Mövzu 11. Beynəlxalq təhlükəsizlik və onun təmin olunması Plan



Yüklə 40,68 Kb.
səhifə1/12
tarix07.06.2022
ölçüsü40,68 Kb.
#88982
  1   2   3   4   5   6   7   8   9   ...   12
beynelxalq teh-k


Mövzu 11. Beynəlxalq təhlükəsizlik və onun təmin olunması
Plan:

  1. Beynəlxalq təhlükəsizlik anlayışı

  2. Beynəlxalq təhlükəsizlik sistemində milli maraqlar

  3. Beynəlxalq təhlükəsizlik və ona təsir edən amillər, meqatrendlər

  4. Beynəlxaql təhlükəsizliyə təhdidlər




  1. Beynəlxalq təhlükəsizlik anlayışı



"Beynəlxalq təhlükəsizlik" anlayışı təqribən 100 il əvvəl beynəlxalq münasibətlər lüğətinə daxil edilmişdir. O zamana qədər Silahlı Qüvvələrin istifadəsi "müharibə"və "sülh" anlayışları ilə ifadə edilmişdir. Yaxın günlərədək beynəlxalq təhlükəsizliyə hərbi təhlükəsizliyin fenomeni kimi baxılırdı. O, dövlət və dövlətlər qrupu tərəfindən ehtimal olunan təcavüzü aradan qaldırmaq üçün Silahlı Qüvvələrin kifayət qədər hazır vəziyyətdə saxlanılması, hərbi ittifaqların yaradılması, bəzi hallarda isə şəxsi maraqlarının gerşəkləşməsi naminə hərbi gücdən istifadə edilməsi və ya onun tətbiq edilməsi hədəsi və s. kimi xarakterizə edilirdi. Tədricən hərbi güc amili hərbi qarşıdurmanın miqyasını, qızğın silahlanmanı və silahlı münaqişələrin baş vermə ehtimalını məhdudlaşdırmağa xidmət edən diplomatik və digər siyasi alətlər kompleksi ilə zənginləşdi .
Beynəlxalq münasibətlər üzrə müasir ədəbiyyatlarda "beynəlxalq təhlükəsizlik" anlayışının yekun tərifi hələ də verilməyib. Çox vaxt "beynəlxalq təhlükəsizlik" ənənəvi olaraq, proseslərin hərbi-siyasi ölçüsü kimi başa düşülür və onun genişlənməkdə olan qeyri-hərbi, "mülki" komponentinə (ekoloji, iqtisadi və bir sıra digər təhlükələrə qarşı mübarizə) əhəmiyyət verilmir. Digər hallarda isə demək olar ki, beynəlxalq münasibətlərin bütün problemlərini təhlükəsizlik baxımından nəzərdən keçirmək meyli müşahidə olunur.

  1. Beynəlxalq təhlükəsizlik sistemində milli maraqlar

Beynəlxalq münasibətlər sistemində dövlətlər aparıcı rol oynayır. Dövlət beynəlxalq münasibətlərin əsas subyektidir. Dövlətin və digər siyasi təşkilatların yaradıcısı millətdir. Bu mənada, milli xarakter, intellektual səviyyə, tarixi, siyasi təcrübə xarici siyasətdə mühüm əhəmiyyət kəsb edir. Millət daxili sosial təbəqələrin və peşə qruplarının vəhdətini yaradır. Buna görə də milli maraqlar dedikdə, insanın, jəmiyyətin və dövlətin maraqları nəzərdə tutulur. Dövlət siyasi təşkilati struktura malik olduğuna görə xarici siyasətə əsaslı təsir göstərə bilir. Beynəlxalq münasibətlər siyasi xarakter daşıyır və əsasən dövlətlərarası münasibətləri özündə ehtiva edir. Dövlətlərarası münasibətlərin təsiri nəticəsində iqtisadi, siyasi, hərbi əlaqələr yaranır. Xarici siyasət milli maraqlar əsasında beynəlxalq münasibətlərdə əlaqələndirici rol oynayır.
Hər bir ölkənin milli maraqları ilk növbədə, özünəməxsus ictimai-iqtisadi inkişafın tələbləri, eləcə də beynəlxalq münasibətlər sistemində heç də həmişə dövlətlərin ehtiyacları ilə uyğunlaşmayan vəziyyət ilə müəyyən olunur. Bununla əlaqədar, ayrı-ayrı ölkələrin milli maraqlarının qarşılıqlı əlaqələrinin xarakterindən asılı olaraq beynəlxalq əlaqələr sistemində müxtəlif subyektlərin milli maraqlarının aşağıdakı növlərini müəyyənləşdirmək mümkündür:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə