1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə81/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   77   78   79   80   81   82   83   84   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
210 
özünü  qazla  zəngin  Mərkəzi  Asiya  regionu  ilə,  o  cümlədən  dünyanın  qazla 
ən zəngin dördüncü ölkəsi olan Türkmənistanla Qərbi bağlayacaq və region-
da  daha  mühüm  geostrateji  enerji  oyunçusuna  çevriləcəkdir.  Qısamüddətli 
perspektivdə  bu  layihə  ölkəmizin  maraqlarında  olmamasını  iddia  etmək 
olar. Belə ki, türkmən qazı ilə birgə eyni marşrutla eyni bazarlara çıxarılması 
Azərbaycan qazına rəqabət yaradır və həmin bazarlarda qazın qiymətini aşağı 
sala bilər. Artıq həcmdə qaz qiymətə hər zaman təsir etmək gücündədir. La-
kin uzunmüddətli perspektivdə bu layihə Azərbaycana əlavə rıçaqlar verəcəyi 
şübhəsizdir. 
İldə 70-75 mkm qaz istehsal etmə gücünə malik olan Türkmənistan maksi-
mum 25-30 mkm qaz ixrac edir: 2011-ci ildə Rusiyaya 11-12 mkm, İrana 12-13 
mkm, 2014-cü ildən etibarən Çinə 40 mkm həcmində qaz ixrac etməyi planlaş-
dırır [1]. Baxmayaraq ki, Türkmənistan qonşu ölkələrə qaz ixrac edir, onun üçün 
Avropa bazarlarına çıxış və Avropa qiymət standartlarına uyğun ildə 20 mkm-
dən 40 mkm-dək qazın satılması Türkmənistanın 90 faiz qaz satışı gəlirlərindən 
asılı olan büdcəsinin xeyli artmasına gətirib çıxara bilər. Türkmənistan 2009-cu 
ildə Çinə ixrac etdiyi 0.5-0.7 mkm yalnız cüzi həcminə görə vəsait alır, böyük 
həcmini isə “svop” əməliyyatı vasitəsilə Çin tərəfindən qaz infrastrukturunun in-
şası məqsədilə ölkəyə ayrılan uzunmüddətli kreditlərin qaytarılması üçün qazla 
ödəyir. Eyni  şəkildə, ABŞ  və BMT tərəfindən İrana tətbiq olunmuş sanksiyalar 
nəticəsində İranla heç bir bank əməliyyatı həyata keçirmək mümkün olmadığın-
dan, Türkmənistan öz qazını “svop” əməliyyatı vasitəsilə başqa mallarla dəyişir. 
Türkmənistanın qonşu ölkələrə ixrac etdiyi qazın qiyməti ilə Avropada olan 
qazın qiymətini müqayisə etsək, görərik ki, Türkmənistan Qərb bazarlarına çıx-
maqda nə qədər maraqlı olmalıdır. Belə ki, 2009-cu ildə Türkmənistan Rusiyaya 
ixrac etdiyi qazın hər min kubmetrinə 195 ABŞ dolları, Çinə 180 ABŞ dolları və 
İrana 140 ABŞ dolları [1] qiymətinə ixrac etmişdir, bu da Avropa bazarına olan 
qiymətdən – 500 ABŞ dollarınadək bir necə dəfə aşağıdır. 
Azərbaycan Türkmənistana onun qazını Qərbə nəql etdirməkdən ötrü tran-
zit  Avropanın  orta  standart  qiymətlərinə  uyğun  qiymətləri  təklif  edib,  lakin 
Aşqabad hələ qərar qəbul etməyib. Əgər Türkmənistan qərarını “Cənub qaz 
dəhlizi” layihəsinin reallaşmasından, lazımi infrastrukturun qurulmasından son-
ra verərsə, infrastrukturun artıq qazın nəqli üçün dəyişdirilməsinə görə əlavə 
vəsaitin cəlb olunması lazım olacaq, bu da təklif olunan tranzit qiymətlərə təsir 
edəcək. Gələcəkdə Transxəzər boru kəməri vasitəsilə Qazaxıstan və Özbəkistan 
qazının Azərbaycan üzərindən Qərbə nəqli də mümkündür. 
Avropa İttifaqı və ABŞ layihənin həyata keçirilməsində olduqca maraqlıdır. 
Avropa İttifaqı üçün əsasən onun Rusiyadan enerji asılılığını azaldacaq böyük 
həcmdə türkmən qazının Avropaya nəqli olduqca vacibdir. Bu həcm gələcəkdə 
maksimum  20-40  mkm-dək  çatdırıla  bilər.  ABŞ  isə  Mərkəzi  Asiya  ölkələrini 
xüsusilə də Türkmənistanı Rusiyadan müstəqil enerji siyasəti aparmaq və qaz ix-
rac marşrutlarını şaxələndirməkdə maraqlıdır. Bundan əlavə, ABŞ Türkmənistan 
qazının İrana satışından olduqca narazıdır və onun İran üzərindən Qərbə doğ-
ru nəqlindən narahatdır. Texniki baxımdan bu mümkündür, belə ki, İran həm 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
211
Azərbaycan, həm Ermənistan, həm də Türkiyə ilə boru xətlərlə bağlıdır və hər 
üç istiqamətdə qaz idxal və ya ixrac olunur. Bütün bunlara baxmayaraq, 2011-
ci ilin sentyabr ayınadək həm Avropa İttifaqı, həm də ABŞ tərəfindən layihənin 
reallaşması  istiqamətində  verilən  vədlərə  heç  bir  əməl  edilməmiş,  addımlar 
atılmamışdır.   
Türkmən  qazını  Nabukko  qaz  kəmərlərinə  ötürəcək  Transxəzər  kəmər 
xəttinin  çəkilməsi  Rusiya  və  İran  tərəfindən  xüsusilə  siyasi  və  kommersiya 
səbəblərinə görə rədd olunur. İctimai bəyanatlarda hər iki dövlət ətraf mühitlə 
bağlı  məsələləri  səbəb  gətirirlər,  lakin  Rusiyada  və  İranda  asanlıqla  görmək 
olar  ki,  hər  iki  hökumət  ayrı-ayrılıqda  özlərinin  sərhədləri  daxilində  həyata 
keçirilən  layihələrin  ətraf  mühitə  təsirindən  daha  çox  Xəzərin  ətraf  mühiti 
ilə  bağlı  məsələlərdən  narahatdırlar.  Əlavə  olaraq  Rusiya  Xəzərin  xarakteris-
tikası  ilə  bağlı  Azərbaycan-Türkmənistan  ixtilafından  yararlanaraq  hər  hansı 
bir  Transxəzər  qaz  kəmər  xəttinin  həyata  keçirilməsinə  qarşı  olmağa  çalışır. 
Təəccüblüdür  ki,  Qara  dənizin  dibindən  Türkiyəyə  nəql  olunan  “Mavi  axın” 
və  gələcəkdə  reallaşarsa,  “Cənub  axın”  boru 
xətləri  və  Baltik  dənizinin  dibindən  nəql  olu-
nan “Şimal axın” kimi Rusiyanın təşəbbüsü ilə 
həyata keçirilən layihələr ətraf mühitə heç bir 
mənfi təsiri olmadığı halda, Moskvanın fikrincə, 
Transxəzər Xəzər dənizinin eko sisteminə mənfi 
təsir  göstərə  bilər.  Buna  baxmayaraq,  rəsmi 
Aşqabad  bu  yaxınlarda  elan  etdi  ki,  belə  bir 
kəmər xəttinin inşası üçün bütün beş sahilyanı 
dövlətin razılığını almağa ehtiyac yoxdur, çünki 
bu kəmər xətti Azərbaycan və Türkmənistanın 
milli  sektorundan  keçəcəkdir  və  iki  dövlətin 
daxili işidir. Rəsmi Aşqabad daha sonra bəyan 
etdi ki, zəruri iki ölkəni birləşdirən infrastruk-
turun  yaradılması  40  milyard  kubmetr  qazın 
Xəzərin sahillərinə gətirilməsinə yol aça bilər. 
Cənub  və  Şimal  istiqamətləri.  Aydındır  ki,  təbii  qazın  ixracının  uğurlu  və 
gəlirli olması üçün emalçı ilə istehlakçı arasında güclü əlaqə olmalıdır. Tələb 
zəmanəti olmadan təklif irəli sürmək məntiqli addım deyildir. Buna görə də 
Azərbaycanın  qaz  ixracatının  təhlükəsiz,  əlverişli  və  gəlirli  bazarlara  ehtiyacı 
vardır. Buna baxmayaraq, coğrafi yaxınlıq və siyasi zərurət də ixracat yollarının 
müəyyənləşdirilməsində  mühüm  rol  oynayır.  Misal  üçün,  Gürcüstan  2007-ci 
ildə Rusiya ilə siyasi qarşıdurmaya məruz qalanda Azərbaycan öz təbii qazını 
emal edərək Gürcüstana ixrac etməyə başladı. Eyni zamanda, Türkiyə illik ola-
raq 43 milyard kubmetr qaz tələbi ilə üz-üzə qaldığı zaman ona qaz ixrac edən 
yalnız iki dövlət – Rusiya və İran vardır. 
Azərbaycanın İrana qaz ixrac etməsi digər bir lokal zərurətdən qaynaqla-
nır. Aydındır ki, 2004-cü ildən başlayaraq Azərbaycan İranla qarşılıqlı təbii qaz 
anlaşmasını həyata keçirmiş və İran vasitəsilə gündəlik 1 milyon kubmetr qazı 
Azərbaycan hazırda qaz 
ixrac etdiyi ölkələrin - Rusiya
Gürcüstan, Türkiyə və İran 
yaxın gələcəkdə isə Avropa 
İttifaqının bir-birinə ziddiyyətli 
olan enerji maraqları vardır və 
bu da öz növbəsində 
regionun daha mürəkkəb və 
enerji təhlükəsizliyi baxımın-
dan strateji olaraq vacibliyini 
ortaya qoyur. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə