1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə91/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   85   86   87   88   89   90   91   92   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
238 
ğa cəhd edilsə də ugursuz oldu. Nəticədə Surət Hüseynov öz dəstəsi ilə Bakı 
istiqamətində  hərəkət  etməyə  başladi.  Vəziyyətin  çıxılmaz  oldugunu  görən 
Ə.Elçibəy  iyunun  15-i  həmin  vaxt  Naxçıvan  Ali  Məclisinin  sədri  olan  Heydər 
Əliyevi  Bakıya  dəvət  etdi  və  özü  şəhəri  tərk  edərək  Naxçıvana  döndü  [18]. 
Heydər Əliyev Milli Məclisin sədri seçildi və S.Hüseynovla danışıqlara başladı. 
S.Hüseynovun  Baş  nazir  təyin  edilməsi  şərti  ilə  qiyam  dayandırıldı.  Bununla 
ölkədəki gərginlik azaldı. Oktyabrda Heydər Əliyev Azərbaycan Respublikasnın 
Prezidenti seçildi. 
Bu hadisələr ölkə xaricində birmənalı qarşılanmadı. DTK və Siyasi Büro keçmişinə 
görə Qərbdə Heydər Əliyevin Rusiyaya meyilli xarici siyasət yürüdəcəyindən və 
Azərbaycanın  yenidən  Rusiyanın  təsir  dairəsinə  düşəcəyindən  narahat  idilər 
[5]. Çoxları Heydər Əliyevin hakimiyyətə gəlməsində Rusiyanın birbaşa maraq-
lı olduğunu iddia edirdi [21]. Amma hadisələrin sonrakı inkişafı onu göstərdi 
ki, Rusiyanın təsirini azaltmaq, müstəqillik və suverenliyin möhkəmləndirilməsi 
xarici siyasətdə prioritet istiqamət olacaqdır. Düzdür, ilk addım kimi sentyabr-
da MDB-yə üzvlük barədə sənəd imzalandı və parlamentdə ratifikasiya edildi. 
Bundan başqa, Azərbaycanın İranla sərhədlərində rus qoşunlarının (yuxarıda 
qeyd edilən 1993-cü il hərbi doktrinasına əsasən) yerləşdirilməsi barədə razılıq 
əldə edildi [12]. Bunlara baxmayaraq, Azərbaycan heç nə itirməyəcəkdi. Çün-
ki MDB bir təşkilat kimi formallıqdan başqa bir şey deyildi və ona üzv olub-
olmamağın  elə  də  əhəmiyyəti  yox  idi.  Analitiklər  MDB-ni  yarandığı  vaxtdan 
nəyə  xidmət  etdiyi  aydın  olmayan  və  qarşısına  qoyduğu  məqsədləri  yerinə 
yetirə bilməyən bir təşkilat kimi dəyərləndirirlər [25]. İranla sərhəddə rus qo-
şununun yerləşdirilməsi barədə razılığa gəldikdə isə, bu, heç vaxt reallaşmaya-
caqdı. Çünki Heydər Əliyev bunu Dağlıq Qarabağda atəşkəsə nail olana qədər 
təxirə salmağa Rusiyanı razı etmişdi [10]. Atəşkəsdən sonra isə məharətlə bu 
müqavilənin qüvvəyə minməsindən yayınmaq mümkün olmuşdu [20]. Görün-
düyü kimi, MDB və rus qoşunları barədə razılıq heç də Azərbaycanı Rusiyadan 
asılı etmirdi və əvəzində Rusiya ilə münasibətlərdəki gərginliyi azaltmaq ba-
xımından  əhəmiyyətli  idi.  Üstəlik,  bu  razılaşmalardan  sonra  sovet  hərbi  de-
polarındakı silah-sursatın azad edilməsi mümkün oldu ki, bu da həmin vaxt 
Qarabağda döyüşlərin davam etdiyini nəzərə alsaq çox vacib idi [11].
Rusiya ilə münasibətlərdəki gərginliyin azalması ilə 1994-cü ilin mayında 
məhz Rusiyanın vasitəçiliyi ilə Ermənistanla atəşkəs barədə Bişkek Razılaşması-
nı imzalamaq mümkün oldu. Onu da qeyd etmək lazımdır ki, buna qədər 1992-
ci  il  mayın  7-də  A.Mütəllibovun  istefasından  sonra  Azərbaycan  Respublikası 
Prezidentinin səlahiyyətlərini icra edən Y.Məmmədov və Ermənistan prezidenti 
L.Ter-Petrosyan İranın vasitəçiliyi ilə atəşkəs barədə Tehran Bəyannaməsi imza-
lamışdılar. Amma növbəti gün Şuşanın işğalı ilə bu sənəd öz qüvvəsini itirdi. Bu, 
əslində Ermənistan rəhbərliyinin Azərbaycanla müharibədə vəziyyətə nəzarət 
etməməsindən xəbər verirdi. Bu nəzarətin başqa qüvvələrin əlində olmasını və 
həmin qüvvələrin sülh danışıqlarında maraqlı olmadıqlarını göstərirdi. Bu dəfə 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
239
isə bilavasitə Rusiyanın vasitəçiliyi ilə atəşkəs barədə razılıq əldə olundu və bu 
razılıq əvvəlkindən fərqli olaraq sadəcə kağız üzərində qalmayacaqdı. Atəşkəs 
barədə  razılıqdan  sonra  həqiqətən  də  Dağlıq  Qarabağda  hərbi  əməliyyatlar 
dayandırıldı.
Yaranmış əlverişli şəraitdə Azərbaycanın enerji resurslarının (“Azəri-Çıraq-
Günəşli”  neft  yataqlarının)  istismarı  üçün  qərb  şirkətləri  ilə  danışıqlara  baş-
landı.  1994-cü  il  sentyabrın  20-də  Bakıda,  Gülüstan  sarayında  Azərbaycan 
hökuməti  və  xarici  neft  şirkətlərindən  ibarət  konsorsium  tərəfindən  “Azəri-
Çıraq-Günəşli” neft yataqlarının istismarına dair ”hasilatın pay bölgüsü sazişi” 
(PSA) imzalandı. Müqavilə daşıdığı iqtisadi və siyasi əhəmiyyətinə görə sonra-
dan ‘Əsrin müqaviləsi’ adını aldı. Xarici şirkət və dövlət nümayəndələrinin də 
iştirakı ilə müqavilənin imzalanması və gələcəkdə icrası ölkənin mustəqilliyi və 
suverenliyi, o cümlədən Rusiyadan iqtisadi və siyasi asılılığı azaltmaq baxımın-
dan müstəsna əhəmiyyət kəsb edirdi. Buna baxmayaraq, Heydər Əliyev Rusi-
yanın da maraqlarını nəzərə almağın vacibliyini başa düşürdu. Odur ki, rus neft 
şirkəti LUKoyl da səhmdarların (səhmlərin 10 faizi) arasında yer alırdı. Bundan 
başqa, müqavilənin imzalanma mərasimində 
Rusiyanın enerji naziri də iştirak edirdi.
Amma görünür, bunlar Rusiyanı razı sal-
maq  üçün  kifayət  deyildi.  Rusiya  heç  cür 
Qərbin regionda mövcudluğu ilə razılaşmaq 
istəmirdi. Müqavilə imzalanan gün Rusiya Xa-
rici İşlər Nazirliyinin sözçüsü Qriqori Karasin 
bildirdi ki, “Xəzəryanı ölkələr Xəzər dənizinin 
statusu ilə bağlı bir razılığa gəlməyincə Rusi-
ya  bu  muqavilənin  legitimliyini  tanımaqdan 
imtina edir” [7]. Xəzərin statusu sonuncu dəfə İran və SSRİ arasında razılaşdırıl-
mışdı və SSRİ-in dağılmasından sonra Xəzəryanı respublikalar hələ dənizin yeni 
statusunu  müəyyən  etməmişdilər.  Rusiya  bu  vəziyyətdən  yararlanaraq  qərb 
şirkətlərinin Xəzər dənizində yataqların istismarına başlamasına mane olmaq 
istəyirdi. 2 gün sonra Rusiya xarici işlər nazirinin ozü də bəyanat verdi: “Bütün 
maraqlar nəzərə alınmalıdır, o cümlədən Rusiyanın maraqları və məsələni qar-
şılıqlı razılıq əsasında həll etmək lazımdır” [35]. Bu azmış kimi Rusiya Xarici İşlər 
Nazirliyi layihədə iştirak edəcək bütün neft şirkətlərinin aid olduqları ölkələrə 
rəsmi etiraz məktubu göndərdi.
Bu  bəyanatlarla  paralel  Azərbaycanda  daxili  vəziyyət  gərginləşməyə  baş-
ladı. Bir neçə dövlət xadiminə qarşı sui-qəsd təşkil edildi və dövlət çevrilişinə 
cəhd edildi. Hadisələrin bu cür inkişafı 1993-cü il qiyamını xatırladırdı. Onda da 
Azərbaycanın yürütdüyu siyasət Rusiyanı qəti qane etmirdi və bundan sonra 
ölkədə  böhran vəziyyəti  yaranmışdı  və  hakimiyyətə  qarşı  qiyam  təşkil  olun-
muşdu. Bu dəfə də ssenari eyni idi.  Ancaq bu dəfə ölkədə siyasi sabitliyi qoru-
yub saxlamaq mümkün oldu. Heydər Əliyev bu hadisələrin neft müqaviləsinin 
Azərbaycanın yürütdüyu 
siyasət Rusiyanı qəti qane 
etmirdi və bundan sonra 
ölkədə böhran vəziyyəti ya-
ranmışdı və hakimiyyətə qar-
şı qiyam təşkil olunmuşdu. 
Bu dəfə də ssenari eyni idi.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə