Mövzular Movzu Kursun predmenti (Anti-böhran anlayışı, Böhranın tipləri, Böhranın əlamətləri, Böhran vəziyyətində insan amili)



Yüklə 47,04 Kb.
səhifə1/16
tarix15.04.2022
ölçüsü47,04 Kb.
#85502
  1   2   3   4   5   6   7   8   9   ...   16
Movzular-metn


Mövzular

Movzu 1. Kursun predmenti (Anti-böhran anlayışı, Böhranın tipləri, Böhranın əlamətləri, Böhran vəziyyətində insan amili)

Sosial - iqtisadi inkişafda böhran anlayısı və onun yaranma səbəbləri.

Müasir ədəbiyyatlarda hələ də sosial-iqtisadi sistemin inkişafında böhranla bağlı ümumi qəbul edilmiş yekdil fikir yoxdur. Belə bir nöqteyi nəzər vardır ki, böhran

kapitalist istehsalına məxsus olan xüsusiyyətdir və sosialist sistemində onun olması mümkün deyil. Uzun illər ərzində bizim ölkəmizdə böhran anlayışı istehsalın inkişafında iqtisadi siyasətin işlənməsində real amil kimi deyil, daha çox ideoloji anlayış kimi qəbul edilmişdir.

Bəziləri belə hesab edir ki, böhran anlayışı yalnız makroiqtisadi inkişaf proseslərinə aid edilə bilər. Firma və müəssisə səviyyəsində isə idarəetmədə qeyriprofisianallıq və ya səhvlərdən irəli gələn kəskin problemlər olur. Guya bu problemlər obyektiv səbəblərdən doğmur (baxmayaraq ki, bəzi kənar səbəblər vardır) və böhranlı inkişafdan xəbər vermir. Əgər bu yanaşmadan firmanın idarəedilməsinə baxsaq, onda firmanın inkişaf strategiyasının hazırlanmasında, risk imkanlarını nəzərə almağa ehtiyyac yoxdur. Belə yanaşma kifayət qədər neqativ nəticələrə səbəb ola bilər. Əgər həqiqətdə böhranlar qanuna uyğundursa, onda müəssisə strategiyasının bu cür qurulması nə qədər reallığa söykənir?

Böhran anlayışı, risk anlayışı ilə sıx bağlı olub, bu və ya digər səviyyədə istənilən idarəetmə qərarının işlənməsi metedologiyasına təsir edir. İdarəetmədə böhran halının mümkünlüyünün nəzərə alınmaması, nəinki böhranın baş verməsini gözlənilməz edəcək, həm də çoxlu digər səhvlərə səbəb olacaqdır.

Böhran probleminə başqa bir rakursdan da baxmaq olar: Sosial - iqtisadi sistem istənilən forma və görünüşdə istər ictimai formasiya, istərsə də firma və ya müəssisə olsun, mövcudluğu zamanı iki meylə malikdir: fəaliyyət göstərmək və inkişaf etmək. Fəaliyyət göstərmək - mahiyyət xüsusiyyətlərini, keyfiyyət göstəricilərini, həyat fəaliyyəti və funksiyalarıni saxlamaqla, bütövlüyü təmin etməkdir. İnkişaf – dəyişən mühit şəraitində həyat fəaliyyətini möhkəmləndirən yeni bir keyfiyyətin əldə edilməsidir. Böhranlar yalnız fəaliyyət və inkişafda əkslikləri göstərməyib, həm də fəaliyyət prosesinin özündə yarana bilər. (məsələn, işçi heyyətin dərəcəsi və texnikanın səviyyəsi, həmçinin dəqiq texnologiyalar və onların istismar şəraiti arasındakı əksliklər və s.).

Böhran - ətraf mühitdə sosial iqtisadi sistemin (müəssisənin) fəaliyyətinə təhlükə yaradan əksliklərin kəskinləşməsidir. Böhran obyektiv səbəblərdən: tsiklik (dövrü) modernləşmə və struktur dəyişmələri ilə bağlı baş verə bilər. Böhran subyektiv səbəblərdən, iqlimin xüsusiyyətlərindən irəli gələn təbiət hadisələri, idarəetmədəki nəzarətsizlik, özbaşınalıq və digər səhvlərdən, zəlzələlərdən və s. baş verə bilər.

Böhran daxili və xarici səbəblərdən baş verə bilər. Xarici səbəblər makroiqtisadi inkişaf strategiyası və ya dünyanın iqtisadi inkişaf meyllərindən, rəqabət, ölkədəki

siyasi vəziyyətlə əlaqədar da ola bilər. Daxili səbəblər isə marketinq strategiyasının riskliliyindən, daxili münaqişələrindən, istehsalın təşkilindəki çatışmazlıqlardan, idarəetmədəki qeyritəkmillikdən, innovasiya və investisiya siyasətindən irəli gəlir.

Əgər böhranı bu cür qəbul etsək, onda demək olar ki, böhran təhlükəsi hər zaman mövcuddur. Məhz buna görədə onu əvvəlcədən görmək və proqnozlaşdırmaq lazımdır. Böhran anlayışında xüsusi əhəmiyyətli məsələlərdən biri də yalnız səbəblər deyil, həm də nəticələrdir. Yəni ola bilər ki, müəssisə yenidən qurulsun və ya fəaliyyəti

dayandırılsın, sağlamlaşdırma aparılsın və ya yeni böhran yaransın və ola bilər ki, böhran daha dərin və uzun müddətli olsun. Böhranlar zəncirvari reaksiyalar kimi də

baş verə bilər.




Yüklə 47,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə