1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə82/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   78   79   80   81   82   83   84   85   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
212 
Naxçıvan Muxtar Respublikasına ötürmüşdür. Bu anlaşma 25 illiyə bağlanmış-
dır. Əlavə olaraq 2009-cu ilin noyabrında 2010-cu ildən başlayaraq Azərbaycan 
qazının İrana ixracı üçün ARDNŞ və İran Milli Qaz İxracatı Şirkəti (İMQİŞ) ara-
sında  memorandum  imzalanmışdır.  Azərbaycanla  İran  illik  maksimum  10 
milyard  kubmetr  tutumu  olan  Qazıməmməd-Astara  qaz  kəməri  vasitəsilə 
əlaqəlidirlər. Hər iki tərəfin illik qaz ixracatının həcmini artıran, sonda 2 milyard 
kubmetrə çatdıran uzunmüddətli müqavilə imzalayacağı gözlənilir. Qeyd edək 
ki, 2010-2013-cü illər üçün Azərbaycanda qaz təsərrüfatının inkişafı üzrə xüsusi 
proqramın bəndlərindən biri uzunluğu 360 km olan Qalmaz-Astara yeni qaz 
kəmərinin tikintisini əhatə edir.
Şaxələndirmə  siyasətinə  uyğun  olaraq  Azərbaycan  ixracat  seçimlərini 
genişləndirmək  və  mümkün  qədər  daha  çox  bazarlara  daxil  olmaq  üçün 
səylərini  artırmışdır.  Azərbaycan  hazırda  qaz  ixrac  etdiyi  ölkələrin  -  Rusiya, 
Gürcüstan,  Türkiyə  və  İran  yaxın  gələcəkdə  isə  Avropa  İttifaqının  bir-birinə 
ziddiyyətli olan enerji maraqları vardır və bu da öz növbəsində regionun daha 
mürəkkəb  və enerji  təhlükəsizliyi  baxımından strateji  olaraq vacibliyini  orta-
ya qoyur. Azərbaycan artıq özünün Xəzər dövlətləri ilə bağlı enerji siyasətini 
müəyyənləşdirmişdir və İran bu enerji siyasətində əsas rol oynayan dövlət de-
yildir.  Son  illər  ərzində  İranı  Ermənistan,  NMR  və  Türkmənistanla  birləşdirən 
4 qaz kəməri tikilməsinə baxmayaraq, İran yenə də Xəzər dövlətlərinin əsas 
enerji layihələrində kənarda qalır. Buna baxmayaraq, qeyd etmək lazımdır ki, 
İran dünyanın dördüncü böyük neft ehtiyatlarına və Rusiyadan sonra dünyanın 
ikinci böyük qaz ehtiyatlarına sahib olan dövlətdir. 
Avropaya ənənəvi qaz ixracatçısı kimi Rusiya, eləcə də Xəzərin digər poten-
sial qaz ixracatçısı dövlətləri İranı uzunmüddətli bir rəqib hesab edə bilərlər. 
Geniş  mənada  hər  iki  zəngin  enerji  dövləti  iqtisadi  cəhətdən  müasirləşmək 
üçün özlərinin təbii resurslarını istifadə etmək üçün böyük səy göstərirlər və 
Xəzər  regionunda  siyasi  sabitliyin  və  təhlükəsizliyin  qorunmasında  və  xarici 
güclərin bu regiona təsirinin azaldılmasında maraqlıdırlar. Tarix göstərir ki, İran 
və Rusiya əksər hallarda bir-birilərinin maraq və istəklərini anlayıblar. Rusiya-
Gürcüstan müharibəsi və regiondan keçən kəmər xətlərinin həssaslığı göstərir 
ki, mürəkkəb qonşular arasında bütün sahələrdə, xüsusilə enerji sahəsində ma-
raqların harmoniyası – bütün aktorların məqsədlərinin və maraqlarının nəzərə 
alınması və qarşılıqlı olaraq sərfəli həll yolunun tapılması ən uyğun siyasətdir. 
Bu siyasət Dağlıq Qarabağ kimi həll olunmamış və uzunsurən problemi olan 
bir ölkə kimi Azərbaycan üçün xüsusilə doğrudur. Bu problem güclü dövlətlər 
tərəfindən Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə edilir. 
Belə bir regionda inkişaf etmək üçün çoxtərəfli və tarazlaşdırılmış siyasətə 
ehtiyac vardır. Bu zərurəti öncədən görərək regionda bütün aktorların maraq-
larını uyğunlaşdırmaq üçün rəsmi Bakı Aİ də daxil olmaqla İran və Rusiyanın 
dəstəyini  qazanmağa  çalışır.  İranın  Azərbaycana  düşmən  olan  Ermənistanla 
enerji əlaqələrinin olmasına baxmayaraq, Azərbaycanın İrana qaz ixrac etməsi 
bu mənada başadüşüləndir. Bundan əlavə, İran Milli Neftinin filialı olan şirkətin 
Şahdəniz  qaz  layihəsinin  birinci  mərhələsinin  tədqiqatında  və  istismarında 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
213
10 faiz payı vardır. İran, həmçinin Şahdəniz qaz yatağının ikinci fazasının is-
tismarında  da  marağı  olduğunu  ifadə  etmişdir.  2009-cu  ilin  yanvarında  İra-
nın  neft  nazirinin  müavini  Hüseyn  Şirazi  bəyan  etdi  ki,  İran  ikinci  Şahdəniz 
layihəsinin  sonrakı  tədqiqində  və  istismarında  1.7  milyard  ABŞ  dolları  yatır-
maq  niyyətindədir.  İranın  Ermənistanda  tam  tutumu  2.3  milyard  kubmetr 
olan və İrandan Ermənistana qaz ixrac edən Kadiarat-Ararat kəməri vasitəsilə 
Ermənistana ixrac etdiyi qazın bir hissəsi Ermənistanın daxili bazarında işlədilir 
və digər bir hissəsi isə yenidən İrana ixrac etmək üçün elektrik enerjisinin alın-
masında istifadə edilir.
 Nəticə
Azərbaycan çox mürəkkəb bir regionda yerləşir. Buna baxmayaraq, uğur-
lu  enerji  siyasəti  nəticəsində  digər  qonşuları  və  keçmiş  sovet  ölkələri  ilə 
müqayisədə hər bir sahədə xeyli irəliləmiş və böyük nailiyyətlər əldə etmişdir. 
Gündən-günə artan qaz potensialı Xəzər dənizi resurslarının müxtəlif marşrut-
lar vasitəsilə Avropa bazarlarına çıxarılmasında əsas strateji ölkə kimi çıxış edir 
və Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq, Rusiya və Avropa kimi mühüm re-
gionları birləşdirən enerji boru xətlərini təmin edən ölkəyə çevrilir. Azərbaycan 
Avrasiyanın  enerji  bağlayıcısına  çevrilir  və  regionda  enerji  təhlükəsizliyinin 
təmin  olunmasına,  tranzit  və  enerji  daşıyıçılarının  etibarlı  nəqlinə  iddia  edir. 
Bu, həm istehlakçı, həm də istehsalçı ölkə üçün əhəmiyyət kəsb edən enerji 
təchizatının və enerji nəqlinin təhlükəsizliyinin təmin edilməsinə töhfə verir.  
Azərbaycanın  strategiyası  orta  və  uzunmüddətli  gələcəyə  yönlənməlidir. 
Əlbəttə, gündəmdə ən vacib məsələ regionda sabitliyin və tərəqqinin təmin 
olunması və qonşu ölkələrin rifahının yaxşılaşdırılmasında verə biləcəyi töhfədir. 
Bu baxımdan, Aİ-nin Azərbaycandan enerji ilə bağlı bu qədər gözləntiləri oldu-
ğu halda, onun Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində heç 
bir nəticə əldə olunmaması olduqca məyusedici faktdır. Qərbdəki siyasətçiləri 
regionun  gələcəyi  narahat  edirsə  özlərinə  sual  verməlidirlər:  “Minsk  qrupu-
nun  davamlı  uğursuzluğu  regionun  gələcək  rifahına  və  inkişafına  necə  təsir 
göstərəcəkdir?” Bu sualın cavabı aydındır ki, Azərbaycanın Avropa İttifaqının 
enerji təhlükəsizliyinə verəcəyi töhfə ilə bağlı reallıqla uyğun gəlmir.  
İstifadə olunmuş ədəbiyyat:
1.  www.platts.com
2.  http://www.ng.ru/economics/2011-06-01/1_gazprom.html
3.  http://www.bbc.co.uk/russian/business/2011/09/110918_siemens_nuclear_energy.
shtml
4.  http://www.abc.az/rus/news/42705.html
5.  Sergey Glazkov, “New Options Emerges in Central Asian Natural Gas Competition”, 
Caspian Investor Journal, Vol. 13, No. 6, June/July 2010, p. 13.
6.  Dövlət Statistika Komitəsi
7.  http://newscentralasia.net/2011/05/30/auditor-expected-to-certify-23-tcm-gas-
reserves-in-turkmen-field/


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə