İPƏk yolu, No. 3, 2017



Yüklə 109,52 Kb.

tarix11.09.2018
ölçüsü109,52 Kb.
növüXülasə


 

 

İPƏK YOLU, No.3, 2017, səh.159-168 



 

 

159 



 

“DA VİNÇİ ŞİFRƏSİ” ROMANI POSTMODERN BƏDİİ MƏTN KİMİ: 

ROMANDA İNTERTEKSTUALLIQ VƏ DEKONSTRUKSİYA 

 

Yeqzar Cəfərli 

 

Bakı Mühəndislik Universiteti, Bakı, Azərbaycan 

e-mail: 

yeceferli@beu.edu.az

  

 

Xülasə.  “Da  Vinçi  şifrəsi”  romanı  postmodern  bədii  mətn  kimi  olduqca 

maraqlıdır.  Leonardo  da  Vinçinin  rəsmlərindəki  sirləri  açmağa  çalışan 

müəllif yaratdığı Robert Lenqdon obrazı ilə bu işi daha da sürətləndirir. Jak 

Sonyerin  öldürülməsi,  romanın  qəhrəmanları  –  Robert  Lenqdon  və  Sofi 

Nevenin  qətlin  izinə  düşməsi  və  tarixdən  bizə  məlum  olan  başqa  qaranlıq 

məqamların  açılması  intertekstual  mətn  kimi  bir  çox  tarixi  faktları 

dekonstruksiya  edir.  Tarix  boyu  ən  çox  işlənən  mövzulardan  olan  İsa 

mövzusu  da  əsərdə  ön  plandadır.  Müəllif  bizə  İsanı  tamam  fərqli  obrazda 

təqdim  edir.  Mövzu  tarixən  çox  işlənsə  də,  postmodern  nümunə  kimi  yeni 

sayıla  bilər.  Məqalədə  roman  intertekstual  mətn  kimi  tədqiqata  cəlb  edilir. 

Müəllif dekonstrukiyasına münasibət bildirilir.  

 

Açar  sözlər:  “Da  Vinçi  şifrəsi”  romanı,  intertekstuallıq,  dekonstruksiya, 

məkan və zaman kombinasiyaları.  

 

THE NOVEL “THE DA VINCI CODE” AS A 



POSTMODERN   LITERARY TEXT: 

INTERTEXTUALITY AND 

DECONSTRUCTION IN THE NOVEL

 

 

Yegzar Jafarli 

Baku Engineering University,  

Baku, Azerbaijan 

 

Abstract. The novel “The Da Vinci Code” is very 

captivating  as  a  postmodern  literary  text.  The 

author who tries to reveal the mysteries behind the 

paintings of Leonardo da Vinci, further accelerates 

this  process  with  the  character  Robert  Langdonhe 

created. Murder of Jack Sonnier, characters of the 

novel – Robert Langdon and Sophie Neve who are  

tracing  the  murder  and  revealing  of  other  dark 

moments  that  are  known  to  us  from  history 

deconstruct 

several 

historical 

facts 

as 


an 

intertextual text.The theme Jesus that is one of the 

most  referredthemesthrough  history  is  also 

foregroundin  the  work.  The  author  presents  Jesus 

as  an  absolutely  different  character  to  us.  Though 

the  theme  has  been  applied  many  times  through 

history, it can be considered new in terms of being 

a  postmodern  example.  The  novel  is  involved  to 

research  as  an  intertextual  text  in  the  article. 

Author’s deconstruction style is analyzed. 



Keywords:  The  novel  “The  Da  Vinci  code”, 

intertextuality,  deconstruction,  place  and  period 

combinations. 

 

ИНТЕРТЕКСТУАЛЬНОСТЬ И ДЕКОН-



СТРУКЦИЯ В ХУДОЖЕСТВЕННОМ 

ТЕКСТЕ ПОСТМОДЕРНИСТСКОГО 

РОМАНА «КОД ДА ВИНЧИ» 

 

Егзар Джафарли 

Бакинский Инженерный Университет, 

Баку, Азербайджан 

 

Резюме.  Художественный  текст  романа  «Код 

Да Винчи» является весьма интересным. Автор 

ускоряет  события,  создав  образ  Роберта  Лэнг-

дона, пытающийся раскрыть тайну картин Лео-

нардо Да Винчи. В интертекстуальности текста 

смерть Жака Сойера, преследование героев ро-

мана по следу Роберта Лэнгдона и Софи Неве, 

а  такжу  всплытие  таинственных    моментов  в 

истории  имеет  сходство  с  деконструкцией  ис-

торических  фактов.  На  протяжении  всей  исто-

рии, одна из распространенных тем об «Иисусе 

Христе»  тоже  взята  на  первом  плане.  Автор 

представляет  нам  Иисуса  Христа  в  ином  обра-

зе. Несмотря на многие исторические сведения 

роман можно считать новым примером постмо-

дернизма.  В  статье  роман  исследуется  как  ин-

тертекстуальный  текст,  а  также  отношение  ав-

тора к деконструкции. 



Ключевые cлова: Роман «Код Да Винчи», ин-

тертекстуальность, деконструкция, комбинация  

пространства и времени. 



İPƏK YOLU, No.3, 2017

 

Azərbaycan Universiteti 



 

 

160 



 

“Da  Vinçi  şifrəsi”  romanı  postmodern  mətn  olaraq  tarixdə  yaşanmış  müəyyən 

hadisələrin  dekonstruktiv  şəkildə  təzahürüdür.  Əsər  müxtəlif  məkanlara  aid  sujetləri 

birləşdirmək,  həmçinin  müxtəlif  zamanların  çulğalaşması  baxımından  bədii  mətn  kimi 

aktualdır. 

Qeyd  edək  ki,  postmodern  romanda  yazıçı  müxtəlif  zaman  və  məkan 

kombinasiyalarına  nəzərən  gözlə  görünməyən  yerləri  də  canlandıra  bilir.  Bu  tip  mücərrəd, 

absurd  baxışlar  bilavasitə  elmi-fantastik  ədəbiyyatın  xarakteristikasında  olsa  da,  müxtəlif 

janrları və hətta cərəyanların strukturunu da özündə əks etdirmək postmodernizmə yad deyil.  

Postmodern romanın digər bir özəlliyi də, qeyd etdiyimiz kimi, yazıçıya müəyyən fikir 

sərbəstliyi verməsidir. Təbii ki, yazıçı mətni yazarkən onun hansı cərəyanda olmasının fərqinə 

varmaya  bilər.  Lakin  cərəyanların  yaranması  dövr  və  nəsil  məfhumlarına  kökləndiyi  üçün 

müəyyən  yazıçılar  da  bu  axara  düşür  və  əsərlərini  postmodern  üslübda  yazırlar.  “İqtisadi 



böhranlar  kapitalizmin dəyişməsində  önəmli  bir  rol  oynamışdır.  Bu  böhranlar  sosial  həyatı 

iflasa  uğratmış,  cəmiyyətləri  yeni  bir  çox  kəşflərə  sövq  etmişdir.  Təqdim  edilən  həll 

variantları  və  buna  bağlı  olan  tətbiqlər təbii  olaraq  sosial  bir  dəyişməni  özüylə  gətirmişdir 

[3]. 


Den Braun da bu müəlliflərin biri kimi “Da Vinçi şifrəsi”ni bu ruha kökləyir. Bu, bir 

baxımdan  müəllifə  müəyyən  sərbəstlik  versə  də,  digər  tərəfdən  müəyyən  çətinlik  törədir. 

Çünki, yazıçı hadisələrin gedişatını bilavasitə postmodenizmin axarına uyğun şəkildə dəyişir. 

Postmoderizmin  istiqaməti  hansı  tərəfə  gedirsə,  yazıçı  da  əsəri  o  məcraya  salmağa,  mövcud 

strukturu əsərdə tətbiq etməyə məcbur olur. “Postmodernizm, ədəbiyyatda həm gerçəyin, həm 

də  xəyal  gücünün  görünən  və  təxmin  ediləndən  daha  irəli  tərəfilə,  varlıq  və  anlayışların 

görünəndən daha irəli tərəfiylə maraqlanır [1]. 

Postmodernistlərin  digər  bir  tələbinə  görə  əsərlərdə  nəql  olunan  hadisələr  mümkün 

sayda çox insan tərəfindən oxunmalıdır. Burada əsərin kəmiyyət göstəricisi daha qabarıq olur. 

Bu da bir növ kapitalizm  meyarları ilə əlaqədar olaraq  əsərlərin tirajına  və çox  yayılmasına 

xidmət  edir.  Bu  bir  tərəfdən  də  modernistin  inkarına  işarə  sayıla  bilər.  Modernist  layihənin 

inkar  olunmasının  postmodernizmin  əsas  strukturunun  formalaşmasındakı  qatqısını  danmaq 

olmaz. “Postmodernistlər modernistlərin sahib olduğu reallığın ənənəvi görüşlərindən imtina 

edirlər.  Onlar  modernizmin  dağılmasını  vurğulayırlar  və  belə  fərz  edirlər  ki,  reallığın 

obyektiv təmsili qeyri-mümkündür” [6]. 

Fərz edək ki, postmodernizm modernizmi inkar etmir. Belə halda sitatda da deyildiyi 

kimi,  reallığın  obyektiv  təmsili  mümkünsüzləşir.  Digər  tərəfdən  bu  inkarçılıq  yeni  yaranan 

cərəyanı qanuniləşdirirdi və evristik olaraq onun dəyərini artırırdı. Legitim bir cərəyan olaraq 

postmodernizm 

modernizmə 

nisbətən 

daha  mürəkkəb  mexanizmə  və  struktura 

malikdir.“Postmodernizmlə  birlikdə  obyektiv  gerçəklik  və  ya  mütləq  məlumat  bir  dəyər 

itkisinə  məruz  qalmaqda,  məlumatalma  halına  gəlməkdədir.  Bu  vəziyyət  elmi  məlumat 



Y. CƏFƏRLİ: “DA VİNÇİ ŞİFRƏSİ” ROMANI POSTMODERN BƏDİİ MƏTN KİMİ … 

 

 

 



161 

anlayışının  səbəblilik  və  düzənlilik  qaydalarını  keçərsiz  qılmaqda,  obyektiv  məlumatın 

cəmiyyətin 

həyatındakı 

keçərlilik,  güvənlilik  və  zərurilik  xüsusiyyətlərini  isə 

önəmsizləşdirməkdədir [3]. 

Təhlil etdiyimiz əsərin əsas sujet xətti bir neçə qola şaxələnir. Kilsə-priorat, Müqəddəs 

Qaraal-İsa qarşıdurması, həmçinin İtalyan rəssamı Da Vinçinin rəsmlərindəki sirlər. Leonardo 

Da  Vinçinin  sirli  rəsmləri  üzərindən  danışan  yazıçı  qeyd  etdiyimiz  hadisələri  faktiki  olaraq 

göstərməyə,  xristianlıqla,  kilsə  ilə  bağlı  tabloları  yıxmağa,  İstintaq  idarəsi  isə  bu  cinayəti 

açmağa  çalışır  və  məlumdur  ki,  bunu  etməklə  həm  olacaq  hadisələri  önləmək,  həm  də  yeni 

təhlükələrdən qaçmaq yolları tapılacaqdı. Əks təqdirdə Sion təşkilatı haqqında çox ciddi tarixi 

gerçəklər ortaya çıxacaq və yüzillər boyu tarixi qarışdıran sirli hadisələrin düyünü açılacaqdı. 

Bu  məkan  və  zaman  kombinasiyaları  dedektiv  olaraq  əsəri  kriminal  məcraya  çəksə  də, 

postmodern  quruluş  olaraq  əsərin  intertekstual  mətni  məhz  məlum  simvolların  dinamik 

inkişafı ilə xarakterizə edilir. Misal olaraq “Sonuncu şam yeməyi” tablosunu göstərə bilərik. 

Maraqlıdır  ki,  bu  əsərdə  İsanın  yanındakı  şəxsin  həvari  İoanna  yox,  Mariya  Maqdalena 

olduğu  güman  edilir.  Müəllif  Məcdəlli  Məryəmin  sifətini  kişi  sifətinə  bənzədir.  Amma 

freskada  İsadan  sağda  ikinci  şəklə  diqqət  yetirdikdə  doğrudan  da  onun  zahiri  görünüşünə 

əsasən  bir  qadın  olduğu  aydınlaşır.  Bu,  mübahisəli  olsa  da,  Den  Braun  bunu  simvolik 

rəmzlərlə əlaqələndirirərək açmağa çalışır.  

Tabloda  təsvir  olunan  və  Məcdəlli  Məryəmə  tuşlanan,  əlində  bıçaq  tutan  həvari  heç 

şübhəsiz,  Pyotrdur.  O,  qadını  hər  dəqiqə  parçalamağa  hazır  kimi  təsvir  olunub.  Burada 

əlbəttə, konkret bir mülahizə irəli sürmək çox çətindir. Amma bir həqiqət bəllidir ki, Məcdəlli 

Məryəmlə  bağlı  əfsanəni  inkişaf  etdirib  bir  həqiqət  şəklinə  salan  şəxs  1510-1519-cu  illərdə 



“Sion Prioratı”na rəhbərlik etmiş Da Vinçi olmuşdur. Lakin inkivizisiyanın tüğyan etdiyi bu 

illərdə  o,  təbii  ki,  öz  istək  və  arzularını  istədiyi  kimi  ifadə  edə  bilməzdi,  simvollarla 

bildirməyə  məcbur  idi.  “Da  Vinçi  şifrəsi”ni  oxuyan  hər  bir  oxucu  freskalarda  təsvir 

olunanları  bir  həqiqət  kimi  qəbul  edə  bilər.  Bizim  fikrimizcə  də  böyük  rəssamın  gələcək 

nəsillərə  aşılamaq  istədikləri  bir  həqiqətdir,  yoxsa  ki,  Da  Vinçini  bəşəriyyətin  hissləri  ilə 

oynamağa nə vadar edirdi? 

Da  Vinçinin  freskaları  bütpərəstlik  simvolları  ilə  doludur.  Den  Braun  bu  simvolları 

özünəməxsus  şəkildə  yozur,  elə  Da  Vinçinin  özü  kimi  bir  həqiqət  şəklinə  salmağa  çalışır. 

Lakin göründüyü kimi yüksək təhsilli kilsə xadimləri belə bu simvolları açmaqda acizdirlər. 

Professor Lenqdon isə bu sahə üzrə ixtisaslı mütəxəsis olduğundan heç bir çətinlik çəkmədən 

Da Vinçinin “Xristianlıq mədəniyyətinə aşıladığı bütpərəstlik simvollarını açıb göstərə bilirdi  

[2, s.59]. 

Den Braun Da Vinçinin əsərlərini xristian tarixçiləri üçün çətin tədqiqat obyekti hesab 

edir.  Dahi  rəssam  kilsədən  müxtəlif  mövzularla  bağlı  çoxlu  sifarişlər  alırdı  və  elə  bu 

sifarişlərdə  də  özünün  ziddiyyətli  ideyalarını  –  kilsəyə  nifrətini  ifadə  edirdi.“Xristianlıq 

mövzusundakı bir  çox  əsərlərdə xristianlığa aid  olmayan gizli  işarələr və rəmzlər çəkmişdi, 

bununla Kilsəni ələ salmış, öz həqiqi inanclarına isə hədiyyə vermişdi” [2, s.59]. 



İPƏK YOLU, No.3, 2017

 

Azərbaycan Universiteti 



 

 

162 



Den  Braunun  haqqında  söhbət  getdiyi  bu  əsərində  faktlar  xristian  xalqları  arasında 

dolaşan  yarı  həqiqət  və  əfsanələrlə  baş-başa  durur.  Pravolsav-ortodoksal  kilsəsi  Məcdəlli 

Məryəmi  bir  sülh  müjdəçisi  olaraq  qəbul  etsələr  də,  katoliklər  onu  fahişə  kimi  görürlər. 

Roman daha çox katolik xrisanlığı ilə əlaqəli olduğu üçün bu nüans birmənalı şəkildə onunla 

izah olunur ki, yazıçı məhz katoliklərin fahişə adlandığı bir qadına humanist baxış sərgiləyir 

və bir növ pravolsavların yanlısına çevrilir.  

Yazıçı  romanda  Mariya  Maqdalena  haqqındakı  həqiqəti  nisbətən  psevdohəqiqət 

kontekstinə  yaxınlaşdıraraq  onu  günümüzə  gətirir.  Bu,  məkan  və  zaman  olaraq  Da  Vinçinin 

əsərlərində  axtarılan  əsas  strukturlardan  biridir  və  yazıçı  bu  tarixi  obrazı  günümüzdə 

canlandıraraq  özünün  simolik-semiotik  fikirlərini  açıqlamağa  çalışır.  Bütün  bunlar  bizə  onu 

deməyə  əsas  verir  ki,  bu  obraz  əsərin  strukturunda  bütünləşməyə  doğru  meyillənir.  Yazıçı 

əsərin sonunda Qraalın tapılmasının Maqdalenanın ruhu qarşısında baş əymək olduğunu qeyd 

etdikdən  sonra  bu,  ona  deməyə  əsas  verir  ki,  bu  obraz  simvolik  olaraq  yazıçı  tərəfindən 

strukturlaşdırılır.  Burada  tarixi  məqamın  fəlsəfəyə  doğru  meyilləndiyi  müşahidə  olunur. 



“Modernizmin  strukturlizmini  inkar  edən  poststrukturalizm  və  yenə  modernizmin 

konstruktivizmini inkar edən dekonstruktizm haqda deyirlər ki, onlar tarixi fəlsəfəyə, fəlsəfəni 

isə poetikaya apardılar” [4, s.41]. 

Postmodernizm ayrıca cərəyan kimi götürülsə də, mahiyyətcə Markes, Toni Morrison, 

Umberto  Eko  və  başqa  bir  sıra  yazıçılar,  bir  çox  başqa  estetika  və  ədəbi  cərəyan 

nümayəndələri  bundan  istifadə  edərək  maraqlı  əsərlər  yaradırlar.  Umberto  Ekonun 

yaradıcılığı  postmodernizmə  daha  çox  fəlsəfi  baxımdan  yaxın  olsa  da,  mahiyyət  etibarilə 

digər  yazıçılar  magik  realizmdən  tutmuş  realist  estetikaya  qədər  bunu  başqa  formalarda 

əsərlərində tətbiq edirlər. Bu mənada intertekstuallıq və dekonstuksiya anlayışları mahiyyətcə 

əsərin  strukturunu  formalaşdıran  başlıca  metodoloji  aspektlər  olduğu  üçün  burada  əsərin 

müxtəliflilik  kontekstində  cərəyan  etməsi  məqbul  və  ya  qeyri-məqbul  hesab  oluna  bilər. 

Keçmişin heyranı olmaq, keçmişə yapışıb qalmaq, hərəkətdə olan yaşadığımız zamana ayaq 



uydurmaqdan çəkinmək – modernizm və postmodernizm fəlsəfələri məhz bunların çözümünü 

təklif edir” [4, s.35]. 

Simvolik  olaraq  əsərdə  haqqında  danışılan  rəsm  əsərləri  tarixən  Da  Vinçi  tərəfindən 

yaradılsa  da,  burada  rəsmlərin  ilkin  mənzərəsi  şühbə  doğura  bilər.  Bəlkə  də  Da  Vinçi  bu 

rəsmlərlə tamam başqa şey demək istəyirdi. Lakin Den Braun bunu fərqli aspektdə işləyərək 

yeni formatda simvolik mətn modeli qurmağa çalışır. Əsər çap olunandan sonra haqqında bir 

çox  sənədli  filmlər  çəkilmişdi.  Bu  sənədli  fimlərdə  əsas  müzakirə  obyekti  bu  həqiqətlərin 

gerçək və ya uydurma olması idi. Yəni həqiqətənmi İsa evlənmişdi, övladı olmuşdu? Mariya 

Maqdalena  haqqında  əfsanə  gerçək  idimi?  Bütün  bu  sənədli  filmlərdə  yuxarıdakı  məsələ 

yalnız sual kimi qoyulur və konkret olaraq dəqiq fikir söylənilmir. 

Bütün  bunlar  əsərdə  tarix-alternativ  tarix,  həmçinin  həqiqət-psevdohəqiqət 

kontekstində verilsə də, fakt olaraq müəyyən tərəflərdən öz aktuallığını qoruyur. Yazıçı əsərin 



Y. CƏFƏRLİ: “DA VİNÇİ ŞİFRƏSİ” ROMANI POSTMODERN BƏDİİ MƏTN KİMİ … 

 

 

 



163 

əvvəlində  bir  səhifəlik  mətndə  əsərdəki  faktları  yazsa  da,  burada  oxucuları  uzaqlaşdıra  da 

bilərdi.  Çünki  sonradan  istər  müqəddəs  Qraal,  istərsə  də  digər  mövzular  haqqında  əsərdə 

söhbət gedir və bunlar birbaşa fakt olmağa doğru meyillənmir.  

Ümumiyyətlə qeyd edək ki, əsərin əsas ideya qaynağı Maykl Beycent, Riçard Ley və 

Henri  Linkolnun  həmmüəllif  olduğu  “Müqəddəs  qan,  müqəddəs  kasa”  əsəri  üzərində 

formalaşıb.  Bu əsərdə müəlliflər  İsanın  Məcdəlli  Məryəmlə evlənib  soyunun Sara adlı qızla 

indiyə  qədər davam  etməsindən söhbət  açırlar.  Məsələ  kifayət  qədər  ciddidir. Bu, bir  əfsanə 

olsa da, onu həqiqət kimi qəbul etmək üçün kifayət qədər əsaslar vardır. İncildən öyrənirik ki, 

İsa  Məcdəlli  Məryəmi  yəhudulərin  daş-qalağından  xilas  edib  “Get,  bir  daha  günah  etmə”  – 

demişdi.  O  da  bir  daha  günah  etməyib,  İsadan  ayrılmamış  və  İsanın  sonrakı  möcüzələrinin 

şahidi olmuşdu. Məcdəlli Məryəm bahalı nardin yağı gətirib İsanın başına çəkmiş, göz yaşları 

ilə  onun  ayaqlarını  isladıb  yumuş,  saçları  ilə  qurutmuşdu.  Bu,  qadın  sədaqətinin  ən  yüksək 

nümunəsi  idi.  Məryəmin  bu  hərəkəti  bir  qadının  təkcə  öz  peyğəmbərinə  olan  sədaqətindən 

başqa, həm də öz ərinə olan sədaqəti idi və bu sədaqəti Misir ilahəsi  İsidanın öz əri Osirisə 

sədaqəti ilə müqayisə etmək olardı. O, İsanın təkcə arvadı deyil, həm də ən etibarlı şagirdi və 

davamçısı, ən önəmlisi isə soyunu davam  etdirəcək körpəsini  bətnində daşıyırdı.  İsa özü də 

ondan razı idi.  

Çarmıxa çəkilərkən  İsanın  yanında qalıb ona acı  göz  yaşları axıdan bir neçə qadının 

biri  də  Məcdəlli  Məryəm  idi.  İsa  dirilərkən  ilk  olaraq  ona  görünmüş,  ilk  tapşırığını  da  ona 

vermişdi.  Həvarilərə  mələkləri  gördüyünü  də  ilk  olaraq  o  xəbər  vermiş,  onlar  isə  buna 

inanmamışdı.  

İsa bütün peyğəmbərlərdən daha üstün sayılıb Allahın oğlu səviyyəsinə qaldırılsa belə, 

o,  insanların  arasından  seçilmişdi.  Heç  bir  peyğəmbərə  evlənmək  qadağan  olunmadığı  kimi 

bu, İsaya da qadağan olunmamışdı. Məcdəlli Məryəm, İsaya qədər Kilsənin iddia etdiyi kimi 

fahişə olmuşdusa da, o tövbə etmişdi. Bütün monoteist dinlərdə insanların tövbədən əvvəlki 

həyatları önəmli sayılmır. Belə ki, tövbə edən hər bir şəxs həmin an Allahın dostuna çevrilir 

və Allahın dostuna isə iztehza etmək, kilsəyə şərəf gətirməyəcəkdi. 

İsanın evlənə biləcəyini Den Braun bir də onunla izah edir ki, o, bir yəhudi kişisi idi, 

dövrünün  sosial  qanunlarına  görə  hər  bir  yəhudi  evlənməli  və  oğlu  olmalı  idi.  Qədim 

yəhudilər də bütpərəst ərəblər kimi oğlu olmaqlarından hədsiz qürur duyurdular.  

Katolik  kilsəsinin  fahişə  adlandırdğı  Məryəm  həqiqətən  İsanın  arvadı  olubmu? 

Məsələyə  Sion  təşkilatının  mühafizə  etdiyi  iddia  olunan  gizli  sənədlər  üzə  çıxandan  sonra 

aydınlıq  gətirmək  mümkündür.  Məlumdur  ki,  əsər  bir  çox  ölkələrdə,  həmçinin  Papanın 

iqamətgahı  Vatikanda  qadağan  olunur.  “National  Geograpic”in  əsər  haqqında  hazırladığı 

verilişdə  bir  sıra  gizli  məqamlar  aydınlaşdırılmağa  çalışılır.  Verilişdə  əsas  olaraq  Məcdəlli 

Məryəm İsanın xələfi kimi götürülsə də, katolik kilsəsi bunu rəzillik və kafirlik adlandırır.  

Bu gün İsanın Məcdəlli Məryəmlə evlənməsinin qəbul edilməsi xristian mədəniyyətini 

məhv  edərdi  və  bu  mədəniyyəti  yenidən  yaratmaq  lazım  idi.  Ona  görə  də  kilsə  bu  məlum 

həqiqətə  qarşı  amansız  mübarizə  aparır.  Katolik  kilsəsi  onun  özülünü  sarsıda  biləcək 




İPƏK YOLU, No.3, 2017

 

Azərbaycan Universiteti 



 

 

164 



həqiqətləri məhv etmək üçün bircə anlıq olsa belə mübarizəni dayandırmır. Bu zaman hər bir 

vasitədən istifadə edir və bu dəfə daha incə üsullardan. “Kilsə kafirləri məhv etmək üçün daha 



xaç  yürüşləri  təşkil  etmir.  Amma  bu,  keşişlərin  təsir  dairəsinin  azaldığını  bildirmir,  onların 

aqresivliyi qətiyyən azalmır” [2, s.465]. 

Kilsə yaxşı başa düşür ki, İsanın ilahiliyindən imtina edilsəydi, kilsənin dağılması artıq 

zaman  məsələsi  olardı.  Kilsə  bunu  başa  düşərək  İsanın  ilahiliyini  inkar  edən  hər  hansı  bir 

sənədi  məhv  edir.  Çünki,  “bu  sənədlər  tarixi  yanlışlıqları  və  saxtakarlığı  üzə  çıxarmağa 



imkan verirdi, yəni, İncilin yaranmasında insan-İsa Məsihin ilahiləşdirilməsinə can atan  və 

bununla  da  onun  nüfuzundan  öz  hakimiyyətlərinin  möhkəmləndirilməsi  üçün  istifadə  edən 

siyasətçilərin əli olduğunu sübut edirdi” [2, s.275]. 

Niyə xristian kilsəsi İsanın evlənməsinə qarşı çıxıb əsrlərcə davam edən qarşıdurmanın 

əsasını  qoydu?  Və  yaxud  İncilə  olunmuş  ən  böyük  bəşər  müdaxiləsi  olan  İsanı 

ilahiləşdirməkdə  və  onun  evlənməsinə  qarşı  çıxmaqda  kilsənin  məqsədi  nə  idi?  Fikrimcə, 

burada daha bir ilahə obrazı yarana bilərdi ki, xristianlıqda İsanın anası Məryəmin timsalında 

artıq bir ilahə obrazı mövcud idi. İkinci bir ilahə obrazı isə yenicə yaranmaqda olan dini sırf 

bütpərəstlik səviyyəsinə endirəcəkdi.   

Hər iki məsələnin – İsanın ilahiliyinin və Məcdəlli Məryəmlə evlənməsini bir həqiqət 

kimi  qəbul  edə  bilməməyimizin  səbəbi  bu  mövzuda  həqiqətlərin  vaxtında  kilsə  tərəfindən 

məhv  edilməsidir.  Amma  həyatda  heç  nəyin,  hətta  əfsanələrin  belə  boşuna  yaranmadığını 

nəzərə alsaq, “Sion Prioratı”, onun hərbi gücü olan “Tampliyerlər” ordeni və son dövrlərdə 

kilsə  tərəfindən  yaradılmış  “Opus  Dei”,  Kilsə  ilə  Priorat  arasındakı  çoxəsrlik  mübarizə  bu 

məsələni bir həqiqət kimi qəbul etməyə əsas verir.“Postmodern mətnlərdə bir çox alt mətn bir 

arada göstərilir və bu mətnlər, bir-biriylə iç-içə girmişlər. Postmodern xüsusiyyətlər daşıyan 

bir  sənətçiyə  aid  hər  hansı  bir  mətndə  mültəq  olan  tək  bir  anlayışın  tərzini  axtarmaq 

yersizdir.  Çünki  postmodern  bir  mətndə  bir  deyil,  birdən  çox  anlayışın  uzantısı  bir  arada 

göstərilir [1]. 

“Sion  Prioratı”nın  varlığı,  fəaliyyəti,  gizli  sənədləri  barədə  şübhələr  bu  gün  də 

gündəmdədir.  İsanın  soyunun  Sara  adlı  qızı  ilə  davam  etməsi  əfsanəsi  hələ  də  yaşayır. 

Müqəddəs  Kasanın  bir  insan  deyil,  bir  kasa  olması  isə  daha  çox  mübahisəlidir.  Yazıçı  bu 

tarixi  kombinasiyanı  günümüzə  gətirməklə  gizli  sirlərə  işıq  salmağa  çalışır  və  həqiqətən  də 

böyük cəsarət nümayiş etdirir.  

Romanda  Den  Braun  sübut  etməyə  çalışır  ki,  İsa  kimi  Məcdəlli  Məryəm  də  şah 

nəslindən idi. Bu iki nəslin birləşməsi qanuni hakimiyyətə asanlıqla yiyələnə bilərdi. Bu isə o 

zaman  nə  yəhudilərin,  nə  də  romalıların  marağında  deyildi.  Yəhudilər  özünü  Allahın  oğlu 

elan etmiş və Musanın dinini tamamlamağa gəldiyini iddia edən İsa Məsihi əsla qəbul etmək 

istəmirdilər. Romalılar isə yağlı tikə hesab etdikləri Fələstini əllərindən vermək istəmirdilər. 

Müəllif sübut etməyə  çalışır ki,  San Qraal  (müqəddəs kasa)  əslində Sanq Real  (Kral 

qanı)  kimi  başa  düşülməlidir.  Bundan  sonra  kasa  bir  dini  simvoldur  və  monoteist  dinlərdə 




Y. CƏFƏRLİ: “DA VİNÇİ ŞİFRƏSİ” ROMANI POSTMODERN BƏDİİ MƏTN KİMİ … 

 

 

 



165 

müqəddəs  sayılan  əşyaların  birisidir.  Bibliyada  kasa,  kasaya  bənzətmələr  haqqında  onlarla 

fikirlər var. 

Qeyd  etmək  lazımdır  ki,  xristianlığa  vaxtı  ilə  edilmiş  güclü  bəşər  müdaxiləsi  bütün 

bunların  həqiqət  və  ya  psevdohəqiqət  olduğunu  anlamağa  imkan  vermir.  İmperator 

Konstantin Roma imperiyasının labüd dağılmasının qarşısını almaq üçün bir çox işlər gördü 

və  bununla  da,  imperiyanın  ömrünü  daha  150  il  uzatdı.  Bir  çox  bütpərəst  elementlərini 

xristianlığa qatmaqla bir növ hər iki tərəfi razı saldı. İsanın Allahın ruhundan doğulması faktı 

Konstantinə çox kömək etdi. O, və onun  yaxın ətrafının ciddi tələbi ilə 325-ci ildə  Nikeya I 

Ümumdünya  Kilsə  Məclisində  İsanın  ilahiliyi  səsvermə  nəticəsində  (Allah  tərəfindən  deyil) 

qəbul  olundu.  Məhz  bu  müdaxilədən  sonra  xristianlıq  boyunduruğu  altında  əzilən  kütlələrin 

dinindən  hakim  sinifə  mütilik  tələb  edən,  dövlət  hakimiyyətinin  ilahi  mənşəyə  malik 

olduğunu  iddia  edən  bir  dinə  çevrildi.  O,  bu  addımı  atmaqla  xristianları  bütpərəstlərin 

təqibindən xilas etdi, eyni zamanda xristianlığın özülünü sarsıtdı. Sonrakı bütün müqavimətlər 

isə bidət elan olunaraq təqib edildi. Bu da bir növ insanları həqiqətdən ayırmağa meyillənmək 

demək  idi.“Son  onilliklərdə  postmodernliyin  insanları  “həqiqət”dən  ayırması  fikri 



poststruktualizm ilə ədəbi tədqiqatlar sahəsində (və başqa elm sahələrində) hədsiz nüfuzedici 

mühüm əks-sədaya, nəzəri hərəkta səbəb olmuşdur” [8] 

Səmavi kitabların ən mühüm xüsusiyyəti heç şübhəsiz ilahi vəhylərə istinad etməkdir. 

Lakin Tövrat və İncildəki müqəddəs kəlamlara bir çox bəşər əlavələri İsanın şəxsi həyatı ilə 

bağlı əsil həqiqətlərə kölgə salıb. Çox aydın görünür ki, hazırda əlimizdə olan İncilin böyük 

bir  qismi  İsanın  əməllərinin  şahidi  olan  həvarilərin  uydurmasıdır.  Belə  ki,  bu  kitabda 

yazılanlar  bir-biri  ilə  ziddiyyət  təşkil  edir.  Əsil  Allah  kəlamında  isə  ziddiyyətlərin  olması 

istisnadır.  Elə  bu  ziddiyyətlərin  nəticəsidir  ki,  İncil  hər  bir  adamın  yaza  biləcəyi  adi  kitaba 

çevrildi. İsa isə Allahın böyük peyğəmbərindən insanlardan cin çıxardan bir bütpərəst kahini 

səviyyəsinə endirildi.  

Umberto  Eko  dünyaca  məşhur,  intellektual  postmodernizmin  və  XX  əsr 

romançılığının  ən  parlaq  nümunələrindən  olan  “Qızılgülün  adı”  əsərində  İsanın  hər  cür 

dünyəvi  hakimiyyətdən  uzaq  olması,  daha  çox  yoxsulluğa  meyilli  olmasını  israr  edir.  “İsa 



Məsihin özü və yaxınları üçün dünyəvi hakimiyyətə can atmasını heç kim təsdiqləyə bilməz və 

heç  kim  təsdiqləməmişdir.  Deməli,  Məsihin  dünyəvi  şeylərdən  uzaq  durması  günaha 

batmadan belə bir fikir söyləməyə əsas  verir ki,  Məsih daha çox yoxsulluğa meyilli idi”  [5, 

s.438]. 

Lakin Eko: “İsa hər cür zorakılığın əleyhinə idi və ruhanilərin də zorakı hakimiyyətə 

sahib  olmasını  istəmirdi”-deməklə  haqlıdır.  “Bəlkə  onun  əslində  bunu  istədiyini,  lakin 

peyğəmbərlik  etdiyi  üç  il  ərzində  bunu  etməyə  vaxtının,  ya  da  belə  bir  qanun  çıxarmağa 

qabiliyyətinin  çatmadığı  fikri  irəli  sürülməyə  çalışılır?  Və  bunu  istəmədiyi  tamamilə  doğru 

idi;  çünki,  O,  əgər  belə  bir  şey  istəmiş  olsaydı,  papa  buna  əsaslanaraq  öz  iradəsini  krala 

zorla  qəbul  etdirə  bilərdi...və  beləcə  xristianlıq-azadlıq  qanunu  deyil,  dözülməz  köləlik 



İPƏK YOLU, No.3, 2017

 

Azərbaycan Universiteti 



 

 

166 



olardı”  [5, s.436]  yazmaqla  İsanın  hakimiyyətdən daha  çox  yoxsulluğa  meyl  etməsini qeyd 

edir və İncilin bu haqda onlarla ayəsinin üzərinə kölgə salır. 

Məlum  həqiqətdir  ki,  400  il  sonra  Merovinqlər  Fransada  hakimiyyətə  gəldilər.  Den 

Braun da özündən əvvəlki müəlliflərin fikrini müdafiə edərək iddia edir  ki,  İsanın  Məcdəlli 

Məryəmdən olan qızı Sara Franklarla evlənib Merovinq xanədanını formalaşdıracaqdı.  

Kütlə  ilə  keçmiş  arasındakı  uçurum  incəsənətə  daha  çox  nüfuz  etdiyi  üçün  sonradan 

tarixi faktlarda yaşayan incəsənət nümunələri modernizmə meyilləndiyi zaman ortaya maraqlı 

mənzərələr  çıxırdı.  “Ali  (inkişaf  etmiş)  mədəniyyətlə  kütlə  mədəniyyəti  arasındakı  keçmiş 



fərqin arxa planda qalması kimi, bu xarakterik xüsusiyyətin digər incəsənət sahələrində daha 

aşkar müşahidə olunduğu daha universal mövcudiyyəti və modernizmin öz təsir dairəsinin və 

ən  azından  orta  və  cahil  kommersiya  mədəniyyətini  əhatə  edən  mühitinin  əleyhinə  həqiqi 

təcrübə sahəsini qismən qorumaqdan ibarət olan utopik fəaliyyətinə görə asılı olduğu fərq ən 

azından qəbul edilə bilər. [7] 

Postmodernizm  nisbətən  mürəkkəb  bir  cərəyan  olduğu  üçün  mətn  qurulduğu  zaman 

istər-istəməz  tarixə  müraciət  etmək  zərurəti  yaranır.  Hadisələrin  tarix  və  ya  alternativ  tarix 

olması  oxucu üçün qaranlıq qalmasın  deyə o əsərdəki  hadisələrin kökünü öyrənməyə, təhlil 

etməyə  məcbur  olur.  “Postmodernizm  termini  ilə  əlaqədar  problemlər  çox  müərəkkəbdir, 

çünki  biz  bu  haqda  oxuyanda  əslində  üç  anlayışla  qarşılaşırıq  –  sadəcə  postmodernlik  yox, 

həmçinin postmodernizm və postmodern [9]. 

Əsas digər bir sual ondan ibarətdir ki,  yazıçı burada  gerçəklik və onun postmoderist 

strukturunu maraqlı boyalarla təsvir edir və burada bir sıra suala cavab tapmağa cəhd edir. İsa 

evləndimi,  övladı  oldumu?  1099-cu  ildə  bu  sirri  gizlətmək  üçün  “Sion”  adlı  təriqət 

yarandımı?  Ümumiyyətlə  əsərdə  yazılanlar  gerçəkdirmi?“Sion  Prioratı”nın  böyük  ustadı 

hesab olunan Da Vinçi həqiqətən öz rəsmlərinə İsa ilə Məcdəlli Məryəmin şifrəsini qoydumu? 

Müqəddəs  Kasa  Məyəmin  özü  ola  bilərmi?  Məcdəlli  Məryəm  2000  ildir  ki,  fahişə  kimi 

qələmə verilir. Lakin nə İncil, nə də digər qaynaqlar bu barədə heç nə demir. Bəs bu böhtanı 

kim atmışdır?. Bu suallara romanda müəyyən qədər cavab verilir. Məqaləmizin əsas mövzusu 

intertekstuallıq  və  dekonstruksiya  olduğu  üçün  daha  çox  əsərin  sturkturu  üzərində  təhlil 

aparmağa məcburuq. 

1945-ci  ildə  Misirdə  tapılan  İncildə  bu  evlilik  hadisəsi  qeyd  olunur,  lakin  kilsə  bunu 

rədd edir. Bu əlyazma əsas İncildən xeyli fərqli idi, burada İncildə İsa ilahi varlıqdan daha çox 

insan  tipində  təsvir  olunur.  Həmin  İncildə  qeyd  olunur  ki,  həvarilər  İsaya,  onun  Məcdəlli 

Məryəmi digər həvarilərdən daha çox sevdiyindən şikayət edirlər. Hazırda əlimizdə olan İncil, 

eyni  zamanda  İsanın  evliliyi  haqqında  dolaşan  əfsanələr,  Den  Braunun  məqalədə  haqqında 

söhbət getdiyi əsərində məntiqli mülahizələri bizə deməyə imkan verir ki, Məcdəlli Məryəmə 

vaxtında atılmış böhtanlar bilavasitə ilk həvarilərin, xüsusilə də, Pyotra məxsus idi. Kilsə isə 

bu  fikri  dəstəkləməyə  sadəcə  məcbur  idi.“Postmodernistlər  modernist  fikirləri  və  modernist 

cəmiyyəti öz maneələrinə görə tənqid edirlər. Postmodernistlər inanırlar ki, hər şey seçimdən 



Y. CƏFƏRLİ: “DA VİNÇİ ŞİFRƏSİ” ROMANI POSTMODERN BƏDİİ MƏTN KİMİ … 

 

 

 



167 

asılıdır.  əxlaq  kodeksinin  hər  hansı  formada  stabil  olması  fikri  inkar  olunur;  lkin  orada 

çoxsaylı və subyektiv əxlaq qaydalarının mövcud olmasına inam artır. Işlərin icrası üçün bir 

yox, çox yol vardır [6]. 

Romanda müəllifin bu məsələdə mülahizələrinin xəyal məhsulu deyil, gerçək olduğu 

qəbul edilsə də, bunun üçün kislənin hərəkətə keçməsi normal hesab oluna bilər. “Kilsəni də 

anlamaq  lazımdır. Bu sübutları, məlumatları gizli saxlamaq üçün onun ciddi əsasları vardı. 

Əgər  bu  məlumatlar  aşkarlıq  qazansaydı,  kilsə  ciddi  şəkildə  zərbə  alacaqdı.  İsanın  körpəsi 

onun ilahiliyi ideyasına son verəcək, xristian kilsəsinin əsaslarını vı dayaqlarını sarsıdacaqdı. 

Kilsə  isə  özünü  insanlar və Allah arasında yeganə  əlaqə,  cənnətə düşmək üçün yeganə qapı 

elan etmişdi” [2, s.296]. 

Müəllif  məntiqi  mülahizələrlə  sübut  etməyə  çalışır  ki,  İsanın  Mariya  Maqdalena  ilə 

evlilik məsələsi üzə çıxsa, bu “Xilaskarın ilahi varlıq olması haqqında katolik doktrinasının 

əsaslarını dağıda bilərdi. Çünki, ilahi varlıq qadınlarla cinsi əlaqədə ola bilməz” [2, s.300]. 

Nəticə.    Romandan  belə  bir  nəticəyə  gəlirik  ki,  ümumilikdə  mətn  intertekstual  mətn 

kimi  olduqca  maraqlıdır  və  bir  çox  hissələrdə  intertektuallıq  və  dekonstruksiya  arasında 

uçurum yaranır. Bu uçurumu yazıçı müəyyən mənada postmodernist strukturla möhkəmlətsə 

də,  modernist  təsir  və  əsərdəki  hadisələrin  dedektiv  üslubda  yazılması  bu  uçurumu  biraz  da 

müxtəlifləşdirir. Bütün bunlar onu deməyə əsas verir ki, əsər gerçəklik və xəyal, həqiqət və 

psevdohəqiqət,  həmçinin  tarix  və  alternativ  tarix  əhatəsində  özünü  bədiiləşdirir  və  əsərin 

strukturunun formalaşmasında çətinlik yaradır. Yazıçının müasir roman texnologiyasına yaxşı 

bələd  olması  əsərin  strukturunda  da  müşahidə  olur.  İstər  obrazların  xarakterində,  istərsə  də 

zaman-məkan  kombinasiyası  olaraq  roman  mexanizminə  təzahür  edir,  əsərin  bədii  məzmun 

və forma xüsusiyyətlərini daha da möhkəmləndirir. 

 

Ədəbiyyat 

 

1.

 



Bayram Yavuz, (2007) Postmodernizm Üzerine, Baykara, Sonbahar, Sayı 5, s.37-39. 

2.

 



Den Braun, (2015) Da Vinçi şifrəsi, Bakı, Qanun Nəşriyyatı.  

3.

 



Modernizm,  postmodernizm  ve  kamu  yönetimi,  (2009),  Uluslararası  insan  bilimleri 

dergisi, Cild 6,  Sayı 2.  

4.

 

Nərmin  Kamal,  (2008)  Umberto  Eko  və  postmodernizm  fəlsəfəsi,  Bakı,  Qanun 



Nəşriyyatı.  

5.

 



Umberto Eko, (2012)  Qızılgülün adı, Bakı, Qanun Nəşriyyatı. 

6.

 



Hossain  D.M.,  Karim  M.S.,  (2013)  Postmodernism:  Issues  and  Problems, Asian 

Journal of Social Sciences & Humanities, 2(2), pp.173-181. 

7.

 

Jameson F., (1991) Postmodernism, or, The Cultural Logic of Late Capitalism, Duke 



University Press. 


İPƏK YOLU, No.3, 2017

 

Azərbaycan Universiteti 



 

 

168 



8.

 

Kalogirou  T.,  Economopoulou  V.,  (2012)  Building  bridges  between  texts:  from 



intertextuality  to  intertextual  reading  and  learning,  Theoretical  challenges  and 

classroom resources. 

9.

 

Nicol  B.,  (2009)  Introduction:  Postmodernism  and  Postmodernity, The  Cambridge 



Univerasty Press. 

 

 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə