1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə92/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   85   86   87   88   89   90   91   92   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
240 
bağlanması ilə eyni vaxtda baş verməsinin təsadüf olduğuna inanmadığını bil-
dirdi və Rusiyanı çevrilişə cəhddə ittiham etdi [8].
Ölkədəki sabitliyi pozmaq cəhdləri uğursuzluqla nəticələnəndən sonra Ru-
siyadan gələn bəyanatlar yumşalmağa başladı. Xarici işlər naziri Kozırev bildirdi 
ki, Heydər Əliyev ilə telefon əlaqəsi saxlayib, əməkdaşlıq və neft müqaviləsi 
ətrafında gərginliyin artmaması barədə ortaq fikrə gəliblər [32]. Baş nazir Vik-
tor Çernomırdin də enerji nazirlikləri arasında əməkdaşlıq və əlaqələndirmənin 
əhəmiyyətindən danışdı [28]. Bu yumşalma yalnız bir səbəblə izah oluna bilərdi: 
Xəzər  hövzəsindəki  yataqların  istismarına  dair  qərb  şirkətləri  ilə  imzalanmış 
müqavilənin icarsına artıq Rusiyanın hansısa yolla müdaxiləsi real görünmürdü.
Amma qarşıda neftin çıxarılmasından da vacib hasil olunacaq neftin dünya 
bazarlarına nəqli məsələsi dayanırdı ki, bu məsələdə də Rusiya ilə münasibətlər 
həlledici məqamlardan biri idi. Azərbaycanı və ümumiyyətlə Cənubi Qafqazı 
onun təsir dairəsindən kənarda təsəvvür edə bilməyən Rusiya bunun belə ol-
maması üçün səylərini davam etdirəcəkdi. Belə ki, mümkün ixrac marşrutların-
dan biri Rusiya ərazisindən keçərək Qara dəniz sahillərinə, Novorossiysk lima-
nına çıxırdı. Bu varianta üstünlük veriləcəyi təqdirdə Rusiya hələ də Xəzərdən 
hasil ediləcək neftin nəqlinə nəzarət edə biləcək və beləliklə də, regiona təsir 
imkanlarını saxlamış olacaqdı. Buna görə də Rusiya məhz bu yolun seçilməsini 
israrla  təklif  edirdi.  Hətta  bəzi  analitiklərin  fikrincə,  “Əsrin  müqaviləsi”ndən 
sonra  Rusiya Çeçenistanda hərbi əməliyyatlara başlamadı və bu, kəmərin Çe-
çeinstandan keçməsi ilə izah olunurdu.
Neftin daşınması üçün bir neçə variant nəzərdən keçirilsə də seçim məhdud 
idi.  Çünki  Ermənistanla  müharibə  vəziyyəti  neft  boru  kəmərinin  bu  ölkədən 
keçməsini mümkünsüz edirdi. Digər variant İran üzərindən ya Fars körfəzinə, 
ya  da  Türkiyənin  Aralıq  dənizi  sahillərinə  çıxış  əldə  etməkdən  ibarət  idi.  Bu 
variant Amerika ilə İran arasındakı gərginliklə əlaqədar real görünmürdü. Eyni 
zamanda, Azərbaycan hökuməti də bu məsələyə skeptik yanaşırdı. 2 variant 
qalırdı: Gürcüstan üzərindən Supsa limanına və ya Rusiyanın israrla təklif etdi-
yi Bakı-Novorossiysk marşrutu. Neft şirkətləri Bakı-Novorossiysk marşrutunu 
dəstəkləyirdilər çünki bu istiqamətdə kəmər movcud idi və sadəcə təmir-bərpa 
işlərinə ehtiyac qalırdı [23]. Belədə xərclərin əsas hissəsini öz üzərlərinə götürən 
şirkətlər hasil olunacaq nefti az vəsaitlə ixrac etmək imkanı əldə edəcəkdilər. 
Bu məsələlərdə Amerika da fəal idi. B.Klinton administrasiyası Rusiyanın təsir 
imkanlarını azaltmaq üçün Bakı-Supsa kəmərini dəstəkləyirdi və Zbiqnev Bze-
jinski bu məsələ ilə bağlı prezidentin məktubunu Heydər Əliyevə çatdırmaq 
və Gürcüstan variantına inandırmaq üçün Azərbaycana səfər də etmişdi [22]. 
Heydər  Əliyev  kəmərin  Rusiyadan  keçməsinin  mümkün  fəsadlarını  və  Bakı-
Supsa marşrutunun əhəmiyyətini başa düşürdü, amma  bununla belə Rusiya 
ilə münasibətləri də gərginləşdirmək istəmirdi. Bütün bunların məntiqi nəticəsi 
kimi 1995-ci il oktyabrin 9-da ABƏŞ (AİOC) neft ixracı üçün hər iki marşrutdan 
(Bakı-Novorossiysk və Bakı-Supsa) istifadə edəcəklərini elan etdi [26].


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
241
Amma bu da son deyildi. Çünki neftin nəqli ilə bağlı əsas məsələ hələ qarşıda 
idi. Məsələ burasındadır ki, Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərlərinin 
tikintisi Erkən Neft Layihəsi (Early Oil Project) çərçivəsində reallaşdırılacaqdı. Bu 
layihə yalnız Çıraq yatağından hasil olunacaq ilkin neftin ixracını nəzərdə tutur-
du. Digər yataqların da istismara başlanması ilə artıq mövcud boru kəmərləri 
hasil olunacaq nefti ixrac etmək üçün kifayət etməyəcəkdi. Bunun üçün yeni, 
irihəcimli əsas ixrac boru kəməri inşa edilməli idi. Müqayisə üçün deyək ki, möv-
cud  kəmərlərin  həcmi  gündəlik  100.000  barrel  ətrafında  idisə,  yeni  tikiləcək 
kəmərlə gündəlik 1 mln. barrel neft ixrac etmək nəzərdə tutulurdu [6]. 
Digər  məsələlərdə  olduğu  kimi,  Rusiya  burada  da  sadəcə  gözləmə 
mövqeyində  olmaq  fikrində  deyildi  və  fəallığı  ilə  seçilirdi.  Rusiya  əsas  ixrac 
boru kəmərinin Bakı-Novorossiysk boru kəmərinə paralel olaraq çəkilməsini 
istəyirdi və rəsmi Bakının bu təklifi qəbul etməsi və dəstəkləməsi üçün açıq 
təzyiqlərdən  belə  çəkinmirdi  [24].  Rusiya  xarici  işlər  naziri  İqor  İvanov  da 
Rusiya-Azərbaycan münasibətlərində ciddi problemlərin olduğunu etiraf edir-
di [19]. Azərbaycan isə Amerikanın da dəstəyi ilə kəmərin Gürcüstan və Türkiyə 
üzərindən  Aralıq  dənizi  sahillərinə  qədər 
çəkilməsinin tərəfdarı idi. Bu minvalla Rusiya-
nın neft ixracına və dolayısı ilə Azərbaycana 
təsir  imkanları  məhdudlaşmış  olacaqdı. 
Bunun  nəticəsi  idi  ki,  1998-ci  il  oktyabrın 
29-da  Azərbaycan,  Gürcüstan,  Qazaxıstan 
və  Özbəkistanın  ölkə  başçıları  Bakı-Tbilisi-
Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsi 
ilə  bağlı  Ankara  Bəyannaməsi  imzaladılar. 
Onu da qeyd etmək lazımdır ki, bu məsələdə 
ABŞ-ın  mövqeyi  müstəsna  əhəmiyyət  kəsb  edirdi.  İmzalanma  mərasimində 
ABŞ-ın  enerji  naziri  Bill  Riçardson  da  iştirak  edirdi  ki,  bu  da  Amerikanın  bu 
layihəyə xüsusi əhəmiyyət verdiyini əks etdirirdi [4]. Belə olduqda, Rusiyanın 
edəcəyi bir şey qalmırdı və bundan sonra Rusiyanın mövqeyində (bu layihə 
ilə  bağlı)  dəyişikliklər  müşahidə  olunmağa  başladı.  Artıq  Rusiya  bu  layihəyə 
mane  olmağa  yox,  onun  reallaşmasında  iştirak  etməyə  çalışırdı.  LUKoyl  BTC 
layihəsində səhmlərin 10-15 faizinə iddia etməklə yanaşı, Xəzərdəki bəzi ya-
taqların istismarı ilə bağlı layihələrdə də yer almaq üçün fəallıq göstərirdi.
Amma  onu  da  qeyd  etmək  lazımdır  ki,  enerji  resurslarıına  nəzarət  Rusi-
yanın regionda təsir imkanlarını saxlamaq üçün əsas vasitə deyildi və üstəlik 
bu  sahədə  uğurlu  ola  bilməmişdi.  Belə  olduğu  təqdirdə,  regiondakı  siya-
si ambisiyalarını reallaşdırmaq üçün Qarabağ məsələsi ən əsas vasitə olaraq 
qalırdı  və  təbii  ki,  Rusiya  bu  məsələdə  daha  iddialı  mövqe  nümayiş  etdirir-
di. Belə ki, 1997-ci ildə Azərbaycan və Ermənistan arasında münaqişənin həlli 
üçün aparılan danışıqlarda fəallıq müşahidə olunurdu. Bəzi analitiklər hesab 
edir ki, tərəflər baza prinsiplərni əks etdirən sənədləri imzalamağa hazır idilər 
2001-ci ilin yanvarında 
V.Putin Azərbaycana səfər 
etdi. Bu müstəqillikdən son-
rakı 10 il müddətində ilk 
dəfə idi ki, Rusiya Prezidenti 
Azərbaycana səfər edirdi.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə