Mühazirə 12 İnternetdə axtarış İnternet termini ingilis dilində "interconnected networks"



Yüklə 15,03 Kb.
tarix27.12.2023
ölçüsü15,03 Kb.
#163855
növüMühazirə
S-F(İnformasiya texnologiyaları ixtisas üzrə)-8437-Mühazirə 12


Mühazirə 12
İnternetdə axtarış

İnternet termini ingilis dilində “interconnected networks” sözündən götürülərək, mənası bilavasitə “qlobal kompüter şəbəkəsi” deməkdir. İnternet informasiya şəbəkəsi və E-mail elektron poçt imkanlarının gerçəkləşməsi ilə istənilən fərdi kompüter istifadəçisinin informasiya cəmiyyətində mövcud olan informasiya resurslarına çıxışı təmin edilir.


İnternet -elə bir qlobal şəbəkədir ki, bir çox kompüter şəbəkələrini özündə birləşdirərək, ümumi ünvanlar sistemi və vahid protokollar əsasında formalaşır, qarşılıqlı informasiya mübadiləsini labüd edir.
İnternetdə informasiya serverlerdə saxlanılır. Serverlərin öz ünvanları olur və onlar xüsusiləşdirilmiş proqramlar vasitəsi ilə idarə olunurlar.
Axtarış sistemi ( Search Engine), informasiyanın axtarılması üçün nəzərdə tutulan avtomatlaşdırılmış kompüter sistemidir.
Axtarış sistemləri adətən 3 komponentdən ibarətdir:

  • agent-şəbəkə üzərində hərəkət edərək, informasiyaları toplayır.

  • istinadların verilənlər bazası- agentlər tərəfindən təqdim olunan bütün informasiyaları əks edə biləcək istinadları özündə saxlayır.

  • axtarış mexanizmi- insanların verilənlər bazası ilə qarşılıqlı anlaşmasını əks etdirmək üçün lazım olan istifadəçi interfeysi.

İnternetdə saxlanılan informasiyaların həcmi həddindən artıq çoxdur. İnternet şəbəkəsinin istifadəçiləri təkcə mətnlərdən ibarət sənədləri yox, həm də foto, audio, video materiallar, o cümlədən, xəbərləri, yenilikləri, faktları, dərslikləri, vakant iş yerlərini, ticarət mallarını və s. Axtarırlar. İnternet şəbəkəsində axtarış əməliyyatlarını 2 yolla həyata keçirmək olar:

İnternetdə toplanılan informasiyaların strukturlaşdırılması və istifadəçiyə lazım olan verilənləri rahat şəkildə axtarılaraq təqdim edilməsi üçün axtarış sistemləri yaradılmışdır. Yəni, axtarış sistemləri lazım olan informasiyanı tapmaqda istifadəçiyə kömək etmək üçün nəzərdə tutlmuşdur.
İnternetdə səmərəli axtarış prosesini təşkil etmək məqsədi ilə axtarış sistemlərində strukturlaşdırılmış mövzu kataloqlarının yaradılması həlledici rol oynayır. İstifadəçilər tərəfindən sorğu müraciəti əsasında axtarılması nəzərdə tutulan, müxtəlif mövzular üzrə sayt materiallarının toplanış istinadları və onların qısaca şərhləri ilə birgə kataloqlaşdırılır. Bu axtarış kataloqları müəyyən mövzu üzrə səmərəli axtarışların təşkili üçün nəzərdə tutulur. Adətən, kataloqlar iyerarxik struktur əsasında qurulur.
Axtarış sistemlərinin əsas xarakteristikaları aşağıdakılardır:

  • tamlıq

  • dəqiqlik

  • aktuallıq

  • arama sürəti

  • əyanilik

Bundan başqa hər bir axtarış sisteminin özünəməxsus xüsusiyyətləri vardır və alınan nəticənin keyfiyyəti- axtarış predmentindən və sorğunun dürüst ifadə edilməsindən çox asılıdır.
Axtarış sisteminin əsas anlayışları aşağıdakılardır:

  • İndeksləşdirmə- saytların yerləşmə mövqeyini göstərən istinadlar arasında keçid edərək, internetdə axtarış sisteminin köməyi ilə informasiyalarım yığılma prosesidir.

  • Relevantlıq- axtarış sorğusu nəticəsində tapılmışhər bir web səhifənin verilən sorğuya məntiqi uyğunluq səviyyəsidir.

İndeksləşdirmə dedikdə , sənəddə istifadə olunan açar sözlər, xülasələr, domenlərin yerləşmə ünvanlarından ibarət verilənlər bazasının axtomatik şəkildə yaradılması proseduru başa düşülür.
İnternetdə axtarış saytlarına misal olaraq Google, Baidu, bing, Yahoo, Yandex və s. Göstərmək olaraq. İlk axtarış saytı Archie adlanırdı(1990), ondan sonra W3Catalog yaradıldı( 1993)
Bu sistemlərdən bəzilarini qısaca nəzərdən keçirdək.
Google (google.com)- digər sistemlərdən fərqli axtarış alqoritmindən istifadə edir, çox sadə interfeysə və yüksək relevantlıq dərəcəsi ilə ölçünün yaxşı axtarış nəticələrinə malikdir. Axtarış zamanı sorğunun axtarış sürətini sənədin axtarış sürətinə( indeksinə) tam daxil olması ilə yanaşı sənədə digər serverlerdən edilən istinadların sayı da nəzərə alınır. İstinadların sayı çox olan sənədlərə üstünlük verilir və onla axtarış nəticələrinin siyahısının lap əvvəlində təqdim edir. Google-də müxtəlif dillərdə, o cümlədən, rus, azərbaycan dillərində axtarış tapmaq imkanı var. Xəbər qruplarında axtarış aparmaq mümkündür.
Yahoo(yahoo.com) INTERNET-də istifadə edilən ilk axtarış sistemlərindən biridir. Hazırda Yahoo bir sıra informasiya- axtarış vasitələri istehsalçıları ilə əməkdaşlıq edir və onun müxtəlif serverlərində müxtəlif proqram təminatından istifadə edir.. Yahoo-ya tematik kataloq kimi də baxmaq olar, ona görə ki, onun tematik kataloqu ən böyük həcmə malikdir və hazırda kataloqda milyondan çox səhifənin və saytın ünvanları toplanıb. Yahoo-nun kataloqu əl üsulu ilə tərtib edilir, odur ki, onun keyfiyyəti yüksəkdir. Hər ay Yahoo-ya 40- milyondan çox insan müraciət edir.
Yandex (yandex.ru) rus axtarış sistemləri arasında ən məşhur, indeks bazası ən böyük və axtarış imkanları ən yaxşı olan sistem hesab olunur. onun indeks bazasında təkcə Rusiya saytları deyil, MDB ölkələrinin və digər pölkələrin də saytları əhatə olunur. Yandex-in əsas üstünlüyü sorğudakı sözlərin bütün formalarına da görə axtarış apara bilməsidir.
AltaVista (altavista.com) axtarış sistemi 2013-cü ildə fəaliyyətini dayandırmışdır. Buna baxmayaraq o, vaxtilə ən böyük axtarış portallarından biri olub, 30-a qədər dildə informasiya axtarışı apara və tapılan sənədləri həmin dillərə çevirə bilirdi.
Yüklə 15,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə