Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial



Yüklə 129,3 Kb.

tarix08.09.2018
ölçüsü129,3 Kb.


 

108 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Sosial-

siyasi elmlər seriyası   

 

2012 

 

 



 

 

UOT 339.9; 339.9:061(100) 



 

DÖVLƏTİN İQTİSADİ TƏHLÜKƏSİZLİYİ VƏ  

GEOSİYASİ STRATEGİYA 

 

H.H.ASLANOV  

Bakı Dövlət Universiteti 

Dosent1966@mail.ru 

 

İqtisadi  təhlükəsizlik  iqtisadiyyatın  vəziyyətini  qiymətləndirən  bir  anlayışdır.  Çünki 



ölkənin iqtisadi təhlükəsizliyi iqtisadi inkişafın səviyyəsindən asılıdır. 

İqtisadi  təhlükəsizlik  milli  mənafeyi  müdafiə  etməklə  yanaşı,  eyni  zamanda  hökumət 

orqanlarını ölkə iqtisadiyyatının milli mənafeyə uyğun inkişafına və onun reallaşmasına hazır 

olması  və  cəmiyyətin  sosial-iqtisadi  sabitliyini  təmin  etməyə  hazırlamaqdır.  Ölkənin  sosial-

iqtisadi  inkişafının  dinamikliyi  onun  iqtisadi  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  zəruri 

şərtdir. İqtisadi təhlükəsizliyi müəyyən edən bir sıra məsələlər vardır ki, onlardan biri də onun 

geosiyasi  vəziyyətinin  və  milli  maraqlarının  bir  dövlət  kimi  qiymətləndirilməsidir  ki,  bütün 

bunlar məqalədə Azərbaycanın timsalında ətraflı təhlil edilmişdir. 

 

Açar  sözlər:  milli  təhlükəsizlik,  iqtisadi  təhlükəsizlik,  milli  maraqlar,  beynəlxalq  və 

regional təhlükəsizlik, iqtisadi strategiya, geosiyasi strategiya 

 

İqtisadi təhlükəsizlik anlayışı ümumi və geniş məfhumdur. İqtisadi təh-



kəsizlikdə ekoloji təhlükə, demoqrafik təhlükəsizlik, yeraltı və yerüstü sər-

vətlərimiz  üçün  mümkün  təhlükə,  maddi  və  mənəvi  dəyərlərimizin,  yaxud 

döv


lət  şirkətlərinin  qorunması  və  s.  maraq  sahəsi  təhlükəsizlik  problemləri 

zəncirinin halqasıdır. İlk dəfə olaq "iqtisadi təhlükəsizlik" kateqoriyası bir sıra 

funksional bir-

biri  ilə  qarşılıqlı  bloklardan  ibarət  sistem  kimi  təmsil  olunur 

(milli  təhlükəsizlik  konsepsiyası,  iqtisadiyyat  sahəsində  Azərbaycanın  milli 

maraqları,  iqtisadi  təhlükəsizliyin  indikatorları  və  ilkin  əhəmiyyətli,  iqtisadi 

təhlükəsizliyin təşkilatı təminat strukturu və onun hüquqi mexanizmi) 

C

əmiyyət mövcud olandan indiyə kimi insanlar bir-birilə daim mübarizə 



apararaq düşmənçilik etmişlər. Bu mübarizənin əsasında var-dövlətə vəzifəyə, 

torpağa  sahib  olmaq  arzusu  dayanırdı.  Bu  kimi  hallar  isə  xalqlar  və  ölkələr 

arasında ziddiyyətlər yaradırdı. 

B

ir halda ki, təbiətlə cəmiyyət, millətlər və dövlətlər arasında bir-birinə 



qarşı  təhlükə  yaratmaq  meyli  və  imkanı  var,  deməli,  omların  qarşısının 

alınması, yəni təhlükəsizlik tədbirlərinin görülməsi dövlət üçün vacib idi.  

İlk dəfə elmi ədəbiyyatlarda "Təhlükəsizlik" anlayışı XII əsrdə Avropa-



 

109 


da işlədilmişdir. O vaxtlar bu anlayış insan mənəviyyatını hər cür təhlükədən 

qorumaq mənasını vermişdir. Lakin bu anlayış XVII əsrə kimi az işlədilmişdir. 

Bunun əsas səbəbi bu anlayışın "Polis" termini ilə əvəzlənməsidir. Bu dövrdə 

"Polis"  anlayışı  daha  çox  işlənməsi  və  bu  anlayışın  məzmunu  daha  əhatəli 

olmuşdur.  Belə  ki,  onun  məzmunu  dövlət  quruluşunu,  dövlət  idarəetmə 

sistemini  özündə  hifz  etmiş  və  məqsədli  dövlətin  yaxşı  yaşamasını  və 

təhlükəsizliyini təmin etmək idi [3, 234]. 

XVII-


XVIII  əsirlərdən  başlayaraq  bütün  ölkələrdə  belə  bir  konsepsiya 

diqqəti cəlb edirdi ki, dövlətin başlıca vəzifəsi iqtisadi ümumi əhval-ruhiyyəni 

və təhlükəsizliyi təmin etsin. Bununla əlaqədar "təhlükəsizlik" məfhumu yeni 

məna,  vəziyyət,  sabitlik  situasiyası  mənasını  kəsb  edir.  Bu  mənaya  maddi 

material, iqtisadi-

siyasi şərait anlamları da daxil edilirdi. 

"Dövlət qaydaları və ictimai sabitliyin qorunması tədbirləri haqqında" 



qaydalarda. 

Dövlət təhlükəsizliyi anlayışı "ictimai təhlükəsizlik" məfhumu ilə eyni 



qüvvədə işlədilmişdir. Bir neçə ildən sonra isə " ictimai təhlükəsizliyin" təmin 

olunması  anlayışı  qanun  statusu  alaraq  dövlət  təhlükəsizliyinin  saxlanılması 

üçün  mübarizə  formasına  çevrilmiş  və  siyasi  təhlükəsizlik  orqanlarının 

səlahiyyətinə daxil edilmişdir [1, 210]. 

Azərbaycan  yeni  müstəqil  dövlət  olduğuna  görə  onun  həm  təcrübəsi, 

həm də imkanları məhduddur. Lakin müstəqil inkişaf etmiş ölkələrin təcrübə-

lərini  öyrənməklə  Azərbaycanda  iqtisadi  təhlükəsizliyin  təmin  olunmasının 

zəruriliyi,  onun  mahiyyətini  və  məqsədini  müəyyən  etmək  olar.  Məsələn, 

ABŞ-da  iqtisadi  təhlükəsizliyinin  təmin  olunmasının  məqsədi  onun  dünyada 

hegemonluğunu  saxlamaqdır.  Sovet  imperiyasında  iqtisadi  təhlükəsizliyin 

məqsədi  isə  inzibat-amirlik sistemini, sosialist  müstəmləkəçiliyini  qorumaq 

eyni  zamanda  dünyaya  ağalığını  təmin  etmək  olmuşdur.  Bundan  belə  nəticə 

çıxarmaq  olar  ki,  iri  dövlətlərin  iddialarının  heç  biri  Azərbaycanda  yoxdur. 

Onun  iqtisadi  təhlükəsizliyinin  təmin  olunmasının  əsas  məqsədi  ölkəmizin 

suverenliyini  qoruyub  saxlamaq,  ərazi  bütövlüyünü  bərpa  etmək  və  bazar 

iqtisadi sisteminin əsaslarını yaratmaq. Başqa sözlə, bu Azərbaycan Respubli-

kasının  milli  təhlükəsizlik  konsepsiyasının  əsas  cəhətlərindən  biridir  və  bu 

problemin əsas ağırlıq mərkəzi iqtisadi təhlükəsizlik sisteminin üzərinə düşür. 

Buna görə də iqtisadi təhlükəsizlik birinci yerdə durur. 

"İqtisadi təhlükəsizlik " anlayışına baxış genişdir. Bunlara asağıdakıları 

daxil etmək olar: 

1. 


Ölkənin  keyfiyyətcə  iqtisadi  vəziyyətinin  müəyyən  edilməsi  ən  azı 

mövcud vəziyyəti saxlamaq, imkan daxilində cəmiyyəti mütərəqqi istiqamətdə 

inkişaf etdirmək; 

2. 


İqtisadiyyatı elə səviyyədə əlaqələndirmək lazımdır ki, o şəxsiyyətin 

həyat  səviyyəsini  yüksəltməyə  qadir  olsun,  cəmiyyətin  və  dövlətin  sosial-

iqt

isadi  və  hərbi-siyasi  birliyini  təmin  edə  bilsin,  həm  də  daxili  və  xarici 



təhlükənin qarşısını almağa iqtisadi gücü çatsın; 


 

110 


3.

 

Əhalinin  normal  həyat  fəaliyyətini  təmin  edən  iqtisadi  sistem 



yaratmaq. Bu elə sistem olmalıdır ki, xalq təsərrüfatını resurslarla təmin etsin 

və Azərbaycanın milli dövlət marağını reallaşdıra bilsin; 

4.

 

İqtisadiyyatın  inkişafı  elə  səviyyədə  olmalıdır  ki,  əlverişsiz  amillər 



olsa  belə  ölkənin  sosial-iqtisadi  və  hərbi  sabitliyinin  iqtisadi  cəhətdən  təmin 

etmək mümkün olsun

5.

 

Şərait  və  amillərin  məcmusu  elə  bir  səviyyədə  olmalıdır  ki,  milli 



iqtisadiyyatın müstəqilliyini, onun sabitliyini saxlamağa gücü çata bilsin, eyni 

zamanda əsas istehsal fondlarının daim tənzimlənməsinə şərait yaradılsın. 

Yuxarıda  sadaladığımız  təriflər  "iqtisadi  təhlükəsizlik  "  anlayışının 

mahiyyətini açmağa imkan verir. 

Beləliklə,  iqtisadi  təhlükəsizlik  yalnız  milli  mənafeyi  müdafiə  etmək 

deyil, eyni zamanda hökumət orqanlarını ölkə iqtisadiyyatının milli mənafeyə 

uyğun  inkişafına  və  onun  reallaşmasına  hazır  olması  və  cəmiyyətin  sosial-

iqtisadi sabitliyini təmin etməyə hazırlamaqdır [2, 165]. 

Azərbaycanda, iqtisadi təhlükəsizlik sisteminin formalaşmasında coğrafi 

və tarixi amillər bir çox dövlətlərə nisbətən daha böyük rol oynayır. Ona görə 

də bu amillərin nəzərə alınması zəruridir. 

Azərbaycanın mühüm coğrafi məkanda  yerləşməsi və gözəl təbii-iqlim 

şəraitinin olması tarix boyu dünyaya ağalıq etmək iddiasında olan dövlətlərin 

təhlükəsinə məruz qalmışdır. Elmi texniki inqilabin baş verdiyi indiki dövrdə 

təbii  xammala  və  yanacaq  enerjiyə  tələbatın  artması  ilə  əlaqədar  olaraq 

Azərbaycana sənayedə inkişaf etmiş iri dövlətlərin marağı daha da artmışdır.  

Dövlətin  strateji  məkanda  yerləşməsi  və  buna  görə  də  onların  bu 

məkanda  mənafelərinin  toqquşmasını  iqtisadi  təhlükəsizliyin  təmin olunma-

sına  mənfi  təsiri  qarşılıqlı  əməkdaşlığın  təşkil  olunmasında  nəzərə  alınmalı, 

tarixi  düşmən  dövlətlər  tərəfindən  törədilə  biləcək  iqtisadi  təhlükələr  və 

onların qarşısının alınmasının üsul və vasitələri müəyyənləşdirilməlidir. 

Məlumdur ki, hər hansı iqtisadi hadisə və proseslərin bir çox səbəbləri 

vardır.  Bunlar  qarşılıqlı  əlaqə  və  vəhdətdə  fəaliyyət  göstərir  və  biri  digərini 

şərtləndirir.  Məhz  amil  anlayışı  da  bunları  özündə  birləşdirdiyinə  görə  digər 

kəmiyyət göstəricilərindən fərqlənir. 

İqtisadi  təhlükəsizlik  kriteriyası  iqtisadiyyatın  vəziyyətini  qiymət-

ləndirən bir anlayışdır. Çünki ölkənin iqtisadi təhlükəsizliyi iqtisadi inkişafın 

səviyyəsindən asılıdır. İqtisadi təhlükəsizliyin mahiyyəti burada əks olunur. 

Təhlükəsizliyin kriterial qiyməti aşağıdakıları özündə birləşdirir: 

resurs potensialı və onun inkişaf etdirmək imkanı; 



əmək kapitalı və digər resurslardan səmərəli istifadə etmə səviyyəsi, 

onun  inkişaf  etmiş  qabaqcıl  ölkələrlə  müqayisə  də  hansı  səviyyədə  olması, 

habelə daxili və xarici təhlükəni minimuma endirmək imkanı; 

-

 

İqtisadiyyatın rəqabət qabiliyyəti; 



-

 

Suverenlik, müstəqillik və xarici təhlükənin qarşısını almaq imkanı; 



-

 

Sosial sabitliyi və sosial ziddiyyəti həll etmək qabiliyyəti. 




 

111 


Göründüyü  kimi  ölkənin  sosial-iqtisadi  inkişafının  dinamikliyi onun 

iqtisadi  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  ikin  zəruri  şərtdir.  Belə  ki, 

ölkənin  iqtisadiyyatının  davamlı  və  dayanıqlı  inkişafını  təmin  etmək  üçün 

inkişaf prosesində qarşıya çıxan problemlər öz həllini vaxtında tapmalıdır. Əks 

halda, bu 

problemlər sosial iqtisadi inkişafın buxovuna çevrilir və ölkə üçün 

daim  qaynaqlanan  təhlükə  mənbəyinə  çevrilir.  Bu  problemlər  mərhələli 

şəkildə həll olunmalı, mütəmadi olaraq yeniləşən iqtisadi mexanizm vasitəsilə 

və inkişafın təkamül yolu ilə daha yüksək mərhələyə qalxmalıdır [5, 157]. 

İqtisadi təhlükəsizliyə mənfi təsiri aşkara çıxarmaq və onu proqnozlaş-

dırmaq üçün ölkənin iqtisadi inkişaf səviyyəsinə nəzarət etmək zəruridir. Bu-

nun  üçün  göstəricilərin  sərf  nəzər  edilməsi,  onların  iqtisadi  təhlükəsizliyinin 

təmin  edilməsinə  görə  əhəmiyyəti  nəzərə  alınmalıdır.  Bu  göstəricilər  tədqiq 

edi


lərkən ona kompleks şəkildə yanaşılmalı və onun əsasında iqtisadi təhlükə-

sizliyin "diaqnozu" müəyyənləşdirilməlidir. Yalnız bu iş başa çatdıqdan sonra 

iqtisadi təhlükəsizliyin qarşısının alınması üçün lazımi tədbirlər görülməlidir. 

Təhlükənin  mənbəyi  düşmənçilik,  pozuculuq,  pis  məqsədi  həyata 

keçirmək  üçün  şərait  və  amillərin  olmasıdır.  Təhlükənin  mənbəyi  mənşə 

etibarilə üç formada təzahür edir: 1) təbii 2) texnogen 3) sosial. Təbii təhlükə-

yə  təbiətin  qanunları  əsasında  baş  verən  təbii  hadisələr  daxildir.  Buraya 

zəlzələlər, daşqınlar, quraqlıq və başqalarını aid etmək olar. Texnogen anlayışı 

hər bir insanın genində tamahkarlığın olması başqasının haqqını tapdalaması 

nəticəsində  insanlar  arasında  düşmənçiliyin  yaranması  elmi-texniki  inkişafın 

ətraf mühiti, yararsızlaşdırılması kimi problemlər öz məzmununa ehtiva edir. 

Sosial mənşəli təhlükə ilə əhalinin sosial vəziyyətinin pisləşməsi nəticəsində 

sosial partlayışın yaranması şəraiti kimi başa düşülməlidir. 

Bütün bu qeyd olunanları nəzərə alaraq məfhum kateqorial təhlükəsizlik 

an

layışını belə ifadə etmək olar: " Təhlükəsizlik" həyatı vacib olan sosial ma-



raqların, onun strukturlarının daxili və xarici təhlükədən müdafiə olunmasıdır. 

Həyatı vacib maraqlar, dövlətin cəmiyyətin vətəndaşların mütərəqqi in-

ki

şafı  imkanlarının  etibarlı  təminatını  təmin  edən  tələbatların  məcmusudur. 



Mil

li dəyərlər-ölkənin mövcudluğu və inkişafı üçün zəruri olan maddi mənəvi 

intellektual mülki

yyətlərin məcmusudur. Milli həyat tərzi - ölkədə bütünlükdə 

cəmiyyətin və ayn-ayrı milli qruplar tərəfindən qəbul edilmiş uzun tarixi dövr-

də fəaliyyət göstərən davranış qaydaları, mənəvi yaşayış tərzidir. Təhlükəsiz-

lik-

dövlətin,  cəmiyyətin,  şəxsiyyətin  təhlükəsizliyinin  təmin  edilməsi  üzrə 



sosial fəaliyyətin nəticəsidir. 

Dövlətin, cəmiyyətin, şəxsiyyətin təhlükəsizliyinin təmin olunması fəa-

liy

yəti  sosial  individlər,  sosial  qruplar  arasındakı  ziddiyyətlərin  həll  edilmə-



sidir.  Təhlükə-təhlükəsizliyin  təmin  edilməsi  üzrə  fəaliyyət  obyektidir.  Bu 

zaman  fəaliyyətin  predmeti  təhlükənin  konkret  hədə  forması  kimi  çıxış  edir. 

Belə hədənin konkret daşıyıcıları isə təbii, sosial-ictimai hadisələrdir. 

Real və potensial təhlükələr mümkünlüyünə görə bir-birindən fərqlənir. 

Hədəf istiqamətinin xarakterinə və baş verməsində subyektiv amillərin roluna 



 

112 


görə  təhlükənin  növlərini  biri-birindən  fərqləndirmək  lazımdır.  Məsələn 

meydan oxuma, konkret olaraq qorxu törədən xarakter daşımasa da mütləq ona 

reaksiya vermək, münasibət bildirmək lazım gəlir. Təhlükə zərərin vurulma-

sının  dərk  edilməsi,  təhlükədən  qaçmağın  mümkün  olmasını  etiraf  etməkdir. 

Hədə-qorxu  cəmiyyətin  və  dövlətin,  habelə  milli  dəyərlərin  və  milli  həyat 

tərzinin təhlükə qarşısında qalmasının şərtləri və amillərinin məcmusudur. 

Təhlükə  vurulan  zərərin  nəticələrinin  miqyasına  və  səviyyəsinə  görə 

aşağıdakı formalarda olur: 

-

 

beynəlxalq (dünyanın regionları mənasında, regional və qlobal) 



-

 

milli, lokal (ölkə və ölkənin regionları mənasında) 



-

 

xüsusi (firma və şəxs) 



Nəhayət, təhlükəni ictimai həyatın bütün sahələri və insan fəaliyyətinin 

növləri kimi təsnifləşdirmək mümkündür. 

Təhlükəsizlik kateqoriyası belə təsnif oluna bilər.  

I. miqyas əlamətinə görə. 

a)

 

beynəlxalq qlobal təhlükəsizlik; 



b)

 

beynəlxalq regional təhlükəsizlik; 



c)

 

milli təhlükəsizlik; 



d)

 

yerli təhlükəsizlik; 



Öz növbəsində milli təhlükəsizlik sistemi bölünür: 

a)

 



dövlət təhlükəsizliyi; 

b)

 



yerli "regional" təhlükəsizlik; 

c)

 



xüsusi (firma və şəxsiyyət) təhlükəsizliyi; 

Milli təhlükəsizliyin müxtəlif aspektləri aşağıdakı anlayışları əhatə edir: 

a)

 

milli - 



dövlət təhlükəsizliyi; 

b)

 



federal təhlükəsizlik ; 

c)

 



ictimai təhlükəsizlik; 

II. 


Hədənin-qorxunun tipindən asılı olaraq beynəlxalq və milli təhlükə-

siz


lik isə belə təsnif olunur: 

-

 



ekoloji təhlükəsizlik; 

-

 



iqtisadi təhlükəsizlik ; 

-

 



hərbi təhlükəsizlik; 

-

 



resurs təhlükəsizliyi; 

-

 



informasiya təhlükəsizliyi; 

-

 



sosial təhlükəsizlik; 

-

 



elmi - 

texniki təhlükəsizlik; 

-

 

enerji təhlükəsizliyi; 



-

 

nüvə təhlükəsizliyi; 



-

 

siyasi təhlükəsizlik; 



-

 

innovasiya təhlükəsizliyi; 



-

 

hüquqi təhlükəsizliyi; 



-

 

mədəni təhlükəsizlik; 



-

 

texniki 



təhlükəsizlik. 


 

113 


III. 

Təhlükəsizlik mənbəyindən asılı olaraq: 

-

 

təbii təhlükəsizlik; 



-

 

texnogen təhlükəsizlik. 



Dövlət, millət o vaxt təhlükəsiz vəziyyətində olur ki, daha pis vəziyyətdən 

qurtarmaq üçün milli maraqlarını əldən vermir, milli məqsədləri rəhbər tutaraq 

siyasi, iqtisadi, psixoloji mübarizə aparmaq vəziyyətində, imkanında olur. 

Dövlət və millətin təhlükəsizliyini belə təsvir etmək olar: 

1. 

Əlverişsiz  şəraitin  yaranmasında  subyektiv  amillərin  rolu  və  ünvanlı 



istiqamət xüsusiyyətinə görə. 

-

 



çağırış  -  qəti  təhlükəli  xüsusiyyətə  malik  olmayan,  lakin  ona  diqqət 

yetirilməsi vacib olan şəraitlər məcmuudur; 

-

 

hədə  (qorxu,  təhlükə)  -  müəyyən  qədər  konkret,  aktuallaşmış  (və  ya 



artıq  fəaliyyətə  başlamış)  təhlükə,  vətəndaşların  marağına  təsir  göstərə  bilən 

amil və şərtlərin məcmusudur

-

 

risk  - 



subyektin  fəaliyyətindən  yarana  bilən  arzuolunmaz,  əlverişsiz 

nəticələrin ehtimalı. 

2. 

Səbəb- nəticə əlaqələrinə uyğun olaraq təhlükənin yaranmasına görə: 



Şəxsiyyətin (vətəndaşın) həyat və sağlamlığına birbaşa ziyan dəyməsi; 

-

 

ərazinin boşalması, onun mənəvi dəyərlərinin məhv edilməsi. 



3. Təhlükənin yaranma mənbələrinə görə: 

-

 



təbii təbiət hadisələri; 

-

 



texnogen; 

-

 



sosial. 

4. 


adekvat olmayan enerji informasiya, maddə cisim axını: 

-

 



təbii-ekoloji,  təbii  hadisələrin  dağıdıcı  təsiri,  təbii  miqrasiyanın 

pozulması; 

-

 

texnogen istehsal, enerjilərinin arzuolunmaz tullantıları; 



-  antropogen  - 

sosial,  informasiyaların  bilərəkdən  gizlədilməsi,  təhrif 

edilməsi, onların şəxsiyyət (vətəndaş) tərəfindən dərk edilməsi xüsusiyyətləri. 

5. 


Ehtimallıq dərəcəsinə görə: 

-

 



real təhlükə; 

-

 



mötəməl ( potensial) təhlükə. 

6. 


Səviyyəsinə görə (əhatə dairəsi, neqativ nəticə) : 

-

 



beynəlxalq, qlobal, regional, dünyanın bir regionu; 

-

 



milli, yerli (lokal) - 

ölkənin regionu; 

-

 

xüsusi, firma, şəxsiyyət. 



7. 

Bəşəriyyətin  fəaliyyət  növü  və  ictimai  həyat  sferaları  üzrə  mövcud 

olan təhlükələr. 

Müxtəlif  regionlarda  və  xaricdə  baş  verən  proseslər  millətin  durumuna, 

onun  gələcək  inkişafına  əsaslı  təsir  göstərə  bilər.  Bu  isə  öz  növbəsində  milli 

məqsədlərin müəyyən edilməsinə və dərk edilməsinə təsir göstərir. Bununla əla-

qədar  daxili  və  xarici  təhlükəsizlik  fərqləndirilir.  Xarici  təhlükənin  müəyyən 

edilməsi isə millətin dünyada, coğrafi və geostrateji yeri və rolu ilə əlaqədardır. 




 

114 


Milli  təhlükəsizlik  sistemi  -  dövlət  konstitusiyasında  nəzərdə  tutulmuş 

hüquqi norma və aktların, qanunverici və icraedici orqanların milli maraqların 

təmin  olunmasına  istiqamətlənmiş  metodların  və  s  yaradılmış  sistemidir. 

Subyektin  təşkiledici  funksiyası  ilə  əlaqədar  olaraq  təhlükəsizliyin  dövlət 

sistemi bir-bi

rindən fərqləndirilir. Bunların hər ikisi milli maraqlara qarşı real 

və  potensial  təhlükələrin  aşkar  edilməsində  onlarla  mübarizə  tədbirlərinin 

hazırlanmasında  həyata  keçirilməsində  bir-birinin  tamamlayır,  bir-birinə 

nəzarət  edirlər.  Mili  təhlükəsizlik  sistemində  yüksək  effektivliyə  o  vaxt  nail 

olunur  ki,  beynəlxalq  və  regional  təhlükəsizlik  sistemi  qarşılıqlı  əlaqədə 

fəaliyyət göstərmiş olsun [4, 85]. 

Azərbaycanının milli təhlükəsizlik konsepsiyasının əsas elementlərindən 

bi

ri  iqtisadi  təhlükəsizlikdir.  Azərbaycanın  iqtisadi  təhlükəsizliyi  onun  milli 



təhlükəsizliyi sisteminin bir hissəsi olub, onun tərkibinə daxildir. Milli təhlü-

kəsizlik iqtisadi təhlükəsizlikdən daha geniş anlayışdır. Bunların hər ikisi döv-

lətin ümumi strategiyasından qidalanır. Azərbaycanın mili təhlükəsizlik kon-

sep


siyası işlənib hazırlanarkən o iqtisadi sahədə Azərbaycanın milli mənafeyi-

nə uyğun konkretləşdirilir. Azərbaycan dövləti iqtisadi təhlükəsizlik konsepsi-

ya

sını hazırlayarkən ikiyüz ilə yaxın müstəmləkə olmasını, onun törətdiyi fə-



sad

ları, 70 il istehsalı səmərəli təşkil edə bilməyən inzibati-amirlik sistemində 

yaşamasını  və  onun  müstəqilliyini  istəməyən  düşmən  dövlətlərlə  əhatə 

olunmasını  nəzərə  almalıdır.  Çünki  bu  reallığı  nəzərə  almadan  nə  dövlətin 

daxilində, nə də beynəlxalq səviyyədə heç bir vəzifəni yerinə yetirmək olmaz. 

Milli təhlükəsizlik iqtisadi təhlükəsizlikdən başqa, özündə həm də hərbi, 

ekoloji, informasiya, sosial, energetika, milli-

mənəvi  dəyərlər  və  digər 

təhlükəsizlik  formalarını  birləşdirir.  Milli  təhlükəsizliyin  bütün  növləri  bir-

birilə qarşılıqlı əlaqədə olmaqla onların biri digərinə müsbət yaxud da mənfi 

təsir  göstərir.  Məsələn,  iqtisadiyyatı  zəif  inkişaf  etmiş  dövlətlər  öz  hərbi 

təhlükəsizliyini təmin edə bilməz. Ona görə də belə ölkədə sosial partlayışın, 

sosial  ziddiyyətlərin  olması  qaçılmazdır.  Eyni  zamanda,  dövlətin  müdafiə 

qüdrətinin möhkəm olması ölkənin milli iqtisadiyyatının inkişafı üçün əlverişli 

şərait  yaradır.  Buna  baxmayaraq,  milli  təhlükəsizliyin  əsasında  iqtisadi 

təhlükəsizlik durur və o milli təhlükəsizliyin bazisi hesab edilir. 

Təhlükəsizliyin təmin edilməsi çox çətin və mürəkkəb prosesdir. O qar-

şılıqlı əlaqə və qarşılıqlı asılılıqda olan üç sahəni əhatə edir. Buraya şaquli isti-

qa

mətdə,  yəni  cəmiyyətin  təhlükəsizliyin  təmin  edilməsi  və  dövlətin  təh-



lükəsizliyinin təmin edilməsi daxildir. İqtisadi təhlükəsizliyin təmin edilməsi 

predmeti  eyni  zamanda  üfüqi  səviyyədə  olan  münasibətləri  də  əhatə  edir. 

Buraya siyasi, hərbi, informasiya, elmi-texniki və s. sahələrin təhlükəsizliyinin 

təmin edilməsini də daxil etmək lazımdır [9, 226]. 

Təhlükəsizlik  hər  şeydən  əvvəl  vətəndaşın  cəmiyyətin  və  dövlətin 

mühüm həyatı mənafelərini əhatə etməlidir. Onların tələbatlarının daha dolğun 

və  etibarlı  ödənilməsi  ölkənin  təhlükəsizliyinin  təmin  olunmasından  asılıdır. 

Təhlükəsizliyə həm də milli həyat tərzi daxildir. Beynəlxalq iqtisadi inteqrasi-




 

115 


ya

nın  və  qloballaşmanın  geniş  miqyas  aldığı  indiki  şəraitdə  millətin  özünə-

məxsusluğunun qorunması olduqca zəruri amildir. Belə ki, hər millətin tarixən 

for


malaşmış mənəviyyatının və əxlaqının qorunub saxlanılması dövlətin əsas 

vəzifələrindən biridir. 

İqtisadi  təhlükəsizliyi  müəyyən  edən  əsas  məsələlərdən  biri  də 

Azərbaycanın,  onun  geosiyasi  vəziyyətinin  və  milli  maraqlarının  bir  dövlət 

kimi qiymətləndirilməsidir.  

Azərbaycanın  geosiyasi  vəziyyətini  müəyyən  etmədən  ölkənin  milli 

maraqla

rını, onun xarici siyasətini təyin etmək, xarici bazarların dəqiq struk-



turuna, milli əmtəə istehsalçılarının ixrac mallarının bu bazarlara irəliləməsinə 

yardım  sisteminə  malik  olmaq  çox  mürəkkəb  olduğu  üçün  ümumilikdə 

effektiv  bazar  iqtisadiyyatını  yaratmaq  və  bu  baxımdan  da  onun  təhlükəsiz 

inkişafını təmin etmək  mümkün deyildir. Mədəni-tarixi inkişafın gedişatında 

formalaşaraq  ölkənin  geosiyasi  vəziyyətini  nəzərə  alaraq  etnosun mövcudiy-

yətinin  fundamental  amilləri  onun  əhalisinin  yerləşdirilməsi  coğrafiyası  ilə 

müəyyən  edilir.  Bu  baxımdan  geosiyasi  strategiyanın  "geosiyasət-milli 

maraqlar-

iqtisadi  təhlükəsizlik"  sistemində  təyinedici  strategiya  olduğunu  da 

hesab etmək mümkündür [8, 214].   

 

İndiki  şəraitdə  təhlükəsizlik  sahəsində  geosiyasət  anlayışının  da 



mahiyyətini bilmək lazımdır. Geosiyasət elmin başqa sahələrinə nisbətən gənc 

elimi  istiqamətdir.  Bu  gün  geosiyasət  elmi  dedikdə  dövlətin,  regionun,  və 

bütövlükdə  dünyanın  inkişafına  coğrafi,  siyasi,  iqtisadi,  hərbi,  ekoloji,  etnik, 

dini  və  digər  amillərin  təsiri  altında  müxtəlif  ərazilərə  və  əhaliyə  nəzarətin 

həyata  keçirilməsi  başa  düşülür.  Bu  və  ya  digər  dövlətin  və  regionun 

təhlükəsizlik  problemi  dəqiq  edərkən  geosiyasət  amilləri  nəzərə  alınmaqla, 

onu qiymətləndirməmək mümkün deyil. Bilmək lazımdır ki, həmişə və hazırda 

Azərbaycan üçün törədilən siyasi və iqtisadi təhlükələr Azərbaycanın mühüm 

geosiyasi və geostrateji məkanda yerləşməsi ilə əlaqədar olmuşdur. Ona görə 

də  Azərbaycanın  milli  və  iqtisadi  təhlükəsizlik  konsepsiyası  işlənib 

hazırlanarkən bu amillər nəzərə alınmalıdır. 

Hər bir dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsində onun stra-

teji və qeyri-strateji regionda yerləşməsi mühüm təsir göstərən amillərdəndir. 

Bu baxımdan geosiyasət anlayışına geostrateji region kateqoriyası da daxildir. 

Geostrateji  region  iri  coğrafi  məkan  olub,  qlobal  əhəmiyyət  kəsb  edir.  O 

dünyanın kifayət qədər iri hissəsi olur və xarici ticarətin istiqamətini, mədəni 

və  ideoloji  əlaqəsini  və  qarşılıqlı  asılılığını  özündə  əks  etdirir.  Geosiyasi 

region  geostrateji  regionun  bir  hissəsidir  və  coğrafi  əlamətləri  özündə  əks 

etdirir. 

Hər bir dövlət və ya qurum məqsədə çatmaq üçün özünün strategiyasını 

işləyib  hazırlamalıdır.  Strategiya  anlayışı  yunan  mənşəli  sözdür.  O  ilk  dəfə 

qədim  Yunanıstanda  hərbi  məqsəd  üçün  işlədilmişdir.  Strategiya  müharibə 

vaxtı  quru  və  ya  dəniz  qüvvələrindən  irimiqyaslı  əməliyyatlarda  istifadə 

edilməsi kimi başa düşülmüşdür. Lakin müasir dövrdə ölkənin iqtisadi və milli 




 

116 


təhlükəsizlik  elmində  hərb  sənəti  kimi  deyil,  iqtisadi  və  milli  təhlükəsizlik 

anlayışı kimi də işlədilir və Azərbaycan dilinin lüğət fonduna daxil olmuşdur. 

Azərbaycan müstəqilliyi bərpa etdikdən sonra özünün siyasi strategiyası-

nı işləyib hazırlamışdır. Siyasi strategiyada utopiya deyil, konsepsiya əsas gö-

rülür. Bu zaman siyasi məqsəd düzgün seçilməli, kortəbii siyasi proseslərin 



qarşısı alınmalıdır. 

Siyasi strategiya dövlətin əsas məqsədi, prinsipi olub,  yalnız bu günün 

deyil,  gələcək  inkişafın  müəyyən  edilməsi  deməkdir.  Strategiya  əsas  siyasi 

məqsədin həyata keçirilməsinin elmi konsepsiyasıdır. 

Deməli, siyasi strategiya nəzəri, elmi konsepsiya və praktik fəaliyyətdən 

ibarətdir.  Siyasi  strategiya  cəmiyyətin  inkişaf  qanunauyğunluğunu  əsas 

göstərməlidir,  əks  təqdirdə  siyasi  strategiyanın  həyata  keçirilməsi  qeyri 

mümkün hala çevrilir. 

Ölkənin inkişaf istiqaməti siyasi strategiya adlanır. Siyasi strategiya real 

gerçəkliyə  əsaslanmalıdır.  Utopiya,  düzgün  olmayan  xəyali  siyasi  strategiya 

ölkəni  inkişafa  deyil,  məhvə  doğru  aparır.  Hazırda  Azərbaycanın  siyasi 

strategiyasının  məqsədi  inzibati-amirlik  iqtisadi  sistemindən  bazar  iqtisadi 

sisteminə  keçmək,  demokratik  cəmiyyət  qurmaq,  müstəqilliyini  və  ərazi 

bütövlüyünü təmin etməkdir. 

Siyasi strategiyada milli təhlükəsizlik problemi əsas yer tutur. Milli təh-

kəsizlik siyasəti ölkənin ərazi bütövlüyünün qorunması, separatizmin, terro-



rizmin, qeyri-

sabitliyin  qarşısının  alınmasından  ibarətdir.  Siyasi  strategiyada 

milli  güc  müəyyən  edilir.  Milli  gücə  milli  mənafelərin  qorunması,  iqtisadi, 

siyasi, milli-

mədəni  və  ordunun  gücü  daxildir. Milli  güc  siyasi  strategiyanın 

həyata keçirilməsi üçün imkan və şərait yaratmalıdır. 

Dünyanın  inkişaf  etmiş  ölkələri  siyasi  strategiyalarını  aşağıdakı 

istiqamətdə qurular: 

1. Hegemon

çuluq siyasəti. 

2. Texnokratiya siyasəti. 

3. Siyasi-

mədəni təsir siyasəti. 

Onlar  öz  məqsədlərini  iqtisadi  inkişaf,  investisiya,  elm,  texnika 

sahəsində qarşılıqlı əməkdaşlıq siyasətini genişləndirməklə həyata keçirməyə 

çalışırlar.  Qeyri-demokratik  dövlətlər  isə  öz  siyasi  strategiyalarını  daha  çox 

hərbi güc ilə reallaşdırmağa üstünlük verirlər. 

Milli  təhlükəsizlik  strategiyasında  iqtisadi  təhlükəsizlik  strategiyası 

mühüm yer tutur. Çünki bunlar bir-

biri ilə qarşılıqlı əlaqədə və vəhdətdə olub, 

biri digərini şərtləndirir. 

Dövlətin  iqtisadi  strategiyası  həm  daxili,  həm  də  xarici  siyasətdə  milli 

mənafeyi,  təhlükəsizliyi  və  büdcə  xərcinin  daha  vacib  istiqamətlərə  yönəl-

dilməsini nəzərdə tutur. 

Xarici siyasətdə cəmiyyətin iqtisadi, hərbi, sosial, insan, ideoloji-mənəvi 

resursları nəzərə alınır. Ölkədə daxili sabitliyin yaradılması üçün korrupsiya, 

mütəşəkkil cinayətkarlıq, etnik gərginlik, işsizlik problemi aradan qaldırılır. 



 

117 


Azərbaycanın  iqtisadi  təhlükəsizliyi  strategiyası  fərdin,  cəmiyyətin  və 

dövlətin  mühüm  iqtisadi  maraqlarına  təhlükə  yarada  bilən  amilləri,  qısa  və 

ortamüddətli  perspektivdə  ölkənin  sosial-iqtisadi  sisteminin  dayanıqlığına 

təhlükə  törədə  bilən  faktorların  müəyyənləşdirilməsini  və  monitorinqini, 

iqtisadi  sahədə  milli  maraqları  şərtləndirən  və  iqtisadi  təhlükəsizliyin 

tələblərinə  cavab  verən  kriteriya  və  parametrlərin  müəyyənləşdirilməsini  öz 

məzmununda ehtiva edir. 

Göründüyü  kimi,  siyasi,  milli  və  iqtisadi  təhlükəsizlik  strategiyalarının 

hər  biri  uzunmüddətli  məqsədin  həyata  keçirilməsini  əks  etdirir.  Hər  bir 

subyekt həmin məqsəd reallaşandan sonra strategiyada dəyişiklik edir [10, 94]. 

İqtisadi  və  beynəlxalq  münasibətlər  çox  mürəkkəb  və  dəyişkən 

olduğundan  milli  və  iqtisadi  təhlükəsizlik  strategiyasında  məqsədin  həyata 

keçirilməsinə  təsir  göstərən  amillərin  hamısını  əks  etdirmək  mümkün  deyil. 

Təbii amillər də buna mühüm təsir göstərir. Çünki bir neçə il sonra təbiətdə nə 

kimi hadisələr baş verməsini demək çətindir. Bununla əlaqədar olaraq, hər bir 

dövlət özünün milli və iqtisadi təhlükəsizlik konsepsiyalarını işləyib hazırlayır. 

Başqa sözlə, problemin həllinə öz baxışlarını müəyyənləşdirirlər. Burada milli 

və iqtisadi strategiyalarda qarşıya qoyulmuş məqsədlərin reallaşmasının imkan 

və  vasitələri  dəqiqləşdirir,  müasir  dövrə  uyğun  gəlməyən  hədəflər  çıxarılır, 

reallıqlar nəzərə alınır.  Deməli, milli və iqtisadi təhlükəsizlik anlayışları bir-

biri  ilə  qarşılıqlı  əlaqədə  olduğu  kimi,  iqtisadi  təhlükəsizlik  və  iqtisadi 

konsepsiya da biri digərindən yaranır və ona xidmət edir. Başqa sözlə, iqtisadi 

təhlükəsizlik milli təhlükəsizliyin reallaşmasını şərtləndirdiyi kimi, konsepsiya 

da iqtisadi təhlükəsizliyin təmin olunmasına xidmət edir. 

Beləliklə, müasir dövrün siyasi konsepsiyaları içərisində geopolitik kon-

sep


siya mühüm yer tutur. Dövlətin daxili və xarici iqtisadi strategiyası, bey-

nəlxalq və regional münasibətlər, milli təhlükəsizlik, etnosun yaranması və in-

ki

şafı problemləri ilə izah edilir. Yunan dilində "geo" Azərbaycan dilində yer, 



"po

litik" isə " Azərbaycan dilində dövlət, siyasət mənasını verir. Beynəlxalq 

nasibətlərdə geopolitika dedikdə, müəyyən coğrafi məkanda yerləşən döv-



lətin  xüsusiyyətləri,  onun  regional  və  qlobal  beynəlxalq  proseslərdə  iştirakı 

başa düşülür. 

Cəmiyyətin  inkişafının  ümumi  qanunauyğunluqlarından  biri  də  hər  bir 

öl

kənin  iqtisadiyyatının  inkişafında  və  təhlükəsizliyinin  təmin  edilməsində 



coğrafi məkanın mühüm rol oynamasıdır. Bu amilin təsiri nəinki daimidir, hət-

ta cəmiyyət inkişaf etdikcə, xüsusilə bazar iqtisadiyyatı sisteminin müasir mər-

hələsində onun əhəmiyyəti daha da artmışdır. Başqa sözlə, iri, güclü dövlətlər 

mühüm  strateji  məkanda  yerləşən  dövlətləri  işğal  etmək  uğrunda  daim 

müharibələr aparmış və bir-birinə təhlükə törətmişlər. Məsələn, əgər quldarlıq 

dövründə daha çox qul əldə etmək uğrunda müharibə aparılırdısa, feodalizmdə 

daha məhsuldar torpaqların ələ keçirilməsi uğrunda müharibələr aparılırdı. 

Milli  strategiyada  geopolitik  təhlükəsizlik  amili  mühüm  yer  tutur. 

Geopolitika  əlverişli  məkan  və  hərbi  strateji  təhlükəsizlik  amilini  birləşdirir. 



 

118 


Coğrafi məkanda insanlar qəbilə, tayfa, xalq, millət kimi tarixi birlik forma-

sında yaşayıblar. Tarixi araşdırmalar göstərir ki, coğrafi məkan milli dövlətin 

yaranmasının şərtlərindən biridir. Məkana görə dövlətlər kontinental, sahil və 

ada dövlətlərinə bölünürlər. Dövlət milli strategiyanı və milli təhlükəsizliyini 

həyata  keçirərkən  coğrafi  şərait  nəzərə  alınır.  Müasir  güclü  dövlətlər  dünya 

okeanlarına və dənizlərə nəzarəti öz əllərində saxlamağa çalışırlar. Geopolitika 

bütövlükdə dövlətin təhlükəsizliyini əhatə edən milli strategiyadır. 

Geopolitika coğrafi məkanı, sosial-iqtisadi amillə əlaqələndirilir. Y.Las-

kotanın fikrinə görə, geopolitika ərazi uğrunda mübarizəni öyrənir. A.Ziqfıld 

isə,  geopolitikada  məkanın  iqliminə  üstünlük  verir.  Çünki  əhalinin  tempe-

ramenti iqlim

dən asılıdır. 

Avropada  geopolitika  əsasən  dövlətin  xarici  siyasəti  ilə  əlaqələndirilir. 

Güclü dövlətlər dünyanın geopolitik cəhətdən əhəmiyyətli olan ərazilərini ələ 

keçirmək üçün tarix boyu müharibə aparıblar.  İndi də iri dövlətlər bilavasitə 

müharibə  aparmasalar  da,  gizli  yollarla,  siyasi  və  iqtisadi  üsullarla  inkişaf 

etməkdə və keçid iqtisadiyyatlı kiçik, zəif, xüsusilə mühüm strateji məkanda 

yerləşən ölkələri öz nəzarətləri altında saxlamağa çalışırlar. Mühüm geostrateji 

məkan  kimi  səciyyələnən  Azərbaycan  Avropanı  maraqlandırır.  Tarixi  hadi-

sələrdən  asılı  olaraq  "Qafqaz  teatr  səhnəsində",  Avropa  "siyasi  oyunlarda" 

iştirak etmişdir. 

 

ƏDƏBİYYAT 

1.

 

Гончаренко  Л.М.  Экономическая  безопасность  личности  /  Под  ред.  Е.А.Олейни-



кова–Иванова. Иваново: Ивановский Гос. Университет, 1999, с. 427. 

2.

 



Экономическая  безопасность  и  инновационная  политика  (страна,  регион,  фирма), 

вып.2 / Под. ред. Е.А.Олейникова, М.: Инфра, 1993, с. 340. 

3.

 

Məmmədov  N.M.,  Bərxudarov  M.İ.  İqtisadi  təhlükəsizlik.  Ali  məktəblər  üçün  dərslik, 



Bakı: İqtisad Univesiteti, 2006, s. 452. 

4.

 



Tanrıverdi Əhməd Paşa. Regionların iqtisadi inkişafının dövlət tənzimlənməsinin başlıca 

problemləri, Bakı, 2005. AMEA, s.187. 

5.

 

Экономическая безопасность. Финансы-Банки. / Под ред. академика. В.К.Сенрадо-



ва, М.: İnfra, 1998, 340 c. 

6.

 



Coref E. Stiglis. Qloballaşma və onun doğurduğu narazılıqlar. Bakı: Nurlan, s. 274. 

7.

 



Milli  təhlükəsizlik  haqqında  Azərbaycan  Respublikası  Qanunvericilik  toplusu.  Qanun, 

№8, 2004, 31 avqust, s. 365.  

8.

 

Əliyev  A.,  Şəkərəliyev  A.  Bazar  iqtisadiyyatına  keçid:  dövlətin  iqtisadi  siyasəti.  Bakı: 



İqtisad Universiteti, 2002, s. 358. 

9.

 



Məhərrəmov  A.,  Aslanov  H.  Xarici  iqtisadi  fəaliyyətin  tənzimlənməsi.  Bakı:  “Zərdabi 

LTD” MMC Nəşriyyat poliqrafiya müəssisəsi, 399 s. 

10.

 

Heydərov K., İbrahimov T. Gömrük işi – iqtisadi suverenlik və təhlükəsizlik. Bakı: Səda 



nəşriyyatı, 1999, s.178. 

 



 

119 


ЭКОНОМИЧЕСКАЯ БЕСОПАСНОСТЬ ГОСУДАРСТВА И  

ГЕОПОЛИТИЧЕСКАЯ СТРАТЕГИЯ 

 

Г.Г.АСЛАНОВ 

 

РЕЗЮМЕ 

 

Экономическая безопасность это понятие, оценивающее состояние национальной 

экономики, потому что экономическая безопасность зависит от уровня экономического 

развития. Наряду с защитой национальных интересов  страны, экономическая безопас-

ность это готовность государственных органов обеспечить реальное развитие экономи-

ки  страны  в  соответствии  с  национальными  интересами  и  социально-экономическую 

стабильность  общества.  Динамичность  социально-экономического  развития  страны  – 

необходимое  условие  обеспечения  ее  экономической  безопасности.  Существует  ряд 

задач определяющих экономическую безопасность, одна из них это оценка ее геополи-

тического состояния и защиты национальных интересов государства. Все это подробно 

проанализировано в статье на примере Азербайджана.  

 

Ключевые слова: экономическая безопасность, национальные интересы, нацио-

нальная безопасность, международная региональная безопасность, экономическая стра-

тегия, геополитическая стратегия 

 

ECONOMIC SAFETY OF STATE AND GEOPOLITICAL STRATEGY 



 

H.H.ASLANOV 

 

SUMMARY 

 

Economic safety is a conception which estimates the modern state of national econo-

my. Therefore, economic safety depends on the level of economic development. 

Economic safety protects national interests, realizes the development of national econ-

omy, and supports its adaptation to economic interests of state organs. Dynamics of social-

economic development of state is one of the conditions providing its economic safety. Differ-

ent issues defined by economic safety, estimation of the geopolitical condition and national 

interests are also analyzed in the Azerbaijani context. 



 

Key words: economic safety, national interests, national safety, international regional 

safety, economic strategy, geopolitical strategy



 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə