1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə87/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   83   84   85   86   87   88   89   90   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
228 
dinamik  inkişafa  malikdir.  Qeyri-neft  sektorunda  turizmin  inkişaf  etdirilməsi, 
bizimlə  iqtisadi  əməkdaşlıq  edən  ölkələrin  və  beynəlxalq  təşkilatların  da 
diqqət mərkəzindədir. Çünki turizmə qoyulan sərmayə daha çox özünü, da-
şınmaz əmlak, infrastruktur, müasir yollar, su, elektrik və s. təchizatında tapır 
ki, bu da biznesdə daha çox etibarlı əməkdaşlıq baxımından xarici investor-
ları maraqlandırır. Turizmin ekoloji tarazlığın qorunub saxlanılmasındakı  rolu 
neft  sektorunun  fəaliyyətini  bir  növ  tamamlayıcı  kimi  qəbul  etməyə  imkan 
verir.  Türkiyənin  mədəniyyət  və  turizm  naziri  Atilla  Koç  İƏT  ölkələrinin  top-
lantısında  turizmin  respublikamız  üçün  əhəmiyyətindən  danışaraq  demişdir:  
“Azərbaycanın  gözəlliklərlə  dolu  coğrafi  şəraiti  turizmin  inkişaf  etdirilməsinə 
imkan verir” [12]. Yuxarıda qeyd olunan perspektivləri nəzərə alaraq bir sıra 
vacib və təxirəsalınmaz məsələləri cənab Prezident İlham Əliyevin müəyyən et-
diyi “2011-ci il - Turzim İli”ində həyata keçirərək, yaxın bir neçə ildə turizm sek-
torunun daha sürətli inkişafına nail ola bilərik. Ümumilikdə, iqtisadiyyatımızın, 
o cümlədən turizmin inkişafının qarşısında duran əsas problemin məhz Dağlıq 
Qarabağ probleminin indiyə qədər həll olunmaması və ərazilərimizin işğal al-
tında  olmasına  baxmayaraq,  Azərbaycanda  turizmin  potensial  problemlərini 
və  turizmin  inkişafını  sürətləndirmək  məqsədilə  aşağıdakı  ümumiləşdirilmiş 
məsələləri qeyd etmək olar:
Potensial problemlər:
Mümkün təkliflər:
Turizmin və onun inkişafının strateji 
istiqamətini dəstəkləyən aktual dövlət 
qanunvericiliyinin olmaması
Turzim sektorunun Dövlət proqramı üzrə 
strateji sahə kimi inkişaf etdirilməsi
Turizm biznesinin xüsusiyyətlərini nəzərə 
alan vergi güzəştlərinin az olması
İxtisaslı kadrların, xüsusilə xaricdə təhsil 
almış şəxslərin bu işə cəlb olunması
Turizm sektoruna yerli və xarici 
investisiya axını mexanizminin olmaması
Turizm İnstitutu ilə bir sıra otel və 
universitetlərlə mübadilə proqramlarının 
həyata keçirilməsi
Turistlər üçün elektron vizaların alınması, 
qeydiyyatı, tənzimlənməsi sahəsində 
xidmətin zəifliyi və məlumat bazasının 
olmaması
Turizm mərkəzlərindəki qiymətlərə 
dövlət tərəfindən nəzarət edilməsi və 
inhisarçılığın aradan qaldırılması
İxtisaslı kadrların hazırlanması və xidmət 
səviyyəsinin aşağı olması
Vergi güzəştlərinin tətbiqi, Dövlət Neft 
Fondunun dəstəyi ilə güzəştli kreditlərin 
verilməsi
Turizmlə bağlı məlumat bazasının 
nisbətən zəif olması
Qanunvericilik bazasının 
təkmilləşdirilməsi
Turizm sahəsində çalışanların xarici 
dillərdə və xüsusilə ingilis dilində zəif 
bilmələri 
Turizmin sahəvi sektorlarının yaradılması
Təbii  ki,  yuxarıda  qeyd  olunan  məsələlərin  həll  olunması  üçün  müəyyən 
zaman tələb olunur. Onu da qeyd edək ki, Azərbaycan zəngin təbiəti və tarixi 
abidələri aşağıdakı turizm sahələrinin inkişafına əlverişli şərait yaradır. Rekre-


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
229
asiya  turizmi  –  Azərbaycanın  əksər  regionlarının  potensialı  vardır;  Sağlamlıq 
turizmi - Naftalanda müalicəvi neft, Dəvəçidə Qalaaltı, Naxçıvanda duz mağa-
rası və Badamlı mineral bulağı, Kəlbəcər və Masallıda İstisu və s. sağlamlıq tu-
rizminin inkişafı üçün şərait yaradır; Elmi və ya konqres turizmi - Azərbaycanda 
inkişaf etməkdədir. İlk növbədə turzimin bu sahəsi digər sahələrə - səhiyyəyə, 
sənayeyə,  İKT-yə  müsbət  təsir  göstərə  bilər;  İşgüzar  turizm  -  yəni  xarici 
ölkələrdən  gələn  iş  adamları,  sahibkarlarlarla  işgüzar  konfranslar  aparılması 
üçün imkanlar çoxdur. Dünyada elmi və işgüzar turizmlərin payına 15 faiz dü-
şür; Ekoturizm- milli parklar, qoruqlar, meşələr və s. bu turizm sahəsinə aiddir.
Xüsusilə, şimal bölgəsində reallaşan qış turizm kompleksi və gələcəkdə Xəzər 
hövzəsində yay turizmi bu baxımdan uğurlu layihələr hesab edilə bilər. Onu da 
nəzərə almaq lazımdır ki, bütün bu növ layihələr həyata keçirilən zaman onla-
rın gəlir-xərc təhlili aparılmalı və bütün yarana biləcək risklər nəzərə alınmalıdır. 
Təbii ki, son zamanlar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən görülən işlər 
təqdirəlayiqdir. Belə ki, bölgələrdə turizm informasiya mərkəzlərinin yaradıl-
ması, müxtəlif festival, konfrans və sammitlərin keçirilməsi və xüsusilə bir neçə 
il öncə Turizm İnstitutunun fəaliyyətə başlaması turizm sektorunun inkişafını 
reallaşdırmaqdadır. Lakin bu sektorun prioritet sahə kimi inkişafı, daha geniş-
miqyaslı fəaliyyət və planlar tələb edir.
Neft tükənən sərvətdir və bu məqsədlə Azərbaycan qarşıdakı 10 ildə alter-
nativ enerji mənbələrinin axtarılması, ilkin layihələrin yaradılması və institusi-
onal  modernləşmə  həyata  keçirilməsi  məqsədəuyğundur.  Bu  məqsədlə  Pre-
zident İlham Əliyev 2004-cü ilin oktyabr ayında Azərbaycan Respublikasında 
alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması haqqında 
Dövlət proqramı imzalanmışdır. 
Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və o cümlədən Al-
ternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi müvafiq ola-
raq 2015-ci və 2020-ci illər üzrə bərpa olunan enerji mənbələrinin hədəflərini 
müəyyənləşdirmiş  və  yuxarıdakı  qrafiklərdə  müxtəlif  enerji  mənbələri  üzrə 
hədəflər  verilmişdir  [13].  Elmi  hesablamalara  görə,  1990-cı  illə  müqayisədə, 
2025-ci ildə atmosferə buraxılan hidrokarbon tullantılarının həcmi 1.8-2.0 dəfə 
artacaqdır.  Bu  səbəbdən,  istər  ekoloji  baxımdan,  istərsə  də,  neftin  tükənən 
sərvət olduğunu nəzərə alaraq qarşıya qoyulmuş məqsədə nail olmaq üçün 
təxirəsalınmaz layihələrin həlli olduqca vacibdir. İlk öncə müxtəlif bərpa olu-
nan enerji mənbələri üzrə pilot layihələrin sayı artırılmalıdır. Daha sonra möv-


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə