1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə85/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   81   82   83   84   85   86   87   88   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
219
5.  Volfsberq prinsipləri, 2000.
6.  http://fiu.az/az/haqqımızda/ümumi məlumat 
7.  uwcfx.ru/downloads/law_188(I)_2007_rus.doc
8.  http://coe.az/AZ/news/124.html
Zaur Alekberov
Establishment and management of legal mechanisms against money la-
undering in the financial sector
In  the  article  given  concept  about  “dirty  money”  and  telling  about  prevent 
laundring the “dirty money” at the financial sector of the economy using the legal 
mechanism and regulation of international experience at the same time establish-
ment of close cooperation between the state and society, and put forward offers 
for the general policy protection  society. 
Spoken about the interests of the Azerbaycan Republic on the prevention of 
the legalization of criminally obtained funds or other property and the financing of 
terrorism  and detection offenses, taking, seizure, etc. in this sphere.
In addition, in the article are being considered about functions of Financial Mo-
nitoring Service, and look through Wolfsberq principles and “Forty Recommenda-
tion” of Financial Action Task Force against money-laundering for banks operating 
in the financial sector.
Заур Алекберов 
Создание  и  регулирование  правовых  механизмов  в  области 
отмывания «грязных денег» в финансовом секторе
В  статье  анализируются  подходы  к    предотвращению  отмывания 
«грязных  денег»  в  финансовом  секторе  экономики  с  использованием 
правового механизма регулирования, а также возможности применения 
международного  опыта  в  этой  области.  В  то  же  время  отмечается 
важность,  установления  тесного  сотрудничества  между  государством 
и  обществом  в  решении  этой  проблемы.  В  статье  затронуты  интересы 
Азербайджанской Республики по вопросам предотвращения легализации 
полученных преступным путем денежных средств или иного имущества и 
финансирование терроризма и т.д.  Кроме того, в статье рассматриваются 
также функции Службы по Финансовому Мониторингу, просматриваются 
принципы  Волфсберг  и  «Сорок  Рекомендаций»  Группы  разработки 
финансовых  мер  борьбы  с  отмыванием  денег,  которые  предназначены 
для банков и лиц, работающих в финансовом секторе.


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
220 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
221
“GƏNC 
TƏDQİQATÇILAR”: 
SAM-IN KEÇİRDİYİ  
MÜSABİQƏNİN 
QALİBLƏRİ


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
222 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
223
Açar sözlər: Dayanıqlı, qeyri-neft sektoru, maliyyə böhranı, kənd-təsərrüfatı, 
turzim və alternativ enerji mənbələri
Key words: Sustainability, non-oil sector, financial crisis, agriculture, alterna-
tive energy sources, tourism
Ключевые  слова:  устойчивость,  ненефтяной  сектор,  финансовый 
кризис, сельское хозяйство, альтернативные источники энергии, туризм
Azərbaycan 
iqtisadiyyatı:  
“İnkişafa aparan 
iqtisadi yol”
Abdulla 
Əlixanov 
İsveç Krallığı, Lund Universiteti, 
İqtisadiyyat və idarəetmə məktəbi,
Maliyyə elmi üzrə magistr tələbəsi
abdulla.alikhan@gmail.com


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
224 
Hər  bir  ölkənin  iqtisadi-sosial  inkişafını  müəyyən  edən  amillər  vardır  və 
bunlar tarix boyu ölkələrin dayanıqlı inkişafa nail olmasında başlıca amilə çev-
rilmişdir. Bu baxımdan, Azərbaycanın inkişaf tarixində təbii resurs kimi, neft və 
qaz amilinin inkişafa töhfəsi istisna təşkil etmir. Odur ki, Azərbaycan müstəqillik 
əldə etdikdən, xüsusilə ulu öndər Heydər Əliyevin qətiyyətli səyi nəticəsində 
1994-cu ildə “Əsrin müqaviləsi”ni xarici tərəfdaş ölkələrin imzalaması bu inki-
şaf amilinin təməlini təşkil edir. Daha sonra enerji təhlükəsizliyi, “Azəri-Çıraq-
Günəşli”,  “Şahdəniz”,  Bakı-Tbilisi-Ceyhan,  Bakı-Tbilisi-Ərzurum,  Bakı-Batumi, 
Bakı-Novorossiysk  enerji  layihələrinin,  qeyri-enerji  layihələri  olan  TRASE-
CA,  Bakı-Tbilisi-Qars  layihələrinin  reallaşdırılması  və  cənab  Prezident  İlham 
Əliyevin bu lahiyələr üzrə xarici ölkələrlə davam etdirdiyi uğurlu siyasi-iqtisadi 
münasibətlər, Azərbaycan iqtisadiyyatının hazırkı inkişafının özəyini təşkil edir. 
Bütün  reallaşdırılan  neft-qaz  layihələri  və  onlardan  əldə  olunan  gəlirlər, 
Azərbaycanda bir çox sosial-iqtisadi layihələrin həyata keçirilməsinə və valyu-
ta ehtiyatlarının artmasına şərait yaratmışdır. Xüsusilə, orta və uzun müddət 
üçün milli inkişaf  prioritetlərinə  davamlı şəkildə nail olmaq, ölkədə iqtisadi 
planlaşdırma, dövlət büdcəsinin  formalaşdırılması və icrası prosesləri arasın-
da  əlaqəni, sahələr  üzrə  müvafiq  xərc hədlərini  müəyyən etmək və dövlət 
büdcəsi  vəsaitlərindən    səmərəli  istifadəni    təmin    etmək  məqsədilə  həyata 
keçirilən  dövlət  investisiya  proqramları  reallaşdırılmışdır.  Ölkədə  qeyri-neft 
sektorunun  inkişafının    sürətləndirilməsini,  iqtisadiyyatın    şaxələndirilməsini, 
tarazlı  regional və davamlı sosial-iqtisadi inkişafı, əhalinin  həyat səviyyəsinin 
daha da yaxşılaşdırılmasını təmin etmək məqsədilə regionların sosial-iqtisadi 
inkişafı üzrə Dövlət proqramları hazırda uğurla davam etməkdədir. Həmçinin, 
bazar  iqtisadiyyatının  sürətli  inkişafına  nail  olmaq  məqsədilə,  mülkiyyətin 
dövlətsizləşdirilməsi, özəlləşdirmə Proqramı və eyni zamanda, yoxsulluğun azal-
dılması və davamlı inkişaf, ərzaq təhlükəsizliyi, alternativ enerji mənbələrindən 
istifadə  və  s.  üzrə  dövlət  proqramları  [1]  həyata  keçirilməkdədir.  Bütün  cari 
proqramlar  investisiya  fəallığını  dəstəkləməklə  Azərbaycan  iqtisadiyyatının 
uğurlu inkişafını təmin etməyə zəmin yaradacaqdır.
Neft hasilatı, ixracı və eləcə də neftdən əldə olunan gəlirlərlə həyata keçirilən 
investitsiya  və  sosial-iqtisadi  layihələr,  neft  sektorunun  iqtisadi  artımın  əsas 
amili  olmasını  labüd  etmişdir.  2003-cü  ildən  etibarən  əsasən  neft  sektorun-
dan qaynaqlanan sıçrayışlı iqtisadi artım dövrü başlamış və təkcə 2003-2010-ci 
illərdə ölkədə orta illik iqtisadi artım 17 faiz təşkil etmişdir [2].
2010-cu ildə ölkədə istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilə nisbətən 5,0 
faiz artaraq 41,6 milyard manata çatmışdır. İstehsal sahələrinin ÜDM-də xüsusi 
çəkisi əvvəlki ildəki 62,4 faizdən 65,5 faizədək artmış, xidmət sahələrinin payı 
isə müvafiq olaraq 29,7 faizdən 27,4 faizədək azalmışdır. 2003-cü ildə ÜDM-in 
strukturunda neftin payı təqribən 70 faiz olduğu halda, uğurlu iqtisadi planlaş-
dırma sayəsində, bu rəqəm 2009-cu ildə 45,3 faiz təşkil etmişdir [3].
Eyni zamanda, ÜDM-in adambaşına düşən həcmi 3,7 faiz artaraq 4653,3 
AZN və ya 5797,8 ABŞ dolları təşkil etmişdir. Xatırladaq ki, 2003-2009-cu illər 
ərzində  adambaşına  düşən  ÜDM-in  orta  göstəricisi  2901,1  $  təşkil  etmişdir. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə