tərəfinin qisa müddətdə atdığı addımlar bir-birindən 
kəskin  fərqlənirdi.  Əvvəl  Rusiyayönümlü  xarici  siyasət  yürüdülsə  də,  MDB-
yə üzvlük barədə sənəd imzalansa da sonradan bu, tamamilə dəyişdi. MDB-
yə üzvlükdən imtina edildi, Rus hərbi qüvvələri ölkədən çıxarıldı. Amma çox 
keçmədi ki, Azərbaycan MDB-yə üzv oldu və Rusiya ilə münasibətlərdə daha 
praqmatik yanaşma nümayiş etdirdi. 
Münasibətlərdəki  bu  təzadlar  ölkələrin  daxilində  gedən  proseslərin 
təzahürü idi. Azərbaycanda qısa müddətdə yürütdükləri xarici siyasət xəttinə 
görə  bir-birindən  kəskin  fərqlənən  qüvvələr  hakimiyyətdə  oldular:  tamamilə 
Rusiyayönümlü  Ayaz  Mütəllibov;  tam  əksinə,  antiRusiya  mahiyyətli  və 
qərbmeyilli Əbülfəz Elçibəy; və bunların hər ikisindən fərqlənən, daha praqma-
tik və Rusiya ilə Qərb arasında daha tarazlı siyasi xəttə üstünlük verən Heydər 
Əliyev. Rusiyada isə ilk illərdə MDB ölkələrinə qarşı vahid mövqe formalaşma-
mışdır. Müxtəlif dairələrdə müxtəlif yanaşma mövcud idi. Bəziləri Rusiyanın öz 
sərhədləri xaricinə müdaxilə etməməli olduğunu düşündüyü halda, digərləri 
postsovet ölkələrində baş verənlərə demək olar ki Rusiyanın daxili məsələləri 
kimi baxırdılar. Xüsusilə hərbi dairələrdə respublikaları Rusiyanın nəzarəti ol-
madan təsəvvür edə bilmirdilər. Bunun nəticəsi idi ki, rus hərbi qüvvələri Qara-
bağ mühairbəsində fəal idilər.
Sonrakı illər daha çox enerji sahəsindəki münasibətlərlə yadda qaldı. Neft 
müqaviləsinin imzalanmasında mane ola bilməyən Rusiya sonra ciddi səylərə 
baxmayaraq,  ixrac  marşrutlarının  da  Rusiyadan  keçməsinə  nail  ola  bilmədi. 
Bundan  başqa,  onilliyin  sonuna  doğru  Dağlıq  Qarabağda  sülhə  nailolma 
istiqamətində inkişaf olsa da, çoxlarının fikrincə, məhz Rusiyanın maneçiliyi ilə 
bu, baş tutmadı. 
Sonda onu qeyd etmək lazımdır ki, gündəlikdəki məsələdən, hansı vaxta 
təsadüf etməsindən, Azərbaycanda hakimiyyətdə kimin  olmasından  və han-
sı siyasəti yürütməsindən asılı olmayaraq, Rusiyanın Azərbaycana qarşı möv-
qeyi  eyni  idi:  mümkün  qədər  Azərbaycanı  özündən  asılı  vəziyyətə  salmaq, 
qərbin regionda və Azərbaycanda möhkəmlənməsinə və Azərbaycanın qərblə 
münasibətlərinin inkişafına mane olmaq.
İstifadə olunmuş ədəbiyyat
1.  Yurd TV (2011), “Siyasi analitik Vəfa Quluzadənin Yurd TV-ə müsahibəsi” http://
yurd.tv/articles/324
2.  AZG DAILY (2005) “Shooting Of The Armenian Parliament Was Organized By 
Russian Special Services” http://www.azg.am/EN/2005050307


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
244 
3.  Baran, Zeyno (2002) “The Caucasus: Ten Years after Independence”, The Was-
hington Quarterly • 25:1, səh. 221–234.
4.  Baran, Zeyno (2007) “The Baku-Tbilisi-Ceyhan Pipeline: Implications for Turkey” 
səh. 103-118 http://www.silkroadstudies.org/BTC_6.pdf
5.  Blair, Betty (1994) “Interview with President Heydar Aliyev”, Azerbaijan Interna-
tional (2.2) Summer
6.  BP Caspian, Baku-Tbilisi-Ceyhan Pipeline: Spanning three countries from the 
Caspian Sea to the Mediterranean coast,  http://www.bp.com/sectiongeneri-
carticle.do?categoryId=9006669&contentId=7015093
7.  Charles H. Fairbanks Jr. və Elshan Alakbarov (1994) “Azerbaijan and the Omino-
us Rumblings Over Russia’s “Near Abroad””, Azerbaijan International, Winter 
(2.4),  səh.  9.  http://azer.com/aiweb/categories/magazine/24_folder/24_artic-
les/24_russia.html
8.  Charles H. Fairbanks Jr. və Elshan Alakbarov, ibid
9.  Cornell, E. Svante (2011) Azerbaijan Since Independence, Armonk, New York,  
M.E. Sharpe, səh. 341
10. Cornell, E. Svante, ibid.
11. Cornell, E. Svante, ibid.
12. Cornell, E. Svante, ibid. 345
13. David E. Mark, “Eurasia Letter: Russia and the New Transcaucasus,” Foreign Po-
licy, 105, Winter, 1996-1997, pp. 144-5
14. Donaldson, H. Robert (2009) The Foreign Policy of Russia: Changing Systems, 
Enduring Interests, New York, M.E.Sharpe
15. Eurasianet (2001) “Putin’s Baku Visit to Confirm Russia’s Caucasus Intentions” 
http://www.eurasianet.org/departments/insight/articles/eav011101.shtml
16. Europa Publications Limited (1999) Eastern Europe and the Commonwealth of 
Independent States: Regional surveys of the world, Routledge, səh. 155
17. Fatma Aslı Kelketli (2008) Russian Foreign Policy in South Caucasus under Putin, 
Perception, səh. 69-86
18. Goltz, Thomas (1999) Azerbaijan Diary, New York, M.E.Sharpe
19. Hurriyet  Daily  News  (1998)  “Russia  acknowledges  problems  in  relati-
ons  with  Azerbaijan”  ,  Friday,  December  25,  http://www.hurriyetdaily-
news.com/h.php?news=russia-acknowledges-problems-in-relations-with-
azerbaijan-1998-12-25
20. Hurriyet Daily News (1996)” Azerbaijan denies stationing Russian troops in its 
border”  http://www.hurriyetdailynews.com/h.php?news=azerbaijan-denies-
stationing-russian-troops-in-its-border-1996-05-18
21. Joseph, Jofi (2007) “Pipeline Diplomacy The Clinton Administration’s Fight for 
Baku-Ceyhan” wws.princeton.edu/cases/papers/pipeline.pdf    
22. Joseph, Jofi, ibid
23. Joseph, Jofi, ibid.
24. Joseph, Jofi, ibid. 
25. Kubicek, Paul (2009), “The Commonwealth of Independent States: An Example 
of Failed Regionalism?” Review of International Studies, Vol. 35, Globalising the 
Regional, Regionalising the Global, pp. 237-256
26. Lussac, Samuel (2011), “Azerbaijan, Turkey, and Energy Markets: The Evolution 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
245
of a Complex Relationship” Azerbaijan In The World, ADA Biweekly Newsletter
səh. 6-10
27. Mehdiyeva, Nazrin, “Azerbaijan and Its Foreign Policy Dilemma,” Asian Affairs, 
34(3), noyabr, 2003, səh. 273.
28. Nasser Sagheb and Masoud Javadi (1994) Azerbaijan’s “Contract of the Cen-
tury”  Finally  Signed  with  Western  Oil  Consortium,  Azerbaijan  International, 
(2.4) Winter 
29. Nazim  Cafersoy,  (2000)  Eyalet-Merkez  Düzeyinden  Eşit  Statüye;  Azerbaycan-
Rusya ilişkileri [From Provincial-Center Level to Equal Status: Azerbaijan-Russia 
Relations], Ankara, ASAM Publishing Co, , p. 9.
30. Nurullayev,  Razi  “Political  Culture  &  Challenges  in  Azerbaijan:  Past,  Today  & 
Future” in ed. by Akerman, Ella (2003) Poilitical Culture Case Studies, Conflict 
Studies Research Centre. səh. 19
31. “President Levon Ter-Petrossian Resigns: His Final Words”, Azerbaijan Internati-
onal (6.1) Spring 1998. Səh. 55
32. Reuters (1994) “Russian Foreign Ministry Seeks to Ease Tensions Over Caspian,” 
October 12
33. Soglasheniai o sozdanii sodruzhestva nezavisimykh gosudarstv (Minsk, 8 de-
kiabria 1991 goda), Informatsionny Vestnik “Sodruzhestvo”. 1, No. 1992. [s.l.]: 
Council of Heads of State and Council of CIS Heads of State. http://www.ena.lu/
soglasheniai_sozdanii_sodruzhestva_nezavisimykh_gosudarstv_minsk_dekiab-
ria_1991_goda-12-21656
34. Turkish Daily News – “Armenia, Azerbaijan accord may be delayed”, Tuesday, 
November  2,  1999  http://www.hurriyetdailynews.com/h.php?news=armenia-
azerbaijan-accord-may-be-delayed-1999-11-02
35. Vladimir Socor, “Kozyrev Reinforces Objections to Azerbaijan-Western Oil Deal,” 
Radio Free Europe / Radio Liberty, Sept 22, 1994.cited in Sagheb,  Nasser and 
Javadi,  Masoud  (1994)  “Azerbaijan’s  “Contract  of  the  Century’  Finally  Signed 
with Western Oil Consortium”,  Azerbaijan International (2.4) Winter, səh. 26-28
36. Webber (2000) “Russian Policy Towards The Soviet Successor States” in ed. by 
Bowker, Mike and Ross, Cameron (2000) Russia After The Cold War ,London,  
Longman
37. Газета  “Коммерсантъ”,  №100  (323),  29.05.1993  http://kommersant.ru/
doc/49396
Ariz Huseynov
Azerbaijani-Russian relations: the first 10 years of independence.
The history of the bilateral relations between Azerbaijan and Russia already 
covers 20 years. The relations during these years have been of great importan-
ce for the both countries. The goal of the article is to have a look at the first ten 
years of this time period, to analyze the developments of the events, identify 
the key issues in the bilateral relations, causes and consequences behind them 
and  their  impact  on  the  formulation  of  the  bilateral  relations.  The  research 
provides that the most important issues in the relations – Nagorno Karabakh 


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
246 
Conflict (whether its escalation or the following negotiations), energy (the de-
velopments of the oil and natural gas fields and the exportation of the reso-
urces) issues, including the legal status of the Caspian Sea – and the attitudes 
of the countries towards these issues, encouraged by their economic and po-
litical interests in the region, were the determinant factors in the formulation 
of the bilateral relations.
Ариз Гусейнов
Азербайджано-Российские  отношения.  Первые  10  лет  после 
независимости
История двусторонних отношений между Азербайджаном и Россией 
уже  охватывает  20  лет.  Отношения  на  протяжении  этих  лет  имели 
большое  значение  для  обеих  стран.  Целью  статьи  является  взглянуть 
на первые десять лет этого периода, чтобы проанализировать развитие 
событий  и  выявить  ключевые  вопросы  в  двусторонних  отношениях, 
причины и последствия, стоящие за ними и их влияние на формирование 
отношений  между  странами.  Исследования  показали,  что  наиболее 
важными вопросами в этих отношениях являются Нагорно-Карабахский 
конфликт  (будь эта эскалация конфликта или последующие за ним мирные 
переговоры),  энергетические  вопросы  (разработки  месторождения 
нефти и природного газа, и экспорт ресурсов,  а также правовой статус 
Каспийского моря и отношение стран к этим вопросам исходящие из их 
экономических и политических интересов в регионе. Все это послужило 
определяющим фактором в формировании двусторонних отношений.


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
247
MÜƏLLIFLƏR ÜÇÜN QAYDALAR
Məqalələrin strukturu: 3 dildə açar sözlər (Azərbaycan, ingilis, rus), Giriş (məqalənin 
qısa məzmunu) və bölmələrdən, Nəticədən, istifadə olunmuş ədəbiyyat siyahısından ibarət 
olmalıdır. Nəticədə müəllifin gəldiyi elmi qənaət, onun əhəmiyyəti barədə məlumat əksini 
tapmalıdır.
Dərc  olunduğu  dildən  əlavə  başqa  iki  dildə  məqalənin  xülasəsi  verilməlidir.  Xülasələr 
məzmunca bir-biri ilə eyni olmalıdır.
Məqalələrin məzmunu: analitik və akademik olması vacibdir. İstifadə olunan mənbələrə 
istinadlar məqalənin sonunda verilir.
Məqalələr  mütəxəssis  rəyi  və  ya  redaksiya  heyətinin  mütəxəssis  üzvü  tərəfindən 
rəy  verildikdən  sonra  çapa  tövsiyə  oluna  bilər.  Müəlliflər  məqalədə  işlədiyi  müəssisələr, 
müəssisənin ünvanı, müəlliflərin göstərilməlidir.
Məqalənin  mövzusu  ilə  bağlı  elmi  mənbələrə  istinadlar  olmalıdır.  İstifadə  olunmuş 
ədəbiyyat siyahısı əlifba sıralanmasına uyğun (məsələn, [1] və ya [1, s.119]) kimi işarə olun-
malı və  nömrələnməlidir.
Jurnala təklif olunan məqalələr redaksiya heyəti tərəfindən oxunduqdan və nəşr olunma-
sı haqda məqbul rəy alındıqdan sonra qəbul oluna bilərlər.
Jurnalda məqalə yazan hər bir müəllifə qonorar və jurnalın bir nüsxəsi pulsuz olaraq verilir.
Jurnalda nəşr olunan məqalələr “Strateji Təhlil” jurnalının icazəsi olmadan başqa yerdə 
nəşr oluna bilməz. Bu icazə verildiyi halda, həmin məqalənin öncədən “Strateji Təhlil” jurna-
lında nəşr olunması qeyd edilməlidir.
Məqalələri 
strateji_tehlil@sam.gov.az
 elektron ünvanına göndərməyinizi xahiş edirik.
Ələvə məlumatları bu nömrələrdən əldə edə bilərsiniz: 
596-82-37 / 596-82-41 (daxili 136)
Məqalələrə verilən texniki tələblər:
Şrift: 12 Times New Roman.
Sətirlər arası interval: 1. 5
Məqalələrin həcmi: 8-10 səhifə (3000-4000 söz)
Yuxarıda  qeyd  olunan  struktura  və  texniki  tələblərə  cavab  verməyən  məqalələr  düzəlişlər 
edilmək üçün müəlliflərə qaytarılacaq.


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
248 
QEYD ÜÇÜN

Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə