1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə86/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   82   83   84   85   86   87   88   89   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
225
İnflyasiya birrəqəmli qorunmaqla 5,7 faiz təşkil etmişdir. 2010-cu ildə Dövlət 
Neft Fondunda və Mərkəzi Bankda olan maliyyə ehtiyatları artaraq 29 mlrd. 
$  təşkil  etmişdir.  Xatırladaq  ki,  bu  rəqəm  2003-cü  ildə  2  mlrd.  $-dan  aşağı 
səviyyədə idi. 2010-cu ildə, cari hesab balansı 15 mlrd. $ təşkil etmişdir. Xa-
rici birbaşa investisiyalar cəmi bu ilə qədər 19,3 $ civarında olmuşdur. İqtisa-
di İnkişaf Nazirliyinin iqtisadi göstəricilərinə uyğun olaraq, təkcə Azərbaycan 
son ildə, 51 milyon ton neft və 27 milyard kubmetr qaz istehsal etmişdir. Orta 
hesabla 2003-2010-cu illərdə Azərbaycanda real iqtisadiyyat 4 dəfə, ixrac 15 
dəfə, dövlət büdcəsi 15 dəfə və strateji valyuta ehtiyatları 31 dəfə artmışdır. 
Yoxsulluq  səviyyəsi  9,1  faizə  qədər  enmişdir.  Müqayisə  üçün  qeyd  edək  ki, 
2003-cü ildə yoxsulluğun səviyyəsi 44,7% və məşğul olan əhalinin 3747 min 
nəfər olduğu halda, 2008-ci ildə yoxsulluğun səviyyəsi 13,2% çatmış və məşğul 
olanların sayı 4318,2 min nəfərə kimi artmışdır. O cümlədən ev təsərrüfatlarının 
gəlirləri xərclərini və kumulyativ artım inflyasiya dərəcəsini üstələməkdədir. Bir 
sözlə, yoxsulluq azalmış, məşğulluq artmış və əhalinin güzəranı yaxşılaşmağa 
doğru istiqamətlənmişdir.
Azərbaycan öncə qeyd olunan əsas iqtisadi-sosial uğurları ilə Zaqafqaziya 
ölkələri arasında qabaqcıl iqtisadi göstəricilərlə də özünü lider dövlət olduğu-
nu bir daha sübut edir [4]. 


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
226 
İstər  adambaşına  düşən  ÜDM  ilə,  istər  dövlət  büdcəsinə  və  o  cümlədən 
digər  makroiqtisadi  göstəriclərlə  Zaqafqaziya  ölkələri  arasında  sürətli  artım 
templəri  ilə  xarakterizə  olunur.  Nəzərə  almalıyıq  ki,  Azərbaycan  Zaqafqaziya 
ölkələri  arasında  ən  inkişaf  etmiş  ölkə  olmaqla  yanaşı,  regionun  uğurlu  iq-
tisadi  inkişaf  modeli  kimi  yeni  investisiyaların  cəlb  olunması  baxımından  bir 
sıra xüsusi özəlliklərə malikdir və olduqca cəlbedicidir. Belə ki, qlobal maliyyə 
böhranına  baxmayaraq,  ölkədə  makroiqtisadi  sabitliyin  mövcudluğu  və  iqti-
sadi  artımın  davam  etməsi;  ölkənin  geniş  tranzit  imkanları;  zəngin  təbii  eh-
tiyatlar,  o  cümlədən  turizm  və  enerji  ehtiyatları;  biznes  mühitinin  yaxşılaş-
dırılması  sahəsində  Azərbaycanın  ən  islahatçı  ölkə  kimi  qiymətləndirilməsi 
(“Doing Business-2009 [5]”); sahibkarlıq subyektlərinin qeydiyyatının, gömrük 
rəsmiləşdirilməsinın  sadələşdirilməsi  (bir  pəncərə  sistemi  [6]);  Azad  ticarət 
rejimləri  və  Ümumiləşdirilmiş  Preferensiyalar  Sisteminə  qoşulması  hesabına 
istehsalın təşkili baxımından Azərbaycanın cəlbediciliyinin artması; yüksək ix-
tisaslı yerli kadrların artması; yoxsulluq səviyyəsinin sürətlə azalması; eyni za-
manda,  Azərbaycan  İnvestisiya  Şirkəti;  AZPROMO;  Sahibkarlığa  Kömək  Milli 
Fondu;  Azərbaycan  Respublikası  Sahibkarlar  (İşəgötürənlər)  Təşkilatları  Milli 
Konfederasiyası institusional qurumların yaradılması investisiya mühitinə bir-
başa təkan vermişdir. Son olaraq, Azərbaycanın tolerant ölkə kimi tanınması 
ölkəmizə xarici investisiyaların geniş cəlb edilməsinə münbit şərait yaradır. La-
kin xarici investisiyaların hazırkı sürətinin qarşısını alan başlıca problemlərdən 
ən  birincisi  məhz  Dağlıq  Qarabağ  problemi  və  Azərbaycan  torpaqlarının 
təqribən 20 faizinin Ermənistan tərəfindən işğal altında olmasıdır. 
Azərbaycan  iqtisadiyyatını  2003-2010-cu  illərə  görə  təhlil  etdikdə,  2006-
2008-ci illərdəki qlobal maliyyə böhranının dolayı yolla olsa da, Azərbaycana 
təsirini qeyd etmək lazımdır. Xüsusilə böhran dünya neft qiymətlərinin 2008-ci 
ildə kəskin şəkildə, 144$-dan 44$ [8] kimi düşməsi ilə xarakterizə olunurdu. 
Belə ki, ümumilikdə qlobal maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsir 
istiqamətlərini aşağıkdakı şəkildə göstərmək olar [9]:
Qlobal maliyyə böhranının Azərbaycan 
iqtisadiyyatına təsiri
Azərbaycanın böhrana qarşı 
dayanıqlığının səbəbləri
Dünyada neft gəlirlərinin aşağı düşməsi 
ilə əlaqədar ölkənin ixrac gəlirlərinin 
aşağı düşməsi
Həyata keçirilən operativ tədbirlər və 
makroiqtisadi sabitliyin təmin edilməsi
İqtisadiyyata yönəlmiş investisiyaların 
həcminin azalması
Xarici borclanmaya konservativ yanaşma 
(01.04.2009-cu il tarixinə ÜDM-in 5,3 
faizi
ÜDM-in artım tempinin azalması
İqtisadiyyatın şaxələndirilməsi
Ölkənin xarici valyuta ehtiyatlarının artım 
sürətinin azalması
Genişmiqyaslı infrastruktur layihələrin 
həyata keçirilməsi
Ölkəyə daxil olan pul baratlarının 
(remitenslərin) azalması
İnvestisiya və biznes mühitinin 
yaxşılaşdırılması (“Doing Business-2009”)


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
227
Xaricdən borcalmanın azalması ilə 
əlaqədar yerli bankların likvidliyinin aşağı 
düşməsi
Strateji valyuta ehtiyatlarının 
formalaşdırılması (01.05.2009-cu il 
tarixinə 15,8 mlrd. ABŞ dolları
“Böhran psixoloqiyası”nın təsiri
Düşünülmüş sosial-iqtisadi strategiya
Yuxarıda  qeyd  olunan  proqramlar  və  statistik  göstəricilər  bir  daha 
onu  göstərir  ki,  müharibə  şəraitində  olmasına  baxmayaraq,  Azərbaycan 
müstəqilliyinin  20-ci  ildönümündə  və  xüsusilə  2003-2010-cu  illərdə  sosial-
iqtisadi  göstəricilər  baxımından  önəmli  uğurlar  qazanmışdır.  Qısa  da  olsa 
maliyyə  böhranının  təsirlərinin  əhatə  edilməsi  maraqlıdır.  Böhran  dövründə, 
Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun qeyd etdiyi kimi [10]: 
“Hər bir ölkənin bu böhran şəraitində müalicəyə ehtiyacı var, lakin hər bir ölkə 
eyni dərmana ehtiyac duymur. Böhranın təsiri hər kəsə çatacaqdır”. Azərbaycan 
da dolayısı ilə, bu böhranı yaşamışdır.
Qarşıdakı 2011-2020-ci illərdə qeyri-neft sektorunun inkişafı üçün əsas pri-
oritet sahələrə gəldikdə, qeyd edilməlidir ki, hər bir ölkənin inkişafını müəyyən 
edən amillər vardır. Bu baxımdan, Azərbaycanda neftin və neftdən əldə olunan 
gəlirlərin xüsusi əhəmiyyəti vardır. “Sovet İttifaqından ayrılan bütün respublikalar 
bazar iqtisadiyyatını seçdilər və Azərbaycanda keçid iqtisadiyyatı zamanı qarşıda 
çox problemlər dururdu - ölkə iqtisadiyyatı çoxprofilli idi, qonşu ölkələrin təbii 
sərvətlərimizi əldə etmək niyyətləri var idi” deyə, Abramov vaxtilə qeyd etmişdir. 
Onun sözlərinə görə, Azərbaycanın uğurlu iqtisadiyyatının həyata keçirilməsinin 
əsasında neft gəlirlərindən düzgün istifadə dayanır [11].
Müstəqilliyin əldə olunması ilə neft ölkəmiz üçün böyük əhəmiyyət kəsb 
etmiş,  təkcə  iqtisadi  inkişafda  deyil,  dövlətin  xarici  siyasətində  mühüm  rol 
oynayan amilə çevrilmişdir. Neft və qaz resursları ilə bağlı həyata keçirilən iri 
layihələr Azərbaycanı təkcə Xəzəryanı dövlətlər arasında deyil, bütün region-
da daha çox investisiya yatırılan ölkəyə çevirmişdir. Azərbaycan Respublikası 
kimi neft ixrac edən ölkələrdə isə buna müvafiq olaraq qarşıda duran ən mü-
hüm məsələ qeyri-neft sektorunun inkişaf etdirilməsi hesab olunur. Çünki Al-
lahın bizə verdiyi bir “bəxşiş”dir və bundan olduqca strateji və səmərəli şəkildə 
istifadə edilməlidir. 
Bəs,  qeyri-neft  sektorunun  daxilində  hansı  sahələrin  inkişafı  bizim  üçün 
daha  prioritet  və  səmərəli  ola  bilər?  Hansı  qeyri-neft  sektoru  sürətli  inkişaf 
etdirilməlidir? Bu gün, əvvəlki paraqraflarda qeyd edildiyi kimi sosial-iqtisadi 
cəhətdən  sürətlə  inkişaf  edən,  qloballaşan  dünyaya  sürətlə  inteqrasiyala-
şan Azərbaycan, bu suallara xüsusi əhəmiyyət verməli, qeyri-neft sektorunun 
sahəvi  inkişafını  reallaşdırmalıdır.  Zənnimcə,  Azərbaycanda  gələcək  10  ildə, 
perspektivli sahələr kimi, turizm, kənd təsərrüfatı, alternativ enerji mənbələri 
istehsalı,  elmin  və  eyni  zamanda,  potensial  kadrların  yetişdirilməsi  prioritet 
olaraq qəbul edilməli və bu istiqamətdə həyata keçirilən proqramlara nəzarət 
gücləndirilməlidir.  
Ölkəmiz özünün sahib olduğu geostrateji mövqeyi, yeraltı, yerüstü sərvətləri, 
iqlim  ehtiyatları  və  intellektual  potensialı  ilə  iqtisadiyatın  bütün  sahələrində 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə