1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə90/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   85   86   87   88   89   90   91   92   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
236 
Giriş
1991-ci il dekabrın 8-də Rusiya, Ukrayna və Belarusun liderləri Belaveja Ra-
zılaşması  (Belavezha  Accords/Беловежские  Соглашения)  ilə  Sovet  Sosialist 
Respublikaları İttifaqının (SSRİ) beynəlxalq hüququn subyekti kimi varlığına son 
qoyulduğunu elan etdilər [33]. Razılaşmada Müstəqil Dövlətlər Birliyinin (MDB) 
yaradılması elan edilirdi. MDB, qısa zamanda Baltik ölkələri (Latviya, Litva, Esto-
niya) istisna olmaqla, bütün postsovet respublikalarını özündə birləşdirəcəkdi. 
Amma MDB heç bir halda SSRİ ilə müqayisə oluna bilməzdi, çünki respubli-
kaların hər biri artıq azad və suveren bir dövlət kimi beynəlxalq münasibətlər 
sisteminin üzvü idilər. MDB, sadəcə keçmişdə bir ölkənin tərkibində olduqları 
üçün bu respublikalar arasındakı həm etnik və linqvistik bağlar, həm çoğrafi 
yaxınlıq, həm də iqtisadi və siyasi asılılığın təzahürü idi [36]. Amma bu asılılıq 
və bağlar  bütün respublikalar arasında eyni deyildi. Rusiya bütün göstəricilərə 
görə digərlərini qabaqlayırdı və “bərabərlər arasında birincilik” ona məxsus idi. 
Bu səbədən regiondakı hər bir respubilka üçün Rusiya ilə münasibətlər xüsu-
si  əhəmiyyət  kəsb  edirdi.  Bu  baxımdan  Azərbaycan  da  istisna  deyildi.  Digər 
postsovet  respublikaları  kimi,  Azərbaycan  üçün  də  Rusiya  ilə  münasibətlər 
həmişə prioritet istiqamətlərdən olubdur. Eləcə də Rusiya üçün Azərbaycanla 
olan  münasibətlər  az  əhəmiyyət  daşımayıb.  Ölkələrin  müstəqil  dövlət  kimi 
mövcudluğu və ikitərəfli münasibətləri artıq 20 illik tarixə malikdir. Məqalənin 
məqsədi  münasibətlərin  (yer  məhdudiyyəti  ilə  əlaqədar)  ilk  10  illik  tarixinə 
nəzər yetirmək və bu aradakı prioritet məsələləri müəyyənləşdirmək və təhlil 
etməkdən ibarətdir. Bunun üçün məqalənin əvvəlində əsas hadisələrin inkişafı 
xronoloji ardıcıllıqla təhlil ediləcək, sonda - Nəticə hissəsində qısa xülasə və 
ümumiləşdirmələr veriləcəkdir. 
Əsas hadisələrin inkişafı (1991-2001)
Müstəqilliyin  ilk  illərində  münasibətlər  hər  iki  tərəfin  təzadlı  mövqe  və 
qərarları  ilə  müşahidə  olunurdu.  Azərbaycanda  hələ  SSRİ  dağılmamışdan 
ölkəyə rəhbərlik edən Ayaz Mütəllibov Rusiyayönümlü xarici siyasət yürüdür-
dü. 1991-ci il dekabrın 28-də Almatı Bəyannaməsini imzalamaqla Azərbaycan 
çoxlarıının  Rusiyanın  postsovet  ölkələrinə  yeni  təsir  mexanizmi  kimi  gördü-
yü  MDB-yə  üzvlüyü  qəbul  etdi  (müqayisə  üçün  Baltik  ölkələri  və  Gürcüstan 
bundan  imtina  etmişdi)  [14].  Bu  münasibətin  əvəzində  Rusiyadan  Qarabağ 
mövzusunda və ümumiyyətlə Azərbaycana qarşı daha ədalətli mövqeyə ümid 
edilirdi. Amma heç də gözlənilən kimi olmadı. Nəinki Rusiyadan dəstək gəldi, 
hətta Azərbaycan hökumətinin təklif etdiyi Dostluq və Əməkdaşlıq Müqaviləsi 
Rusiya  tərəfindən  rədd  edildi  və  Azərbaycanın  müstəqilliyi  tanınmadı  [29]. 
Bu azmış kimi 1992-ci ilin fevralında baş verən və Azərbaycan tarixinə qanlı 
hərflərlə  yazılan  Xocalı  faciəsində  rus  hərbçiləri  (366-cı  alay)  də  iştirak  edir-


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
237
di.  Bu  hadisə  Rusiyayönümlü  mövqe  tutan  Ayaz  Mütəllibovun  istefası  ilə 
nəticələndi. Beləliklə, 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Əbdürrəhman 
Vəzirovu əvəzləyən A.Mütəllibov başqa bir faciə - Xocalı qətliamına görə istefa 
verməli oldu. Bundan 1 ay keçməmiş Rusiyanın xarici işlər naziri Azərbaycana 
səfər  edir  və  aprelin  4-də    “Azərbaycan  Respublikası  və  Rusiya  Federasiyası 
arasında diplomatik əlaqələrin qurulması haqqında Protokol” imzalanır. Faktiki 
olaraq, nə qədər paradoksal olsa da, Rusiya ona loyal olanın hakimiyyətdən 
getməsindən sonra Azərbaycanın müstəqilliyni tanıdı.
Buna  baxmayaraq,  artıq  Azərbaycanda  Rusiyaya  münasibət  köklü 
dəyişəcəkdi.  İyunun  17-də  Əbülfəz  Elçibəy  Azərbaycan  Respublikasının  Pre-
zidenti seçildi. Bu vaxtdan etibarən antiRusiya mahiyyətli və qərbmeyilli xarici 
siyasət xəttinə üstünlük verilməyə başlandı. Belə ki, onsuz da o vaxta qədər 
parlament tərəfindən ratifikasiya edilməyən MDB-yə üzvlükdən tamamilə im-
tina edildi [27]. Bundan başqa Qarabağdakı 
döyüşlərdə əsir düşmüş rus əsgərlərinə ölüm 
hökmü çıxarıldı [37]. Əsirlərin məsələsi son-
radan Rusiya ilə razılaşdırılsa da münasibətlər 
gərgin  olaraq  qalırdı.  Növbəti  addım  kimi 
ilin sonuna qədər Azərbaycandakı rus hərbi 
qüvvələrinin  ölkədən  çıxarılması  tələbi  qo-
yuldu [30]. Eyni zamanda, qərblə neft yataq-
larının istismarına dair danışıqlar aparılır və bu layihədə rus şirkətlərinin iştirakı 
nəzərdə tutulmurdu.
Əlbəttə, bütün bunlar Rusiyanı heç cür razı sala bilməzdi. 1993-cü ilin no-
yabrında Rusiyada bütün postsovet məkanını özünün təsir dairəsinə aid edən 
yeni hərbi doktrin qəbul edilmişdi. Bu sənədə görə nəinki MDB ölkələrindəki 
hərbi bazalar çıxarılmamalı, hətta üzv dovlətlərin digər (MDB üzvü olmayan) 
dövlətlərlə  sərhədləri  (Azərbaycanda  İranla  sərhəd)  rus  hərbçiləri  tərəfindən 
qorunmalı  idi  [9].  Təbii  olaraq  bunun  üçün  əvvəlcə  Azərbaycanın  MDB-yə 
üzvlüyünü  təmin  etmək  lazım  idi.  Üstəlik  Rusiya  Xəzərdəki  neft  resursları-
nın  istismarı  ilə  bağlı  məsələlərdə  də  sadəcə,  seyrci  mövqeyi  tuta  bilməzdi.  
Azərbaycan hökumətinin (yuxarıda göstırilən) siyasəti isə Rusiyanın regiondakı 
xarici siyasət prioritetləri ilə tamamilə zidd idi və bu, hadisələrin sonrakı inkişa-
fında özünü göstərməli idi. 
Bunun məntiqi nəticəsi kimi, Azərbaycanda  onsuz da ürəkaçan olmayan 
vəziyyət daha da gərginləşməyə başladı. Qarabağ döyüşlərində iştirak edən 
Surət Hüseynov oz dəstəsi ilə birlikdə Gəncəyə çəkildi və hakimiyyətə qarşı qi-
yama başladı. Bu qiyamın Moskvadan dəstək aldığı cox az adamda şübhə oya-
dırdı. Ən azı ona görə ki, S.Hüseynovun dəstəsi Azərbaycanı tərk etməkdə olan 
Rusiya  hərbçilərinin  (104-cü  Hava  Desant  Diviziyası)  yerləşdiyi  hərbi  bazada 
qərar tutmuşdu və həmin diviziya Azərbaycanı tərk edərkən silah-sursatlarını 
S.Hüseynova təhvil vermişdilər [13]. S.Hüseynovun dəstəsini silahsızlaşdırma-
1993-cü ilin noyabrında 
Rusiyada bütün postso-
vet məkanını özünün təsir 
dairəsinə aid edən yeni hərbi 
doktrin qəbul edilmişdi. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə