Mövzular Movzu Kursun predmenti (Anti-böhran anlayışı, Böhranın tipləri, Böhranın əlamətləri, Böhran vəziyyətində insan amili)


Mövzu 3. İdarəetmə prosesində böhranın müayinəsi (



Yüklə 47,04 Kb.
səhifə9/16
tarix15.04.2022
ölçüsü47,04 Kb.
#85502
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
Movzular-metn

Mövzu 3. İdarəetmə prosesində böhranın müayinəsi ( Müayinənin əsas parametrləri, Böhran müayinəsinin mərhələləri)

Müayinənin əsas parametrləri.

Müayinə sözünü işlədərkən biz əvvəla nəyinsə tədqiqi nəticələrini,ikincisi isə bu nəticələrdən alınmış göstəricilər,normativlər,xüsusiyyətlər və s.əsasında yekun rəyləri nəzərdə tuturuq. Müayinə forması hər zaman konkretdir. Onlar nisbi və ya mütləq ola bilər.Onlar adətən vaxtı nəzərə almaqla, müəyyən ünvanlılığa malikdir.Müayinənin aparılmasında bizə tədqiqat kateqoriyası olan müayinə, yəni obyektin vəziyyətinin,

əşyanın,hadisənin və ya prosesin tədqiqat prosedurları kompleksinin həyata keçirilməsi yolu ilə burada zəif və "incə yerlərin" müəyyən edilməsi prosesi kömək edir. Müayinə - birdəfəlik akt prosesi olmaqla müəyyən zamanda və məkanda həyata keçirilir."Müayinə prosesi"-tədqiqat,axtarış,anlama daha doğrusu müəyyən üsul, metod və sənədlər vasitəsi ilə reallaşdırılan tədqiqat prosesidir.

Müayinə prosesini ətraflı öyrənməkdən əvvəl müayinənin məqsəd və vəzifələrini,obyektini, əsas parametrləri və digər uyğun anlayişları müəyyənləşdirmək

lazımdır. Müayinə obyekti mürəkkəb,yüksək təşkilati dinamik sistem, həmçinin bu sistemin istənilən hissəsi (elementi) ola bilər.

Müayinənin məqsədi, tədqiqat obyekyinə müayinə keçirməklə, tədqiqatın sonuna obyektin vəziyyəti haqqında rəy verməkperspektiv dövrdə səmərəliliyi artırmaq üçün müəssisə iqtisadiyyatı və siyasətində, həmçinin taktika və strategiyasında nələrin dəyişdirilməli olduğunu söyləməkdir. Müayinənin vəzifələri, sistemin bütün elementlərinin işinin dəyişdirilməsinə istiqamətlənmiş tədbirlərin müəyyənləşdirilməsindən ibarətdir. İstənilən vəziyyətdə yüksək səviyyədə idarəetmə,idarəetmə obyektinin vəziyyəti haqqında dəqiq məlumata malik olmadan mümükün deyildir.

Müayinənin vəzifələri, proqnoz və təhlilin vəzifələri ilə sıx bağlıdır. Müayinə işi tədqiqat xarakterli olduğu üçün, elmi tədqiqatlara aid edilən bütün tələblər ona da aid edilir:

1) ilk mənbəyə əsaslanmaq, yəni istənilən forma və görünüşdə olan ilk dəqiq informasiyaya əsalanmaq; 2) obyektivlik, müainədən əvvəl onun işyirakçıları qiymətləndirmə prosedurunu işləməli və obyektin tədqiqat proqramını tərtib etməlidir.

3) dəqiqlik,müainənin düzgünlüyünə qoyulan vacib şərt.

Əsas (baza) parametrlər, müxtəlif dövrlərdə obyektə təsir edə bilən amilləri nəzərə almaqla,konkret obyektin xüsusiyyətlərini müvafiq surətdə əks etdirə bilən həddlər

(göstəricilər) sistemidir. Müainə obyektinin vəziyyətini düzgün qiymətləndirə bilmək üçün müəyyən göstəricilər sistemi olmalıdır.Bu ilk növbədə obyektin vəziyyətini qiymətləndirmək üçün göstəricilər sisteminin yaradılması, kəmiyyət və keyfiyyət göstəricilərinin işlənməsi,həmçinin müəyyən göstəriciləri ölçmək üçün ölçü şkalalarının yaradılmasından ibarətdir.

Nəticə, müainə edilən obyektin müəyyən səviyyəyə, tələblərə, etalonlara, normalara, xassələri uyğunluğu və ya müqayisə edilən əsaslardan fərqliliyi,kənara çıxarmasıdır.

Nəticələr statistik cədvəllər və ya diaqramlar şəklində tərtib edilir və obyektin vəziyyətini proqnozlaşdırmağa imkan verir. Relevant informasiya, konkret problemə, insana, məqsədə və vaxt dövrünə aid olan məlumatdır. Böhranı operativ idarə edə bilmək üçün onun haqqında dəqiq təsnifləşdirməyə malik olmaq lazımdır ki, bunlara böhranın növü,böhranın yaranması və ya təsir dairəsi,böhranın təyinedilmə metodu,böhrann inkişaf dərəcəsi,böhranın vaxta görə bölgüsü,böhranın uçotunun

xarakteri və böhranın tənzimlənməsi imkanları kimi göstəricilər aid edilə bilər.




Yüklə 47,04 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə