1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə88/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   85   86   87   88   89   90   91   92   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
230 
cud institutlarda struktur dəyişikliyi həyata keçirilməli və inkişaf etmiş ölkələrin 
təcrübələrinə  bələd  olan  kadrlar  prosesə  cəlb  olunmalıdır;  bu  sahədə  elmi 
araşdırmaların sayı artırılmalı və aidiyyəti dövlət orqanları tərəfindən elmi konf-
ranslar  və  seminarlar  təşkil  edilməlidir;  daha  səmərəli  fəaliyyət  üçün  dövlət, 
özəl sektor və vətəndaş cəmiyyəti birgə layihələrlə təşəbbüs irəli sürməlidir; 
maarifləndirici layihələrin sayı artırılmalıdır; xarici təşkilat və ölkələrə bu sahədə 
birgə texniki əməkdaşlıqlar artırılması olduqca böyük əhəmiyyətə malikdir. 
 Azərbaycan iqtisadiyyatının daha da şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin 
tam təmin edilməsi və yoxsulluğun minimum səviyyəyə çatıdırılması məqsədilə 
əsas və başlıca prioritet sahə kimi Azərbaycanda kənd təsərrüfatının və hey-
vandarlığın inkişafına diqqət artırılmalıdır. O cümlədən təbii ehtiyatları, əkinə 
yararlı torpaqları (1854 min ha.), daxili su resurslarını (32.2 min kub km.), su-
varılan  torpaqları  (1432.6  min  ha.),  bitki  növlərini  (4500-dən  çox)  heyvan 
növlərini  (12000-dən  çox),  şirin  su  ehtiyatlarını  (29.7  min  kub  km)  və  eynilə 
dövlətin  maliyyə  ehtiyatlarını  nəzərə  alsaq,  bu  sahələrin  inkişafı  üçün  geniş 
perspektivlər vardır. 
Cədvəldən  [14]  dən  göründüyü  kimi,  son  illər  qeyri-neft  ÜDM-də  kənd 
təsərrüfatının çəkisi azalmaqdadır. Lakin kənd təsərrüfatının inkişafını stimul-
laşdıracaq lahiyələrin həyata keçirilməsi məqsədilə, Sahibkarlığa Kömək Milli 
Fondundan aşağı faizli kreditlərin ayrılması; İri fermer təsərrüfatlarıının yara-
dılması və dövlət tərəfindən xüsusi vergi güzəştləri; subsidiyalaşma mexaniz-
minin  daha  da  təkmilləşdirilməsi;  əkinə  yararlı  torpaq  sahələrinin  artırılması 
və suvarma sisteminin təkmilləşdirilməsi; yeni bitki növlərinin becərilməsi və 
xaricdən bitki sortlarının ölkə daxilində yetişdirilməsi; universitetlərdə kadrla-
rın hazırlanmasına xüsusi nəzarət; ümumilikdə kənd təsərrüfatı inkişafı üçün 
cəmiyyətdə aktivləyin artırılmasına nail olmaqla əsas prioritet sektor kimi bu 
sahənin ekstensiv və intensiv inkişafını sürətləndirmək və ÜDM-də çəkisini ar-
tırmaq mümkündür [15]. 
Qeyri-neft sektorunun inkişafı ilə bilavasitə paralel olaraq, ekoloji və ətraf 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
231
mühit məsələlərinin həlli istiqamətində xüsusi tədbirlər görülməlidir. 2010-cu 
il cənab Prezidentimiz tərəfindən “Ekologiya ili” elan edilmiş və bu çərçivədə, 
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi,  ARDNŞ  və  digər  qurumlar  tərəfindən 
xüsusi  tədbirlər  həyata  keçirmiş,  çoxlu  yaşıllıqlar  salınmış  və  meşə  zolaqla-
rı  artırılmışdır[16].  Ümumilikdə  ətraf  mühitin  mühafizəsi  sahəsində  ikitərəfli 
əməkdaşlıq həyata keçirilmiş və eyni zamanda, Azərbaycan Respublikası Milli 
Məclisinin ratifikasiya etdiyi ekoloji Konvensiyaların sayı 17 olmuşdur [17]. O 
cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 30-dan çox beynəlxalq layihə 
həyata keçirmişdir[18].
Bütün  bu  layihələrin  səmərəliliyi  üçün,  ekoloji  və  ətraf  mühit  məsələləri 
daim dövlətin diqqət mərkəzində olmalı və gələcək 2011-2021-ci illər ərzində 
xüsusilə  qarşıdakı  məsələlər  prioritetləşdirilməlidir:  meşəsalma  və  meşələrin 
bərpası proqramlarının artırılması və xüsusi mühafizədə olan təbiət ərazilərinin 
və qoruqların genişləndirilməsi; respublika üzrə su hövzələrində bioloji resurs-
ların artırılması; hidrometeoroloji şəbəkələrin bərpası və yeni müasir texnolo-
giyaların tətbiqi; ekoloji məsələlər üzrə beynəlxalq texniki əməkdaşlığın artı-
rılması, beynəlxalq və regional ətraf mühit konfranslarının həyata keçirilməsi; 
ixtisaslı  və  beynəlxalq  təcrübəyə  malik  gənc  kadrların  ekoloji  və  bərpa  olu-
nan  enerji  üzrə  pilot  layihələrin  həyata  keçirilməsinə  cəlb  edilməsi;  bərpa 
olunan  enerji  layihələri  üzrə  dövlət  orqanlarının  birgə  əməkdaşlığı;  Xəzərin 
mühafizəsinin  gücləndirilməsi  və  çirkəndirilməsinin  qarşısının  alınması  üzrə 
proqramlar; ekoloji proqramların həyata keçirilməsi zamanı vətəndaş cəmiyyəti 
təşkilatları ilə birgə işbirliyinin həyata keçirilməsi və ekoloji biliklərin artırılması 
istiqaməti üzrə üzrə kiçik qrant layihələrinin təsis edilməsi olduqca vacibdir.
Beləliklə,  Azərbaycan  iqtisadiyatının  gələcək  10  il  müddətində  inkişafının 
əsas prioritet sahələri kimi məhz, kənd təsərrüfatı, turizm, alternativ və bərpa 
olunan enerji növlərinin reallaşdırılması üzrə layihələri və o cümlədən ekoloji və 
ətraf mühit məsələləri ön plana çəkilməlidir. Əlavə olaraq, neftdən gələr gəlirlər 
hesablna elmin inkişafına xüsusi yer verilməli və xaricdə ixtisaslı kadrların hazır-
lanması ilə yanaşı, Azərbaycanda dövlətin dəstəyi sayəsində yeni araşdırma və 
tədqiqat mərkəzlərinin açılmasına böyük tələbat vardır. Çünki bu növ institutlar 
və mərkəzlər elmi və innovativ ideya və fikirlərin formalaşmasının təməli ola bilər.
Yuxarıda  qeyd  olunan  məsələlərlə  yanaşı,  bütövlükdə  müstəqilliyin  30 
illiyinədək  Azərbaycan  iqitisadiyyatının  bir  neçə  dəfə  yüksəlməsi,  müxtəlif 
sahələrdə uğurlu və sürətli inkişafa nail olmaq məqsədilə aşağıdakı iqtisadi və 
sosial məsələlərin həll edilməsi olduqca böyük əhəmiyyətə malikdir və dövlətin 
xüsusi nəzarətinə alınmalıdır. Belə ki;
•  Qeyri-neft  sektorunun  inkişafı  üçün  Dövlət  Neft  Fondundan  xüsu-
si  güzəştli  kreditlərin  dövlət  proqramı  layihəsi  çərçivəsində  istisadiyyatın 
müxtəlif  sahələrinə  aşağı  faizli  kredit  şəklində  istiqamətləndirilməsi;  özəl 
müəssisələrə dəstəyin artırılması; vergi güzəştləri;
•  Özəl  və  dövlət  sektorunda  inkişafı  sürətləndirmək  və  maliyyə  bazarlarını 
canladırmaq  məqsədilə  qiymətli  kağızlar  bazarının  təkmilləşdirilməsi  və 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə